Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1249
DünənDünən5773
Bu həftəBu həftə37965
Bu ayBu ay43753
Bu günə qədərBu günə qədər8405384

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Cəbhədə ən son dəqiqə: Ermənilər Füzulidən hücuma keçdi - Əsgərlərimiz...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 133 dəfə pozub.

Dalga tv Sonxeber.az saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan prezidenti ABŞ dövlət katibi ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü olub. 

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  

Gürcüstan ABŞ-dan pulemyot və avtomat tüfəng almaq niyyətindədir

Gürcüstanın Müdafiə Nazirliyi ABŞ-dan əlavə silah almağı planlaşdırır.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, söhbət Sovetdənqalma silahların mərhələli şəkildə NATO standartlarına uyğun olanlarla əvəzlənməsi prosesindən gedir.

Proses çərçivəsində "M240" pulemyotları və "M4" avtomat tüfəngləri əldə olunacaq. Silahlar ABŞ-ın illik yardım çərçivəsində Gürcüstana ayırdığı vəsaitlər hesabına alınacaq.

Rus ordusu Qarabağa girdi – Azərbaycan torpaqlarında DÖYÜŞ

Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçiləri bu gün birgə hərbi təlimlərə başlayıb.

Hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların Dağlıq Qarabağa keçməsinin qarşısını alınması həyata keçirilib.

"İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb", - deyə Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatına deyilir.

Məlumatdan aydın olur ki, rus qoşunları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə daxil olub.

Qeyd edək ki, 1992-ci il 30 sentyabr tarixində imzalanan müqaviləyə əsasən Ermənistan-İran və Ermənistan-türkiyə sərhədlərini rus hərbiçiləri qoruyur.

"Bu vəhşiliklər yerdə qalmayacaq" – Qənirə Paşayeva

Qənirə Paşayeva
Millət vəkili

İşğalçı Ermənistanın Fizuli rayonunun Alxanlı kəndini, sivil insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, törətdikləri təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

İşğalçı dövlətin növbəti vandalizm aktları nəticəsində həyatını itirən əziz soydaşlarımıza Allahdan rəhmət, yaralı bacımıza acil şəfalar diləyirik. Müdafiə nazirliyi tərəfindən yayılan məlumatda işğalçı Ermənistanın bu təxribatı və sivil insanlarımızı hədəfə alması kimi qeyri-insani əməlləri barədə beynəlxalq qurumlara məlumat verildiyi bildirilir. Bu günə qədər heç bir ciddi işlə məşğul olmayan ATƏT-in Minsk Qrupu həmsədrlərindən ciddi münasibət gözləyirik. Hər zaman sivil Azərbaycan vətəndaşlarına qarşı işğalçı Ermənistanın bu cür vandalizm aktlarına susub, ümumi,mənasız açıqlamalarla tanınan bu Qrupun həmsədrlərindən sivil insanlarımıza qarşı törədilən bu cinayətə ciddi reaksiya vermələrini tələb edirik. Çünki onların işğalçı ölkəyə qarşı heç bir addım atmamaları da Ermənistanı bir az da bu vandalizm aktlarına cəsarətləndirir. Sabah İspaniyada Beynəlxalq Konfransda iştirak edəcəm və təbii ki ilk işim tədbirdə iştirak edən beynəlxalq təşilatlar rəhbərlərinə və müxtəlif ölkələrdən gəlmiş siyasətçilərə bu barədə geniş məlumatları təqdim etmək olacaq. bütün dünyada yaşayan soydaşlarımız da bu cinayətlərin dünyaya daha geniş duyurulmasında aktiv olmalıdır. Ordumuz düşmənə layiq olan cavabı verib və verir.

Allah əziz Alxanlı kənd sakinlərini, ön cəbhəmizdəki bütün insanlarımızı qorusun. Hamımızın qəlbi, fikri indi onların yanındadır. Hər zaman olduğu kimi.

Bir daha həlak olan əziz bacımız Sahibə xanıma, balamız Zərhaya Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.

İnşallah işğalçı ölkənin bu vəhşilikləri yerdə qalmayacaq və artıq qalmır. Allah əsgər və hərbiçilərimizə kömək olsun və onları qorusun. Sevgimizlə, duamızla və bütün qəlbimizlə onların yanındayıq.

Türkiyənin millət vəkillərindən Alxanlıdakı hadisəyə — SƏRT REAKSİYA

“Dövlətimizə qarşı yönələn təhdidləri aradan qaldırmaq üçün mübarizə apararkən qardaş Azərbaycanın Qarabağ bölgəsində Ermənistan işğalçılarının ağır silahlarla hücumu nəticəsində 2 yaşlı övladımızın qətlə yetirilməsi Türkiyədə hamını ağrıdıb. Bu, öz torpağını işğaldan azad etmək üçün Azərbaycanın səbrini daşıran bir damladır”.

