Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3277
DünənDünən5773
Bu həftəBu həftə39993
Bu ayBu ay45781
Bu günə qədərBu günə qədər8407412

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ermənilər Azərbaycan dilində təxribat xarakterli xəbərlər yayırlar

Son günlər cəbhədə bir-birinin ardınca ağır itkilərə məruz qalan düşmən “gücü” informasiya müharibəsinə verib. Ermənilər bu məqsədlə “Facebook” sosial şəbəkəsində yaradılan “HƏRBİ MEDİA” adlı səhifədən istifadə edirlər.

Dalga tv Oxu.Az- a istinadən xəbər verir ki, “HƏRBİ MEDİA” səhifəsi erməni istifadəçilər tərəfindən yaradılıb. Bu səhifədə Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır.

İnformasiya siyasətinin tərkib hissəsi olaraq yaradılan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa hesablanıb. Onlar təxribat xarakterli məlumatlar yaymaqla ordumuza olan inamı azaltmağa çalışırlar.

Məlumat üçün bildirək ki, “HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytını idarə edən şəxslər tərəfindən yaradılıb.

“Razm.info”nun “Facebook” səhifəsi azərbaycanlı istifadəçilər tərəfindən kütləvi şəkildə şikayət edildiyindən bloklanıb. Bundan sonra həmin saytın əməkdaşları çirkin niyyətlərini həyata keçirmək üçün “HƏRBİ MEDİA” səhifəsini yaradıblar.

Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və sosial şəbəkə istifadəçilərinə düşmən təxribatına uymamağı, ermənilərin yaydığı foto və videogörüntüləri paylaşmamağı tövsiyə edirik.

 

Gürcülər Konstitusiyaya dəyişikliklərinə qarşıdır

Hakimiyyətin əsas qanuna dəyişikliklər etmək istəyi etirazlara səbəb olub.

Gürcüstanda yüzlərlə gənc fəal ölkə Konstitusiyasına dəyişikliklərə etirazını bildirmək üçün küçələrə çıxıb. Onlar bununla bağlı keçirilən ictimai müzakirəni etiraz aksiyası ilə pozmağa çalışıblar. Tbilisidəki Dövlət Filarmoniyasının binasında keçirilən müzakirələrdə parlamentin spikeri İrakli Kobaxidze dəyişikliklərə etiraz edən yüzlərlə fəalın fit və hay-küyünə görə toplantını dayandırmalı olub. Bəlli olduğu kimi, hakim "Gürcü Arzusu” Partiyası ölkə Konstitusiyasına bir neçə mühüm dəyişiklik təklifi ilə çıxış edib. Təkliflərin mahiyyəti bundan ibarətdir ki, yeni Konstitusiya prezidentin ümumxalq seçkisi ilə müəyyən edilməsi qaydasını ləğv edəcək. Başqa sözlə, gələcəkdə parlament seçkilərində çoxluq əldə etmiş istənilən siyasi partiya hakimiyyətə gələcək. "Gürcü Arzusu” Partiyası təkliflərin arxasında çoxpartiyalı sistemə daha geniş meydan verilməsi niyyətinin dayandığını bildirir. Müxalifət isə düşünür ki, hakim partiya yeni qaydalarla qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasını təmin etməyə çalışır. Məhz buna görə də bir neçə müxalifət partiyası təkliflərin referenduma qoyulmasını tələb edir.

Bu arada ölkənin vətəndaş cəmiyyəti qrupları və QHT-lər Avropa Şurasının Venesiya Komissiyasına müraciət edərək yeni təkliflərə rəy verilməsini rica edib. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili izah edir ki, yeni qaydalar Gürcüstanın "çox balanssız Konstitusiyasını” dəyişəcək və onun yerində əsl Avropa standartlarına cavab verən sistemin bərqərar olmasına imkan yaradacaq. Hakim partiya inandırmağa çalışır ki, yeni qaydalar hər hansı partiyanın şəriksiz hakimiyyət imkanlarını son dərəcə məhdudlaşdıracaq. Ən ciddi dəyişiklik təklifləri prezidentin seçilməsi və parlament mandatlarının bölüşdürülməsi qaydalarına aiddir. Digər təkliflərə görə "nikah kişi və qadının ailə qurmaq məqsədilə könüllü ittifaqı” kimi təsbit edilməlidir. Bundan başqa həm də ölkə parlamentinin Gürcüstanın ikinci böyük şəhəri Kutaisiyə köçürülməsi nəzərdə tutulur. Hazırda prezident birbaşa ümumxalq seçkisində seçilir. Təkliflərə görə, artıq 2018-ci ildən prezidentin parlament tərəfindən seçilməsi qaydası tətbiq edilməlidir. Belə bir təklif, gələn il ikinci müddətə namizədliyini verməyə ümid edən hazırkı prezident Georgi Marqvelaşvilinin etirazına səbəb olub. Bundan sonra hakimiyyət kompromis kimi yeni qaydanın 2023-cü ildən qüvvəyə minməsini təklif edib. Lakin bu da Marqvelaşvilini qane etməyib. O, mart ayında televiziya müsahibələrindən birində deyib ki, gürcü xalqının öz prezidentini seçmək hüququndan məhrum edilməsinin heç bir sağlam arqumentini görmür: "Xalqı prezidenti seçmək hüququndan məhrum etmək olmaz”, - deyə prezident müsahibəsində bildirib. 

