Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2016
DünənDünən5773
Bu həftəBu həftə38732
Bu ayBu ay44520
Bu günə qədərBu günə qədər8406151

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Nazir: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Bu gün Tiflisdə NATO Parlament Assambleyasının yaz sessiyası çərçivəsində Müdafiə və təhlükəsizlik Komitəsinin iclası keçirilib.

Dalga tv  APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Gürcüstan müdafiə naziri Levan İzoriya Gürcüstan Silahlı Qüvvələrinin NATO qüvvələri ilə birgə Əfqanıstanda təhlükəsizliyi təmin etməyə hazır olduğunu bildirib.

Nazir qeyd edib ki, Gürcüstanın beynəlxalq missiyada iştirakı ümumi dəyərlərə xidmət edir.

Azərbaycan Milli Məclisinin üzvü Siyavuş Novruzov isə  L.İzoriyaya sualla müraciət edərək Gürcüstanın Silahlı Qüvvələrinin təcrübəsinin Azərbaycan üçün vacib olduğunu bildirib. Nazir suala cavabında bildirib ki, Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa boru xətləri, habelə BTQ dəmir yolu layihəsinin mühafizəsində Gürcüstan Silahlı Qüvvələrinin böyük rol oynayır.

S.Novruzov 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstan ərazisindən keçən beynəlxalq boru xətlərinə yaranan təhlükə barədə danışıb, habelə “Asala” terror təşkilatının terror aktları törətməyi planlaşdırdığını bildirib.

S.Novruzovun Gürcüstan Silahlı Qüvvələrinin modernləşməsi barədə sualına gəldikdə isə L.İzoriya Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edərək bunu deyib: 

“Bu günlərdə Azərbaycan müdafiə naziri Gürcüstana rəsmi səfər edib. Biz həm ikitərəfli, həm də Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirdik. Biz müdafiə, təhlükəsizlik və silahlı qüvvələrin gücləndirilməsi, eləcə də Cənubi Qafqazın regionunda təhlükəsizlik məsələlərini müzakirə etdik”.

Nazir azərbaycanlı deputatın haqlı olduğunu və Cənubi Qafqazda təhlükəsizliyin qorunmasının vacib olduğunu, mühüm obyekt və infrastrukturu birgə qoruduqlarını bildirib: 

“Biz Cənubi Qafqazda təhlükəsizliyi NATO-nun üzvü olan Türkiyə, eləcə də  Gürcüstan və Azərbaycanla birgə effektli şəkildə təmin etməyə çalışırıq. Bu, bizim başlıca prioritetlərimizdən biridir”.

Müdafiə naziri L.İzoriya iki həftə sonra üçtərəfli hərbi təlimlər keçiriləcəyini və bu təlimlərin sentyabr ayında davam edəcəyini qeyd edib.

Nazir Gürcüstan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun modernizasiya olunacağını da bildirib. O, bu istiqamətdə fransızlarla danışıqların aparıldığını və NATO ilə hərbi sahədə yeni proqramın icra ediləcəyini vurğulayıb.

Azərbaycan prezidenti: “Gündən-günə azğınlaşan terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizə aparılmalıdır”

Azərbaycan prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubda deyilir:

“Hörmətli cənab Prezident, Əl-Minya vilayətində avtobusun avtomat silahlardan atəşə tutulması nəticəsində əksəriyyəti uşaqlardan ibarət olan sərnişinlərin həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, gündən-günə azğınlaşan terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Gürcüstanda NATO PA-nın yaz sessiyası başlayıb

Gürcüstan paytaxtında NATO Parlament Assambleyasının 4 günlük yaz sessiyası başlayıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, sessiyada 28 üzv ölkədən, eləcə də tərəfdaş ölkələrdən 600-dən çox nümayəndə iştirak edir.   

Sessiyanın ilk günündə iştirakçıların birgə mətbuat konfransının, Gürcüstan-NATO Parlamentlərarası Şurasının, eləcə də Daimi Komitənin qapalı yığıncağının, bir sıra ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
 

İkinci-üçüncü günlər NATO PA-nın müxtəlif komitələrinin toplantıları olacaq. Komitə toplantıları və plenar iclasda NATO-Avropa İttifaqı əməkdaşlığı, terrorçuluqla mübarizə, Əfqanıstanda vəziyyət, Qara dənizdə təhlükəsizlik məsələləri və digər mövzular müzakirə ediləcək. Gürcüstanın müdafiə naziri Levan İzoria, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Vladimir Çaçibaya, xarici işlər naziri Mixail Canelidze, sabiq xarici işlər naziri İrakli Menaqarişvili, vətəndaş bərabərliyi və barışıq naziri Ketevan Tsixelaşvili və digər şəxslərin məruzə ilə çıxış etməsi nəzərdə tutulub.

