Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3018
DünənDünən6004
Bu həftəBu həftə33961
Bu ayBu ay39749
Bu günə qədərBu günə qədər8401380

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi 2013-cü il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfüqar Cəfərovun seçki prosesinə qanunsuz müdaxiləsini, onun göstərişi ilə Müsavat Partiyasının üzvü İmran İsmayılovun namizəd Cəmil Həsənlinin təşviqat materiallarını payladığına görə həbs etdirməsini, əvvəlcə Qəbələ Rayon Polis İdarəsinə, oradan isə məhkəməyə aparılaraq 7 gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin verildiyini bildirib Zülfüqar Cəfərovun seçkiyə qanunsuz müdaxiləsi və hüquq mühafizə orqanlarının qanunsuz qərarları ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Birinci xanım Fransa Senatı müşahidə missiyasını qəbul etdi

alt

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyətini Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu bildirib.

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva may ayında Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini vurğulayıb.

O, belə görüşlərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Görüşdə Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qule Azərbaycana səfərinin məqsədi barədə məlumat verib. Bildirib ki, nümayəndə heyəti ölkəmizdə prezident seçkilərini müşahidə edəcək.

Fransalı Senator Natali Qule Azərbaycana səfərləri çərçivəsində bir sıra rəsmi görüşlər keçirdiyini də vurğulayıb.

Gürcüstan növbəti prezident seçkilərinə hazırlaşır

alt

Oktyabrın 27-də Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək. Bu münasibətlə 37 ölkədə seçki məntəqələri fəaliyyət göstərəcək.

Bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini David Zalkaliani bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyada yaşayan gürcülər isə yeni dövlət başçısının seçilməsində iştirak edə bilməyəcəklər: "Gürcüstanla Rusiya arasında diplomatik münasibət pozulduğu üçün prezident seçkilərinin gedişatında bu ölkədə seçki məntəqələri açılmayacaq".

Mehriban Əliyeva və qızları açılış mərasimində

alt

Bu gün 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, binanın interyerinin rəngarəngliyi onun dinamik aurasını daha da zənginləşdirir. Burada ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən fotostend yaradılıb.

Mehriban Əliyevaya məlumat verilib ki, yeməkxanada daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait var. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcək. Kompyuter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin idman zalı və üzgüçülük hovuzuna da baxıblar. Məlumat verilib ki, hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Ən müasir texniki avadanlıqla təchiz olunan kino və teatr zalları da daun sindromlu xəstələrin istifadəsinə verilib.

Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı tamaşaya baxıblar.

Qeyd olunub ki, Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.
Sonda xatirə şəkli çəkdirilib. 

İlham Əliyev Avropa Parlamentinin nümayəndələri ilə görüşdü

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkəmizlə Avropa Parlamenti arasında əməkdaşlığın əhəmiyyəti qeyd olundu, Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MSK-dan KİV-lərə müraciət

alt

"Namizədlərin lehinə və əleyhinə fikir deməmək qadağası İTV-yə aiddir" 

Mərkəzi Seçki Komissiyası (MSK) KİV-lərə müraciət edib.

Bazar ertəsi keçirilən iclasda MSK sədri Məzahir Pənahov kütləvi informasiya vasitələrini Seçki Məcəlləsinin tələbinə uyğun olaraq fəaliyyət göstərməyə, hər hansı namizədin xeyrinə və ya əleyhinə material hazırlamamağa çağırıb.

M.Pənahov deyib ki, namizədlərin lehinə və əleyhinə fikir deməmək qadağası yalnız İctimai Televiziyaya aiddir: "Bu qadağanın yalnız İTV-yə aid olmasına baxmayaraq, MSK bütün mətbuata bu çağırışı edir".

MSK sədri qeyd edib ki, artıq seçkilərlə əlaqədar olaraq bütün hazırlıq işləri başa çatıb, maarifləndirmə işləri bu gün yekunlaşdırılır.

“Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədədir“

alt

MDB-nin müşahidə missiyasının rəhbəri Sergey Lebedev oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Görüşdə MSK sədri müşahidəçilik institutunun seçkilərin şəffaflığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib, missiyanın üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib.

S.Lebedev deyib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB Müşahidə Missiyasının bir qrupu üzvü sentyabrın 10-dan Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında da olub, bir sıra görüşlər keçirib, seçkiqabağı vəziyyəti öyrəniblər. Missiyanın digər üzvləri də regionlara səfər edəcək, səsvermə günü məntəqələrdə müşahidə aparacaqlar.

