Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1250
DünənDünən5773
Bu həftəBu həftə37966
Bu ayBu ay43754
Bu günə qədərBu günə qədər8405385

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Müdafiə Nazirliyi cəbhədən xəbər yaydı - Errmənilərin...

Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

Nazirliyin mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: "Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktı qeydə almayıblar".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

Cəbhədən ən son xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

 Dalga tv-nin  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan ordusu Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Bala Cəfərli kəndlərində; Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Koxanəbi, Qaralar kəndlərində və adsız yüksəkliklərdə; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

İşğalçılar Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.

Azərbaycanın hərbi gəmisi hərəkətə keçdi: Hədəfə atəş açdı

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müsabiqənin şərtlərinə görə döyüş atışları 3,5 kilometr məsafədən icra olunub və tapşırıqların yerinə yetirilməsi faktı beynəlxalq hakimlər briqadası tərəfindən təsdiq edilib.

Tapşırığın icrasına görə yekun nəticə atışlar zamanı dəniz poliqonunda müəyyən edilmiş məsafəni qət edərkən hər bir gəminin sürəti nəzərə alınmaqla bazar ertəsi hakimlər tərəfindən müəyyən ediləcək.

 

Təcili! Azərbaycanda Ermənistana sarsıdıcı zərbə

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək gücündə olan "Drone Killer" silahını alıb.

Bu barədə Türkiyə ordusunun silah arsenalı üçün pilotsuz aparatlar, elektronik cihazlar və robot sistemləri istehsal eən "Harp Age" şirkətinin baş kordinatoru Aytekin Güçlü deyib.

Onun sözlərinə görə, "Drone Killer" silahı yexni texnologiyalar əsasında hazırlanıb.

"Bu silahdan almaq üçün müxtəlif ölkələrdən, xüsusilə Afrika və yaxın Şərq ölkələrindən təkliflər gəlib. İlk ixrac edən ölkə Azərbaycandır", - deyə o bildirib.

"Drone Killer" hücum edən pilotsuz uçuş aparatlarını anında məhv etmək, həmçinin, bu aparatları təsirsiz vəziyyətə salmaq gücünə sahibdir.

Qeyd edək ki, erməni hərbi birləşmələri pilotsuz aparatlar vasitəsilə zaman-zaman həm kəşfiyyat, həm də hücum xarakterli təxribatlara əl atır. Hətta sərhədboyu ərazilərdə yaşayan mülki əhaliyə pilotsuz aparatlardan da hücumlar edilir. "Drone Killer" düşmənin texnikasını məhv etmək baxımından kifayət qədər güclü silahdır.

Türkiyə Eksportçuları Şurasının saytında yayılan məlumata görə isə son iki ayda Azərbaycan Türkiyədən bir milyonluq silah alıb.

Ramil Usubov Gürcüstana səfər edib

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstan Respublikasının daxili işlər naziri Giorgi Mqebrişvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər nazirlərinin avqustun 3-də keçirilən görüşündə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verdiyi qeyd olunub.

Eyni zamanda, dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində birgə işbirliyinin, təcrübə və informasiya mübadiləsinin, yaradılmış normativ-hüquqi bazanın yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi diqqətə çatdırılıb.

Görüşdə regional təhlükəsizlik sahəsində, o cümlədən sərhədyanı bölgələrdə əməkdaşlığın mövcud vəziyyəti və prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Gürcüstan rəsmiləri Putinin Abxaziyaya gözlənilən səfərini kəskin tənqid ediblər

Gürcüstan rəsmiləri Rusiya prezidenti Vladimir Putinin işğal altında olan Abxaziyaya gözlənilən səfərini təxribat adlandırıblar.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Tengiz Pxaladze deyib ki, Putinin Abxaziyaya səfəri Rusiyanın işğalçılıq siyasətinin davamıdır: “Gözlənilən səfər Rusiyanın tarixi ədalətsizliyi leqallaşdırmaq cəhdidir. Gürcüstanın işğal olunmuş əraziləri tanımamaqla bağlı siyasəti çox güclüdür. Əminəm ki, Gürcüstan bu münaqişədə qalib gələcək və ədalət bərqərar olacaq”.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də hesab edir ki, Putinin Abxaziyaya səfəri faktiki anneksiyanın davamıdır: “Səfər davam edən təxribatdır. Bu cəhd Rusiya tərəfindən faktiki anneksiya cəhdidir. Buna görə də bizim vəzifəmiz istənilən təxribatın qarşısını almaqdır. Ölkə üçün həyati əhəmiyyət kəsb edən sülhün saxlanılması bizim vəzifəmizdir”. 

Qeyd edək ki, Rusiya mətbuatının məlumatına əsasən prezident Vladimir Putin Cənubi Osetiyada 2008-ci il avqust müharibəsinin növbəti ildönümündə Abxaziyaya səfər edəcək. Səfər çərçivəsində Putin Abxaziyanın de-fakto lideri Raul Xacimba ilə görüşəcək.

Sərhəddə atışma - Erməni əsgər yaralandı...

