Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4328
DünənDünən5773
Bu həftəBu həftə41044
Bu ayBu ay46832
Bu günə qədərBu günə qədər8408463

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Məmmədyarov: "Bakı-Tbilisi-Qars layihəsi Şərq və Qərb arasında fasiləsiz dəmiryolu xəttinə çıxışı mümkün edəcək"

“Asiya və Avropa arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan hər zaman regional və trans-regional uzlaşma təşəbbüslərinin fəal iştirakçısı və reallaşmasında aparıcı rol oynayan dövlət olub. Bu gün Azərbaycan coğrafi qovşaq adlandırılan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin təşviqi üçün üç mühüm layihənin yerinə yetirilməsinə qoşulub”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışında deyib.

Nazir bildirib ki, strateji Bakı-Tbilisi-Qars layihəsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryol xəttinin istifadəyə verilməsi regional ticarəti asanlaşdıracaq və Şərq və Qərb arasında fasiləsiz dəmiryolu xəttinə çıxışı mümkün edəcək: “Biz layihənin bu il başa çatdırılmasını gözləyirik. Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, BTQ hazırkı yollara güclü alternativdir. 2016-cı ildə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstanı keçməklə Avropaya istiqamətlənən konteyner qatarını istifadəyə verdik. Bu sınaq qatarı sübut etdi ki, bu yol tranzit müddətini 30-35 gündən 15 günədək azalda bilər.

Azərbaycan həmçinin digər önəmli layihənin, illik 25 milyon ton yük potensialı olan və Xəzər dənizində ən böyük və çoxməqsədli limanın-yeni Bakı Beynəlxalq Dəniz Limanınin (Ələt) tikintisinə başlayıb. Avropa, Rusiya və İranın dəmiryolları qovşağında və Bakı hava limanının yaxınlığında yerləşən Ələt limanı regional mərkəzə kəsintisiz əlaqə və hava yükdaşıması, həmçinin digər Xəzər dənizi limanlarına səmərəli dəmiryol çıxışı əldə etməyə imkan yaradacaq.

“TEN-T-in inkişafı” (Trans European Transport Network-TEN-T(Trans Avropa Nəqliyyat Şəbəkəsi)) üzrə keçən il Rotterdamda qəbul edilmiş Nazirlər Bəyanatı nəqliyyat dialoqunu irəlilətmək üçün dolğun platforma təqdim edir. Biz Şərq-Qərb dəhlizinin Azərbaycan hissəsi, yol və dəmiryol xətlərinin TEN-T mərkəzi şəbəkəsinə, həmçinin Şimal-Cənub dəhlizinin TNT-T hərtərəfli şəbəkələrinə daxil edilməsini alqışlayırıq.

Çini Avropa ilə birləşdirən Trans Xəzər Beynəlxalq Tranzit Xətti kimi regional layihələrə Mərkəzi Asiya dövlətləri və Türkiyə də daxil olmaqla, daha geniş iştirak nəzərdən keçirilməlidir. Bu həmçinin Avropa İttifaqının trans Avropa şəbəkələrinin daha sonra Şərqə genişləndirilməsi məqsədi daşıyan Avropa İttifaqının uzlaşma gündəliyinə də uyğun olacaq”. 

Prezident Kiyev meri Kliçkonu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.

APA-nın məlumatına görə, Vitali Kliçko ilə bu yaxınlarda Münhendəki görüşünü xatırlayan dövlət başçısı onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan İ. Əliyev V. Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib.

Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Bakıda uzun müddət olmadığını və paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, bu səfəri ilə bağlı ölkələrimiz, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü deyib.

Sonra Vitali Kliçko dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində Məhəmməd Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini hədiyyə olaraq prezident İlham Əliyevə təqdim edib.

Qeyd edək ki, dövlət başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin 16-cı nüsxəsidir.

Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlim keçirir

alt

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçirir.

Dalga tv -nin APA-ya istinadən xəbərinə görə, ermənilər bu gün saat 11:00-dan etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.

Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə, əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir. 

Türkiyə, Azərbaycan və Gürcüstan sahibkarları birgə işləyəcəklər

Türkiyənin, Azərbaycanın və Gürcüstanın kiçik və orta sahibkarları (KOS) ortaq elektron bazarda görüşəcəklər. 

Dalga tv Xəbər.ge-yə stinadən verdiyi xəbərə görə, tərəflərin görüşü bu ilin may ayında keçiriləcək.

