Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3408
DünənDünən5773
Bu həftəBu həftə40124
Bu ayBu ay45912
Bu günə qədərBu günə qədər8407543

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Binəli Yıldırım: “Türkiyə qardaş Azərbaycanla çiyin-çiyinə addımlamaqda davam edəcək”

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidentinə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirir. Azərbaycanın bu nailiyyətlərini daha da artıracağına və regionumuzda parlayan bir ulduz olmağa davam edəcəyinə bütün qəlbimlə inanıram. Türkiyə bu prosesdə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək. Qısa müddət ərzində böyük inkişaf yolu keçərək nümunə təşkil edəcək səviyyəyə çatan əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətindəki iradəmizi bir daha vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək, zati-alinizə bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm”.

Nyu-Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib

Nyu-Yorkda keçirilən 36-cıTürk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Nadiya Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak ediblər.

Nadiya Zöhrə Şərifi tədbirdə çıxış edərək dünyada yaşayan 200 milyona yaxın türkün 50 milyonundan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini vurğulayıb. O, hər il yürüş keçirməklə dünyaya, bütün türklərə birlik mesajı verdiklərini deyib: “Gəlin yaxın olaq, bir olaq və birlikdə güclü olaq. Çünki biz güclü olsaq, bütün türk millətləri güclü olacaq. Bizim qardaşlığımız və birliyimiz davamlı olsun. Yaşasın Azərbaycan! Yaşasın türk millətləri!”

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendə Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü yürüşü Amerikadakı türk cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

Gürcüstan və Türkiyə iqtisadiyyat, mədəniyyət və kiber-təhlükəsizlik məsələləri ilə bağlı razılığa gəldilər

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili mayın 23-də özünün türk həmkarı Binəli Yıldırımla görüşüb.

Daha sonra isə strateji tərəfdaşlıq üzrə ali şuranın görüşü baş tutub, görüşdə iki ölkənin nazirlər kabinetlərinin üzvləri iştirak edib.

Tərəflər iqtisadiyyat, mədəniyyət və kiber-təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə 4 sənəd imzalayıblar.

Baş nazir Giorgi Kvirikaşvilinin sözlərinə görə, azad ticarət haqqında müqavilənin genişləndirilməsi xüsusi maraq kəsb edir. Gürcüstanın baş naziri hesab edir ki, yeni müqavilə Gürcüstan məhsulunun Türkiyə bazarına çıxarılmasını genişləndirmək imkanı verəcək.

Aşağıdakı sənədlər imzalanıb:

“Gürcüstan və Türkiyənin ədliyyə nazirlikləri əməkdaşlıq haqda birgə bəyanat imzalayıblar”;

“Gürcüstanla Türkiyə Respublikası arasında birgə iqtisadi və ticarət komissiyasının (JETCO) təsis edilməsi haqqında” bəyannamə;

“Gürcüstanla Türkiyə Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı”;

“Gürcüstanın Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kiber-təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında memorandum”.

Razılaşmaya əsasən, Gürcüstanla Türkiyə Respublikası gələcək əməkdaşlığın formatını müəyyən edən birgə iqtisadi və ticarət komissiyasını yaradacaqlar.

Gürcüstanın hökumət başçısının sözlərinə görə, dünya qarşısında duran çağırışlar fonunda, regional qeyri-stabillik şəraitində Gürcüstanla Türkiyə arasında yüksək səviyyəli strateji tərəfdaşlıq və siyasi dialoqun dəyəri daha da artır.

“Gürcüstanla Türkiyə arasında uğurlu əməkdaşlıq təcrübəsi və perspektivləri iri nəqliyyat-energetika layihələrində müşahidə olunur. Bakı-Tbilisi-Kars dəmir yolu layihəsini qeyd etməmək olmaz, onun da birinci qolunun planlı buraxılışı 2017-ci ilin yayına nəzərdə tutulub. Bu layihə Cənub qaz dəhlizi ilə birlikdə nəqliyyat marşrutlarının şaxələnməsinə xidmət edəcək və layihə iştirakçıları olan Gürcüstan və Azərbaycan Respublikasının iqtisadi əhəmiyyətini, həm də bizim üçtərəfli tərəfdaşlığımızın əhəmiyyətini daha yaxşı nümayiş etdirir. Bu dəhliz böyük “İpək yolu” layihəsinin bərpa olunmasının çox vacib seqmentidir ki, bu da Çində bir neçə gün bundan əvvəl keçirilən sammitdə bir daha qeyd olunub”, – deyə Kvirikaşvili bildirib.

