Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2014
DünənDünən5773
Bu həftəBu həftə38730
Bu ayBu ay44518
Bu günə qədərBu günə qədər8406149

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanda NATO-nun təlimi keçiriləcək

alt

Gürücüstan NATO-nun “Layiqli tərəfkeş-2017” adı altında çoxmilli hərbi təlimi keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə yerli “Rezonansi” qəzeti məlumat yayıb.

İnformasiyaya əsasən, təlimdə 50 min hərbçi iştirak edəcək. Təlim iyulun 30-da başlayacaq və avqustun 12-də başa çatacaq.

Təlim 2015-ci ildən üçüncü dəfədir Gürcüstan ərazisində keçirilir. Hərbi tədbirə NATO-ya üzv 5 dövlət - ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə və Sloveniya, habelə 3 tərəfkeş dövlət – Ukrayna, Gürcüstan və Ermənistan qatılacaq. 

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

İyulun 25-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Azərbaycanın “İslahatçı Gənclər” Birliyi və Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) Gənclər şöbəsi birgə təşkil edib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin qədim tarixindən danışıb, gənclər təşkilatları arasında münasibətlərin genişlənməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxışında deyib ki, Gürcüstan-Azərbaycan münasibətləri bütün sahələrdə günbəgün inkişaf edir. Xalqlarımız arasındakı isti münasibətlər əsrlər boyu davam edir və bu, bir çox ölkələr üçün örnəkdir.

“İslahatçı Gənclər” Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycan İnsan Hüquqları və Demokratiya İnstitutunun rəhbəri Əhməd Şahidov çıxış edərək Azərbaycan dövlətinin gənclər siyasəti barədə məlumat veriblər.

Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında gənclər təşkilatlarının üzərinə böyük yük düşür. İki ölkənin gənclər təşkilatları arasında körpü rolu oynayacaq layihələrə etiyac var. Hər iki xalqın mədəniyyətini, tarixini və həqiqətlərini dünyaya çatdırmaq istiqamətində birlikdə müəyyən addımların atılması zəruridir.

AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Gürcüstan-Azərbaycan münasibətlərinin çoxşahəli olduğunu vurğulayıb. Bildirib ki, mədəniyyətlərarası dialoq və gənclərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Bu işlər, hazırlanan layihələr dostluq münasibətlərimizin daha genişlənməsində mühüm rol oynayacaq.

Gürcü ictimaiyyətinin nümayəndəsi, professor Simon Kopadze, ictimai xadim Vasili Papava, Kvemo Kartli-Borçalı quberniyasının nümayəndəsi Anar Suleymanov və çıxış edərək ikitərəfli əlaqələrin inkişafı istiqamətində görüləcək işlərdən danışıb, təkliflər səsləndiriblər.

Son dəqqiə! Ermənilər kəndlərimizi vurdu - ORDUMUZ düşmənə ağır zərbə endirdi

"Ermənistan hakimiyyəti tərəfindən yayılan bu kimi xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır".
Bu barədə APA-ya Müdafiə Nazirliyindən son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kəndlərinin atəşə tutulması barədə yaydığı xəbərlərə cavab olaraq bildirilib.
"Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.
Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub.
Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır", - deyə MN-dən qeyd olunub.

Cebhedən SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Sonxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Üçtərəfli Görüşünün birgə bəyanatının mətni açıqlanıb

 Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin Bakıda keçirilmiş Dördüncü Üçtərəfli Görüşünün bəyanatının mətni açıqlanıb.

“Report”un xəbərinə görə, bəyanatda deyilir:

“Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun dəvəti ilə, Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri cənab Rəşid Meredovun (bundan sonra “Tərəflər”) iştirakı ilə 19 iyul 2017-ci il tarixində Bakı şəhərində dördüncü üçtərəfli görüş keçirilib.

Tərəflər, 

26 may 2014-cü il tarixində Bakı şəhərində, 29 yanvar 2015-ci il tarixində Aşqabad şəhərində və 28 avqust 2015-ci il tarixində Antalya şəhərində keçirilmiş xarici işlər nazirlərinin üçtərəfli görüşlərində qəbul olunmuş birgə bəyanatlara sadiqliklərini təsdiqləyərək, “2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqram”ının həyata keçirilməsi üzrə birgə səylərin vacibliyini qeyd etdilər;

Qarşılıqlı şəkildə dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlərini və qətiyyətli dəstəklərini bir daha təsdiqlədilər;

Bu kontekstdə münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd etdilər;

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlarda, həmçinin Asiyanın Ürəyi-İstanbul Prosesi kimi arenalarda və qarşılıqlı fəaliyyətin vacibliyini qeyd etdilər;

Terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar;

5 iyun 2014-cü il tarixində Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dördüncü Zirvə Görüşü zamanı baş tutmuş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Prezidentlərinin üçtərəfli görüşünün yüksək əhəmiyyətini xüsusi olaraq qeyd etdilər və dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan Birinci Üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini vurğuladılar;