Plenar sessiya mayın 29-da keçiriləcək. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, baş nazir Georgi Kvirikaşvili, prezident Georgi Marqvelaşvili və xüsusi qonaq qismində dəvət olunan NATO baş katibinin müavini Rouz Getemüller ilə Ukrayna Ali Radasının sədri Andrey Parubiy iştirakçılara müraciət edəcək. Sonda Gürcüstanın avroatlantik inteqrasiyasına dəstək ifadə olunan bəyannamənin qəbulu nəzərdə tutulub.

Qeyd edək ki, sessiyada Ziyafət Əsgərovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Batumidə 28 may - Respublika Günü qeyd olunub

28 may - Respublika Günü münasibətilə ilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu  tərəfindən təntənəli tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə konsulluqdan bildirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının səhiyyə və əhalinin sosial müdafiə naziri Zaal Mikeladze, kənd təsərrüfatı naziri  Laşa Komaxidzeni, Batumi Şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının məsul əməkdaşları, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan və Konsulluğunun əməkdaşları,  İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan baş konsul Rəşad İsmayılov 28 May Respublika Gününün əhəmiyyətindən, ADR-ın dövlətçilik tariximizdəki mühüm yerindən bəhs etmiş, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra müasir Azərbaycanın təməlinin qoyulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.

Baş konsul həmçinin, Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat, turizm və infrastruktur layihələrindən də geniş bəhs edib.

Baş konsul, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Sonra çıxış edən Acarıstan Muxtar Respublikasının səhiyyə və əhalinin sosial müdafiə naziri Zaal Mikeladze Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Acarıstan Muxtar Respublikasının rəsmisi,  dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu deyib.

Tədbir, Azərbaycan və Gürcü musiqiçilərinin ifasında konsert proqramı ilə başa çatıb.

İstanbulda 28 May - Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib

Türkiyənin İstanbul şəhərində 28 May - Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib. 

Dalga tv "Report"a istinadən  verdiyi məlumata görə, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub. 

Mərasimdə baş konsul Məsim Hacıyev və rəhbərlik etdiyi diplomatik korpusun əməkdaşları, İstanbul şəhərinin valisinin müavini, bələdiyyə sədrləri, hərbi attaşelər, diplomatlar, Türkiyədə fəaliyyət göstərən Azərbaycan nümayəndəliklərinin, şirkətlərinin və dərnəklərinin təmsilçiləri, rektorlar, elm adamları, tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimi M.Hacıyev açaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixçəsindən danışıb. O, tarixin çətin və keşməkeşli illərində, min bir əziyyətlə yaradılan cümhuriyyətin 23 aylıq müddətdə bu gün qüdrətli ölkəyə çevrilmiş Azərbaycanın bünövrəsinin təməl daşlarını qoyduğunu deyib. Azərbaycan və Türkiyə qardaşlığının ölkəmizin müstəqillik tarixinə də qızıl hərflərlə yazıldığını deyən M.Hacıyev tarixi faktlara nəzər salıb: "Təsadüfi deyil ki, cümhuriyyət qurulduqdan sonra - 1918-ci ilin sentyabrında Bakı Nuri Paşanın komandanlığı altındakı Qafqaz-İslam Ordusu tərəfindən erməni daşnaklarından təmizlənib, respublikanın paytaxtı elan edilib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq Osmanlı dövləti ilk dəfə tanıyıb. Azərbaycan və Türkiyə tarixin bütün dövrlərində möhkəm bağlarla bir-birinə bağlı olub". Baş konsul son illərdə iki qardaş ölkə arasında reallaşan TANAP, TAP, Bakı-Ceyhan-Qars kimi nəhəng enerji layihələrindən də söz açıb, Azərbaycanın uğurunun tarixin bütün dövrlərində həm də qardaş Türkiyənin, türk xalqının uğuru olduğunu deyib. M.Hacıyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın Azərbaycanın üçrəngli bayrağını dünya səmalarına qaldırdığını vurğulayıb. 

