Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1255
DünənDünən5773
Bu həftəBu həftə37971
Bu ayBu ay43759
Bu günə qədərBu günə qədər8405390

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

 Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçib və NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Hazırda seritifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.
Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur.
Təlim iyunun 2-dək davam edəcək.

 

NATO Parlament Assambleyası Gürcüstan hökuməti və parlamenti qarşısında yeni tələb qoyub

NATO Parlament Assambleyası Gürcüstanın alyansa inteqrasiyasının gücləndiriməsi ilə bağlı müəyyən şərtlər irəli sürüb. 

NATO Gürcüstan hökuməti və parlamentini ölkədə demokratiyanı, söz və mətbuat azadlığını inkişaf etdirməyə, məhkəmələrin müstəqilliyini təmin etməyə çağırıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər, NATO PA-nın "Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi” ilə bağlı qəbul etdiyi bəyannamədə əksini tapıb.

Sənəddə deyilir: "NATO PA hesab edir ki, Gürcüstan NATO-ya inteqrasiyasının gücləndirilməsi məqsədilə Gürcüstan-NATO komissiyasının, Milli Fəaliyyət Proqramının ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı təklif və tövsiyələrindən, mövcud imkanlardan istifadə etməlidir. Hökumət və parlament, ölkədə demokratik institutların inkişafı, media azadlığının, məhkəmələrin müstəqilliyinin təmin olunması istiqamətində fəaliyyəti davam etdirməli, iqtidar partiyası ilə müxalifət partiyaları arasında dialoqu dərinləşdirməli və gərginliyi azaltmalıdır”

NATO Gürcüstanın dəniz limanlarında qüvvələrini yerləşdirməyəcək

NATO Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çoxmillətli briqadanın köməyi ilə təmin etməyi planlaşdırır.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində NATO baş katibinin müavini Rouz Gettemüller deyib.

O bildirib ki, Rumıniyadakı briqada alyansa daxil olan ölkələrin hərbçilərindən ibarətdir.

“Bu mərhələdə Gürcüstanın dəniz limanlarında NATO qüvvələrini yerləşdirməyi planlaşdırmırıq”, - deyə R. Gettemüller vurğulayıb.

Azərbaycan və Gürcüstan gömrük orqanları arasında texniki təminat sənədlərinin icra vəziyyəti müzakirə edilib

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gömrük Departamentinin rəhbəri Vladimer Khundadze başçılıq edib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, əlaqələrin davamlı inkişaf etdiyi və qarşılıqlı münasibətlərin güclənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub.

Bununla yanaşı, Azərbaycan və Gürcüstan gömrük orqanları arasında məlumat mübadiləsinə dair həm ikitərəfli, həm də GUAM çərçivəsində imzalanmış texniki təminat sənədlərinin icra vəziyyətləri müzakirə edilib, iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etmək məqsədi daşıyan həmin sənədlərin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gömrük Departamentinin nümayəndələri ilə birgə aparılan monitorinq zamanı ilkin məlumat mübadiləsinin təşkil edilməsi üçün tətbiq olunan test sınaqlarının daha 1 ay müddətində davam etdirilməsi qərara alınıb.

Eyni zamanda, xarici turistlərin marağının artırılması, turizmin inkişafında davamlılığın təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə xarici vətəndaşlar tərəfindən alınan mallara görə ödənilmış əlavə dəyər vergisinin tam və ya qismən geri qaytarılması (TAX FREE) sisteminin tətbiqi ilə bağlı iki ölkənin gömrük orqanları arasında məlumat mübadiləsinin həyata keçirilməsinin zəruriliyi də qeyd olunub.

“Biz səbirlə Gürcüstanın NATO və Avropa Birliyinə üzv olacağı günü gözləyirik” –Gürcüstan prezidenti

"Biz səbirlə Gürcüstanın NATO və Avropa Birliyinə üzv olacağı günü gözləyirik".

