Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün437
DünənDünən5773
Bu həftəBu həftə37153
Bu ayBu ay42941
Bu günə qədərBu günə qədər8404572

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan XİN: Nazirlərin Bakı görüşündə əməkdaşlıq planı qəbul olunacaq

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Bakıda keçiriləcək 6-cı üçtərəfli görüşündə 2017-2019-cu illər üçün əməkdaşlıq planı qəbul olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə nazirlər üçtərəfli əməkdaşlığın inkişafı və perspektivləri, öncəki görüşdə əldə olunmuş qərarların icrasını müzakirə edəcəklər. Görüş çərçivəsində birgə bəyanatın imzalanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və Gürcüstanın XİN başçısı Mixeil Canelidze artıq Bakıdadırlar.

Prezident İlham Əliyev Gürcüstan xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyevsentyabrın 5-də Gürcüstan baş nazirinin müavini - xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirib və bunun regional əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini deyib. O, formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident qeyd edib ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlət başçısı ümumilikdə əlaqələrin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

M. Canelidze ilk növbədə ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu söyləyib. İkitərəfli əlaqələrin fəal sürətdə inkişaf etdiyini vurğulayan M. Canelidze ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu nəzərə çatdırıb. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Görüşdə ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Gürcüstanın xarici işlər naziri Mixail Canalidze bu gün Bakıya səfərə yola düşüb.

Dalga tv Report-a istinadən xəbər verir ki, səfərin məqsədi Azərbaycan-Türkiyə- Gürcüstan XİN başçılarının növbəti görüşündə iştirak etməkdir. 

Gürcüstan Ermənistanın təyin etmək istədiyi yeni səfirə aqreman vermir

Gürcüstan Ermənistanın bu ölkəyə təyin etməyi düşündüyü səfirə aqreman verməkdən imtina edir.

APA-nın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır.

Qəzetin yazdığına görə, Gürcüstan tərəfində ciddi şübhə var ki,  S. Minasyan bu ölkədə Ermənistanı deyil, əslində Rusiyanı təmsil edəcək.

Tbilisi meri vəzifəsinə növbəti namizəd məlum olub

 “Yeni Gürcüstan” müxalif partiyasının lideri Giorgi Vaşadzenin paytaxt Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb.

APA-nın yerli bürosunun məlumatına əsasən, G. Vaşadzenin seçki kampaniyası “Uğur naminə dəyiş” şüarı altında keçiriləcək. Bununla Tbilisi meri vəzifəsinə namizədlərin sayı səkkizə çatıb.
 

Qeyd edək ki, Tbilisi meri postuna hakim Gürcü Arzusu Partiyası keçmiş energetika naziri Kaxa Kaladzenin, müxalif Vahid Milli Hərəkat Partiyası jurnalist Zaal Udumaşvilinin, müxalif Avropalı Gürcüstan Partiyası Yelene Xoştariyanın və Quruculuq Hərəkatı Partiyası Tengiz Şerqelaşvilinin, Vətənpərvərlər Alyansı Partiyası isə parlamentin vitse-spikeri İrma İnaşvilinin və Demokratik Hərəkat və Azad Gürcüstan partiyaları Kaxa Kukavanın namizədliyini irəli sürüb.

Oktyabrın 21-də keçiriləcək seçkilərdə müstəqil namizəd Aleko Elisaşvili də mübarizə aparacaq. 

Marqvelaşvili: Gürcüstan qlobal təhlükəsizliyin qorunmasında vacib rol oynayır

Gürcüstanda  NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri başlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, açılış mərasimində çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Gürcüstanın qlobal sabitlik və təhlükəsizliyin qorunmasında çox vacib rol oynadığını bildirib.

G. Marqvelaşvili deyib ki, ərazilərinin işğal olunmasına baxmayaraq, Gürcüstan qlobal təhlükəsizlik prosesində iştirakda böyük məsuliyyəti olan ölkədir: “Bu gün dostlarımız və tərəfdaşlarımız yanımızdadır. Təlimlər Gürcüstanın ərazi bütövlüyü və xalqının müdafiə olunması istiqamətində irəli atılmış addımdır”.

 Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlər Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya və Ukrayna hərbçiləri ilə yanaşı Azərbaycan hərbçiləri də iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.

Ermənistan Gürcüstandakı çoxmillətli təlimlərdə iştirakdan imtina edib

Ermənistan ötən gün Gürcüstanda start götürən  çoxmillətli "Agile Spirit 2017" ("Çevik ruh - 2017") çoxmillətli hərbi təlimlərdə iştirakdan imtina edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar.

Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan  məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. "Agile Spirit 2017" təlimləri Gürcüstanda 2011-ci ildən etibarən keçirilir.

Cəbhədən – SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında şənbə günü, sentyabrın 2-də yerləşdirilib.

Məlumata əsasən, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Cəbhədən xəbər gəldi - Ermənilərin hücumu nəticəsində...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
Dalga tv  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan ordusu Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində; Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.
İşğalçılar Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.

Kvirikaşvili: "Gürcüstan müsəlmanlarının dövlət quruculuğunda rolu böyükdür"

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına görə, hökumət başçısı təbrikində Qurban bayramının İslam dünyasında ən böyük və dəyərli bayram olduğunu bildirib.

“Müxtəlif millət və dinlərin nümayəndələri Gürcüstanda bir-biri ilə harmoniya şəraitində yaşayır. Çoxmillətlilik ölkəmizin zənginliyi və nailiyyətidir. Gürcüstanda müsəlmanların ölkə quruculuğunda rolu böyükdür. Bu gün də müsəlman vətəndaşlarımız ölkənin keşiyindədir və güclü, inkişaf etmiş Gürcüstanın qurulmasına öz töhfələrini verirlər. Sizi Qurban bayramı münasibətilə təbrik edərək ümumi vətənimiz üçün sülh və tərəqqi arzu edirəm”, - deyə G. Kvirikaşvili təbrikində qeyd edib.

Marqvelaşvili: "Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir"

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun Gürcüstan prezidentinin administrasiyasına istinadən verdiyi xəbərə görə, dövlət başçısı müsəlmanlara sülh və əmin-amanlıq arzulayıb.

“Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Bizim əcdadlarımız ölkəmizi birlikdə qurublar və tarix yaradıblar. Sizi və ailələrinizi Qurban bayramı münasibətilə təbrik edərək uğurlar və firavanlıq diləyirəm”, - deyə G. Marqvelaşvili təbrikində qeyd edib. 

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün vaxtı açıqlandı

Bakı şəhərində, 6 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-in mətbuat xidməti tərəfindən məlumat verilib.

Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.

28 mart 2013-cü ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.

19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

Saytda Axtarış

Son xəbərlər