Görüşdən sonra S.Lebedev bildirib ki, MDB müşahidə missiyasının 300-ə yaxın üzvü də Azərbaycanın regionlarında olacaq, həm seçkiqabağı vəziyyəti öyrənəcək, həm də səsvermənin gedişini izləyəcəklər.

S.Lebedev seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, Prezidentliyə qeydə alınmış 10 namizədə seçkiqabağı təşviqat üçün bərabər şərait yaradılıb.

S.Lebedev əmindir ki, seçkilər yüksək səviyyədə başa çatacaq.

Gürcüstanın Baş naziri ölkə müsəlmanlarının nümayəndələri ilə görüşmüşdür - DalgaTV VIDEO

Bidzina Ivanishvili 021012Gürcüstanın Baş naziri Bidzina İvanişvili Urekidəki iqamətgahında ölkə müsəlmanlarının nümayəndələri ilə görüşmüşdür.
Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Cemal Paksadze, rayonların müftiləri, Müsəlman Gürcülər İttifaqının üzvləri, müsəlman gürcülərin yaşadıqları Cele kəndinin nümayəndələri iştirak etmişlər.
Görüş iştirakçılarının Baş nazirlə Cele kəndindəki məscidin qeyri-qanuni tikinti bəhanəsi ilə uçurulmuş minarəsinin bərpa olunması, Batumi şəhərində yeni məscidin tikilməsi və digər məsələlər barədə fikir mübadiləsi apardıqları bildirilir.

Prezidentliyə namizədlərin 9-cu debatı - Video

alt

Bu gün prezidentliyə namizədlər sayca doqquzuncu dəfə İTV-də canlı debatda olublar. DalgaTV.ge həmin debatı təqdim edir:

Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət etdi

alt

Azərbaycan Mətbuat Şurası Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin oktyabrın 4-də Sabirabadda seçicilərlə keçirdiyi görüşü işıqlandıran bir qrup jurnalistin təzyiqə məruz qaldığına dair iddiaların araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Müraciətdə təzyiqlə üzləşdiyi iddia edilən KİV təmsilçilərinin Azadlıq Radiosunun bölgə müxbiri Tural Mustafayev, «Azadlıq» qəzetinin əməkdaşları Sevinc Vaqifqızı və Ramin Deko, o cümlədən «Turan» İnformasiya Agentliyinin müxbiri Etimad Budaqov və «Yeni Müsavat» qəzetinin müxbiri Röya Rəfiyeva olduğu nəzərə çatdırılır.

Məktubda eyni zamanda bildirilir ki, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hər hansı maneçiliyin törədilməsinə dair informasiyaların yayılması məsələyə həssas yanaşmanı zəruriləşdirir. Prezident seçkisi kimi önəmli prosesə çox qısa vaxtın qaldığı, dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir şəraitdə isə həssaslıq daha da artır. Baş vermiş hər hansı olay ölkədəki söz və mətbuat azadlıqları kontekstində dəyərləndirilir: «Bütün bunlara görə, Sizdən məsələni şəxsən diqqət mərkəzində saxlamağı xahiş edirik. Əminik ki, jurnalistlərin Sabirabadda təzyiqə məruz qaldığını nəzərdə tutan iddiaların nə dərəcədə əsaslı olub-olmadığı ətraflı araşdırılacaq, məsələ barədə qanuni ölçü tədbiri götürüləcək və ictimaiyyətə müvafiq məlumat veriləcək».

İlham Əliyev sərəncam imzaladı

alt

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Putin Medvedevə “başıxarab” dedi - QALMAQAL

alt

Rusiya Ali İqtisad Məktəbinin professoru Sergey Medvedev öz “Tvitter”ində Arktikanı Rusiyanın yurisdiksiyasından çıxararaq beynəlxalq birliyə verməyi təklif edib. Bu, prezident Vladimir Putin özündən çıxarıb. Putin professoru “başıxarab” adlandırıb. 

Bir neçə il Çukotkada yaşamış Sergey Medvedev isə öz fikrini sadə dillə izah edib: “Rusiya Arktikaya yaxşı heç nə gətirməyib və gətirməyəcək. Arktika dünya təbiət və mədəniyyət irsinin unikal və kövrək obyektidir”. 

Onun sözlərinə görə, hələ SSRİ vaxtlarından region “neftlə kirlənmiş, radiasiyaya bulaşmış, tırtıllı təkərlərlə cırıq-cırıq edilmiş və milyonlarla boş dəmir çəlləklərlə çirklənmiş eksositemə” çevrilib. 

Saytda Axtarış

Son xəbərlər