Dünya KOS Platfroması Fondunun baş icraçı direktoru Tunç Uyanık layihə haqqında məlumat verərkən bildirib ki, ilkin mərhələdə Azərbaycan, Türkiyə, Gürcüstanın KOS-larının iştirak edəcəyi elektron alış-veriş platforması Asiya, Avropa və Afrikadakı həmkarları ilə əlaqələrini genişləndirəcəklər.

T.Uyanıkın sözlərinə görə, bu təşəbbüs sürətli qloballaşan iqtisadi bazarda KOS-lara dəstək olmaq üçün reallaşdırılır: "Bu layihə ilə 4 əsas problemin həll edilməsi nəzərdə tutulub. Bu çətinliklər əsasən internetin biznes məqsədilə istifadə edilməsi, daxili və beynəlxalq bazarla əlaqə yaratmaq, daha iri müştəri bazarı və maliyyə bazarına giriş əldə etməkdən ibarətdir". 

Azərbaycan, Gürcüstan və Türkiyə enerji məsələlərində çox sıx əməkdaşlıq edirlər

 

“Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində birgə həyata keçirdikləri irimiqyaslı layihələr, təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Tbilisidə keçirilən 48-ci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə əməkdaşlığı regionun inkişafında da mühüm rol oynayır. Birgə həyata keçirilən enerji layihələri nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənib.

“Bizim əməkdaşlığımız QDİƏT-ə üzv olan ölkələr üçün də əhəmiyyətlidir. Birgə əməkdaşlıq etməklə biz alternativ enerji layihələrini, bio və digər enerji mənbələrindən istifadədə də uğur qazana bilərik”,– deyə Valişvili vurğulayıb.

Rusiya təhlükəsi: Gürcüstan ordunu gücləndirir

 

Gürcüstan Rusiyadan gələn təhlükəyə qarşı öz müdafiə qabiliyyətini gücləndirəcək.

 Dalga tv Xəbər.ge-yə istinadən xəbər verir ki, bunu parlament qarşısında çıxışı zamanı Gürcüstan Müdafiə naziri Levan İzoriya söyləyib. O, Gürcüstan ordusunun yüksək döyüş qabiliyyətinin Rusiyanın hücum riskini azaldacağını bildirib:

“Biz 2008-ci il müharibəsinin təcrübələrindən faydalanacağıq. Hazırda ordu üçün əsas prioritet raketdən müdafiə sistemilərinin gücləndirilməsidir. Biz həmçinin ordu idarəçiliyinin desentralizasiyasını həyata keçirəcəyik. Bu isə lazımlı məqamlarda qərarların müstəqil surətdə verilməsi üçün ediləcək”.

Gürcüstan xarici işlər naziri Ermənistana səfər edəcək

Aprelin 11-də Gürcüstan Xarici işlər naziri Mixail Canelidze rəsmi səfərlə Ermənistana gedəcək.

 Dalga tv-nin Xəbərge-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici işlər nazirliyi mətbuat xidməti bildirib: "Gürcüstan Xarici işlər nazirinin Yerevana səfəri zamanı regionda və beynəlxalq aləmdəki hadisələr, iki ölkə arasında xarici siyasət sahəsində əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi və digər məsələlər əsas müzakirə hədəflərindən olacaq. Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Ermənistan prezidenti Serj Sarkisyan və Baş nazir Karen Karapetyan tərəfindən qəbul ediləcək.

Canelidzenin öz həmkarı Nalbandyanla görüşü başa çatandan sonra Kütləvi İnformasiya vasitələri üçün mətbuat konfransı keçiriləcək".

Tiflisdə QDİƏT PA komitəsinin iclası keçirilir

Tiflisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclası keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda Gürcüstan nümayəndə heyətinin rəhbəri Otar Danelia, QDİƏT PA baş katibi Asəf Hacıyev və Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycandan Türkiyəyə ixrac edilən enerji, habelə yeni enerji mənbələrindən istifadə ilə bağlı müxtəlif fikirlər, təkliflər və tövsiyələr səsləndirilib, həmçinin QDİƏT-in cari fəaliyyəti haqqında hesabatın müzakirəsi olub.

Toplantı çərçivəsində “Yeni və bərpa olunan enerji mənbələri” layihəsinin təqdimatı keçirilib.