Müxalif "Vahid Milli Hərəkat” da dəyişikliklərə qarşıdır. Partiyanın parlament fraksiyasının rəhbəri Roman Qoçiridze bildirib ki, komissiyanın işində iştirak etməyə əsas görmür: "Onlar nə istəyirlər, onu da edirlər. Konstitusiyanı sovet dövrünə qaytarırlar”. 

Yeri gəlmişkən, prezidentin mövqeyini bir çox siyasətçilər də dəstəkləyirlər. Marqvelaşvili habelə hazırda birbaşa prezidentə tabe olan Milli Təhlükəsizlik Şurasının ləğvi təklifinə qarşı da çıxır. Konstitusiya komissiyasına rəhbərlik edən İrakli Kobaxidze deyib ki, bu qurumun ləğvini elə Venesiya Komissiyasının özü tövsiyə edib. Lakin Kobaxidzenin hamını əmin etməsinə baxmayaraq, o, həqiqəti axıradək söyləmir. Belə ki, yeni qaydalar prezidenti hökumətə spesifik məsələləri müzakirə etməyi tövsiyə etmək hüququndan da məhrum etməlidir. Bu da həqiqətdir ki, yeni təkliflərdə müxalifətin də müəyyən tələbləri nəzərə alınıb. Müxalifət hazırkı qarışıq hakimiyyət formasından narazıdır. Gürcüstan parlamentinə seçkilərdə 150 yerlik parlamentin 73 mandatı təkmandatlı dairələrdə, 77-si isə proporsional seçkilərdə əldə olunur. Yeni təkliflər tam şəkildə proporsional seçki üsuluna keçilməsini nəzərdə tutur. 

Beləliklə, ölkədə proseslər gərgin mərhələyə daxil olur. Hakimiyyətin güzəştə getməyəcəyi halda, Gürcüstanı etiraz aksiyalarının bürüyəcəyi gözlənilir.

NDI: Marqvelaşvili – 27%, Kvirikaşvili – 25%

Prezident Georgi Marqvelaşvilinin fəaliyyətini ölkə əhalisinin 27%-i bəyənir. Onun fəaliyyəti 15%-in xoşuna gəlmir, 50% isə orta qiymətləndirir.

Dalga tv Xeber.ge saytına istinadla xəbər verir ki, bu nəticə Milli Demokratiya İnstitutunun (NDI) ictimai rəylə bağlı keçirdiyi sorğusunun siyasi hissəsində yer alıb.

Baş nazir Georgi Kvirikaşvilinin fəaliyyəti 25%-in xoşuna gəlir, 14%-nin isə əksinə.

Parlament sədri İrakli Kobaxidzenin fəaliyyətini 15% bəyənir, 21% isə bəyənmir.

Tbilisi meri David Narmaniyanın isə fəaliyyəti 8%-in xoşuna gəlir, 52%-nin isə xoşuna gəlmir.

NDI-nin sorğusu 7-28 aprel tarixində həyata keçirilib. Bütün Gürcüstan üzrə (işğal olunmuş ərazilər istisna olmaqla) 2 493 birbaşa müsahibə aparılıb.

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri Batumidə görüşəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti görüşü mayın üçüncü ongünlüyündə Batumidə keçiriləcək.

Görüşün sonunda əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə dair memorandum imzalanacaq.

Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi, o cümlədən kadr hazırlığı, birgə hərbi təlimlərin təşkili məsələləri müzakirə olunacaq, müasir dövrdə silahlanma, regionda və dünyada təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Görüşün sonunda hərbi əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə memorandum imzalanacaq. Bu sənəd həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayacaq.

Estoniyanın baş naziri: "Məqsədimiz "Şərq tərəfdaşlığı"nı möhkəmləndirməkdir"

"Estoniya Avropa Şurasına rəhbərlik edəcəyi dövrdə “Şərq tərəfdaşlığı” proqramını möhkəmləndirəcək".