Üçtərəfli iqtisadi əməkdaşlığın, habelə üç ölkə arasında iqtisadi tərəfdaşlığın müqavilə-hüquq bazasının gücləndirilməsinin vacibliyini qeyd etdilər;

İqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə dair razılığa gəldilər;

Dövlət Başçılarının Türkmənistanda keçiriləcək Üçtərəfli Zirvə Görüşü zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Biznes Forumunun keçirilməsi imkanlarının nəzərdən keçiriləcəyinə dair razılığa gəldilər;

Hər üç ölkənin kiçik və orta sahibkarlıq müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar;

Bu kontekstdə, bu ölkələri birləşdirən nəqliyyat-tranzit dəhlizlərinə dair geniş spektrli məsələlərin müzakirə olunduğu üç ölkənin nəqliyyat nazirlərinin 1 sentyabr 2016-cı il tarixlərində Aşqabad şəhərində keçirilmiş birinci görüşünün əhəmiyyətini qeyd etdilər;

Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycan Respublikası ilə birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qars dəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə etdilər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğuladılar;

Xəzər dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyini və bununla da tarixi İpək Yolunun yenidən canlanmasına xüsusi töhfə verəcəyini qeyd etdilər;

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan etdilər;

Regionda rəqəmsal informasiya cəmiyyətinin qurulması üçün ölkələr arasında informasiya (internet) infrastrukturunun yaradılması vasitəsilə davamlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan, habelə Avropa və Asiya arasında telekommunikasiya tranziti yollarının diversifikasiyası və təkmillədşirilməsinə dəstək olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Trans Xəzər hissəsinin önəmliliyini yüksək qiymətləndirərək, tərəflər dövlət və özəl sektorunun iştirakını həvəsləndirməklə layihəyə dəstək olacaqları barədə razılığa gəldilər;

Enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsi ilə Avropa və digər beynəlxalq bazarlara ötürülməsinin xüsusi əhəmiyyətini qeyd etdilər;

Təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə Azərbaycan, türk və türkmən xalqlarının ümumi mədəniyyət, dil və tarixi irsinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar;

Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə adıçəkilən dövlətlərin rəhbərlərinin Zirvə Görüşlərinin və ikitərəfli, həmçinin çoxtərəfli təmaslarının vacibliyini qeyd etdilər;

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın önəmliliyini qeyd etdilər və hər üç dövlət üçün ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı dəstəyin verilməsinin vacibliyini vurğuladılar;

Azərbaycan Respublikasında 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsini və bu kontekstdə İslam mədəniyyəti və mənəvi dəyərlərinin bütün dünyada təşviqinə mühüm töhfə kimi Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd etdilər;

2017-ci ilin sentyabr ayında Aşqabadda keçiriləcək 5-ci Asiya Qapalı və Döyüş Növləri Oyunlarının uğurlu təşkilinə dəstəklərini ifadə etdilər;

Türkmənistanda keçiriləcək Zirvə Görüşü zamanı imzalanması nəzərdə tutulan enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, etlm, təhsil və mədəniyyət sahələrində saziş layihələri ilə bağlı əldə edilmiş irəliləyişi vurğuladılar.

Siyasi dialoq, qlobal və regional məsələlər üzrə əməkdaşlıq və əlaqələndirmənin gələcəkdə də davam etdirilməsi məqsədi ilə hazırkı üçtərəfli formatda mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd etdilər.

Növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılığa gəldilər. Görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”.

Son dəqiqə! Qarabağda ATIŞMA: Əsgər və zabit...

Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında atışma baş verib.
Bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Nəticədə zabit və əsgər yaralanıblar. İnsidentə səbəb müdafiə mövqelərindən birində yerləşən postda mühəndis işlərinin yerinə yetirilməsindən əsgərin imtina etməsi olub.
İlkin məlumata görə Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağı məcbur edib.
Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq intihar etmək istəyib.
Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib.

Azərbaycanlılar Praqada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirdi

İyulun 14-də Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnən erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilib.

Dalga tv bu barədə Trend-ə istinadla xəbər verir.

Çexiyanın yerli hüquq-muhafizə orqanları tərəfindən sözügedən aksiya ilə əlaqədar, Çexiyadakı Ermənistan səfirliyini öncədən məlumatlandırılması səbəbindən, qarşı tərəf buna hazırlıqlı olub, azərbaycanlılar tərəfindən keçirilən etiraz aksiyası zamanı Ermənistan Səfirliyi də öz ərazisində təxribat xarakterli nümayişlər edibdir.

Bu təxribat azərbaycanlılar tərəfindən qəti pislənərək, ona etiraz edilib.

