Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2024
DünənDünən5773
Bu həftəBu həftə38740
Bu ayBu ay44528
Bu günə qədərBu günə qədər8406159

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Son dəqiqə! Ermənilərin kəşfiyyat-diversiya qrupu Azərbaycan ərazisinə soxulub, əsgələrimizi.../öz başlarında çatladı

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatlar törətməsi, nəticədə 6 hərbçisini itirməsi onlara dərs olmayıb və təxribatlarını davam etdirirlər. Belə ki, bu dəfə ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstəriblər. Lakin Azərbaycan Ordusunun bölmələrinin qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu aşkar edilib, düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hərbçilərimizin çevikliyi nəticəsində hətta təxribat qrupunun bir üzvü də ələ keçirilib.
Qeyd edək ki, bütün bunlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri fonunda baş verib.

Cəbhədəki hadisələrin gedişini Milli.Az-a şərh edən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, əslində baş verən hadisə demək olar ki, ermənilərin iç üzünü göstərir:

"Çünki onlar həm danışıqlar prosesində iştirak edirlər, həm Azərbaycanın işğal olunmuş ərazilərində təxribat xarakterli hərəkətlər həyata keçirirlər. Bu dəfə isə əsgərlərimizin ayıq-sayıqlığı onları çox pərt edib. Onlar onsuz da ardıcıl uğursuzluqlardan sonra çox əsəbi idilər. Son günlər verdikləri itkilərin, yaralıların sayının çox olmasına görə Ermənistanda psixoz vəziyyət yaranıb. Üstəgəl erməni kəşfiyyatçısının da ələ keçməsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq qurumlar qarşısında konkret məsələ qoymalıdır ki, Ermənistanın beynəlxalq hüquq və normaları münasibəti əslində budur və ona qarşı konkret tədbirlər görülməli, təzyiq edilməlidir. Hamı gözəl bilir ki, Ermənistan və beynəlxalq hüquq normaları ayrı-ayrı məfhumlardır. Əslində ermənilər çoxdan işğal etdikləri əraziləri tərk edib getməli idilər, amma bu günədək xislətlərindən əl çəkmirlər, üstəlik təxribatlar da törədirlər".
Ekspertin fikrincə, Azərbaycanın həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də ümumilikdə dünya ictimaiyyətinə erməni həyasızlığının mahiyyətini çatdırsa, daha yaxşı olar: "Çünki ermənilər bu cür təxribatları bundan sonra da davam etdirəcəklər. Bu dəfə bəxtləri gətirməyib. Çünki həm əsəbi, həm də çaşqın vəziyyətdədirlər. Bu faktın özü və Silahlı Qüvvələr Günü öncəsi düşməni belə məyus, pərt etmələri ordumuz üçün böyük stimuldur. Azərbaycan əsgərinə bir daha eşq olsun!"
Ü.Cəfərov qeyd edib ki, erməni ordusu Ermənistan rəhbərliyindən konkret tapşırıq alıb: "Tapşırıq budur ki, onlar bu ərəfədə Azərbaycan Silahlı Qüvvələrini məyus etmək üçün nəyin bahasına olursa-olsun, hansısa təxribat-diversiya xarakterli hərəkətlər törətməli, bizə zərbə vurmalıdırlar. Lakin niyyətləri öz başlarında çatladı. Onlar fikirləşiblər ki, Azərbaycan Silahlı Qüvvələri 23 minlik heyətlə təlim keçirir, başı ora qarışıb. Amma onlar unudublar ki, Azərbaycan əsgəri ön xətdə 24 saat düşmənin bütün hərəkətlərinə nəzarət edir və lazım olan addımları atır. Əlbəttə ki, ermənilərin kəşfiyyat-diversiya qrupu ərazilərimizə elə-belə gəlməyib. Onlar ola bilsin ki, əsgərlərimizə xətər yetirmək, ön xətdə olan mövqelərimizdə müəyyən təxribatlar törətmək istəyiblər. Amma Azərbaycan Ordusunun cavabı çox amansız və sərt olub".

Son dəqiqə! Cəbhədə şiddətli döyüşlər - Ermənilər İTKİ VERDİ

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Dalga tv Sonxeber.az-a istinadən verdiyi məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Millət vəkili bələdiyyə seçkilərinə namizədliyini irəli sürəcək

Gürcüstanda bələdiyyə seçkiləri yaxınlaşdıqca partiyalar irəli sürəcəkləri namizədləri müəyyənləşdirirlər.  Marneuli rayonunda bələdiyyə seçkilərinə hazırlaşır.

