Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4410
DünənDünən6004
Bu həftəBu həftə35353
Bu ayBu ay41141
Bu günə qədərBu günə qədər8402772

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanın energetika nazirinin yeni müavini təyin olunub

Romeo Mikautadze Gürcüstanın energetika nazirinin müavini təyin olunub. 

APA-nın yerli bürosunun məlumatına əsasən, R. Mikautadze 2013-2017-ci illərdə “SakRusEnergo” SC-nin baş direktoru olub. 

Qeyd edək ki, R. Mikautadze bu gün öz istəyi ilə Gürcüstanın energetika nazirinin müavini vəzifəsindən istefa verən Mariam Valişvilinin yerinə təyin edilib.

Dövlət naziri: “Gürcüstanda azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində böyük irəliləyiş əldə olunub”

“Son illər ərzində Gürcüstanda milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası sahəsində böyük irəliləyiş əldə olunub”.

Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib. O bildirib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların inteqrasiyası ilə bağlı bir sıra önəmli addımlar atılsa da, bəzi problemlər hələ də qalmaqdadır: “Bütün milli azlıq nümayəndələrinin həyatın bütün sahələrinə cəlb olunmasında bəzi problemlər mövcuddur. Problemlərin mərhələli şəkildə həll olunmasına çalışırıq. Bu, ilk növbədə dövlət dilinin yaxşı səviyyədə bilinməməsi ilə bağlıdır. Bu istiqamətdə xüsusən də gənclərin dövlət dilinə yiyələnməsi üçün çox çalışırıq”.

Yerli azərbaycanlı vətəndaşların dövlət strukturlarında təmsilçiliyinə toxunan K. Tsixelaşvili deyib ki, bunun üçün hər bir ölkədə olduğu kimi, dövlət dilini bilmək çox vacibdir: “Bizim nazirlikdə milli azlıqları təmsil edən əməkdaşlarımız var və onların 4-ü azərbaycanlıdır. Kvemo-Kartli bölgəsində də nazirliyin nümayəndəsi azərbaycanlıdır.  Əlbəttə ki, milli azlıq nümayəndələrinin dövlət strukturlarında daha çox təmsil olunması üçün çox işlər görülməlidir. Hesab edirəm ki, gələcəkdə dövlət işlərində çalışacaq milli azlıqları təmsil edənlərin sayı artacaq. Bunu milli azlıqlardan olan savadlı və bilikli gənclərin yetişməsi deməyə əsas verir”. 

Dövlət naziri milli azlıqları təmsil edən gənclər üçün həyata keçirilən proqramların əhəmiyyətini xüsusilə vurğulayıb: “Bu ildən milli azlıqları təmsil edən gənclər dövlət qurumlarında təcrübə proqramı keçməyə başlayıblar. Proqram çərçivəsində azərbaycanlı gənclər Gürcüstanın 20 müxtəlif dövlət qurumunda təcrübə keçiblər. Onlar üçün bu proqram gələcəkdə işlə təmin olunmaq üçün çox vacibdir”.

K. Tsixelaşvili Gürcüstanda azərbaycandilli məktəblərdə gürcü dilinin tədrisi səviyyəsinə də toxunub: “Gürcü dilinin tədrisində mövcud problemlər təhlil olunub və bu ildən başlayaraq yeni ikidilli proqramın tətbiqinə başlanıb. Məktəblərdə Azərbaycan dilində dərslərlə yanaşı, gürcü dilinin daha intensiv və effektiv tədrisi proqramı həyata keçirilir”.

Cəbhədə gərginlik artdı - Düşmən hücümu nəticəsində...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 158 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Erməniləri çox qorxudan türk səfəri

Ankaranın Bakını dəstəkləməsi İrəvanı narahat edib

Türkiyə müdafiə naziri Nurəddin Caniklinin Bakıya səfəri Ermənistanın siyasi elitasını narahat edib, hətta bir qədər qorxudub.