Tədbir daha sonra bədii hissə ilə davam etdirilib, Azərbaycan müsiqisi səslənib, rəqqasların ifasında milli rəsqlər nümayiş olunub, tar, kaman, ud kimi milli musiqi alətlərinin müşayiəti ilə sənətçilərin ifaları dinlənilib. Azərbaycanın əsrarəngiz təbiəti, zəngin təbii sərvətləri, mədəniyyəti haqqında sənədli filmlər nümayiş olunub. Eyni zamanda, mərasim iştirakçıları Azərbaycanın milli mətbəx nümunələrindən dadıb.

Bundan əlavə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən tədbir iştirakçılarına Azərbaycan tarixindən bəhs edən və Türkiyə türkcəsinə çevrilmiş kitablar hədiyyə edilib.

 

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib.

Gəncə İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Gürcüstanın Gəncədəki Baş Konsulluğunun keçirdiyi tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Gəncədəki baş Konsulu Mamuka Balavadze, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq, rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.
 

Tədbir Azərbaycan və Gürcüstan dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze ölkəsinin müstəqilliyinin tarixindən danışıb. O bildirib ki, Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad və demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi roluna toxunan baş konsul xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulayıb: “Həyata keçirdiyimiz layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək”.

M. Balavadze 28 May - Respublika Günü münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
 

E. Vəliyev isə əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik edib. O bildirib ki, xalqlarımızın qədim dostluq münasibətləri mövcuddur: “Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənib. Xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf edib”.

E. Vəliyev bildirib ki, dövlət və hökumət başçılarının, nazirlər və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz daha da möhkəmlənib və inkişaf edib. Gəncə və Kutaisi şəhərlərinin dostluq əlaqələrini planlaşdırılan bir sıra tədbirlərlə daha da möhkəmlənəcəyini bildirən E. Vəliyev Kutaisidə rəsmi səfərdə olduğu zaman göstərilən diqqətin iki xalq arasında olan dostluğun nümunəvi göstəricisi olduğunu bildirib.
 

Sonda qonaqlara Gürcüstanın milli mətbəximizin təamları təqdim edilib, Gürcüstan mədəniyyətini, mətbəxini, şəhərlərini, insanlarının həyat tərzini əks etdirilən videoçarx izlənilib.

Gürcüstan NATO-ya üzv olmaq üçün bütün imkanlara malikdir

"Gürcüstanda NATO-ya üzv olmağa hazırlaşmaq üçün lazım olan bütün mexanizmlər mövcuddur.

Dalga tv Xəbər.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın İctimai televiziyasına müsahibəsində NATO Baş katibinin müavini Rouz Gettemüller deyib.

Onun sözlərinə görə, Gürcüstan NATO üçün vacib tərəfdaşlardan biridir və uzun illərdir bu quruma üzv ölkələrin hərbçiləri ilə birgə Əfqanıstanda sülhməramlı missiyanı həyata keçirir:

"Gürcüstan çox illərdir Əfqanıstanda NATO missiyası ilə birgə işləyir. Gürcüstan sülhməramlı missiyaya öz töhfəsini verib və verməkdədir. Mən ötən həftə böyük qürur hissi ilə NATO mənzil-qərargahındakı görüşdə Əfqanıstandakı sülh missiyasının müzakirəsində iştirak etdim. Tədbirdə mənimlə yanaşı Gürcüstan səfiri də əyləşmişdi və bu da qürurverici idi".

Gürcüstanın NATO-ya üzv olma imkanlarına toxunan NATO rəsmisi hərbi alyansın açıq qapılar siyasətinə sadiq qaldığını xüsusi qeyd edib: "Bu yaxınlarda Çernoqoriyanı NATO-ya üzv qəbul edəcəyik. Hazırda bu proses yekun mərhələsindədir. Yəni bizim qapılarımız hamının, o cümlədən Gürcüstanın da üzünə açıqdır. Əsas məsələ odur ki, Gürcüstan alyansa üzv olmaq üçün lazım olan bütün kriteriyaları yerinə yetirsin".

