Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3277
DünənDünən5773
Bu həftəBu həftə39993
Bu ayBu ay45781
Bu günə qədərBu günə qədər8407412

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Türkiyəli general: Ölkəmiz hər zaman Azərbaycanın yanındadır

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dalga tv-nin Oxu.Az-a istinadən  məlumatına görə, R. Usubov 1997-ci il oktyabrın 31-də hökumətlərarası “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol”un imzalandığını, bununla da Daxili Qoşunlarla Jandarm Qüvvələri arasında hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsasının qoyulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dost və qardaş dövlətin müvafiq qurumları ilə  əlaqələr ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında qurulub.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyə Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirməsinə böyük önəm verildiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib. O, Türkiyə Jandarm Qüvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Y. Güler isə Azərbaycana səfərindən, Bakının ən gözəl paytaxt şəhərlərindən biri olmasından, ölkəmizin dinamik inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib. O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın  və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib. Qəbulda Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iştirak edib.

Bakıda erməni saxtakarlıqlarının və uydurmalarının ifşası mövzusunda konfrans keçirilir

Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən agentliyin sədri Kamran İmanov bildirib ki, bu, UNESCO-nun elan etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ günü və 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş silsilə tədbirlərdən biridir.

O qeyd edib ki, məqsəd hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir: "Bu konfrans erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasını davam etdirən yığıncağa çevriləcək. Çünki erməniçilik “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi” ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyllidir. Bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” gətirmək, haqq qazanmaq üçün “sübutlar”, hətta “legitimlik” əldə etməkdir. Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin – istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, dünya görüşünü müəyyənləşdirir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının irəli sürülən stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur".

Konfransda çıxış edən millət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həlli məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, erməni yalanları və uydurmaları bu günün, dünənin faktı deyil: "Beynəlxalq aləmdə erməni yalanlarına uyan və onların mənafeyini müdafiə edən qüvvələrin təsiri altında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmır. Böyük cəsarətlə demək olar ki, ermənilərin məqsədi yeni dünya müharibəsi yaratmaqdır. Qarabağ heç vaxt ermənilərin olmayıb. Ermənilər həmişə o torpaqlarda baş verən münaqişə və müharibələrin əsas səbəbkarı olublar. Gənc nəsil bilməlidir ki, erməni təbliğatı tarixən də, bu gün də nə qədər anti-bəşəri, anti-sülh, anti-tərəqqi olub".

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, millət vəkili Hikmət Babaoğlu və başqaları tədbirin əhəmiyyətindən, ermənilərin tarixən Azərbaycanın maddi-mədəniyyət abidələrinə qarşı həyata keçirdiyi özününküləşdirmə siyasətindən danışıblar.

Tədbir məruzələrlə davam edib.

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşünün tarixi məlum olub.

Dalga tv "Report"-a istinadən xəbər verir ki, XİN başçıları aprelin 28-də Moskvada görüşəcəklər.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz D.Əlfalihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı yeni layihənin icrasına start verilib.

“Türk Dünyası İnfo” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə 4 ay müddətinə həyata keçiriləcək. Layihə Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində təbliğat işlərinin aparılması, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması məqsədi daşıyır. Azərbaycan-Gürcüstan dostluğu timsalında və qonşu ölkədə soydaşlarımızın kompakt yaşaması əsas götürülərək, regionda milli maraqlarımızın, ana dilimizin, tarixi-mədəni dəyərlərimizin qorunması kontekstində Gürcüstanda uyğun profilli tədbirlərin – Azərbaycan-Gürcüstan dostluğu günlərinin keçirilməsi nəzərdə tutulub.

Birliyin sədri Dəyanət Osmanlı bildirib ki, bu ölkədə soydaşlarımızın gənc intellektual hissəsi, eləcə də ölkəmizə dost münasibətində olan müasir gürcü yazarları, elm adamları arasında Azərbaycan həqiqətləri, hər iki ölkə üçün ermənilərin siyasətinin acı nəticələri barədə məlumatlar yaymaq, habelə tarixi, ədəbi-mədəni nümunələrimizin təbliğinə böyük ehtiyac duyulur. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin noyabrında Gürcüstana səfəri zaman müxtəlif dairələrdə, o cümlədən soydaşlarımızla keçirdiyi görüşlər insanlarımızın perspektiv milli inkişafa hesablanmış inteqrasiya təşəbbüslərdə böyük bir stimuldur. Eyni zamanda, səfəri ölkələrimizin müştərək maraqları baxımından yeni nəsil insanlarımızın dost ölkənin ictimai platformasında real imkanlar qazanmaları üçün ciddi dəstək hesab edirik. Bu mənada Prezident İlham Əliyevin Marneuli şəhərində soydaşlarımızla görüşdəki çıxışındakı tezislər milli maraqlarımızın, dəyərlərimizin qorunması istiqamətində layihənin icrasında xüsusilə konseptual əhəmiyyətə malikdir.

Bu kontekstdən çıxış edərək bir toplu nəşr olunacaq. Kitabda ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərini əks etdirən seçmə materiallar yer alacaq və nəşr Gürcüstanda ictimaiyyətin diqqətinə təqdim olunacaq.