Türkiyənin Gürcüstandakı səfiri: "Əgər çevriliş baş tutsaydı bütün regionda çox dəhşətli hadisələr baş verə bilərdi"

Ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çerilişinə cəhd, Vətənə ən boyük xəyanət idi".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrukçü iyulun 14-də səfirlikdə keçirdiyi mətbuat konfransında bildirib. 

Diplomat deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi baş tutsaydı bu gün Türkiyə vətəndaş müharibəsindən əziyyət çəkirdi və bu da bütün regionda sabitliyin pozulmasina səbəb olacaqdı.

O bildirib ki, Türkiyədə ötən il baş vermiş dövlət çerilişinə cəhd ölkənin tarixində ən dəhşətli hadisələrdən biridir: "Əgər bu çevriliş baş tutsaydı, təkcə Türkiyə üçün deyil, bütün region üçün çox dəhşətli hadisələr baş verə bilərdi. Yəni bu hadisələr bütün region üçün təhlükə idi".

Səfir çevrilişə cəhd dövründə Türkiyə dövlətinə göstərdikləri dəstəyə görə Gürcüstan hökumətinə minnətdarliq edib: "Bu bizim strateji tərəfdaşlımizın bariz nümunəsidir".

Sonra səfir 2016-ci il 15 iyul hadisələrinin səbəb və nəticələri, dünyada törətdiyi əks səda, hazırda davam edən istintaq hərəkətlər barədə ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, səfirlikdə ötən il 15 iyul hadisələrini əks etdirən fotolardan ibarət sərgi açılıb. 

Tbilisidə ölkə qanunlarını pozan əcnəbilərə qarşı etiraz aksiyası keçirilib

Tbilisinin mərkəzi Aqmaşenebeli küçəsində bu ölkədə qeyri-qanuni məskunlaşmış əcnəbilərə qarşı etiraz aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Gürcülərin yürüşü” adı altında keçirilən aksiya saat 20.00-da başlayıb.

Mindən çox insan təqribən iki kilometr yol qət edib. Onlar hökumətdən Gürcüstanda əcnəbilərə yaşayış hüququnun və vətəndaşlığın verilməsi qaydalarını sərtləşdirən “Emmiqrasiya haqqında” yeni qanun qəbul etməyi, Gürcüstan ərazisinə qeyri-qanuni gələn və qanunla nəzərdə tutulmuş vaxtdan artıq qalan xarici ölkə vətəndaşlarını, eləcə də kriminal ünsürlərin ölkədən təcili çıxarmağı tələb ediblər.

Onlar bildiriblər ki, ölkədə cinayətkarlığın, qeyri-leqal biznesin, əxlaqsızlığın, narkomaniyanın, narkotik maddələrin qanunsuz satışının artmasında məhz bəzi əcnəbilər günahkardırlar.

Aksiyaçılar ölkədəki qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin də qarşısının alınmasının vacibliyini bildiriblər.

Etirazçılar Gürcüstanda qanunların ən çox İran, Suriya, Türkiyə, Pakistan, Hindistan vətəndaşları tərəfindən pozulduğunu iddia ediblər.

Yürüş-mitinq metronun “Marcanaşvili” stansiyasının qarşısında başa çatıb.

Gürcüstanda yeni enerji naziri təyin olunub

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İlya Eloşvilini energetika naziri təyin edib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, İlya Eloşvili keçmiş energetika naziri Kaxa Kaladzenin müavini olub.

Qeyd edək ki, Kaxa Kaladze hakim “Gürcü Arzusu” partiyasından Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürüldüyünə görə nazir postundan istefa verib. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilun oktyabr ayında keçiriləcək.

Son dəqiqə! Müdafiə Nazirliyi məlumat yaydı - Ordumuz ermənilərə ağır zərbə endirdi

"Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir".
Bunu Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev deyib.
O bildirib ki, 200 ildən çoxdur ki, ermənilərin əli ilə azərbaycanlılara qarşı qəddar soyqırımı siyasəti aparılır. İki əsrdən çox davam edən bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıblar: "Cəzasız qalan erməni faşistləri "Böyük Ermənistan" xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Xocalı, Qaradağlı, Malıbəyli, Meşəli və bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması erməni qəddarlığının davamıdır".
R.Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin gördüyü adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib.
General-mayor vurğulayıb ki, müharibədən ən çox əziyyət çəkən dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır: "Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar".
İdarə rəisi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici İşlər nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsinin beynəlxalq qurumları artıq hərəkətə gətirdiyini bildirib. O vurğulayıb ki, nəhayət dünya erməni vəhşiliyini, erməni vandalizmini pisləyir və onları bu təxribatlardan tez bir zamanda əl çəkməyə çağırır. Təqdim edilən layihədə erməni vandalizminə qarşı tutarlı cavabdır və gənclərdə Vətənə, dövlətə sevgi, düşmənə nifrət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Saytda Axtarış

Son xəbərlər