Ermeniler Boyuk Mercanli kendini yandirdi

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir.
APA-nın məlumatına görə, bu gün günorta saatlarından Cəbrayıl rayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar müşahidə olunur.
Yanğın geniş ərazini əhatə edir. Küləkli hava yanğının daha da genişlənməsinə şərait yaradır.

İrəvan-Moskva birliyinə qarşı yeni sipər: Bakı-Tiflis-Ankara oxu

Moskva üç paytaxta qarşı əsəb savaşında - mühüm gəlişmə; Müdafiə nazirlərinin Batumi görüşü, Azərbaycan prezidentinin Səudiyyə, Türkiyə baş nazirinin Gürcüstana üst-üstə düşən səfərləri... Kreml və marioneti nədən narahatdır? Rusiya rəsmi KİV-ində erməninin imzası ilə üç paytaxta qarşı getmiş təxribatçı yazının pərdəarxası...

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli Batumi görüşü başa çatdı. Görüşdə konkret sənəd qəbul olunmasa da, regionun bu üç mühüm dövləti arasında hərbi sferada strateji əməkdaşlığı daha da dərinləşdimək barədə qərar verildi, o sırada birgə hərbi təlimlərin önəminə xüsusi diqqət yönəldildi. İlk ortaq təlimlərin gələn ay keçirilməsi nəzərdə tutulur.

Şübhəsiz ki, belə üçlü hərbi əməkdaşlıq formatı müstəsna olaraq sözügedən dövlətlərin özlərinin təhlükəsizliyini gücləndirmək niyyəti güdür və hansısa 4-cü, 5-ci dövlətin əleyhinə yönəlməyib. Amma bununla belə, deyəsən, Bakı-Ankara-Tiflis hərbi əməkdaşlıq oxu, ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatı Rusiyada ciddi qıcıq yaradıb, onun marioneti - işğalçı Ermənistanı isə əməllicə təlaşlandırıb.

Belə olmasaydı, nazirlərin Batumi görüşü günü Rusiyanın dövlət agentliyi olan “RİA-Novosti”də Gevorq Mirzəyan ad-soyadlı birisinin imzası ilə son illər yüksəliş dövrü yaşayan Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığını hədəfə alan “Qafqaz yalançı triumviratı: niyə Bakı-Ankara-Tiflis oxu baş tutmaya?” təxribatçı yazı dərc olunmazdı.

Gürcüstanla Türkiyə və Azərbaycanın arasını vurmağa, Rusiyanın Tiflis üçün önəmini qabartmağa hesablanmış bu yazının Rusiyanın dövlət KİV-də getməsi onu göstərir erməninin cızma-qarasının arxasında bilavasitə Kremlin sifarişi və iradəsi dayanır. Bunu isbatlayan dəlillərdən biri də odur ki, müəllif Gevorq Mirzəyan Rusiya hökuməti yanında Maliyyə Universitetinin Politologiya Departamentinin dosentidi.

Artıq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yazıya münasibətini bildirib. O, belə bir təxribatçı məqalənin Rusiyanın rəsmi KİV-ində peyda olmasından təəssüf hissi keçirdiyini və məqsədin də xoş niyyətdən doğmadığını qeyd edib; yazını “ədəbsiz şərh” adlandırıb (APA).

Sitat: “Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur. Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan əlaqələri var. ”Soyuq müharibə" əhval-ruhiyyəsində olan və terminologiyasından istifadə edən Q.Mirzəyana xatırlatmaq istərdim ki, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək Cənubu Qafqazda və onun hüdudlarından kənarda uğurlu və qarşılıqlı faydalı regional əməkdaşlıq modellərinin müəllifidir. Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədib. Ermənistanın destruktiv siyasəti Güney Qafqazda sülhün, tam və hərtərəfli regional əməkdaşlığın formalaşmasına ciddi maneədir. Türkiyənin Qarabağ münaqişəsində mövqeyinə gəldikdə isə Mirzəyana xatırlatmaq istərdim ki, Türkiyənin münaqişənin həllində mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanır. Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur. Görəsən, bu, məqsədyönlü xarakter daşıyır.

Əlbəttə ki, məqsədyönlü xarakter daşıyır. XİN sözçüsü açıq deməsə də, söhbət əslində ÜAK-ın ləğvinin ardınca Rusiyanın Azərbaycana qarşı növbəti demarşından gedir - həm də bu dəfə erməni mirzəsinin əli ilə. Odur ki, yaxşı olardı, Azərbaycan tərəfi cavab haqqından istifadə edib “RİA-Novosti”də öz mövqeyini dərc etdirəydi. Bu, Hikmət Hacıyevin cavabı şəklində də ola bilər....