Bunu gürcü xalqına müraciətində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. O, Gürcüstanın öz yolundan dönmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, Gürcüstan hazırda Avropa Birliyinin assosiativ üzvüdür. Tiflis NATO ilə də əməkdaşlığını genişləndirib və Alyansın aparıcı qüvvəsi olan ABŞ-ın müttəfiqidir

Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirilir

Bu gün Tiflisdə NATO Parlament Assambleyasının (PA) yaz sessiyasının plenar iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO PA-nın sədri Paolo Ali tədbiri açaraq, NATO-nun Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. O, Gürcüstanın NATO-ya qoşulmaq niyyətində olmasını sevindirici hal kimi qiymətləndirib.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkədə həyata keçirilən islahatlardan danışıb: “Gürcüstan NATO-nun tamhüquqlu üzvü olmağa cəhd edir. Düşünürük ki, düzgün yoldayıq. Bu, xalqın arzusudur”.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili NATO PA-nın yaz sessiyasının Tiflisdə keçirilməsini alqışlayıb: “Hər yerdə təhlükə var, mürəkkəb dövrdə yaşayırıq. Torpaqlarımızın 20 faizini şimal qonşumuz işğal edib, insanlar öz ölkələrində qaçqın vəziyyətinə düşüblər. Bunlara baxmayaraq, Gürcüstan demokratiya yolunu seçib. Ölkəm inkişaf edir və Avropa strukturlarına inteqrasiya edir. Səbirsizliklə Gürcüstanın NATO-ya üzv olacağı günü gözləyirik. Hazırda bu istiqamətdə Alyansda da iş aparılır”.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qəbul etdikləri öhdəliklər barədə də danışıb. O, ölkədə müdafiə sisteminin genişləndirilməsi, məhkəmələrin müstəqilliyi, prokuror seçkilərinin şəffaflığı, təhsilin inkişafı, kütləvi informasiya vasitələrinin azadlığı, informasiya şəffaflığının təmin olunması, milli azlıqlar və gender bərabərliyi, məhbuslar üçün şərait və digər vacib öhdəliklər haqqında fikirlərini bildirib.

Baş nazir Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan layihələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

NATO baş katibinin müavini Rouz Qiotenmiuler sessiyanın Gürcüstanda keçirilməsinin vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, iclasın sonunda NATO PA üzvlərinin Gürcüstanın Alyansa üzvlüyünün dəstəklənməsinə dair bəyannamə qəbul ediləcək.

 

Gürcü ekspert: “Azərbaycan - Gürcüstan əməkdaşlığı Avropa üçün də əhəmiyyətlidir”

Tiflisdə  NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin iclası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda  Azərbaycanın Cənubi Qafqaz regionundakı rolundan danışılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrin əhəmiyyəti böyükdür.

Komitənin iclasında, əsasən, ərzaq təhlükəsizliyi, qlobal istiləşmə, iqlim dəyişikliyi, bu amillərin iqtisadiyyata təsiri, iqtisadi təhlükəsizlik, NATO -nun maliyyələşməsində bərabərlik prinsipləri və sair məsələlər müzakirə olunub.

NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev jurnalistlərə açıqlamasında bildirib ki, NATO-ya üzv olan ölkələrin və beynəlxalq təşkilatların iştirak etdiyi iclasda gürcü eksperti Azərbaycanın regionda və dünyada artan nüfuzundan ətraflı şəkildə məlumat verib. Q.Həsənquliyevin sözlərinə görə, iclasda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru Kaxa Qoqolaşvilinin məruzəsi bəyənilib. Gürcü ekspert ölkəsinin iqtisadiyyatı, iqtisadi təhlükəsizliyi, inkişafı və investisiya mühitinin imkanları haqqında ətraflı məlumat verib.

Gürcü ekspert, ölkəsinə investisiya yatıran xarici ölkələr sırasında Azərbaycanın xüsusi rolu olduğunu bildirib: "Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycan Gürcüstanda təkcə enerji sahəsinə deyil, kənd təsərrüfatı, bank sistemi, infrastruktur layihələrinə 600 milyon dollar sərmayə yatırıb. Bununla, Azərbaycan 2016-cı ildə Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr sırasında birinci, Türkiyə isə ikinci yeri tutub”.