Türkiyənin baş naziri öz növbəsində Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini vurğulayıb,

“Heç kimin Gürcüstanın ərazi bütövlüyünü və onun suveren hüquqlarını pozmaq hüququ yoxdur. İndi və ya gələcəkdə yarana biləcək istənilən problem ikitərəfli əməkdaşlıq qaydasında tənzimləməlidir, xüsusən də Abxaziya və Sxinvali regionu ilə bağlı olan problemlər”, – Binəli Yıldırımı bildirib.

O, xatırladıb ki, Türkiyədə baş tutmayan hərbi çevrilişdən bir neçə gün sonra Giorgi Kvirikaşvili ölkəyə gəlib və vurğulayıb ki, Türkiyə və türk xalqı bu həmrəyliyi yüksək qiymətləndirir.

Binəli Yıldırım və Türkiyənin nazirlərin kabinetinin üzvləri Gürcüstana mayın 22-də gəliblər. Türkiyə Gürcüstanın ən iri iqtisadi tərəfdaşıdır.

Ermənistanı qorxuya salan Batumi görüşü

Politoloqların fikrincə, üçtərəfli format regionda sülhə və təhlükəsizliyə xidmət edən addımdır.


Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Gürcüstanın müdafiə naziri Levan İzoria üç ölkə arasındakı əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb. Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək. İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya probleminin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Sonda üç ölkənin müdafiə nazirləri birgə protokol imzalayıb.

Bu görüşün əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan dövlətinin xarici siyasətində ikitərəfli münasibətlər formatı prioritet təşkil edir: "Cənab prezident dəfələrlə, xüsusilə diplomatlarla görüşlərində bunu qeyd edir ki, ikitərəfli münasibətlər yüksək səviyyədə olanda, bu, çoxtərəfli münasibətlərin də inkişafına gətirib çıxarır. İkitərəfli münasibətlərimiz ayrı-ayrı dövlətlərlə yaxşı olduqda, bu, nəticə etibarı ilə üçtərəfli formatı formalaşdırır. Hazırda Azərbaycan üçtərəfli formatda ayrı-ayrı region dövlətləri ilə sıx əməkdaşlıq edir. Bu nöqteyi-nəzərdən Azərbaycan-Türkiyə-Gürcüstan formatı çox mühüm əməkdaşlıqdan biridir”.