Məqalənin təsadüfi olmadığına dair daha bir dəlil-sübut: iş ondadır ki, həmin təxribatçı yazı peyda olan gün, yəni müdafiə nazirlərinin Batumi görüşü ilə eyni vaxtda Türkiyə baş naziri Binəli Yıldırım Gürcüstanda rəsmi səfərdə idi. Səfər zamanı əsas diqqət mərkəzində olan mövzu isə tərəflər arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, o sırada Bakı-Tiflis-Qars dəmir yolunun inşası məsələsi, digər mövzular olub. Səfər həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın gələn ay Gürcüstana planlaşdırılan səfərini hazırlamaq niyyəti güdürdü.
Bakı-Tiflis-Qars dəmir yolu layihəsindən danışan Türkiyə baş naziri bu dəmir yolunun tezliklə işə düşəcəyinin anonsunu verib: “Qafqazdan Orta Asiyaya və Uzaq Şərqə, digər tərəfdən isə Anadolu vasitəsilə Avropa və Londona uzanacaq bu ortaq dəhliz tarixi İpək Yolunun vacib hissələrindən biri olacaq. Strateji anlamda bölgə üçün çox önəmli layihədir. Yaxın bir neçə ayda açılışı birlikdə həyata keçirəcəyik. Layihə üç ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq. Layihənin əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, Türkmənistan, Qazaxıstan, Çin və digər tərəfdən, Avropa və Balkan ölkələri də layihəyə qoşulacaq. Bu, bölgənin taleyini dəyişəcək.

Məsələ də elə ondadır ki, bölgənin taleyini dəyişəcək bu kimi iri layihələr sonuc etibarilə həm də region ölkələrinin Rusiyadan asılılığını azaldacaq, paralel surətdə qardaş ölkənin önəmini artıracaq, işğalçı Ermənistan isə daha güclü təcrid durumuna düşəcək. Moskva və onun marioneti Ermənistanın narahatlığı bu xüsusda başa düşüləndir.

Bundan əlavə, Azərbaycan, Türkiyə və Gürcüstan strateji əhəmiyyətli Cənub Qaz Dəhlizi layihəsinin də mühüm iştirakçılarıdır. Avropanın Rusiya qazından asılılığını bir az da azaldacaq və Ermənistandan yan keçəcək bu layihədə də Rusiya təbii ki, maraqlı deyil, onu 2017-ci ildə reallaşdırmağa çalışdığı “Türk axını”na rəqib hesab edir.

Bu xüsusda politoloq Elxan Şahinoğlunun şərhi yerinə düşür. Politoloq deyir: “Türkiyə, Azərbaycan, Gürcüstan müdafiə nazirlərinin mütəmadi görüşləri hər üç ölkənin xeyrinədir. Üç ölkə strateji müttəfiq olmaqla regional inkişafda müstəsna rol oynayır. Onları ümumi sərhəddən əlavə böyük enerji layihələri və boru xətləri də birləşdirir. Üstəgəl, yaxın zamanda Bakı-Tiflis-Qars dəmir yolu da istifadəyə veriləcək. Demək, bu cür layihələrin həm də təhlükəsizlik məsələləri həll olunmalıdır. Bu baxımdan, üç ölkənin müdafiə sferasına cavabdeh şəxslərin müxtəlif layihələrin təhlükəsizlik məsələlərini müzakirə etməsi vacibdir. Üç ölkə arasında ortaq hərbi təlimlərin intensivləşdirilməsinə də ehtiyac var, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı bölgədə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı sipər rolu oynamalıdır. Dağlıq Qarabağ uğrunda müharibə başlasa, Gürcüstan Azərbaycanla Ermənistan arasında neytral qala bilməyəcək, seçim etmək məcburiyyətində qalacaq”.

Rusiya-Ermənistan ittifaqını qorxudan sözsüz ki, həm də bu amildir - Qarabağ məsələsində Azərbaycan-Türkiyə-Gürcüstan sipərinə tuş gəlmək riski, münaqişənin Moskva-İrəvan ssenarisi üzrə həllinin fiasko olma ehtimalı.