Ekspert Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft və qaz kəmərləri layihələrinin regionun və Avropanın enerji təminatında və iqtisadi təhlükəsizliyində əhəmiyyətli rolu olduğunu açıqlayıb. O, qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolunun  tikintisi yaxın vaxtlarda başa çatacaq: "Bu layihə Asiya ilə Avropa birləşdirməklə yanaşı, iqtisadi təhlükəsizliyimizdə və inkişafımızda mühüm rol oynayacaq”, - deyə ekspert qeyd edib.

Gürcü ekspert çıxışında Azərbaycan-Gürcüstan əməkdaşlığının Avropa üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

NATO PA-nın komitə iclasında Metsamor AES-in regiona təhlükəsindən bəhs edilib

NATO Parlament Assambleyasının (PA) Tiflisdə keçirilən Elm və Texnologiya komitəsinin iclası keçirilib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda  Orta Şərqdə müharibələrin ekoloji tarazlığa  vurduğu zərbə, ətraf mühitin çirklənməsi, həmin ölkələrin iqtisadiyyatına və əhalinin sağlamlığına, təbii ehtiyatlara vurduğu ziyan barədə məruzə dinlənilib.

Məruzə ətrafında çıxışlar zamanı Azərbaycanın NATO PA-dakı  nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. M. İbrahimqızı Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib: “Bu gün toplaşdığımız Tiflis şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır və  təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənistan bu bölgələrdə mədəniyyət abidələri və təbii sərvətləri talayıb, ekoloji sistemə ciddi ziyan vurub. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. Bu AES Cənubi Qafqaz ölkələri üçün təhlükədir. Metsamor AES Sovetlər dönəmindən qalmış  köhnə infrastrukturdan ibarətdir”. 

M. İbrahimqızı Dağlıq Qarabağ ərazilərində yetişdirilən narkotiklərin Avropaya daşındığını da qeyd edib.

NATO PA Elm və Texnologiya komitəsinin iclasında çıxış edən məruzəçi bu məsələnin bu gün beynəlxalq aləm üçün doğrudan da aktual və vacib olduğunu  vurğulayıb və təkrar çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin faktlara əsasən söylədiyi fikirləri bəyəndiyini bildirib. Eyni zamanda bu faktların ciddi narahatlıq yaratdığını qeyd edib. Komitə iclasında bildirilib ki, bu məsələlərlə əlaqədar komissiya yaradılmalı və ciddi araşdırmalar aparılmalıdır.

İclasdan sonra M.İbrahimqızı jurnalistlərə açıqlamasında bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib: “Artıq bir neçə gündür ki, ermənilər işğal etdikləri Cəbrayıl rayonu ərazisindəki Böyük Cocuq Mərcanlı kəndi yaxınlığında meşələri yandırıblar və yanğın bu gün də davam edir”.

Kvirikaşvili: “Gürcüstan artıq post-sovet ölkəsi deyil”

"Gürcüstan artıq "post"-ölkə deyil. Ona "post-sovet ölkəsi" deməyi artıq unutmaq vaxtıdır. Biz artıq hər mənada Şərq Avropa ölkəsiyik".

 Bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Rusiya Federasiyası Dumasının Təhsil və Elm Komitəsinin sədri Vyaçeslav Nikonovun replikasına cavab olaraq bildirib.

Qeyd edək ki, Nikonov bildirib ki, Rusiya, Gürcüstan və Ukraynanın Avropa İttifaqına qoşulmalarına qarşı deyil, ancaq NATO-ya inteqrasiyalarına qarşıdır.

"Gürcüstan hazırda ən gözəl biznes-mühitə sahibdir. Dünya bankının reytinqinə əsasən, biz, dünyada 16-cı yerdəyik. Heritage Foundation-a görə, bizim iqtisadiyyatımız, azadlıq baxımından 13-cü yerdədir. Göstəricilərimiz ildən ilə yaxşılaşmaqdadır.

Ölkəmizdə güclü demokratiya insitutları mövcuddur. Qanunun aliliyi isə, gündən günə güclənir.

Ölkə əhalimizin 75 faizdən artığı, Gürcüstanın NATO-ya inteqrasiyasını, 80 faizdən artığı isə, Avropa İttifaqına qoşulmasını dəstəkləyir. Bütün bunları nəzərə alaraq, Gürcüstanın NATO-ya qoşulmasına qarşı çıxmaq, hərcür logikadan uzaqdır.