E.Nəsirovun sözlərinə görə, Azərbaycanın ikitərəfli formatda həm Türkiyə, həm də Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri var: "Belə olan vəziyyətdə üçtərəfli format üçün çox münbit şərait yarandı və reallaşdı. Üçtərəfli format nəticə etibarilə geniş spektrli məsələləri özündə ehtiva edir. Yəni burada həm iqtisadi, ticarət, humanitar, həm də hərbi-texniki əməkdaşlıq əlaqələrindən söhbət gedir. Eyni zamanda müdafiə sahəsində də əlaqələrin inkişafı burada ehtiva olunur. Gürcüstanın Batumi şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin keçirdiyi görüş də üçtərəfli formatın müdafiə sferasında əlaqələrin inkişafını əhatə edən addımdır. Strateji tərəfdaş olan üç dövlət müdafiə sahəsində əlaqələndirilmiş, koordinasiya olunmuş fəaliyyətlərini müzakirə edir, eyni zamanda perspektivlərlə bağlı mövqelərini ortaya qoyurlar. Hər üç dövlətin hərbi, o cümlədən müdafiə sahəsindəki əməkdaşlığını genişləndirməsi nəticə etibarilə regionda sülhə və təhlükəsizliyə xidmət edən addımdır. Eyni zamanda regionda bir çox çağırışlara və təhlükələrə qarşı birgə mübarizə məsələlərini özündə ehtiva edir. Söhbət ilk növbədə beynəlxalq terrorizmə, o cümlədən bu kimi müxtəlif qorxulu tendensiyalara qarşı birgə mübarizə aparmaqdan gedir. Hesab edirəm ki, müdafiə nazirlərinin Batumi şəhərində keçirilən görüşü regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi yönümündə atılmış addımdır. Həmçinin üç dövlətin strateji tərəfdaşlıq münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar açan bir görüşdür”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Batumi görüşünün ölkəmiz üçün çox böyük əhəmiyyəti var: "Çünki həm Türkiyə, həm də Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Bu bölgə dövlətlərinin ortaq sərhədləri var. Ona görə də müttəfiq olan dövlətlərin birgə hərbi təlimlər keçirməsi, müdafiə nazirlərinin tez-tez görüşməsi zəruridir. Bu üç ölkəni ümumi sərhədlərdən əlavə, böyük enerji layihələri və boru xətləri də birləşdirir. Üstəgəl, yaxın günlərdə Bakı-Tblisi-Qars dəmir yolu da istifadəyə veriləcək. Bu layihələrin təhlükəsizlik məsələləri ön planda tutulmalıdır. Çünki bölgəmizdə çox böyük təhlükəsizlik problemi var. Belə ki, Gürcüstanın və Azərbaycanın torpaqları işğal altındadır. Qarabağda hər an hərbi toqquşma ehtimalı ola bilər və əgər bu olarsa, böyük layihələrə də müəyyən təhlükələr yaranar. Ona görə də hər üç dövlət birgə hərbi təlimlər keçirməklə, təhlükəsizlik sahəsində daim əməkdaşlıq etməklə əslində həmin layihələrin mühafizəsini təşkil edir”.

E.Şahinoğlu söylədi ki, bölgədə iki qeyri-rəsmi hərbi blok formalaşıb: "Bunlardan biri Rusiya-Ermənistan hərbi blokudur. Rusiyanın Ermənistanda hərbi bazaları var və faktiki, bu ölkənin işğalçı siyasətini dəstəkləyir. Hətta erməni generalları deyirlər ki, Rusiya-Ermənistan qoşun birləşmələri Azərbaycan ərazisində də müharibə apara bilər. Rusiya rəsmiləri bu sözlərə etiraz etmirlər. Ona görə də bunun qarşılığında Azərbaycan-Türkiyə-Gürcüstan hərbi ittifaqı güclənməlidir və buna ehtiyac var. Türkiyə NATO dövlətidir, Gürcüstan bu quruma sıx inteqrasiyaya çalışır, Azərbaycan özü də ordusunu NATO standartlarına yüksəldir. Bu üç ölkənin hərbi ittifaqı Rusiya-Ermənistan blokuna qarşı deyil, amma öz təhlükəsizliyi baxımından əməkdaşlıq etmələri çox vacibdir”. 

Gürcüstanda azərbaycanlı gənc qubernator müavini vəzifəsinə təyin edilib

Gürcüstanda gənc soydaşımız yeni vəzifəyə təyin olunub.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri vəzifəsində çalışan Zaur Darğallı bu gün Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Facebook” səhifəsində Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev bildirib.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. O, paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Ailəlidir, bir qızı var.

Zaur Darğallı APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində yaşayan millətindən asılı olmayaraq hər bir vətəndaşın problemlərini həll olunmasına çalışacağını bildirib: “Ən başlıca istəyim isə azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərində təhsil alması və dövlət strukturlarında çalışmasıdır. Mən həmişə çıxışlarımda onların ali məktəblərə qəbul olunmasını arzulamışam. Onların Gürcüstanın ali təhsil ocaqlarında oxuması üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Düşünürəm ki, ali təhsilli azərbaycanlı gənclər dövlət dilini öyrənəndən sonra Gürcüstan cəmiyyətinə daha tez inteqrasiya olacaqlar. Bu isə onların ölkənin tamhüquqlu vətəndaşı olması deməkdir”, -  Z. Darğallı bildirib.

