Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3362
DünənDünən5773
Bu həftəBu həftə40078
Bu ayBu ay45866
Bu günə qədərBu günə qədər8407497

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Nazir: "Ermənistanı da Foruma dəvət etmişdik"

"Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil".

APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, problemlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: "Azərbaycan belə dialoqa hazırdır. İstərdik ki, dünyada problemlər qarşılıqlı anlaşma, sülh yolu ilə həll olunsun. Ancaq hansısa dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmirsə, bu, müəyyən qədər həmin dialoqa hazır olmamasından xəbər verir. Forumda mədəniyyətlərarası dialoqun bu istiqamətdə rolu barədə ciddi müzakirələr aparılacaq".

Azərbaycan-Türkiyə hərbi təlimlərindən yeni görüntülər

alt

Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Mayın 4-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri general-leytenant Mehmet Özoğlunun və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri polkovnik Zurab Xviçianın rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini izləyiblər.

Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib.

Birgə təlimlərin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər. 

alt

 

alt

Ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarını atəşə tutublar

Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulublar.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.

Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasa da, texnika və qurğulara ziyan dəyib.

İranın rəsmi saytı Bütöv Azərbaycan xəritəsi yaydı

İranda hökumətyönlü Gənc Jurnalistlər Klubu Xəbər Agentliyi yaydığı xəbərdə Vahid Azərbaycan xəritəsindən istifadə edib.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, agentlik bu fotodan Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında viza rejiminin ləğvinə dair danışıqlar haqda yaydığı məlumatda yararlanıb. Xəritədə Güney və Quzey Azərbaycanın üçrəngli bayraq altında birləşdiyi əks olunub.

Trend agentliyinə istinadən yayımlanan xəbər (Xəritə Trend agentliyinə aid deyil - red.) 2016-cı il dekabrın 2-nə aid olub. Maraqlı məqam odur ki, xəritə uzun müddət saytda qalıb və yalnız İranın müstəqil saytlarında bu haqda məlumat dərc olunduqdan sonra bu gün portaldan silinib.

  • Facebook 
  • alt
  •  
  • alt
  •  
  • alt
  •  
  • alt

Azərbaycan və Türkiyə hərbçiləri döyüş elementləri yerinə yetiriblər

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinə cəlb edilən bölmələr növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementlərini yerinə yetiriblər.

Təlimlər mayın 5-dək davam edəcəkdir.

Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, son zamanlar yerli mətbuatda Ukraynada yaşayan bəzi azərbaycanlıların problemləri və o cümlədən aktiv fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə bağlı məlumatlar şişirdilir.

Bildirilir ki, bu kimi yazılar ölkənin imicinə zərbə vurur: “Qeyd etmək lazımdır ki, Azərbaycanla Ukrayna arasında tarixi köklərə əsaslanan xüsusi dostluq və strateji əlaqələr mövcuddur və çoxsaylı oxucu kütləsini cəlb etmək üçün yazılan bu kimi sensasiya xarakterli yazılar bu münasibətlərə təsir edə bilməz. Hətta Azərbaycan şirkətləri və azərbaycanlılar hansısa çətinliklərlə üzləşsə belə, bu məsələlər işgüzar səviyyədə, iki ölkənin hökumətləri arasında qarşılıqlı anlaşma əsasında həll olunur”.

Qeyd olunub ki, Azərbaycanla Ukrayna arasında bütün səviyyələrdə qarşılıqlı anlaşma və yüksək siyasi dialoq mövcuddur. Bütün bunları nəzərə alaraq, Azərbaycanın Ukraynadakı səfirliyi kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, Azərbaycan-Ukrayna əlaqələrinə dair materiallar dərc edilərkən səfirliklə razılaşdırılsın və razılıq olmadan səfirliyin adından məqalələr dərc olunmasın.

Prezident: “Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir”

Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini qəbul edib.

APA-nın məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan prezident İlham Əliyev son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir: “Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”.

Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatında qardaş müsəlman ölkələri ilə həmişə həmrəy olduğunu vurğulayan prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının da öz növbəsində Azərbaycana güclü dəstək verdiyini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir: “Bu mövqe Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəm əsaslarının qurulmasında mühüm rol oynayır”.

Dövlət başçısı ölkəmizin bu təşkilatla həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və yaxın günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri və xalqları arasında birliyi daha da gücləndirəcək.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin isə bildirib ki, Azərbaycan siyasi, iqtisadi, mədəni, sosial, gənclər arasında əməkdaşlıq sahələrində İslam Əməkdaşlıq Təşkilatının və İslam ailəsinin çox mühüm üzvüdür: “Bu, çox önəmlidir. Azərbaycandakı inkişaf prosesləri və tolerantlıq İslam dünyasında bir nümunədir. Bakıda gördüyüm abadlıq işləri, yaşıllıq və təmizlik məni heyran etdi. Azərbaycan çox gözəl ölkədir”.

Qonaq Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunaraq bunu çox önəmli beynəlxalq idman tədbiri kimi dəyərləndirib və həmin tədbirin bütün müsəlman ölkələrinin bu mötəbər Oyunlarda iştirakı və Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycanın turizm potensialı müzakirə edildi, ölkəmizdə turizmin inkişafı üçün çox böyük imkanların və yaxşı şəraitin mövcud olduğu qeyd edilib.