Rayonda fəaliyyət göstərən partiyalar da öz namizədlərini müəyyənləşdirirlər. Əldə etdiyimiz məlumata görə, Milli Hərəkat partiyasından parlamentə seçilmiş millət vəkili Azər Süleymanov da bələdiyyə seçkilərində öz namizədliyini irəli sürəcək.

Məsələni aydınlaşdırmaq üçün millət vəkili ilə əlaqə saxladıq. O, bildirdi ki, “belə bir məsələ var, ancaq hələ bu haqda heç nə deyə bilmərəm. Vaxt gəlincə, hər şeyi açıqlayacağıq”.

marneulifm.ge

Vaşinqton meri ABŞ Konqresində Azərbaycan və Gürcüstanla bağlı keçirilmiş tədbirin əhəmiyyətini vurğulayıb

ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı və Vaşinqtonda fəaliyyət göstərən 20-dən çox qadın sahibkar və nüfuzlu təşkilat rəhbərlərinin dəstəyi ilə “Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu” mövzusunda təşkil edilmiş tədbir münasibətilə Vaşinqton şəhərinin meri Müryel Bouzer təşkilatçılara müraciət edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, məktubda bildirilir ki, Azərbaycan və Gürcüstanın müstəqilliyinin 25-ci ildönümünə təsadüf edən bu tədbir qadın sahibkarları bir araya toplamaqla onların cəmiyyətdəki rolu və töhfəsini nümayiş etdirir.

Vaşinqton meri sənəddə USACC-nin qadınların cəmiyyətimizdə və dünyada əldə etdikləri nailiyyətlərinin təşviqi sahəsindəki fəaliyyətini alqışlayıb və tədbirlə bağlı uğurlar arzulayıb.

Qeyd edək ki, tədbir barədə təşəbbüs ötən ilin sentyabrında ABŞ ticarət missiyasının tərkibində Azərbaycan və Gürcüstana səfər etmiş bir qrup qadın sahibkar tərəfindən irəli sürülmüş, ABŞ ticarət nazirliyi və Vaşinqtonun kiçik və yerli biznes inkişafı departamenti tərəfindən dəstəklənmişdir. Həmçinin, tədbirin təşkili ilə bağlı ABŞ Konqresinin bir sıra qadın üzvləri, o cümlədən Şeyla Cekson Li və Brenda Lorens öz dəstəyini ifadə etmişlər.

Tədbirdə Azərbaycan və Gürcüstanın sosial-iqtisadi inkişafında qadınların rolundan danışılmış, qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində aparılmış islahat və əldə edilmiş nailiyyətlər haqqında məlumat verilmişdir.

 

DSX erməni təxribatının qarşısını aldı: "Mil-Muğan"ı partlatmaq istədilər

Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində, İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, 18 iyun 2017-ci il tarixdə, saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən ağac kötüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanının mərmisi aşkar edilib.

Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Sərhədçilər tərəfindən qumbara mərmisinin  vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olub.

Qumbara mərmisinin aşkar olunduğu ərazi nəzarətə götürülüb, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərəsizləşdirilib.

Mübariz Qurbanlı Gürcüstan səfiri ilə görüşüb

alt

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıiyunun 19-da Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
 
Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
 
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla, 28 qeyri-müsəlman dini icmanın dövlət qeydiyyatından keçdiyini xatırladan Komitə sədri müsəlman dini icmalarla yanaşı qeyri-müsəlman dini icmalara da hərtərəfli diqqət və yardım göstərildiyini vurğulayıb.
 
T. Şaraşenidze Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Səfir iki ölkə arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanılmasının və inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
 
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir Komitə sədrini və əməkdaşlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Son dəqiqə! Müdafiə Nazirliyi 23 min əsgəri meydana çıxartdı - Döyüş...

İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Dalga tv-nin  Sonxeber.az-a istinadən  məlumatına görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

http://videoblok.com/embed/43244

Müdafiə Nazirliyi cəbhədə son vəziyyətlə bağlı bəyanat yayıb

Müdafiə Nazirliyi cəbhədə vəziyyətlə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.