Nazir: "Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri olacaq"

"Azərbaycan, Türkiyə və Gürcüstan arasında inkişaf edən hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bizim birgə əməkdaşlığımız gürcü, Azərbaycan və türk xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı baxımından önəmlidir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria Batumidə azərbaycanlı və türkiyəli həmkarları ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.


L. İzoria Gürcüstan və Türkiyənin müdafiə sahəsində birgə fəaliyyətini yüksək qiymətləndirib: “Bu il biz 5 dəfə görüşmüşük. Budəfəki görüşümüzdə də biz ən vacib məsələləri müzakirə etdik. Düşünürəm ki, ölkələrimiz arasında getdikcə inkişaf edən əməkdaşlıq formatı daha da genişlənəcək”.
 

Nazir üç ölkənin birgə təlimlərdə iştirakına da toxunub: “Yaxın günlərdə bizim xüsusi təyinatlılarımızın birgə təlimləri baş tutacaq. Bu ilin sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz də keçiriləcək. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və üç ölkə arasında hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Levan İzoria və Türkiyə milli müdafiə naziri Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.

APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
 

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
 

Nazirlər hərbi, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və bir sıra qarşılıqlı maraq doğuran digər istiqamətləri də nəzərdən keçiriblər.
 

Görüşün yekunlarına dair birgə protokol imzalandıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib. 

Tiflisdə Gürcüstan və Türkiyə baş nazirlərinin görüşü keçirilir

Türkiyənin baş naziri Binəli Yıldırım Gürcüstanda rəsmi səfərdədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, B. Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Gürcüstan və Türkiyə baş nazirlərinin görüşü başlayıb. Görüşün yekunlarına dair birgə mətbuat konfransının keçiriləcəyi bildirilir.

Qeyd edək ki, B. Yıldırımın Gürcüstana rəsmi səfəri Gürcüstan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə üst-üstə düşür.  
 

Bu dəqiqələrdə Gürcüstan parlamentinin köhnə binasında Yüksək Səviyyəli Türkiyə-Gürcüstan Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilir. Tədbir jurnalistlər üçün qapalıdır. 
 

Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii ehtiyatlar naziri Berat Albayrak, kənd təsərrüfatı naziri Faruk Çelik, gömrük və ticarət naziri Bülənt Tüfəkçi və nəqliyyat naziri Əhməd Arslan daxildir.

“Ermənistan ordusunda intiharların, müəmmalı ölüm hallarının sayı artır”- ERMƏNİ ƏSGƏR ANASI

Ermənistan ordusunda zabitlər əsgərləri öldürür, bir sözlə qırğın gedir.

Bu sözləri qətlə yetirilən 19 yaşlı Arsen Mxitaryanın valideynləri deyir.

Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır.

“Epress” saytı yazır ki, A.Mxitaryan hərbi xidmətə gedəndən bir neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilib. Qətldən bir il vaxt keçir və əsgərin valideynləri hesab edirlər ki, yüksək vəzifəli məmurlar qətlin izlərini gizlətməyə çalışır. Ermənistanın hərbi rəhbərliyi əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldüyünü iddia edib. Daha sonra isə onun intihar etdiyi iddiası irəli sürülüb. Lakin valideynlər övladlarının ermənilər tərəfindən qətlə yetirildiyini deyirlər. Onlar Arsenin hərbi hissədə təzyiqlərə məruz qaldığı haqda danışırlar. Arsenin anası Lusine Mxitryan danışır ki, “mən oğlumu itirmişəm və mənə deyirlər ki, ədalət tələb etmə”.

“Bəs, belə ölkədə övladı orduya göndərməyə dəyərmi?”, – deyə o davam edir.

Qətlə yetirilmiş əsgərin anası erməni analarını övladlarını orduya göndərməməyə çağırıb: “Əgər belə imkan yoxdursa, onda övladınızın taleyini lap əvvəldən həll edin, ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Çünki bu ölkədə orduya övlad göndərmək, ölümə göndərmək kimi bir şeydir”.

L.Mxitran oğlunun qətlinə görə müdafiə naziri Viqen Sarkisyanı günahlandırıb.

“Orduda hər gün əsgərlərimiz ölür, qətlə yetirilir, başlarına min oyun açılır. Viqen Sarkisyanın başı isə siyasətə qarışıb”, – Arsenin anası qeyd edib.