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katib Artsurun Ovanisyan bu gün avqustun 1-də Azərbaycanla sərhəddə yerləşən postlardan birində güllə yarası alan hərbçinin baş serjant Armen Mexakoviç Nazlıxanyan olduğunu bildirib. Onun dediyinə görə yaralının vəziyyəti "orta ağırdır" və İcevan xəstəxanasında müalicəsi mümkün olmadığından Yerevana aparılıb.

Son günlər Azərbaycan-Ermənistan sərhədi boyu gərginlik müşahidə olunur. Ötən bazar günü Ermənstan ordusunun açdığı atəşlə Azərbaycan ordusunun leytenantı şəhid olub.

Mayk Pens: “Tramp və mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”

“Donald Tramp administrasiyası Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək istəyən ölkələrə hər zaman sərt cavab verəcək”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirdiyi mətbuat konfransında deyib.

M. Pens Gürcüstanda çoxmillətli hərbi təlimlərin keçirildiyini xatırladaraq bildirib ki, bu, Gürcüstana öz müdafiə qabiliyyətini artırmağa imkan verir və ABŞ-ın dəstəyinə dair nümunələrdən biridir: “Prezident Tramp və mən Gürcüstanın NATO üzvü olacağına dair 2008-ci il Buxarest sammitinin bəyanatını dəstəkləyirik. Gürcüstanın bir sıra NATO ölkələrini ötərək öz Ümumi Daxili Məhsulunun 2 faizini hərbi sahəyə ayırması da çox müsbətdir. Bu, ölkənin ağır reallığı ilə bağlıdır”.  

M. Pens Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu və 40 km aralıda Rusiya tanklarının dayandığını vurğulayıb: “Bir daha qeyd edirəm ki, ABŞ Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini sərt şəkildə pisləyir. Təhlükəsizlik sahəsində əməkdaşlıqdan başqa, biz inanırıq ki, güclü və inkişaf etmiş Gürcüstan öz bütövlüyünü təmin edəcək. ABŞ yeni yollar axtarışını davam etdirəcək və bunun nəticəsində biz nəinki Gürcüstanın müdafiə qabiliyyətini möhkəmləndirəcəyik, eyni zamanda iqtisadi dəstək də verəcəyik, bu isə yeni iş yerlərinin yaranmasına, iqtisadi inkişafa kömək edəcək. Və mən əminəm ki, gün gələcək, ölkəniz öz ərazilərinin qaytarılmasını qeyd edəcək”. 

 

ABŞ vitse-prezidenti: “Gürcüstan əsas strateji tərəfdaşımızdır”

“Gürcüstan ABŞ-ın əsas strateji tərəfdaşıdır”.

APA-nı yerli bürosunun məlumatına əsasən, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəkləyir: “Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”.

G. Kvirikaşvili isə ABŞ tərəfindən Gürcüstana göstərilən böyük dəstəyə görə M. Pensə təşəkkür edib.

“ABŞ Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu həllinin tərəfdarıdır. Biz ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb. 

ABŞ vitse-prezidenti Gürcüstana səfər edib

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana rəsmi səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, Mayk Pens və xanımı Karen Pensi Tbilisi beynəlxalq havalimanında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qarşılayıb. 

M. Pens sabah Gürcüstan baş naziri Giorgi Kvirikaşvili və NATO-nun “Layiqli tərəfdaş 2017” təlimlərində iştirak edən hərbçilərlə görüşəcək.

ABŞ rəsmisi həmçinin Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirəcək. 

M. Pensin Gürcüstana səfəri avqustun 1-də başa çatacaq.

Hazırda cəbhədən SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit, Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstanda NATO hərbi təlimləri başlayıb

Gürcüstanda NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərinin Tbilisi yaxınlığında Vaziani hərbi aerodromunda rəsmi açılışı olub.

APA-nın yerli bürosunun məlumatına əsasən, açılış mərasimində çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili hərbi təlimlərin əhəmiyyətindən danışıb və hərbçilərə uğurlar arzu edib.

Dövlət başçısı deyib ki, artıq üçüncü ildir ki, birgə təlimlər təşkil olunur: “Hərbi təlimlərin ənənəvi xarakter alması çox vacibdir. Əminəm ki, təlimlərdə iştirak edən hərbçilər maraqlı təcrübə əldə edəcəklər”. 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə bu cür təlimlərin ölkə və region üçün olduqca əhəmiyyətli olduğunu bildirib: “Hərbi təlimlər ölkəmizdə sülh, təhlükəsizlik və sabitliyin qarantıdır. Təlimlər Gürcüstan hərbçilərinin NATO standartlarına yaxınlaşmasına kömək edəcək”.

Gürcüstanın müdafiə naziri Levan İzoriya çıxışında təlimlərin keçirilməsində məqsədin regionda sabitlik və təhlükəsizliyin gücləndirilməsi olduğunu vurğulayıb: “Bu gün tərəfdaşlarımızla əhəmiyyətli təlimlərə başlayırıq. “Layiqli tərəfdaş” təlimləri bizim tərəfdaşlarımızla əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir”.

Avqustun 12-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edəcək. Hərbi təlimlərə Almaniyanın “Boxer” zirehli transportyoru, ABŞ-ın “Abrams” tankları, “Bradley” və “Stryker” zirehli maşınları cəlb olunub.  

Saytda Axtarış

Son xəbərlər