Dalga tv  xəbər verir ki, bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili Suat Önal deyib.

O bildirib ki, Türkiyəni “soyqırım” törətməkdə haqsız şəkildə ittiham edən Ermənistan və erməni diasporası üçün 2 yaşlı azərbaycanlı uşağın onların özləri tərəfindən qətlə yetirilməsi ən ibrətamiz cavabdır: “Türk-islam milləti bunu unutmayacaq, unutmamalıdır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, yüz il əvvəl olduğu kimi, bu gün də öz torpaqlarını işğalçı ünsürlərdən təmizləmək yolunda Türkiyə hər an onların yanındadır və üzərinə düşən hər bir vəzifəni qərarlı şəkildə yerinə yetirəcək”.

Müstəqil millət vəkili Yusuf Halaçoğlu da hadisəni sərt şəkildə qınayıb: “Bu alçaq hücum Azərbaycanın öz torpaqlarında birbaşa mülki vətəndaşlara və dövlətə qarşı yönəlmiş qanlı cinayətdir. 100 il əvvəlin qondarma, saxta, baş verməmiş hadisələrini bu gün daha da saxtalaşdıraraq Türkiyəni ittiham etməyə çalışan erməni işğalçıları və onların havadarları suç törətdikləri yerdə yaxalandılar. İki yaşlı uşağın ağır silahla qətlə yetirilməsi Xocalı və Srebrenitsadan sonra  tarixin ən ağır soyqırımıdır. Bu mənfur hadisə beynəlxalq hüquqdan irəli gələn haqlarından istifadə edərək öz torpaqlarını işğaldan azad etmə  istiqamətində Azərbaycan türklərini daha da səfərbər etməlidir. Buna Azərbaycanın kifayət qədər gücü olduğu kimi, Türkiyənin də hər an qardaşlarının yanında olduğu unudulmamalıdır”.

Azərbaycan XİN rəhbəri Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışıb

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. “Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, - deyə H. Hacıyev vurğulayıb.

H. Hacıyev onu da əlavə edib ki, Azərbaycan XİN rəhbəri məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.

 

 
 

Ermənilər dinc sakinlərimizi atəşə tutdular: İki yaşlı uşaq və bir qadın şəhid oldu

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Bu barədə Dalga tv Oxu.Az-a istinadən  məlumat verib.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Cəbhədən son dəqiqə! Ermənilər hücuma keçdi - ORDUMUZ...

Ermənilərdən növbəti təxribat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (9 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Cəbhədə son vəziyyət

alt

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.

Dalga tv Sonxeber.az-a istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son dəqiqə! Ermənilər kütləvi şəkildə Qarabağı tərk edir

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində yalnız yaşlı insanlar yaşayır. Gənclər Qarabağ müharibəsində xaraba qalmış bu əraziləri tərk ediblər.

Bu barədə "kavkazplus" saytı yazıb.

Sayt qeyd edir ki, vaxtilə bu ərazilərdə əhali sıx şəkildə yaşayırdı: "İndi isə heç bir yerdən uşaq səsi eşidilmir, yalnız qocalar qalıblar. Erməni gənclər, həmçinin orta nəslin nümayəndələri işğal edilmiş Qarabağda və digər ərazilərdə yaşamaqdan imtina edirlər. Vaxtilə burada yaşayanlar da İrəvana köçür, yaxud xarici ölkələrə gedirlər. Heç bir infrastuktur yoxdur, yollar dəhşətli vəziyyətdədir, nəqliyyat işləmir. Yalnız pensionerlər ölməməyə bəs edəcək qədər olan pensiya alırlar və həyatyanı sahələrdə işləyirlər".

Sayt qeyd edir ki, rejimin təbliğatına baxmayaraq, insanlar anlayır ki, heç bir işğal sonsuza qədər davam etməyəcək.

"İnsanların bölgəni tərk etməsinin səbəbi təkcə cəbhədəki döyüşlərdən bezmələri və ağır sosial həyat yox, həm də bu ərazilərin beynəlxalq hüquq tərəfindən Azərbaycana məxsus olduğunun tanınmasıdır. Hakimiyyət güclü təbliğat kampaniyası aparır, lakin sadə ermənilər anlayır ki, işğal davam etməyəcək və ərazilər geri qaytarılacaq",- deyə məqalədə vurğulanır.

Ermənilər atəşkəs rejimini 120 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Saytda Axtarış

Son xəbərlər