Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1246
DünənDünən5773
Bu həftəBu həftə37962
Bu ayBu ay43750
Bu günə qədərBu günə qədər8405381

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son dəqiqə! Rusiyadan mühüm Dağlıq Qarabağ açıqlaması

"Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var".

Dalga tv  apa-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada kompromisin tapılmasına ehtiyac var. Kompromisin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasından asılı olmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Təmaslar müxtəlif formatlarda keçirilir. Rusiya bu formatın iştirakçısı kimi kompromisin tapılması üçün əlindən gələni edir. Əlbəttə istərdik ki, kompromis tez tapılsın, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu kompromis iki ölkənin xalqının gələcəyinə və əlbəttə ki, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir", - deyə Rusiya XİN-in sözçüsü bildirib.

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu.
Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Son dəqiqə! Prezidentdən ordumuzla bağlı MÜHÜM ÇIXIŞ

"Bu gün tarixi gün, Cocuq Mərcanlı kəndinin bərpası günüdür".

Bunu bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Cocuq Mərcanlı Azərbaycan ordusunun uğurlu əks-hücumu nəticəsində azad olunub: "Bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordulardan biridir. Azərbaycanda ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir. Son illər bu istiqamətdə böyük uğurlar əldə edilib.

Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Lazım olan ən müasir silah-sursat, texnika alınır. Eyni zamanda ölkəmizdə bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir. Bunun nəticəsidir ki, keçən ilin aprelində erməni təxribatına Azərbaycan ordusu layiqli cavab verib. Üç rayon ərazisinin bir hissəsi işğalçılardan azad edildi. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əməliyyat nəticəsində bu kəndə yeni həyat qayıdır, köçkünlər kəndə dönür. Onlar 20 ildən çoxdur ki, Vətənə, doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, yüzlərlə gənc Cocuq Mərcanlını görməyib. Ancaq bura qayıtmaq arzusu ilə yaşayıb. Həmin gün gəldi".

Prezident İlham Əliyev bildirib ki, bu gün Cocuq Mərcanlı bərpa olunur, Şuşa məscidinin oxşarı tikilib, yeni mərhələdə əlavə 100 ev tikiləcək : "Cocuq Mərcanlı kəndinin sakinləri torpaqlarına qayıdacaq. Siz isə gənc zabit kimi torpaqlarımızın keşiyində dayanacaqsınız".

Naxçıvanda Ermənistanı vahiməyə salan təlimlər keçirilir

Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, Əlahiddə Ümumqoşun Ordusunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb. 5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyunun 16-dək davam edəcək.

Prezident: “Azərbaycan-Gürcüstan ticarət dövriyyəsinin artırılması yolları müəyyənləşdirilməlidir”

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayıb.

İqtisadi sahədə əlaqələrə toxunan prezident İlham Əliyev bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. Azərbaycanın Gürcüstana investisiyalar yatırmasına və Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyətinə toxunan dövlət başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yollarının müəyyənləşdirilməsinin vacibliyini də vurğulayıb.

Prezident İlham Əliyev qeyri-enerji, ticarət və digər sahələrdə də əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılmasının zəruriliyini qeyd edib. Ölkələrimizin nəqliyyat, energetika sahələrində qlobal layihələri uğurla həyata keçirdiyini vurğulayan dövlət başçısı Azərbaycan ilə Gürcüstanın digər tərəfdaşlarla birlikdə bu layihələrin reallaşmasında çox səmərəli yanaşma nümayiş etdirdiklərini bildirib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria prezident İlham Əliyevlə görüşündən böyük şərəf hissi keçirdiyini deyib. O, Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı prezident İlham Əliyevə başsağlığı verib. İqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən gürcüstanlı nazir bu ilin dörd ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 49 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirib.

Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, kitab Heydər Əliyevin Gürcüstana ilk səfərindən sonra iki ölkə arasında yaranan əlaqələrdən bəhs edir. O bildirib ki, gürcü və Azərbaycan dillərində nəşr olunan kitabın müəllifi Azərbaycan Dövlət Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğludur: “Biz qonşu xalqlarıq və ortaq adət-ənənələrimiz var. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirir. Tədbirin Milli Qurtuluş Gününə həsr olunması da təsadüf deyil. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Gürcüstan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Kitabda Heydər Əliyevin Gürcüstandakı görüşləri ilə yanaşı, ona bu ölkənin ictimai-siyasi xadimlərinin verdiyi böyük qiymət də öz əksini tapıb”.

