Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3309
DünənDünən5773
Bu həftəBu həftə40025
Bu ayBu ay45813
Bu günə qədərBu günə qədər8407444

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan baş nazirinin İrana səfəri başlayıb

Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin İrana iki günlük rəsmi səfəri başlayıb. Bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, G.Kvirikaşvili nazirlərdən ibarət nümayəndə heyəti ilə İrana yollanıb.

Səfərin məqsədi Gürcüstan-İran münasibətlərini əhəmiyyətli dərəcədə dərinləşdirməkdir.

İran hakimiyyəti nümayəndə heyətini rəsmi mərasimlə qarşılayıb. Tehran hava limanında G.Kvirikaşvilini İranın birinci vitse-prezidenti Esxak Cahangiri qarşılayıb.

Gürcüstan və İran arasında diplomatik münasibətlərin əsası 15 may 1992-ci il tarixində qoyulub.

Allahşükür Paşazadə II İliya ilə görüşüb

Gürücstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 21-də ümumgürcüstan katolikos-patriarxı II İliya ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, patriarx şeyxülislamın Gürcüstana səfərini tarixi hadisə kimi dəyərləndirib. A.Paşazadə ilə bir-birini uzun müddətdir tanıdıqlarını, komunist rejiminin sərt qayda-qanunlarına baxmayaraq hər zaman həmrəy olduqlarını, bir-birlərini dəstəklədiklərini deyən patriarx, bu gün din xadimlərinin münaqişəli bölgələrdə sülh və ədalətin bərqərar olması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb. O, Qarabağda, Abxaziyada, Cənubi Osetiyada münaqişələrin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.

A.Paşazadənin Qafqaz üçün əvəzsiz xidmətlərini, gördüyü böyük işləri yüksək qiymətləndirən patriarx şeyxülislamı Gürcüstanda görməkdən şərəf duyduqlarını bildirib.

Şeyxülislam A.Paşazadə deyib ki, onu patriarxla uzun illərin qardaşlığı birləşdirir. O bildirib ki, Gürcüstana bu səfəri çərçivəsində bir sıra görüşləri nəzərdə tutulsa da, əsas məqsəd patriarx həzrətlərini görməkdir.

O, Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan bu günədək patriarxın hər zaman haqq-ədaləti müdafiə etdiyini, öz mövqeyini heç zaman dəyişmədiyini bildirib. İki ölkənin ərazi bütövlüyü kimi həssas məsələ ilə bağlı patriarxla hər zaman həmrəy olduqlarını söyləyən şeyxülislam din xadimləri kimi münaqişələrin sülh yolu ilə həllinə çağırdıqlarını və buna inandıqlarını bir daha vurğulayıb.

Şeyxülislam II İliyaya Azərbaycanda böyük ehtiram bəslənildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın salamlarını və ehtiramını II İliyaya çatdırıb.

A.Paşazadə deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan dünyada ən tolerant ölkə kimi tanınırlar.

Sonra patriarxın adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Ziyafətdə çıxış edən Patriarx II İlya və şeyxülislam Allahşükür Paşazadə iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrindən, bölgədəki mövcud problemlərdən, münaqişələrdən danışıb, bu problemlərin həllində din xadimlərinin rolunu artırılmasının vacibliyini vurğulayıb.

Kvemo Kartlinin qubernatoru vəzifəsini tərk edir

Kvemo Kartlinin qubernatoru Paata Xizanaşvili vəzifəsini tərk edə bilər.

Dalga tv Xeber.ge-yə istinadən xəbər verir ki, qubernator “IPN” agentliyinə bildirib ki, onun digər vəzifəyə təyin olunması müzakirə olunur.

“Tezliklə xəbər tutacağınız bəzi dəyişikliklər ehtimal olunur. Mən digər vəzifəyə keçə bilərəm, lakin hələ qərar verilməyib”, - Kvemo Kartlinin qubernatoru deyib.

Paata Xizanaşvili 2014-cü ilin dekabr ayından Kvemo Kartlinin qubernatoru vəzifəsini daşıyır. Öncə o, İvanişvilinin “Cartu Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Səfir: Gürcüstan və Türkiyəni strateji tərəfdaşlıq birləşdirir

Türkiyədə həyata keçirilən konstitusiya dəyişiklikləri Gürcüstan-Türkiyə münasibətlərinə heç bir problem yaratmayacaq, belə ki, bu münasibətlər möhkəm fundament üzərində qurulub və gələcəkdə onlar daha da dərinləşəcək və güclənəcək.  

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü bəyan edib.  

“Gürcüstan-Türkiyə münasibətləri olduqca  möhkəm fundament üzərində qurulub, bizi çox möhkəm strateji tərəfdaşlıq birləşdirir və bunu heç nə dəyişə bilməz.

Gələcəkdə biz Gürcüstan-Türkiyə münasibətlərinin yalnız dərinləşməsini gözləyirik”, - səfir deyib.

Marqvelaşvili: Ölkənin baş komandanı olmayacaq

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə konstitusiyasının yeni redaksiya layihəsini şərh edib.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, prezident konstitusiyaya təklif olunan dəyişikliklərdən narazılıq ifadə edib.