Donald Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır

 ABŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək.

Dalgatv "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir.

Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq.

Sənəddə, həmçinin ölkə xaricində layihələrlə məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı yer alıb.

 

 

Gürcüstan, Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək.

dALGA TV Xəbər.ge-yə stinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili Tiflisdə rəsmi səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfulla Hacımüftioğlu ilə görüşdən sonra, jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstanın Təhlükəsizlik Şurasının katibi bildirib ki, tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli görüşlərində müzakirə olunan məsələlər haqqında da danışılıb.

Həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizlik, iqtisadiyyat və enerji sahəsində əməkdaşlığının üçtərəfli formatı ilə tanışlıq olub.

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi səfər çərçivəsində Gürcüstan müdafiə naziri Levan İzoria ilə də görüşüb.

Tədbirdə regional təhlükəsizlik mühiti və Qara Dəniz strateji təhlükəsizliyi əsas müzakirə mövzusu olub.

Çıxış edən L. İzoriya Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin əməkdaşlıq və inkişaf perspektivləri planı, müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq məsələlərindən danışılıb.

Lavrov: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük"

"ATƏT-in Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük. ATƏT-in Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində müsbət iştirakını görürük".

Dalga tv Xeber.ge-yə istinadən  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Nizamlama yolunda irəliləyiş üçün ciddi maneələr var. Amma bütün iştirakçı tərəflər kompromis üçün şərait yaratmaq niyyətindədir", - Rusiya XİN başçısı bildirib.

Gürcüstan Türkiyə ilə hərbi əməkdaşlığı dərinləşdirir

Gürcüstanın müdafiə naziri Levan İzoriya Türkiyənin Təhlükəsizlik Şurasının katibi Seyfullah Hacımüftüoğlu ilə Tbilisidə ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər regionda təhlükəsizlik, regional səviyyədə və Qara dənizdə təhlükəsizlik sahəsində strateji əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu planda onlar Gürcüstan-Türkiyə-Azərbaycan formatında əməkdaşlığın vacibliyini qeyd ediblər.

Onlar həmçinin Levan İzoriyanın yaxın zamanlarda Türkiyəyə səfərinə də diqqət ayırıblar və qeyd ediblər ki, səfər ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək.

İran və Gürcüstan rəhbərliyi Şimal-Cənub dəhlizini müzakirə edib

İran prezidentinin birinci müavini İshaq Cahangiri bu gün Tehranda səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə müzakirə olunan önəmli məsələlərdən biri də Şimal-Cənub dəhlizinin reallaşdırılmasıdır.

Tərəflər arasında aparılan müzakirələrdən sonra rəsmi sənədlərin imzlanması mərasimi baş tutub. Ölkələr üç əməkdaşlıq memorandumuna imza atıb ki, bunlar idman,  informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrini əhatə edir.

Dövlət rəsmiləri bildirib ki, hər iki ölkənin özəl sektoru əməkdaşlığı genişləndirməlidir.


Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, iranlı investorlar Gürcüstanda neft emalı və keramika məhsullarının istehsalı zavodlarının tikintisini həyata keçirəcək.

İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında İran prezidentinin birinci müavini deyib ki, görüş çərçivəsində bir sıra vacib məsələ müzakirə olunub ki, onlardan biri də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasıdır.

Gürcüstanda Konstitusiyaya yenidən baxılmasına dair layihə qəbul edilib

Gürcüstan Konstitusiya Komissiyası səs çoxluğu ilə konstitusiyaya yenidən baxılmasına dair layihəni qəbul edib.   

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Konstitusiyanın yeni modeli birbaşa prezident seçkilərinin ləğvini (dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 üzvü olan kollegiya tərəfindən seçilir), parlament deputatlarının seçilmə sisteminin dəyişilməsini (majoritar dairə sistemi ləğv edilir, seçkilər proporsional sistem üzrə keçirilir, seçkilər ərəfəsində partiya bloklarının yaradılması praktikası ləğv olunur)  nəzərdə tutur. Habelə Təhlükəsizlik Şurasının  ləğv edilməsi nəzərdə tutulur. Hərbi əməliyyatların aparılacağı təqdirdə Milli Müdafiə Şurasının iclası çağırılacaq.

Konstitusiyada həmçinin Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasına dair müvəqqəti fəsil əksini tapacaq. Bu fəsildə Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyası üçün Konstitusiya orqanları tərəfindən bütün lazımi tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.   

861 Gürcüstan vətəndaşına İsrailə giriş qadağan olunub

Cari ildə 861 Gürcüstan vətəndaşına İsrail dövlətinə giriş qadağan olunub.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, 2016-cı ildə İsrailə 2042 Gürcüstan vətəndaşı buraxılmayıb.

Gürcüstan və İsrail arasında viza rejimi 2013-cü ildən aradan qaldırılıb.

DİN-nin məlumatına əsasən, vizasız rejim şəraitində 2014-cü ildə 340, 2015-ci ildə isə 244 Gürcüstan vətəndaşına İsrailə giriş qadağan olunub. 

Saytda Axtarış

Son xəbərlər