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, kitabda Gürcüstanda yaşayan azərbaycanlılar haqqında geniş məlumat verilib: “İki ölkə arasındakı münasibətləri səciyyəvi edən əsas məsələ soydaşlarımızın orada yaşamasıdır. Gürcüstanla əlaqələrə diqqət yetirsək, görəcəyik ki, bu əlaqələr məhz 1994-cü il Heydər Əliyevin Gürcüstana səfəri ilə bağlıdır. Bu səfər böyük tarixi əhəmiyyətə malikdir və bununla Gürcüstan-Azərbaycan dostluğu daha da möhkəmlənib".

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırıb: “Sovet dövründən Heydər Əliyev Gürcüstanla münasibətlərə çox önəm verib. Hesab edirəm ki, Heydər Əliyev nəinki bizim, eyni zamanda Gürcüstan azərbaycanlılarının da ümummilli lideridir".

Millət vəkili Flora Qasımova isə çıxışında bildirib ki, H. Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin təşəkkül tapmasında və Azərbaycanın xarici siyasətinin formalaşmasında, yaxın qonşularla əlaqələrin inkişafındakı xidmətini unutmaq olmaz: “Ümumiyyətlə, Azərbaycanın Gürcüstanla tarixi əlaqələri var və bizim aramızda hər hansı problem yaşanmayıb. Düzdür, əvvəllər Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti yaxşı deyildi. Ancaq ulu öndər hakimiyyətə gəldikdən sonra soydaşlarımızın problemləri həllini tapdı. Mən ümid edirəm ki, iki ölkə arasında dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək”.

Sonda çıxış edən kitabın müəllifi Şahismayıl Səmədoğlu H. Əliyevin Gürcüstan səfərlərində yaşanan hadisələri qələmə aldığını vurğulayıb. Onun sözlərinə görə, H. Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Gürcüstanda yaşayan azərbaycanlılar çox sevinib: “Çünki onlar bilirdilər ki, bununla problemləri öz həllini tapacaq. Təsadüfi deyil ki, birbaşa Heydər Əliyevin tapşırığı ilə soydaşlarımızın sosial, iqtisadi problemləri aradan qaldırıldı. Xüsusilə, təhsil sahəsində mühüm addımlar atıldı. Orada azərbaycanlılar yaşayan ərazilərdəki məktəblər təmir olundu. Düşünürəm ki, Heydər Əliyev haqqında çox kitablar yazılmalıdır. Gürcülər Heydər Əliyevə bir qəhrəman kimi baxırlar”.

 

 

Azərbaycan Türkiyə Quru Qoşunları komandanını medalla təltif edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolakla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, general-polkovnik Z. Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb.

Öz növbəsində, S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.

Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də təcrübə mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, müxtəlif qoşun növlərinin iştirakı ilə hər iki ölkədə hərbi təlimlərin keçirilməsi və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı S.Çolak Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb

Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatlar keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlər iyunun 16-dək davam edəcək.

Son dəqiqə! Ermənilər HAZIRDA bu rayonumuzu yandırır

Ermənistan silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib.

Dalga tv-nin apa-ya istinadən xəbərinə görə, yanğın rayonun işğal altındakı Bayramlar, Baş Qərvənd və Kəngərli kəndləri ərazisində müşahidə olunur.

Cəbhə xəttinə yaxın yerləşən Mirəşelli kənd sakinlərinin verdiyi məlumata görə, yanğın olan ərazilərdə erməni silahlı qüvvələrinin basdırdığı minaların partlaması da müşahidə olunub.

Cəbhədən son dəqiqə! Ermənilər bu rayonlarımızı hədəfə aldı :Ordumuz...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub.

Dalga tv Sonxeber.az saytına istinadən bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son dəqiqə! Cəbhədə şiddətli atışma - Ermənilər bu rayonlarımıza hücuma keçdi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və 60 millimetrlik minaatanlardan da (24 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 144 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozmuşdular.

Saytda Axtarış

Son xəbərlər