Nəhayət, yazıya dəxli olan daha bir mühüm detal barədə. Maraqlıdır ki, Mirzəyanın məqaləsi həm də Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri günlərinə təsadüf edir. Politoloq Qalib Hüseynliyə görə, prezidentin ər-Riyadda ABŞ prezidenti Donald Trampın da qatıldığı İslam sammitində iştirakı son vaxtlar Azərbaycan əleyhinə addımlar atan Moskvaya bir xəbərdarlıq mesajı sayılmalıdır. “Bu, Kremlə bir mesajdır ki, Bakı geniş seçim imkanına malikdir və günün birindı öz siyasi oriyentirini dəyişə bilər”, - politoloq vurğulayıb.
Mirzəyanın təxribatçı məqaləsini həm də bu mesaja Moskvanın reaksiyası kimi qəbul eləmək lazım gəlir.

Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb. 

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu xoş ənənələrə sadiq qalan xalqlarımızın iradəsindən qaynaqlanır.

İnanıram ki, strateji tərəfdaş olan ölkələrimizin birgə reallaşdırdığı irimiqyaslı layihələr, daim genişlənən əməkdaşlığımız bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

ATƏT qoşunların qarşıdurma xəttində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, may 25-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Dalga tv  "Report"a istinadənxəbər verir.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər. 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər. 

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib

Azərbaycanın Gürcüstandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Dalga tv AZƏRTAC-a istinadən xəbər verir ki, qəbulda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, nazirlər, dövlət və hökumət təmsilçiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədəki Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov mərasimdə çıxış edərək müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib. Bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra ilk vaxtlarda müəyyən çətinliklərlə üzləşən Azərbaycan yalnız 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin böyük dövlət idarəçiliyi təcrübəsi sayəsində inkişaf mərhələsinə qədəm qoyaraq möhkəmlənib və dünyada öz layiqli yerini tutub. Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, əsası Ulu Öndər tərəfindən qoyulan strategiya Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib, dövlət müstəqilliyimiz daha da möhkəmlənib. İndi Azərbaycanı dünya ictimaiyyəti yaxından tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Bakıda keçirilmiş Avropa Oyunları, “Formula-1” üzrə Avropa Qran-Prisi, IV İslam Həmrəylik Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna parlaq nümunədir.

Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindan danışan diplomat deyib ki, dövlət və hökumət başçılarımızın, nazirlər və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz daha da möhkəmlənib və inkişaf edib. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və sərmayə yatıran əsas investorlardan biridir. SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir. Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək Yolu, TANAP və TAP layihələri Azərbaycanın və Gürcüstanın dünyada əhəmiyyətini və nüfuzunu daha da artırıb.

Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Biz müdafiə sahəsində də səmərəli əməkdaşlıq edirik.

Bu il Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümünü qeyd edəcəyik. Çox şadıq ki, bu gün Azərbaycan ilə Gürcüstanın demokratik, öz uğurları və nailiyyətləri ilə beynəlxalq aləmdə tanınan, azad və işıqlı gələcəyi olan ölkələrə çevrilməsinin canlı şahidiyik.

Dursun Həsənov 26 May - Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar dost və qardaş gürcü xalqını bir daha təbrik edib, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışan Baş nazir bildirib ki, Gürcüstan və Azərbaycanın ümumi dəyərləri, ortaq mədəniyyəti var. Azərbaycan və Gürcüstan siyasi və iqtisadi çətinliklərin öhdəsindən layiqincə gələrək inkişaf ediblər. İndi biz birlikdə strateji layihələr həyata keçirik. Azərbaycan ilə Gürcüstan artıq bir-birini həmişə dəstəkləyən strateji tərəfdaş ölkələrdir. Biz Asiya və Avropanı, Şərq və Qərbi birləşdirən çox mühüm layihələr həyata keçiririk. Əsrin əvvəlində bəzi qüvvələr bu layihələrə şübhə ilə baxırdılar. Buna baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının böyük dostu Heydər Əliyevin cəsarəti bu məqamlara qalib gəldi və onun rəhbərliyi ilə Gürcüstan, Türkiyə və Amerika liderləri böyük bir iqtisadi inkişafın əsasını qoydular.

G.Kvirikaşvili deyib: “Əminəm ki, həyata keçirdiyimiz layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək”.

Sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Saytda Axtarış

Son xəbərlər