"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.

Görülən qətiyyətli cavab  tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - deyə bəyanatda bildirilir.

https://youtu.be/qbHMSjzYjW0

Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat-taktiki təlimləri başlanıb.

Dalga tv-nin  Oxu.Az-a istinadən məlumatına görə, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat-taktiki təlimi izləyiblər.

Təlimə Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib.

Təlimin gedişində təmir-təxliyə, maddi-texniki və tibbi təminat tapşırıqları da uğurla yerinə yetirilib. Təlimə cəlb edilmiş birləşmə və hissələr qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirərək hədəf və maketlərin 90 faizindən çoxunu məhv edib və düşmən üzərində qələbə çalıblar.

Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı səslənib.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasına daxil olmuş yeni silah, texniki avadanlıqlar və pilotsuz uçuş aparatlarına baxıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

Tbilisidə Abxaziyadan olan məcburi köçkünlər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər

Bu gün Tbilisidə Abxaziyadan olan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, məqsəd Ermənistanın onların dədə-baba yurdlarına qayıtmasına Avropa Şurasında maneə törətməsidir.

Aksiya təşkilatçılardan biri, “İşğala qarşı hərəkat” QHT-nin rəhbəri Onise Qerqetava Ermənistan hakimiyyətinin beynəlxalq toplantılarda Gürcüstan dövlətini dəstəkləmədiyini, Abxaziyadan olan məcburi köçkünlərin doğma torpaqlara qayıtmasına əngəl törətdiyini, Ermənistan nümayəndələrinin Avropa Şurasının müvafiq qətnaməsinə səs vermədiklərini, onların şantaj və düşmənçiliyinin hər addımda hiss olunduğunu bildirib: “Hazırda evlərimizdə Ermənistandan olan ermənilər yaşayır. Ermənistan səfirliyinə təqdim etdiyimiz qətnamədə tələb olunur ki, Ermənistan vətəndaşları olan ermənilər evlərimizdən çıxsınlar və biz evlərimizə qayıdaq”.
 

O. Qerqetava bildirib ki, onların tələblərinə cavab verilmədiyi təqdirdə etiraz aksiyası davam edəcək: “Tələbimiz odur ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etsin, dədə-baba yurdlarımıza qayıtmağımız üçün qəbul olunan qətnaməyə imza atsın, habelə Cənubi Qafqazda işğalçılıq siyasətinə son qoysun”.
 

Qeyd edək ki, Ermənistan səfirliyinə təqdim olunan qətnaməni mindən çox adam imzalayıb.

Son dəqiqə!Müdafiə Nazirliyindən mühüm AÇIQLAMA-"Ordumuz müharibəyə hazırdı"

İyunun 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və gənc leytenantların iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, dövlət himninin ifası ilə başlayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edərək ilk zabit rütbələri almaları münasibətilə onları təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi barədə danışan müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.

Nazir deyib: "Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edilir, modernləşmə aparılır, müxtəlif səviyyəli genişmiqyaslı təlimlər keçirilir, yeni poliqonlar tikilir, mütəxəssislərin hazırlığı və digər fəaliyyətlər davam etdirilir".

Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet məsələlərindəndir.

Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. "Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalısınız. Ordu qarşısında bir vəzifə dayanır - müharibəyə hazır olmaq və torpaqlarımızı düşməndən azad etməklə ərazi bütövlüyümüzü təmin etmək", - deyə general-polkovnik Z.Həsənov vurğulayıb.

Müdafiə naziri çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcəkdir.

ABŞ Konqresində “Azərbaycan və Gürcüstanda qadınların rolu” mövzusunda tədbir keçirilib

İyunun 17-də ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ- Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı və Vaşinqtonda fəaliyyət göstərən 20-dən çox qadın sahibkar və nüfuzlu təşkilat rəhbərlərinin dəstəyi ilə “Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu” mövzusunda xüsusi tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bu təşəbbüs ötən ilin sentyabr ayında ABŞ ticarət missiyasının tərkibində Azərbaycan və Gürcüstana səfər etmiş qadın sahibkarlar, o cümlədən “Browne & Associates, Inc.” şirkətinin baş icraçı direktoru və ABŞ-ın Milli Tibb Assosasiyasının prezidenti Doris Braun, “C.L. Russell Group” şirkətinin rəhbəri Koni Rasel tərəfindən irəli sürülüb, ABŞ ticarət nazirliyi və Vaşinqtonun kiçik və yerli biznes inkişafı departamenti tərəfindən dəstəklənib. Həmçinin, tədbirin təşkili ilə bağlı ABŞ Konqresinin bir sıra qadın üzvləri, o cümlədən Şeyla Cekson Li və Brenda Lorens öz dəstəyini ifadə ediblər.