İrəvanda bildiriblər ki, yüksək çinli qonağın bəyanatı faktiki olaraq Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasına çağırışdır. Sarkisyan hakimiyyətinə yaxın olan politoloqlar səs-səsə verərək bildiriblər ki, Ankara hərbi çağırışları ilə Tehran və Moskvanın ünvanın sınaq şarları buraxır.

Söhbət Qarabağ probleminin həllindən gedir. Ancaq Türkiyənin bu uzun sürən münaqişə barədə söylədikləri Ermənistanda siyasi demoqoqiya kimi qələmə verilir. İrəvanda bəzi siyasi xadimlər hətta iddia edirlər ki, İran və Rusiyanın danışıqlar prosesi barədə maraqlanmağa Türkiyədən daha çox haqqı var, çünki bu ölkələr münaqişə regionu ilə birbaşa sərhədlərə malikdirlər.

Rusiyanın münaqişə zonası ilə birbaşa sərhədinin olması hardan çıxdı? İrəvanda yenə də dünya ictimaiyyətinə çağırışlar səsləndirib təcavüzkarları dayandırmağa yalvarırlar. Bu zaman təcavüzkar deyəndə tək Azərbaycanı deyil, Türkiyəni də nəzərdə tuturlar. Azərbaycana qardaş Türkiyənin Bakını işğal edilmiş torpaqların azad edilməsi məsələsində dəstəkləməsi Serj Sarkisyanı özündən çıxıb.

Buna görə də Ermənistan prezidenti Türkiyə ilə bağlanmış protokolları ləğv etməklə hədələyir. Hətta yerli ekspertlər sanır ki, bu, İrəvana daha çox zərər vura bilər. 

Ermənistan siyasətçilərini ən çox isə Türkiyə və Rusiya münasibətlərinin yaxşılaşması qorxudur. Moskvadan həm siyasi, həm də iqtisadi baxımdan asılı olan İrəvan çox qorxur ki, Ankara gec-tez Moskvanı əmin edə biləcək ki, İrəvanın Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq tamahını cilovlamaq lazımdır.

Ermənistan rəhbərliyi artıq on illərdir ki, öz xalqında Türkiyəyə və Azərbaycana nifrət yaratmağa çalışır. Amma bu, ermənilərin alver məqsədi ilə xalq istehlak malları almaq üçün daima Türkiyə getmək istəyinə mane ola bilmir.

Ermənistanın kənd təsərrüfatı rayonları artıq çoxdan alışıblar ki, Türkiyədən tərəvəz alıb onları Ermənistan malı adı altında Rusiyaya göndərsinlər. Əks halda yaşaya bilməzlər. Buna görə bəzi politoloqlar yazırlar ki, əgər Ankara sərhədləri tam bağlayarsa, Ermənistanda həyat 10 dəfə pisləşər.

Gürcüstanın hakim partiyası Kvemo Kartli bölgəsi üzrə namizədlərini təqdim edib

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası azərbaycanlıların sıx məskunlaşdığı Kvemo Kartli bölgəsi üzrə icra başçıları vəzifələrinə namizədlərini rəsmən təqdim edib.

APA-nın yerli bürosu xəbər verir ki, Rustavi şəhərində keçirilmiş tədbirdə baş nazir Giorgi Kvirikaşvili bölgədə son illər həyata keçirilmiş sosial-iqtisadi, infrastruktur layihələr, SOCAR və digər şirkətlərin həyata keçirdiyi investisiyalar barədə danışıb. Onun sözlərinə görə, Kvemo Kartli bölgəsinin böyük iqtisadi potensialı var və hazırda bir sıra layihələrin həyata keçirilməsi davam etdirilir.

O, hakim partiyanın namizədlərini bölgə sakinlərinə təqdim edərək seçiciləri qarşıdan gələn seçkilərdə fəal olmağa çağırıb. 

Hakim partiya Kvemo Kartli bölgəsində Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Temur Abazov, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyini irəli sürüb.

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

 

 
 
 
 
 

Gürcüstanda Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim başa çatıb

Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirak etdiyi “Eternity-2017” kompüter dəstəkli komanda-qərargah təlimi başa çatıb.

APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təlimin bağlanış mərasimində Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının operativ planlaşdırma departamentinin rəhbəri, polkovnik İrakli Dzneladze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü iştirak ediblər. 
 

Təlimin keçirilməsində məqsəd boru kəmərlərinin mühafizəsi sahəsində strateji əməkdaşlığın gücləndirilməsi üçün çoxmillətli briqadaların mənzil-qərargahının yaradılması olub. Təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin mühafizəsi ilə bağlı sülhməramlı əməliyyatlara əsaslanıb.  

Cəbhədə son dəqiqə: Ermənilərin qəfil hücumu nəticəsində ORDUMUZ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 139 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstan parlamenti birbaşa prezident seçkilərinin ləğvini dəstəkləyib

Gürcüstan parlamenti 117 səslə ölkə Konstitusiyasına düzəlişləri qəbul edib.
 

APA-nın yerli bürosunun məlumatına görə, parlament sədri İrakli Kobaxidze qərarı tarixi adlandırıb.


Parlamentdə təmsil olunan müxalif “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyaları iclasda iştirakdan imtina ediblər. Müxalif “Vətənpərvərlər Alyansı” isə dəyişikliklərin əleyhinə səs verib.
 

Yenilənmiş Konstitusiyanın 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minməsi gözlənilir.
 

Parlamentin qədul etdiyi əsas düzəlişlər parlament seçkiləri və prezidentin seçilməsi proseduru ilə bağlıdır. Qəbul olunmuş dəyişikliklərə əsasən, deputatların proporsional seçki sistemi ilə, Gürcüstan prezidentinin isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulur.  


Dəyişikliklər təsdiq üçün prezident Giorgi Marqvelaşviliyə təqdim olunacaq. Dövlət başçısı Konstitusiyaya nəzərdə tutulmuş bir sıra dəyişikliklərlə razı olmadığını dəfələrlə bəyan edib. Onun dəyişikliklərə veto qoymaq hüququ var.

Gürcüstan hərbçiləri “TurAz Qartalı” təlimlərini izləyib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2017” təlimləri çərçivəsində birgə taktiki uçuş təlimləri davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlərə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25”, “C-130 Herkules”, “A-400 M”, “CASA CN-235” təyyarələri və “Mi-35”, “Mi-17”, “Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi qatılıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev bildirib ki, təlimlərdə iki ölkənin hərbi hava qüvvələri birləşmiş əməliyyatların planlaşdırılaraq həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, birgə havadöyüşləri, yer hədəflərinə hücum, hava hücumundan müdafiə sistemlərinə qarşı birgə döyüş fəaliyyətinin aparılması, havaməkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər.

Təlimlərdə Türkiyədən 170-dən çox şəxsi heyət iştirak edir. Bu gün təlimlər çərçivəsində F-16, MiQ-29 və Su-25 döyüş təyyarələri şərti hədəfi məhv etmək üçün birlikdə havaya qalxıblar. Həmçinin, MiQ-29 və F-16 təyyarələri birgə olaraq uzaq, orta və yaxın məsafəli şərti hava döyüşü tədbirlərini icra ediblər. Azərbaycan pilotları Türkiyə təyyarələrində, türk “şahinləri” isə bizim təyyarələrdə uçuşlar həyata keçiriblər.

Gürcüstan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimləri izləmək üçün aerodroma gəlib. Məqsəd gələcəkdə Gürcüstan təyyarəçilərinin də “TurAz Qartalı” təlimlərinə qoşulmasını müzakirə etməkdir.

Bunda başqa, Mingəçevir məktəbliləri də təlimləri izləmək üçün aerodroma gəliblər.

Birgə taktiki təlimlər sentyabrın 30-dək davam edəcək.

Azərbaycan hərbçiləri Gürcüstanda neft-qaz kəmərlərinin mühafizəsi üzrə təlimdə iştirak edirlər

Gürcüstanda “Eternity-2017” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. 

APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-Gürcüstan Təlim və Qiymətləndirmə mərkəzində keçirilən təlimdə gürcü hərbçilərlə yanaşı Azərbaycan və Türkiyə hərbçiləri iştirak edir. 
 

Təlimin keçirilməsində məqsəd əsas ixrac boru kəmərlərinin mühafizəsinin gücləndirilməsində strateji əməkdaşlığın təmin olunmasıdır. Təlimdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin böhran vəziyyətlərdə mühafizəsi üçün əməliyyatların ssenarisi nəzərdən keçirilir. 
 

Təlim sentyabrın 29-da başa çatacaq. 

DSX-nin sədr müavini: “Azərbaycan və Gürcüstan sərhədçiləri arasında əlaqələr daha da güclənib”

“Azərbaycan və Gürcüstan sərhədçiləri arasında sıx əlaqələr mövcuddur”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycanı Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə Tbilisidə deyib.

Azərbaycan və Gürcüstan arasında quru sərhədinin mühafizəsi ilə bağlı layihənin nəticələri haqda danışan F. Tağızadənin sözlərinə görə, layihə çərçivəsində qarşıya qoyulmuş bütün məqsəd və vəzifələrə nail olunub: “Layihə çərçivəsində sərhədlərin mühafizəsinə dair texniki dəstək almışıq.  Azərbaycan və Gürcüstan sərhədçiləri üçün təlimlər və həmçinin təlimçilər üçün təlimlər də təşkil olunub.  Eyni zamanda bir sıra Avropa ölkələrinə səfərlər çərçivəsində təcrübə mübadiləsi aparılıb.”

Rəis müavini qeyd edib ki, layihənin əsas nailiyyətlərdən biri də  iki ölkə sərhədçiləri arasında əlaqələrin daha da sıxlaşmasıdır: “Bu əlaqələr çərçivəsində əməkdaşlıq bundan sonra da davam etdiriləcək”. 

“Azərbaycan və Gürcüstan arasında quru sərhədinin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı üç illik layihə Avropa İttifaqıBMTİnkişaf  Proqramı və Azərbaycan və Gürcüstan hökumətlərinin dəstəyi ilə həyata keçirilib.

5 milyon avrodan çox büdcəsi olan  layihənin əsas məqsədi regionda ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə Azərbaycan və Gürcüstan arasında quru sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün hər iki ölkənin sərhəd orqanlarının fəaliyyət potensialını daha da inkişaf etdirməkdən ibarətdir.

Layihənin nəticələrinin təqdimat konfransında çıxış edən Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin rəhbərinin müavini Karlo Natale bildirib ki, layihə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilib: “Biz ölkələrə qaçaqmalçılıq və  trafikinqlə mübarizədə daha effektiv vasitələrdən istifadə etmək, regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsində kömək edirik”.

BMT İnkişaf  Proqramının Gürcüstandakı rəhbəri Niels Skott  regionda davamlı inkişafın təşviq olunması istiqamətində layihənin əhəmiyyətini qeyd edib: “Müasir sərhədlər insanların yeni bazarlara daxil olması, ticarət, turizm, təhsil və iqtisadi əməkdaşlıq üçün açıq qapı rolunu oynayır”.

Ermənistan parlamentinin sədri Gürcüstanda səfər edib

Gürcüstan və Ermənistan parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlib. 
 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze erməni həmkarı Ara Babloyanla keçirdiyi görüşdən sonra deyib. “Şadıq ki, Gürcüstan və Ermənistan arasında münasibətlər dinamik inkişaf edir və məhsuldardır. Gürcüstan üçün qonşu ölkələrlə tərəfdaşlıq və dostluq münasibətlərinin qurulması əsas prioritetlərdən biridir”, - deyə o, söyləyib.

 
Erməni spiker A. Babloyan  isə öz növbəsində qeyd edib ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə keçib: “Bu gün ölkələr arasında müxtəlif sahələrdə münasibətlər dinamik inkişaf edir. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar var. Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivkləri müzakirə olunub”.

Saytda Axtarış

Son xəbərlər