Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4428
DünənDünən6004
Bu həftəBu həftə35371
Bu ayBu ay41159
Bu günə qədərBu günə qədər8402790

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

ABŞ dövlət katibinin köməkçisinin müavini Gürcüstana səfər edib

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink Gürcüstana səfər edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, B. Brink səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq və Gürcüstanda planlaşdırılan islahatlar barədə fikir mübadiləsi aparılıb.

G.Kvirikaşvili öz növbəsində qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana baş tutmuş səfəri ABŞ-ın Gürcüstanın etibarlı dostu və  strateji tərəfdaşı olduğunu bir daha sübut edir.

ABŞ dövlət katibinin köməkçisinin müavini ölkəsinin Gürcüstanda demokratik inkişaf, iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrini dəstəklədiyini vurğulayıb.  

Gürcüstanda NATO-nun hərbi təlimləri başa çatıb

Gürcüstanda  Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri başa çatıb.

APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Orpolo hərbi poliqonunda keçirilən rəsmi bağlanış mərasimində müdafiə naziri Levan İzoirya, Baş qərargah rəisi, general-mayor Vladimir Çaçibaya, ABŞ-ın bu ölkədəki səfirinin müavini Elizabet Rudi, digər rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri iştirak edib. 

Mərasimin sonunda təlimdə istifadə olunmuş hərbi texnika və avadanlıqların sərgisi keçirilib.

Qeyd edək ki, “Agile Spirit 2017” təlimlərində Azərbaycanla yanaşı, Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna hərbçiləri də iştirak edib. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.

Cəbəhədə son dəqiqə: Ermənilər gecə saatlarında Gədəbəyi vurdular

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.
Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Muncuqlu kənqdlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Kəngərli, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Gürcüstanın xarici işlər naziri Ermənistana səfər edəcək

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bu gün Ermənistana işgüzar səfər edəcək.

APA-nın yerli bürosu Gürcüstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, M.Canelidze səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla görüşəcək.

Görüşlərdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Gürcüstanda NATO-nun hərbi təlimləri davam edir

Gürcüstanda  Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri davam edir.

APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, Orpolo hərbi poliqonunda keçirilən səhra təlimində  Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya və Ukrayna hərbçiləri iştirak edib. Təlimdə  hərbçilər ağır texnikanın iştirakı ilə hücum və müdafiə əməliyyatları həyata keçiriblər.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlər Orpolo hərbi poliqonu ilə yanaşı leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edir. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. “Agile Spirit” təlimləri 2011-ci ildən etibarən hər il keçirilir. Təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının komponentlərindən biridir.

Ermənistan silahlı bölmələri atəşkəsi 96 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan kəndlərində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Azərbaycan hərbçiləri Gürcüstanda təlim keçiblər

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlim kursu başa çatıb.

APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə əsasən, təlim kursu avqustun 21-dən etibarən Saçxere dağ hazırlığı təlim mərkəzində keçirilib. Hərbçilər təlim zamanı dağ avadanlıqlarından istifadə qaydaları ilə tanış olublar və yaralıların təxliyəsi və ilkin yardımla bağlı biliklərini artırıblar.

Təlimçi polkovnik Malxaz Makaradze və Saçxere dağ hazırlığı təlim mərkəzinin rəhbəri vitse-polkovnik İvane Tsxadadze hərbçilərə sertifikat və xatirə hədiyyələri təqdim ediblər.

M.Makaradze təlimi başa vurmuş hərbçiləri təbrik edərək onlara uğurlar arzu edib.  Təbdirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı müdafiə məsələləri üzrə attaşeləri mayor Fuad İbrahimov və vitse-polkovnik Merit Ozover də iştirak edib.

Təlim Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilib.

Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara humanitar yardım göndərib

Prezident İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında deyilir.

Humanitar yardım Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

ABŞ-Gürcüstan strateji tərəfdaşlıq Xartiyası çərçivəsində növbəti görüş keçiriləcək

Sentyabrın 8-də Vaşinqtonda ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə işçi qrupunun növbəti görüşü keçiriləcək.

APA-nın yerli bürosu Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə tərəflər Gürcüstanın müdafiə sahəsində həyata keçirilən islahatlar, ikitərəfli, regional və Avroatlantik əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Gürcüstan tərəfindən görüşdə xarici işlər nazirinin birinci müavini David Zalkaliani və müdafiə nazirinin birinci müavini Lela Çikovani iştirak edəcək.

Görüşdə həmçinin regionda təhlükəsizlik və Gürcüstanın işğal altında olan ərazilərində vəziyyət də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq Xartiyası 2009-cu ilin yanvar ayında Vaşinqtonda imzalanıb. Sənəd iki ölkə arasında əməkdaşlıq üzrə prioritet istiqamətləri müəyyən edir. Xartiya çərçivəsində demokratiya və idarəetmə, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, ticarət və energetika, həmçinin xalqlar arasında münasibətlər və mədəni mübadilə üzrə dörd ikitərəfli işçi qrup fəaliyyət göstərir.

Əfqanıstanda baş verən terror aktı zamanı 3 Gürcüstan hərbçisi yaralanıb

Əfqanıstanda, ABŞ-ın “Baqram” hərbi bazasına hücum olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb. Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.

“Hazırda leytenant İveri Buadze əməliyyat olunur”, nazirlikdən bildirilib.

Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda  iştirak edir. 

Gürcüstan XİN başçısı: “Münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq”

“Biz münaqişələrin sülh yolu ilə və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdarıq”. 

APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze azərbaycanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan və Gürcüstandakı münaqişələrlə bağlı beynəlxalq səylər gücləndirilməlidir.

Üçtərəfli formatdan danışan gürcüstanlı nazir bildirib ki, bu, unikal əməkdaşlıq mexanizmidir: "Üç ölkənin hər biri ilə qarşılıqlı diplomatik münasibətlərinin 25 illiyi qeyd edilir. Biz nümunəvi siyasi, ticari, iqtisadi, insanlararası münasibətlərə nail olmuşuq. Bu, həm də xalqlar arasında öz əksini tapır. Birgə layihələrimiz təkcə üç ölkənin marağını əks etdirmir. Nəqliyyat və enerji sahəsində böyük layihələrin iştirakçısıyıq. Bu layihələr regionun sabitliyinə və inkişafına təkan verir. Biz Bakı-Tiflis-Qars dəmiryolunun açılmasını səbirsizliklə gözləyirik”.

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə Bakı Bəyannaməsi imzalanıb

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze və Mövlüd Çavuşoğlunun Bakıda keçirilən VI üçtərəfli görüşündə birgə Bəyannamə imzalanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyannamədə deyilir: "Nazirlər siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki Üçtərəfli Görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqliklərini vurğuladılar;

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqlədilər;

Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər;

Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və  beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyini vurğuladılar;

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMTATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyünü bir daha bəyan etdilər;

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətlərini vurğuladılar;

İqtisadi və ticari əməkdaşlığın irəlilədilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman  sahəsində əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər;

Bu xüsusda, 17 fevral 2017-ci il tarixində üç dövlətin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunun V Görüşünün əhəmiyyətini qeyd etdilər;

Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı çərçivəsində, Təşkilatın 25-ci ildönümü ilə bağlı 22 may 2017-ci ildə İstanbulda qəbul edilmiş Zirvə Görüşü Bəyannaməsinin ruhuna uyğun olaraq, əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinə, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsində roluna imkan yaradan enerji layihələrinə tam siyasi dəstəklərini bir daha bəyan etdilər. Enerji sahəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını və enerji mənbələrinin şaxələndirilməsində, həmçinin region daxilində və kənarda enerji daşımaları yollarının təhlükəsizliyi də daxil olmaqla, təchizat təhlükəsizliyinin gücləndirilməsində enerji layihələrinin əhəmiyyətini qeyd etdilər;

Tarixi İpək Yolunun dirçəldilməsi və qorunub-saxlanılması məqsədilə üçtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və İpək Yolu boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət və turizm və insanlararası təmaslar sahəsində əməkdaşlığın daha da genişləndirilməsini vurğuladılar;

Bu xüsusda, 28-29 noyabr 2017-ci il tarixində Tbilisidə keçiriləcək “Tbilisi Kəməri və Yolu Forumu”nda yüksək səviyyəli iştirakın əhəmiyyətini diqqətə çatdırdılar;

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmiryolunun ən qısa zamanda fəaliyyətə başlamasının xüsusi əhəmiyyətini vurğuladılar;

Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının ərazisindən Şərq-Qərb/Orta Nəqliyyat Dəhlizinin tam reallaşdırılmasına xüsusi diqqəti bir daha təsdiq etdilər. Bu kontekstdə, bütün beynəlxalq və regional maliyyə təsisatlarını müvafiq nəqliyyat dəhlizləri və yollarının maliyyələşdirilməsinə tövfə verilməsinin təşviqi barəsində razılaşdılar;

Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması və Asiya və Avropa arasında nəqliyyat əlaqələndirməsini artırmağa yönəlmiş Trans-Xəzər beynəlxalq Nəqliyyat Yolunun böyük inkişaf potensialına malik olduğunu vurğuladılar;

Regionda rəqəmsal bərabərsizliyin azaldılması/aradan qaldırılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu xüsusda, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, Magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi də daxil olmaqla, tezliklə reallaşdırılmasına töhfə verməyə dair sadiqliklərini bir daha bəyan etdilər;

Dəniz və su nəqaliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf-mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar;

Regionda ekeloji tarazlığın saxlanılması məqsədilə ətraf-mühitin mühafizəsi, meşəçilik, torpaq resurslarının istifadəsi və su resurslarının idarəçiliyi sahəsində məlumat və təcrübə mübadiləsinin  gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər;

Keçən dövr ərzində baş tutmuş üçtərəfli treyninq və təlimlər, yüksək səviyyəli görüşləri qeyd edərək, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğuladılar və gələcəkdə fəal əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bəyan etdilər;

Terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlar, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər;

Azərbaycan və Gürcüstan bir daha Türkiyədə 15 iyul 2017-ci il tarixli uğursuz çeviriliş cəhdi törədicilərinin fəaliyyətini qınadı və hər iki dövlət Türkiyə ilə sıx əməkdaşlığı qeyd etdi və Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyi bir daha bəyan etdilər;

Etnik, irqi, dini və inanc zəminində olan dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarını qınayaraq və müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, 25-27 aprel 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş BMTSivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdilər;

2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Faəliyyət Planının qəbul edilməsinin vacibliyini qeyd etdilər və müvafiq Nazirliklər və Agentlikləri Faəliyyət Planının müddəalarının yerinə yetirilməsi istiqamətində səy göstərməyə təşviq etdilər;

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üçtərəfli dialoqun daha da intensivləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi istiqamətində qərarlıqlarını bir daha təsdiq etdilər;

Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəldilər".

Saytda Axtarış

Son xəbərlər