Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4354
DünənDünən6004
Bu həftəBu həftə35297
Bu ayBu ay41085
Bu günə qədərBu günə qədər8402716

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Cəbhədə erməni təxribatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun  Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Bu barədə Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

Marqvelaşvili Azərbaycan prezidentinə məktub ünvanladı

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. 

Dalga tv-nin Oxu.az-a istinadən məlumatına görə, G. Marqvelaşvilinin məktubunda deyilir:

“Zati-aliləri. Xahiş edirəm, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz. Ölkələrimiz arasında mədəni və tarixi əlaqələrin daim güclü olduğunu qeyd etməkdən məmnunam. Səmimi fərəh hissi ilə bildirmək istərdim ki, biz ötən müddət ərzində dostluğa əsaslanan tərəfdaşlığımızın inkişafının şahidi olmuşuq. Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir.

Əminəm ki, ölkələrimiz arasındakı sıx tərəfdaşlıq əlaqələri qarşıdakı illərdə müxtəlif sahələrdə nəzərəçarpan nailiyyətlərlə daha da güclənəcək. Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Zati-aliləri, ən yüksək ehtiramımı və dost Azərbaycan xalqına sülh, sabitlik və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Gürcüstan baş naziri Girogi Kvirikaşvili də Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib: 

“Zati-aliləri, cənab Prezident. İzin verin, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə Gürcüstan hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırım. Ölkələrimiz arasında qədim tarixi olan mehriban qonşuluğa, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan güclü dostluq əlaqələri mövcuddur.

Qeyd etmək çox xoşdur ki, ötən müddət ərzində səmərəli və intensiv ikitərəfli əməkdaşlıq əlaqələrimizin şaxələnməsində mühüm rol oynayıb. Regional təhlükəsizlik və inkişaf naminə ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirmək üçün Sizinlə daha fəal əməkdaşlığa hazıram. Zati-aliləri, bu əlamətdar yubiley münasibətilə ən yüksək ehtiramımı və qardaş Azərbaycan xalqına davamlı sülh və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm”.

 

Nazir müavini: “Gürcüstan ABŞ-dan aldığı hərbi texnikanı heç bir ölkəyə qarşı istifadə etməyəcək”

“Gürcüstan “Javelin” tank əleyhinə daşınan raket komplekslərindən ölkənin müdafiə gücünün artırılması üçün istifadə edəcək”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani deyib. 
 

O bildirib ki, ABŞ Dövlət Departamentinin Gürcüstana adıçəkilən hərbi texnikanın satışına razılıq verməsi iki ölkə arasında möhkəm strateji münasibətlərin olduğunu təsdiqləyir: “Hərbi texnika Gürcüstanın müdafiə qabiliyyətinin yüksəldilməsinə xidmət edəcək və hər hansı bir ölkəyə qarşı istifadə olunmayacaq”.
 

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Gürcüstana 75 milyon dollarlıq “Javelin” tank əleyhinə raket komplekslərinin satışına razılıq verib. 

Ordumuz düşməni geri çəkilməyə məcbur etdi

Komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.

Bölmələrin fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.

Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.

FİFA-nın prezidenti İlham Əliyevə hədiyyə verdi

Azərbaycan prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu bildirib.

O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib. FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir.

İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlət başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

FIFA prezidenti Canni İnfantino isə qeyd edib ki, Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir: “Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

Canni İnfantino Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini Azərbaycanın dövlət başçısına təqdim edib.

Müdafiə Nazirliyindən açıqlama - Cəbhədə vəziyyət...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan və İcevan rayonunun Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Cəbhədə vəziyyət gərgindir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.

Sonxeber.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdamrayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayılrayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Cəbhədən – SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında azərbaycanlı girovlara azadlıq tələbi ilə aksiya keçirilib

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

“Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.

Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.

Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.

Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlı gənclərlə görüşüb

alt

Gürcüstanın Azərbaycandakı səfiri Dursun Həsənov Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının rəhbər və üzvləri ilə görüş keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Təşkilatının sədri Nərgiz Əliyeva, “Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, Tbilisi Dövlət Universitetinin Azərbaycanın Dostları Klubunun rəhbəri Leyla Əmrahova , digər təşkilartların nümayəndələri və tələbələr iştirak edib.

Səfir D. Həsənov gənclərə Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışaraq prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən söz açıb.  O, Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza xüsusi qayğısından bəhs edib. Diplomat gənclərə müraciət edərək Azərbaycan səfirliyinin onların doğma evi olduğunu deyib: "Hər zaman sizi narahat edən məsələlərlə bağlı səfirliyin məsul əməkdaşları ilə görüşə bilərsiniz".

Sonra çıxış edən gənclər təşkilatlarının nümayəndələri görüşün təşkilinə görə Azərbaycan səfirinə minnətdarlıqlarını bildiriblər. Gənclər Azərbaycan dövlətinin, SOCAR-ın Gürcüstandakı gənclərin təhsilinə göstərdiyi dəstək və onları narahat edən məsələlərdən danışıblar.

alt

Rustavinin yeni meri ilk iş günündə şəhərdə küçə süpürüb

Gürcüstanın Rustavi şəhərinin yeni meri İrakli Tabağua ilk iş gününə şəhərdə təmizlik işləri görməklə başlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, İ. Tabağua səhər saatlarında Rustavi şəhərinin bir neçə yaşayış binasının həyətlərinin süpürülməsində iştirak edib.

Sakinlərlə söhbət edən mer qeyd edib ki, onun üçün əsas prioritet Rustavi və rustavililərin qayğısına qalmaq olacaq.
 

Xatırladaq ki, İ. Tabağua oktyabrın 21-də yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə 53,05 faiz səslə qalib gəlib

Saytda Axtarış

Son xəbərlər