Tədbirin açılışında “C.L. Russell Group” şirkətinin baş icraçı direktoru Koni Rasel qonaqları salamlayaraq, onun əhəmiyyətindən danışıb və 2016-cı ilin sentyabr ayında Azərbaycan və Gürcüstana səfəri barədə xoş təəssüratlarını bölüşüb. O, ölkəmizdəki qonaqpərvərlikdən və turizm imkanlarından heyran qaldığını, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.  K.Rasel cəmiyyətin inkişafında qadınların rolundan bəhs edərək, müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan və Gürcüstanda bu sahəyə böyük diqqət yetirildiyinin şahidi olduğunu və hər iki ölkə tərəfindən uğurlu siyasətin həyata keçirildiyini söyləyib.

Tədbirə əsas qonaq qismində dəvət olunmuş ABŞ ticarət nazirinin köməkçisinin birinci müavini Holi Vineyard ABŞ-ın qadın sahibkarlığının inkişaf etdirilməsi sahəsində təcrübəsindən danışaraq, qadınların iqtisadi fəallığının genişləndirilməsi və səlahiyyətlərinin artırılmasının ölkəsi, o cümlədən hazırkı Administrasiya üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Azərbaycan və Gürcüstana təşkil edilmiş ticarət missiyalarının ABŞ şirkətlərinin regionla iş birliyinin qurulmasında və qarşılıqlı ticarət əlaqələrinin inkişafında vacib rol oynadığını qeyd edib.

Daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək, ilk dəfə olaraq müsəlman Şərqində qadınlara seçkilərdə iştirak və seçilmək hüququnun məhz Azərbaycanda verilməsinin tarixi nailiyyət hesab olunduğunu, bu gün də qadın siyasətinin müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindən olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda qadınların ictimai-siyasi fəallığının ildən-ilə daha da artdığını, dövlət qulluğunda çalışanlar və sahibkarlar arasında qadınların xüsusi çəkisinin yüksəldiyini, eləcə də onların ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrin inkişafında müstəsna rol oynadıqlarını vurğulayıb. Bildirilib ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi bunun ən bariz nümunəsidir. Azərbaycanda bir neçə qlobal tədbirin, o cümlədən 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə Birinci Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz xanım Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olub.

Səfir Süleymanov eyni zamanda çıxışında ABŞ Konqresinin üzvü Stiv Skaliz və digər işçilərinə qarşı bu gün törədilmiş silahlı hücum ilə bağlı başsağlığı ifadə edib, bu hadisə nəticəsində yaranmış vəziyyətə baxmayaraq, ABŞ-ın hökumət rəsmiləri və Konqres üzvlərinin köməkçilərinin tədbirdə iştirakını böyük göstərici kimi qiymətləndirib. O, həmçinin tədbirdə Azərbaycan və Gürcüstan arasında yaranmış və get-gedə möhkəmlənən strateji tərəfdaşlıqdan söhbət açaraq, ABŞ-da mütəmadi olaraq, bu kimi tədbirlərin birgə təşkilinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər, o cümlədən Gürcüstanın ABŞ-dakı səfirinin müavini Qeorqi Tsikolia, USACC-nin icraçı direktoru Süsən Sadıqova və Orta Şərq İnstitutunun maliyyə direktoru Tamara Kalandiya Azərbaycan və Gürcüstanın sosial-iqtisadi inkişafında qadınların rolundan söhbət açmış, qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində aparılmış islahat və əldə edilmiş nailiyyətlərdən məlumat veriblər. Bununla yanaşı, Q.Tsikolia Gürcüstan ilə Azərbacyan arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, eləcə də tədbirin hər iki ölkədə qadınların cəmiyyətdəki rolu barədə ABŞ ictimaiyyətinin məlumatlandırılması üçün yaxşı imkan olduğunu qeyd edib.

Saytda Axtarış

Son xəbərlər