Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1248
DünənDünən5773
Bu həftəBu həftə37964
Bu ayBu ay43752
Bu günə qədərBu günə qədər8405383

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi davam edir

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi davam edir.

APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.

DÜŞMƏN TƏTİKDƏ: Ermənistan Qarabağda hücuma keçə bilər

Sabah – iyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək. Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır.

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb. Ermənistan mediası da həmsədrlərin səfəri öncəsi atəşkəsə nəzarət mexanizminin yaradılmasının vacibliyini cənfəşanlıqla təbliğ edir.

Ötən ilin 16 may tarixində keçirilən Vyana görüşündə atəşkəsə nəzarət mexanizmi müzakirə olunmuşdu, lakin iyunun 20-də keçirilən Sankt-Peterburq görüşünün rəsmi açıqlamasında bu məsələ qeyd olunsa da, əsas müzakirə mövzusunun ərazilərin qaytarılması olduğu məlum idi. İrəvan isə nəzarət mexanizminin yaradılmasını israrla vurğulayır. Bu baxımdan, Savarş Koçaryanın "ehtimalları" təsadüfi deyil. Əslində, İrəvan bununla səfər öncəsi nəzarət mexanizmini yenidən gündəmə gətirmək istəyir.

Atəşkəsə nəzarət mexanizmi münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma, qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi "lokatorlar"ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. "Roys-Engel ideyası" adlanan bu təklif konqresmenlər Ed Roys və Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Burada əsas hədəf Ermənistanın işğal siyasətini möhkəmləndirmək, düşmən ölkəyə vaxt qazandıraraq, münaqişəni uzatmaqdır. Çünki belə bir mexanizmin qurulması Azərbaycanın beynəlxaq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə etmək imkanını məhdudlaşdırır.

Bakının qarşı çıxdığı mexanizmlərin yaradılması məsələsi ötən il "aprel müharibəsi"ndən sonra gündəmə gəlmişdi. Lakin sonra maliyyə və digər məsələlər əsas gətirilərək, bu, təxirə salındı. Məsələnin təxirə salınmasında Rusiyanın da rolu var. Belə mexanizmin qurulması Azərbaycana işğalın möhkəmləndirilməsi baxımından sərf etmirsə, ruslara da münaqişə üzərində nəzarəti itirmək baxımından sərfəli deyil. Çünki Qərb belə mexanizmlə beynəlxalq müşahidəçiləri təmas xəttinə yerləşdirmək və rusların sülhməramlı arzularını puça çıxarmaq niyyətindədir. Son proseslər Qərbin bu istəyindən əl çəkmədiyini göstərir.

Bütün bunların fonunda Azərbaycan mövqelərinə hücuma hazırlaşan erməni hərbi birləşmələrinin "OSA" zenit-raket kompleksinin məhv edilməsinə görə Minsk qrupunun Bakını ittiham etməsi təsadüfi deyildi. O da təsadüf deyil ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış Beynəlxalq Böhran Qrupu münaqişə zonasında hər an müharibənin başlaması haqda proqnoz verdi. Hesab etmək olar ki, Qərb vəziyyətin gərgin olduğu haqda beynəlxalq rəy yaradaraq, son nəticədə nəzarət mexanizmini yaratmaq istəyir. Hansı ki, bu, Ermənistanın əlini gücləndirəcək. Bu baxımdan, Ermənistanın nəzarət mexanizminin yaradılması üçün Qərbə "kömək edəcəyi" istisna deyil.
Hansı köməkdən söhbət gedir?: Mümkündür ki, Ermənistan bu gün, yaxud sabah cəbhədə gərginliyi artırmaq üçün təxribat hücumlarına keçsin. Hətta bu hücumların müharibəyə sövq edəcək həddə olması da gözləniləndir. Ermənistan belə hücumla münaqişə zonasında gərginliyi artıraraq, qərbli həmsədrlərə nəzarət mexanizmi üzərində israrla dayanmasına əsas verə bilər. Bu ərəfədə cəbhədə atılan hər gülləyə və yaranacaq gərginliyə görə məsuliyyəti Ermənistan daşıyır. Bu baxımdan, ehtiyatlı olmalıyıq.

Son dəqiqə! Azərbaycanlı nazir Natiq Əliyev dünyasını dəyişdi

Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.

Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

Mənbə: APA

İrakli Kobaxidze: "Məqsədimə çata bilməsəm istefa verəcəm"

alt

Mən Gürcüstanda proporsiyonal seçki sisteminə keçilməsini zəruri hesab edirəm və bu seçki sisteminin dəyişdirilməsini qarşıma əsas məqsəd olaraq qoymuşam.