Bağışlayın amma, Gürcüstanın ərazilərinə intervensiya edən bir ölkə olaraq, bizim iqtisadi göstəricilərimizin aşağı olmasından danışmağınız biraz gülməlidir, çünki məhz Rusiya

Federasiyasının intervensiyasıdır iqdisadiyyatımıza ciddi zərər vuran".

Gürcüstanın baş naziri Qlobal Təhlükəsizlik Forumu çərçivəsində keçirilən, "Şərq Qonşuluğu-2017" sesiyasında iştirak etdi.

 

Mənbə: Media24.az

 

Gürcü ekspert: “Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropa üçün də əhəmiyyətlidir”

Tiflisdə  NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin iclası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda  Azərbaycanın Cənubi Qafqaz regionundakı rolundan danışılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrin əhəmiyyəti böyükdür.

Komitənin iclasında, əsasən, ərzaq təhlükəsizliyi, qlobal istiləşmə, iqlim dəyişikliyi, bu amillərin iqtisadiyyata təsiri, iqtisadi təhlükəsizlik, NATO -nun maliyyələşməsində bərabərlik prinsipləri və sair məsələlər müzakirə olunub.

NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev jurnalistlərə açıqlamasında bildirib ki, NATO-ya üzv olan ölkələrin və beynəlxalq təşkilatların iştirak etdiyi iclasda gürcü eksperti Azərbaycanın regionda və dünyada artan nüfuzundan ətraflı şəkildə məlumat verib. Q.Həsənquliyevin sözlərinə görə, iclasda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru Kaxa Qoqolaşvilinin məruzəsi bəyənilib. Gürcü ekspert ölkəsinin iqtisadiyyatı, iqtisadi təhlükəsizliyi, inkişafı və investisiya mühitinin imkanları haqqında ətraflı məlumat verib.

Gürcü ekspert, ölkəsinə investisiya yatıran xarici ölkələr sırasında Azərbaycanın xüsusi rolu olduğunu bildirib: “Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycan Gürcüstanda təkcə enerji sahəsinə deyil, kənd təsərrüfatı, bank sistemi, infrastruktur layihələrinə 600 milyon dollar sərmayə yatırıb. Bununla, Azərbaycan 2016-cı ildə Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr sırasında birinci, Türkiyə isə ikinci yeri tutub”.

Ekspert Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft və qaz kəmərləri layihələrinin regionun və Avropanın enerji təminatında və iqtisadi təhlükəsizliyində əhəmiyyətli rolu olduğunu açıqlayıb. O, qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolunun  tikintisi yaxın vaxtlarda başa çatacaq: “Bu layihə Asiya ilə Avropa birləşdirməklə yanaşı, iqtisadi təhlükəsizliyimizdə və inkişafımızda mühüm rol oynayacaq”, - deyə ekspert qeyd edib.

Gürcü ekspert çıxışında Azərbaycan-Gürcüstan əməkdaşlığının Avropa üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

Ankarada Qarabağ Parkının açılışı olub

Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.

Deputatlar Qənirə Paşayeva, Elman Nəsirov, Əmrullah İşlər və başqaları çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu bölgənin və ona bitişik rayonların təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması, problemin həlli istiqamətində Azərbaycan dövlətinin göstərdiyi sülh səylərindən danışıblar. Çıxışçılar qeyd ediblər ki, Pursaklar bələdiyyəsi tərəfindən Qarabağ Parkının salınması Türkiyə xalqının Azərbaycana göstərdiyi dəstəyin bariz nümunəsidir.

Çıxışlarda Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində səyləri qeyd edilib.

Sonra türkiyəli deputatlara Heydər Əliyev Fondunun hazırladığı muğam musiqisinin kataloqunu və  Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə olunub

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 99 il keçir

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 99 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib. 

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Respublika Günü münasibətilə ölkənin bütün strukturları, Azərbaycanın diplomatik nümayəndələri və diaspor təşkilatları tədbirlər təşkil edirlər. 

Saytda Axtarış

Son xəbərlər