“Biz gələcək konstitusiyanın yeni versiyası ilə tanış olduq və mən bir neçə əsas maddəyə toxunmaq istərdim. Birincisi, təəssüf ki, xalqın ölkə prezidentini seçməsi ilə bağlı iradəsi rədd edilib. Yeni qaydalara əsasən, prezidenti vətəndaşlar deyil, 300 seçkiçi seçəcək. İkincisi: bu yolla seçilmiş prezidentin faktiki olaraq 2013-cü ildən bu yana qalan çox olmayan hüquqları qalmayacaq. Və ən qorxulusu odur ki, ölkənin faktiki olaraq baş komandanı olmayacaq”, - o deyib.

Prezident qeyd edib ki, dəyişikliklər layihəsinin parlamentə majoritar sistem üzrə seçkilərin ləğvini nəzərdə tutan maddəsini müsbət qiymətləndirir. Bununla yanaşı o qeyd edib ki, bu maddədə müəyyənlik yoxdur.  

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyasına dair məsləhətləşmələr olub

Bu gün Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə həmçinin hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və Azərbaycan Respublikasının əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və Komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.

Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və Komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib.

Görüşün vaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib.

Dalga tv Azərtac-a istinadən xəbər verir ki, Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini dedi. Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğuladı. Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini dedi.

Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə etdi.

Gürcüstanın baş naziri həftənin sonunda İrana səfər edəcək

Gürcüstanın baş naziri Gerogi Kvirikaşvili bu həftənin sonunda İrana səfər edəcək.

Dalga tv Xeber.ge-yə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mixail Canelidze Tehranda iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşdən sonra bildirib.

M.Canelidze qeyd edib ki, M.Zəriflə görüşdə Gürcüstan baş nazirinin Tehranda keçirəcəyi görüşlər və səfərin digər detallarını müzakirə ediblər. 

Azərbaycan və İran müdafiə nazirləri görüşüb

İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib. İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyevdən sərt reaksiya: Bu, mənim son xəbərdarlığımdır

Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb. 

 Dalga tv-nin Oxu.Az-a istinadən  xəbərinə görə, buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Tikinti yerindəki məlumat lövhəsinə əsasən, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq, ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib. 

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014 tarixli iclasındakı yekun nitqində vurğulamışdı:

“Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş mərasim keçirilib

Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə əvvəlcə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduda kompleks islahatlar aparılaraq yeni və müasir döyüş texnikaları, hərbi vasitələr silahlanmaya daxil edilib. Kadrların peşəkarlığının yüksəldilməsi istiqamətində praktik addımlar atılıb, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Zakir Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda dövlət başçısı tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənovötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov çıxış edərək bildirib ki, aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti bu münaqişəyə cəlb edib. Ə. Həsənov vurğulayıb ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında qeyd edib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi Füzuli rayon sakinlərinin də böyük ruh yüksəkliyinə səbəb olub. Aprel döyüşlərində  Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verib.

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev mərasimdə qeyd edib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu haqlı olduğunu və gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərdi. T. Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində onlara, o cümlədən bütün şəhid ailələrinə və döyüşlərdə yaralanan hərbi qulluqçulara ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Aprel döyüşlərinin iştirakçıları adından çıxış edən polkovnik-leytenant Eldəniz Sadıqov da vurğulayıb ki, həmişə olduğu kimi, indi də şəxsi heyətin döyüş ruhu çox yüksək səviyyədədir. Döyüşlərdə yaralanmasına baxmayaraq, yenə də sırada olduğunu qeyd edən zabit döyüşçü silah yoldaşları adından bildirib ki, şəxsi heyət işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalandırılması üçün döyüşlərə həmişə hazırdır.

Sonra 2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş, hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar nümayiş etdirmiş şəxsi heyətin təltif edilməsi haqqında müdafiə nazirinin əmri oxunub. Döyüşlərdə fərqlənən hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim olunub.

Hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrə göstərdikləri dəstəyə görə cəbhəboyu zonada yerləşən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Şəmkir, Tərtər və Xocavənd rayonlarının icra hakimiyyəti başçılarına Müdafiə nazirinin xüsusi mükafatları təqdim edilib.

Sonda “Aprel zəfəri - 2016” ədəbi-musiqili kompozisiya təqdim olunub.

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, xoşbəxtlik arzulayıram!

Yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olmuş, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmişdir. Bu gün ölkəmiz dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikultural ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik.

Təsadüfi deyildir ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması Azərbaycan dövlətinin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir və biz bu sahədə səylərimizi gələcəkdə də davam etdirəcəyik.

Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Ümidvaram ki, xristian həmvətənlərimiz müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi, cəmiyyətdə vətəndaş həmrəyliyinin, ictimai-siyasi sabitliyin bərqərar olunması yolunda bundan sonra da əllərindən gələni əsirgəməyəcək, xalqımızın xoşbəxt gələcəyi naminə öz səylərini daha da artıracaqlar.

Yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Bu əziz gündə sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"

Saytda Axtarış

Son xəbərlər