Dalga tv-nin Xəbər.ge-yə istinadən məlumatına görə, bu barədə Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze çıxışında bəyan edib.

Kobaxidze proporsiyonal seçki sisteminə keçilməsini və ajoritar sistemin ləğv olunmasını istədiyini açıqlayıb.

"Parlamentdə olan 116 deputatın fikiri necədir bilmirəm ancaq, mənim fikrimcə bu məsələ ilə bağlı yaxşı nəticə əldə etmək və məqsədə çatmaq olar. Bu məsələ ilə bağlı, konsultasiyalarım olacaq və əminəm ki, seçki sisteminin dəyişidirilməsidə iqtidarın konsensus resursu mövcuddur".

Qeyd edək ki, Kobaxidze jurnalistlərə bu sistemi dəyişdirə bilməyəcəyi təqdirdə istefa verəcəyini də bildirib.

İşğalçı qüvvələr 4 nəfər Gürcüstan vətəndaşını oğurlayıblar

Gürcüstan-Cənubi Osetiya qoşunların təmas xəttində yeni insident baş verib.

Dalga tv-nin Xəbər.ge-yə istinadən verdiyi məlumata görə, Duşeti rayonunun Qremisxevi kəndində işğlaçı rus əsgərləri kənd sakinləri Nukri Tvaurini, Akaki Papukaşvilini, Zaur Qiqaurini və Zurab Qedevanişvilini oğurlayaraq Sxinvaliyə aparıblar.

Onlar Sxinvalidəki polis təcridxanasında saxlanırlar.

Öz növbəsində Gürcüstan Dövlət Xidməti Təhlükəsizliyi 4 nəfər yerli sakinin oğurlanması faktını təsdiq edib. Dövlət Xidməti Təhlükəsizliyinin rəsmisi Kaxa Kemoklidze mətbuata açıqlamasında bildirib ki, hazırda 4 nəfər Gürcüstan vətəndaşının oğurlanması ilə bağlı məsələ araşdırılır.

Qeyd edək ki, son bir ay ərzində işğalçı qüvvələr sərhədyanı ərazidə 17 nəfər Gürcüstan vətəndaşını oğurlayıblar.

Türkiyədə Azərbaycanla bağlı tarixi sənəd tapılıb

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddət apardığı araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə edib.

Dalga tv Oxu.Az-a istinadən məlumat verir.

Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı münasibətlərə dair maraqlı faktlar yer alıb. 

1578-1914-cü illəri əhatə edən arxiv sənədində Azərbaycan xanlıqları ilə yanaşı, Tiflis, Dağıstan və Çərkəz vilayətinin, eləcə də rus, erməni və gürcü əhalisinin sayını müəyyən edən xəritə göstərilir. Arxiv sənədində o dövrlərdə İrəvanda yeddi yüz min azərbaycanlının yaşadığı qeyd edilir. 

Əldə olunan arxiv sənədi AMEA-nın Tarix İnstitutuna təqdim ediləcək. Eyni zamanda bu istiqamətdə araşdırmalar aparan mütəxəssislər də həmin əhəmiyyətli sənəddən faydalana biləcəklər.

  

Ermənilər işğal altında olan ərazilərinə od vurub

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olanAğdam rayonunda növbəti yanğın törədiblər.

Dalga tv Oxu.Az-a istinadan xəbər verir ki, alov əsasən Baş Qərvənd və “Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir.
 
Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib.
 
Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür.

Azərbaycanda terrorçu və terror təşkilatı anlayışı genişləndirilir

Azərbaycanda “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı “Terrorçuluğa qarşı mübarizə haqqında” dəyişiklik edilir.

Layihəyə əsasən, qanunun 1-ci maddəsinin üçüncü bəndində bildirilir ki, terrorçu-hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Terrorçu - hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir”.

Maddənin dördüncü bəndində təklif olunan dəyişiklikdə isə deyilir ki, “terror təşkilatı – hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır”.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “terror təşkilatı - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.

“Gürcüstanın NATO-ya üzvlüyü Azərbaycan üçün də çox vacibdir”

“Azərbaycan, Gürcüstan və Türkiyə bir-birinə lazım olduqlarını anlayırlar. Əməkdaşlığı gücləndirmək üçün üç ölkədə də istək var”.
 

Bu sözləri Bakıda keçirilən “Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” adlı beynəlxalq konfransında çıxışı zamanı Gürcüstanın Avropa İttifaqı tədqiqatları mərkəzinin direktoru, Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun təmsilçisi Kaxa Qeqolaşvili deyib.