İclasda Azərbaycan Milli Məclisinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda yeni enerji mənbələrinin inkişafı ilə bağlı "QDİƏT üzvü olan dövlətlərin yeni və bərpa olunan enerji mənbələrinin inkişafı" məruzəsi ilə çıxış edib. O, Qara dəniz regionunun dünyada əsas enerji təchizatçılarından biri olduğunu bildirib: “Məhz buna görə də enerji faktoru regionun iqtisadi inkişafında mühüm rol oynayır. Qara dəniz regionunda neft və qazın nəqli marşrutlarının artırılması və infrastrukturun inkişafı Avropa və Asiya arasında strateji sahə olan enerji sektorunun əhəmiyyətini təsdiq edir. Qara dəniz regionu - qlobal enerji bazarının ayrılmaz hissəsidir və enerji əlaqələrinin gələcək inkişafında strateji əhəmiyyət kəsb edir”.

Ə. Amaşov yeni və bərpa olunan enerji mənbələrinin inkişafının Azərbaycan üçün önəm kəsb etdiyini vurğulayıb. “Təbii sərvətləri qoruyub yeni bərpa olunan enerji mənbələrinin inkişafını gücləndirmək çox vacibdir”, - deyə o qeyd edib.

Toplantıda Azərbaycan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin milli nümayəndə heyətləri iştirak edir. İclasa həmçinin diplomatik korpus nümayəndələri, o cümlədən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qatılıb.

Sabah komitədə təşkilati məsələlərə baxılacaq. İclas aprelin 13-dək davam edəcək.

NATO: Ermənistanla Azərbaycan arasında müharibə ehtimalını düşünmək belə istəmirik

"NATO Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu müxtəlif səviyyəli bəyanatlardan da aydın görmək olur. Yaxın vaxtlarda Gürcüstanda NATO Parlamentlər Assambleyasının toplantısı keçiriləcək. Bütün bunlar NATO ilə Gürcüstan arasında sağlam təməllərə dayanan əlaqələrin inkişaf etdiyini göstərir. Azərbaycan isə NATO-nun ortağıdır".

Bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında NATO baş katibinin müavini Tacan İldem deyib.

O bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələri yönləndirən bir çərçivə var: "Əlaqələr bu çərçivə əsasında inkişaf etməkdədir".

Dağlıq Qarabağ münaqişəsinə toxunan T. İldem münaqişəsinin həlli ilə Minsk qrupunun məşğul olduğunu bildirib: “NATO Dağlıq Qarabağ prosesinin həlli məsələsinə qarışa bilməz. Münaqişənin həlli prosesi Minsk qrupuna aiddir, münaqişəsinin tənzimlənməsinə bu qrup cavabdehdir”.

NATO  baş katibinin müavini "Ermənistanla Azərbaycan arasında müharibə başlayarsa, NATO-nun rolu necə olacaq" sualını da cavablandırıb: “Biz NATO olaraq gücdən istifadəyə qarşıyıq. Bu səbəbdən müharibə olacağı ehtimalını düşünmək belə istəmirik. Bu problemlərin, ixtilafların sülh yolu ilə həllini beynəlxalq təşkilatlar da dəstəkləyir. NATO-nun mövqeyi də eynidir”.

Diplomat gələn ay Bakıya səfəri zamanı mövzu ilə bağlı daha geniş açıqlamalar verəcəyini bildirib.

Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Ə. Amaşov iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.

Ə.Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır. Toplantıda habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq.Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Ə. Amaşov iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.

Ə.Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır. Toplantıda habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq.

"Axali Sakartvelo" televiziyasında 31 marta həsr olunmuş veriliş yayımlanıb

alt

“Axali Sakartvelo” internet televiziyasında 31 mart   Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Bakıdan baxış” adlı veriliş efirə gedib.

Verilişin aparıcısı tanınmış jurnalist Xətai Əzizovdur.

Verilişin qonaqları isə “Xəbər.ge” saytının rəhbəri Amil Hacıyev və  tanınmış politoloq, Gürcüstanda terrorizm və siyasi araşdırmalar Mərkəzinin rəhbəri Badri Naçkebiya olub.

 

 

            https://youtu.be/8OMLFgRCKyc

Cəbhədən ən son XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (32 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.

 Dalga tv-nin Oxu.Az-a istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, kəndlərində, Berd rayonunun Ayqerar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Mərzili, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Saytda Axtarış

Son xəbərlər