 

Lukaşenkodan Bakıya: Bundan yararlanmalıyıq

Belarus həmişə Azərbaycanla dostluq və qarşılıqlı hörmət şəraitində münasibətlərini qurub.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Lətifə Qəndilovanın etimadnaməsini qəbul edərkən söyləyib. O, hər iki dövlətin səyləri nəticəsində bir sıra böyük layihələrin reallaşdırıldığını bildirib.

Lukaşenko mövcud olan potensialdan hər iki dövlətin maksimal şəkildə istifadə etməli olduğunu söyləyib.

Ankaradan İrevana misli gorunmemis – Mesaj

Dalga tv Axar.az-a istinadən bildirir ki,Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq hər keçən gün genişlənir və bir az da yeni mahiyyət kəsb edir. İndiyə qədər Azərbaycan və Türkiyə hərbi hava qüvvələri arasında keçirilən birgə təlimlər hava qüvvələri sahəsində əməkdaşlığın bir forması idi. Ancaq bu gün Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın yeni bir sahəsinə qədəm qoyur.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, bu, indiyə qədər Türkiyə ilə Azərbaycan arasında misli görünməmiş bir təlimdir:
“Hər iki ölkənin Silahlı Qüvvələrinin bir çox növlərini əhatə edən irimiqyaslı hərbi təlimlərdə hava qüvvələrinin bir hissəsi, vertolyotlar, artilleriya qüvvələri, quru qoşunlarının digər növləri, raket, daxili qoşunlar və jandarma qoşunları iştirak edəcək. Bu təlimlər birgə əməliyyatların işlənib hazırlanması, yeri gəldikdə düşmənin hər hansı bir təcavüzünü dəf etmək üçün həm ştat qərargah təlimlərini özündə ehtiva edir, həm də konkret əsgər və döyüş texnikasının iştirakı ilə keçirilir. Bu təlimlər ətrafımızda olan müəyyən qüvvələrə yönəlmiş çox ciddi mesajdır. Birinci növbədə Ermənistana mesajdır ki, Azərbaycan tək deyil, yəni bir çox dövlətlərdən hərbi dəstək ala bilər, xüsusilə də Türkiyədən. Türkiyənin bu təlimlərin keçirilməsində böyük hüququ var. Çünki 1921-ci ilin mayında Rusiya ilə imzalanmış Qars müqaviləsinə görə, Türkiyə həm də Naxçıvanın təhlükəsizliyi üçün bir zəmanətçi rolunu oynayır. Bütün bunlar onu göstərir ki, Azərbaycanı Türkiyə ilə həm də hərbi sahədə imzalanmış müqavilələr birləşdirir”.
Politoloq bildirib ki, hərbi təlimlərdən sonra Türkiyədə hazırlanmış yeni silah növlərinin baxışı da olacaq: “Azərbaycan Türkiyədən silah alır və getdikcə alınan silahların çeşidi artmaqdadır. Bir sözlə, həyata keçirilən hərbi təlimlər Azərbaycanın müdafiə qüdrətinin artırılması baxımından çox böyük əhəmiyyətə malikdir və düşməni daim qorxuda saxlayır”.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.
Təlimlər mayın 5-dək davam edəcək.

İlham Əliyev Cibutinin parlament sədri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dalga tv axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə edib. İkitərəfli əlaqələrimizin çox möhkəm olduğunu və son illər ərzində daha da inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlət başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirdi ki, Cibuti parlamentinin qəbul etdiyi bu qətnamə həm ədaləti əks etdirir, həm də ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd edib. İqtisadi əməkdaşlığımıza toxunan Prezident İlham Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında hava nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini deyib. Azərbaycan-Cibuti ikitərəfli əlaqələrinin gündəliyinin geniş olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Milli Assambleyanın sədri Mohamed Əli Huməd Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarını dövlət başçısına çatdırıb. Mohamed Əli Huməd ölkəsinin Prezidentinin adından dedi ki, əmin ola bilərsiniz, Cibuti Respublikası bundan sonra da bütün sahələrdə və bütün səviyyələrdə Azərbaycanın tərəfində, yanında olacaq.
Qonaq bildirib ki, ölkələrimiz arasında əlaqələrin son vaxtlar inkişaf etməsinə baxmayaraq, əlaqələrimizin hazırkı səviyyəsi elə təəssürat yaradır ki, münasibətlərimiz uzun tarixə malik və çoxdan başlanan münasibətlərdir. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Mohamed Əli Huməd parlamentdə bu qətnaməni tərəddüd etmədən qısa zamanda qəbul etdiklərini və bu qərarla qürur duyduqlarını deyib. Ölkələrimizin bir-birinə ümumi dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
Dövlət başçısı Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Cibuti Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Azərbaycan-Türkiyə ordusunun döyüş hazırlıqları

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Dalga tv Oxu.Az-a  istinadən verdiyi xəbərə görə, təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlər mayın  5-dək davam edəcək

 

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib.

Dalga tv APA-ya istinadən xəbər verir ki, mayın 5-dək davam edəcək təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.

Təlimlər Azərbaycanda keçirilir. 

Saytda Axtarış

Son xəbərlər