K. Qeqolaşvili bildirib ki, bölgənin hər üç ölkəsi ortaq siyasi tarixə malikdir: “Geosiyasi mövqeyimiz də bu bölgədə sülh və sabitliyi, xalqlarımızın rifahını təmin etmək üçün bizə imkan verir. Ölkələrdə siyasi dəyişikliklər heç bir halda əlaqələrə təsir etmir. Əlaqələrimizin keyfiyyəti çox yüksəkdir. Üçtərəfli əməkdaşlıq vacib məsələdir. İlk növbədə bu, ölkələrin narahatlıqlarını müzakirə etməyə təkan verir. Əməkdaşlıq ölkələrimiz və xalqlarımızın maraqlarına əsaslanır. Hər üç ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. Türkiyənin Avropa İttifaqına üzvlüyü müzakirə olunur. Azərbaycan isə Aİ ilə yeni saziş üzrə danışıqlar aparır. Hər üç ölkə geniş mənada Avropa icmasının bir hissəsidir. Bizim bu sahədə də əməkdaşlığımız vacibdir. Biz avroatlantik inteqrasiyada bir-birimizi dəstəkləyirik. NATO-ya üzvlükdə Türkiyə Gürcüstanı dəstəkləyir. Biz inanırıq ki, bir gün NATO-nun üzvü olacağıq. Bu, tək Gürcüstan deyil, Azərbaycan üçün də çox vacibdir. Gürcüstan öz təhlükəsizliyi üçün böyük qarantiya alacaq. Bu, bütün regiona təsir göstərəcək”.

Cəbhədən son dəqiqə! Müdafiə Nazirliyi rəsmi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Mənbə:Sonxeber.az

Gürcüstan parlamentinin sədri: “Konstitusiyaya dəyişikliklər payızda qəbul ediləcək”

Gürcüstan Konstitusiyasına dəyişikliklər bu ilin oktyarbında parlamentin sessiyasında təsdiqlənəcək.

Bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, iyunun 9-dək Konstitusiyadakı dəyişikliklərlə bağlı layihəyə parlamentin komitəsində baxılacaq və ondan sonra birinci oxunuş üçün parlamentin iclasına təqdim ediləcək.

İrakli Kobaxidze parlamentin iyunda layihənin ikinci oxunuşunun da olacağını gözlədiyini vurğulayıb: “Birinci oxunuş iyunun 18-də olmalıdır. İyunun sonunda isə ikinci oxunuş keçiriləcək. Üçüncünün isə parlamentin payız sessiyasında olacağı nəzərdə tutulub” .

“Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə heç kimin haqqı yoxdur”

Əfqan Muxtarlının həbsi ilə bağlı əsassız məlumatlar yaymaqla Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə heç kimin haqqı yoxdur.

Dalga tv Xəbər.ge-yə instinadən xəbər verir ki, bunu Trend-ə açıqlamasında Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev bildirib.

Onun sözlərinə görə, bu məsələdə Bakı-Tbilisi dostluğu ilə yanaşı, həm də Gürcüstanın imici də vacibdir: "Azərbaycanda və Gürcüstanda olan bəzi müxalif qüvvələr hələ istintaq başa çatmamış əsassız bəyanatlar verir, iki ölkə arasındakı münasibətlərə və Gürcüstan dövlətinin imicinə xələl gətirməyə çalışır: "Gürcüstan bu məsələyə çox ciddi yanaşır. Gürcüstan dövləti bu ölkədə yaşayan azərbaycanlıların bütün problemlərinə həssas yanaşır. Ona görə də heç kimin bu məsələni şişirtməyə, iki ölkə arasında dostluğa xələl gətirməyə və Gürcüstanın imici haqqında mənfi rəy formalaşdırmağa haqqı yoxdur. Bu gün həm Azərbaycanla Gürcüstan dostluğuna, həm də Gürcüstan dövlətinin son vaxtlarda əldə etdiyi uğurlara kölgə salmaq istəyən qüvvələr var. Onlar Azərbaycanla Gürcüstan arasındakı dostluğa ləkə salmaq istəyir".

M.Dərziyev bildirib ki, bu addımlar məqsədyönlü şəkildə atılır: "Heç bir qüvvə bu məsələ ilə bağlı araşdırılmamış, əsaslandırılmamış bəyanatlar verə bilməz. İstintaq başa çatandan sonra hadisənin səbəbi tam bəlli olacaq".

Saytda Axtarış

Son xəbərlər