O, əsgər analarının Müdafiə Nazirliyinin binasına hücum etməyə və Viqen Sarkisyandan hesabat tələb etməyə çağırıb: “Ölən bizim övladlarımızdır, onlar isə öz keflərindədir”.

Əsgərin atası Artur Mxitaryan isə deyir ki, Ermənistan ordusunun içində qırğın gedir.

Valideynlərə övladlarının xidmət etdiyi batalyonun komandiri Samvel Minasyan bildirib ki, “Arsen intihar edib, buna səbəb də öz ailəsində olan problemlərdir”. Lakin valideynlər ailələrində heç bir problemin olmadığını və övladlarının intihar etmədiyini deyir.

Onların sözlərinə görə, hadisə 2016-cı ilin 3 iyulunda olub. Həmin gün Tavuş rayonunda hərbi hissənin döyüş mövqeyində olan əsgərlər heç bir güllə səsini eşitmədiklərini deyirlər.
“Yəni Arsen Azərbaycan tərəfinin atdığı güllə ilə ölməyib, nə də özünü güllələyib. Onu öldürüblər. Mən hadisədən sonra hərbi hissəyə getdim və oğlumun öldüyü yerə baxdım. Orada heç bir giliz yox idi”, – deyə ata Artur Mxitaryan danışır.

Mxitaryan ailəsi bildirib ki, “biz özümüzü Ermənistanda təhlükəsizlikdə hiss etmirik. Əgər başımıza nəsə gəlsə, bilin ki, bunu onlar (ordu rəhbərliyi) edib”.
Qeyd edək ki, Ermənistan hakimiyyəti orduda itkilərin sayını gizlətməyə çalışır. Lakin dünən bu ölkənin “Johovurd” qəzeti 2017-ci ilin yanvar ayından indiyə qədər orduda 26 itkinin olduğunu yazıb.

“Hərbi qulluqçulardan 10-u döyüş şəraitində, 16-sı isə intihar, qətl, silahla ehtiyatsız davranma və qəza nəticəsində ölüb”, – deyə qəzet statistikanı açıqlayıb.

Lakin qeyd edib ki, bu statistika ictimaiyyətə məlum olan informasiyalar əsasında hazırlanıb. Reallıqda isə itkilərin sayı daha çoxdur.

Kvemo Kartliyə yeni qubernator təyin olundu

Kvemo Kartli bölgəsinin yeni Qubernatorunun adı bəlli bəlli olub.

Bu vəzifəyə  Qriqol Nemisadze təyin olunub.

Qriqol Nemisadze uzun müddət  özəl sektorda fəaliyyət göstərib.

 O, bank sektorunda yüksək vəziflər tutub 

Qriqol Nemisadze bu günə qədər “EVEKS” səhmdar cəmiyyətinin icraçı direktoru olub.

 Qeyd edək ki,  bir müddət əvvəl Kvemo Kartli qubernatoru Paata Xizinaşvili istefa vermişdi.

Marneuli radiosu

Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub

Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini David Dondua Y. Hermandan Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Cənubi Osetiyaya səfəri ilə bağlı izahat verilməsini istəyib. Belə ki, H. Zalber işğal altında olan Cənubi Osetiyaya səfəri zamanı apreldə keçirilən qondarma  prezident seçkilərində qələbə qazanan Anatoli Bibilovu təbrik edib.

Qeyd edək ki, H. Zalber Gürcüstanın ərazi bütövlüyünə dair keçirilən Cenevrə danışıqlarında həmsədrlərdən biridir. O, 2014-cü ildə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Bundan əvvəl H. Zalber Almaniya Xarici İşlər Nazirliyində, Almaniyanın Serbiya, Avstriya və Rusiyadakı səfirliklərində çalışıb. O, ATƏT-nın Almatıdakı mərkəzinə və ATƏT-nın münaqişələrin qarşısının alınmasına dair mərkəzinə rəhbərlik edib. 

Düşmən Ağdamda yaşayış məntəqələrimizi atəşə tutub

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Saytda Axtarış

Son xəbərlər