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Estoniyanın baş naziri Yuri Ratas Tallində gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə keçirdiyi görüş zamanı deyib. O bildirib ki, "Şərq tərəfdaşığı" proqramı Estoniya üçün uzunmüddətli prioritetdir: "Estoniyanın Avropa İttifaqına sədrlik edəcəyi dövrdə bizim məqsədimiz "Şərq tərəfdaşlığı"nı möhkəmləndirmək olacaq. Bildiyiniz kimi, Estoniya iyul ayından başlayaraq quruma sədrlik edəcək və noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı"nın sammiti keçiriləcək”.   

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” Aİ-nin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna daxildir. 

NDI: Gürcüstan üçün ən böyük təhlükə Rusiyadır

Gürcüstan əhalisinin əksəriyyəti Rusiyanı ölkə üçün ən böyük təhlükə hesab edir.

Dalga tv Xeber.ge-yə xəbər verir ki, bunu Milli Demokratiya İnstitutunun (NDI) 2017-ci ilin aprelində keçirdiyi araşdırmanın nəticələri deyir.

“Gürcüstan üçün ən böyük təhlükə hansı ölkədir” sualına əhalinin 63%-i Rusiya, 6%-i Türkiyə, 5%i isə ABŞ deyə cavablandırıb.

“Gürcüstanın təhlükəsizliyini hansı ölkə daha yaxşı təmin edər” sualına 35% ABŞ, 12% Gürcüstanın özü, 10% isə Rusiya deyə cavab verib.

Araşdırma 7-28 aprel tarixində həyata keçirilib. Bütün Gürcüstan üzrə (işğal olunmuş ərazilər istisna olmaqla) 2 493 birbaşa müsahibə aparılıb.

Tbilisidə “Azərbaycan-Gürcüstan münasibətlərində gənclərin rolu” mövzusunda konfrans keçirilib

Mayın 11-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Tbilisi Dövlət Universitetində İslahatçı Gənclər İctimai Birliyi və universitetin Azərbaycanın Dostları Klubunun birgə təşkilatçılığı ilə baş tutan konfransda iki ölkə arasındakı münasibətlərin mövcud durumu və perspektivləri, bu münasibətlərin daha da inkişaf etdirilməsində gənclərin rolu müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Tbilisi Dövlət Universitetinin Azərbaycanın Dostları Klubunun rəhbəri Leyla Əmrahova iki ölkə gəncləri arasında belə görüş və toplantıların mütəmadi keçirilməsinin vacib olduğunu qeyd edərək, tədbirin əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında qədim tarixə söykənən səmərəli dostluq və qardaşlıq münasibətləri mövcuddur və bu münasibətlərin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük vəzifə düşür.

Daha sonra çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. F.Şahbazlı iki ölkə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini və bu münasibətlərin hazırkı səviyyəsinə görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu qeyd edib. İGİB sədri vurğulayıb ki, iki ölkə arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri, eyni zamanda regionda cərəyan edən proseslər Azərbaycan və Gürcüstan gənclərinin daha da yaxından əməkdaşlıq etməsinin zəruri edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycanın xarici siyasət strategiyası, beynəlxalq münasibətlər sistemində Azərbaycan-Gürcüstan əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsinin yolları haqqında çıxış edib. XİN sözçüsü bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı bugün ölkə rəhbərliyi tərəfindən olduqca uğurla davam etdirilir. Hikmət Hacıyev iki ölkə arasındakı münasibətlər, Azərbaycanın xarici siyasət konsepsiyası və Dağlıq Qarabağ münaqişəsi haqqında azərbaycanlı və gürcü tələbələrin suallarını cavablandırıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin I katibləri Rəhim Rəhimzadə və Vüqar Mustafayev Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud inkişaf səviyyəsindən söz açaraq, səfirliyin iki ölkə gənclərinin əməkdaşlığı istiqamətində gördüyü işlərdən danışıblar. Diplomatlar bildiriblər ki, Azərbaycan və Gürcüstan gəncləri arasında əlaqələlər bundan sonra da müxtəlif layihə və proqramlar çərçivəsində daha da genişləndirilməlidir.

İki ölkənin ortaq tarixi, mədəniyyəti və milli maraqları barədə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov multikulturalizmin Azərbaycan və Gürcüstanda həyat tərzi olduğunu və beynəlxalq münasibətlər müstəvisində Bakı və Tbilisinin eyni maraqlardan çıxış etdiyini bildirib. İki ölkə gənclərinin həyatın bütün sahələrində sıx əməkdaşlıq etməli olduğunu xüsusi vurğulayan Əhməd Şahidov ərazi bütövlüyü və təhlükəsizlik məsələlərini ayrıca qeyd edib.

Sonda Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində fəal iştirak edən bir qrup gəncə İslahatçı Gənclər İctimai Birliyinin Fəxri Fərmanları təqdim edilib.

Azərbaycan-Gürcüstan diplomatik əlaqələrin 25 illiyinə həsr olunan tədbir keçirilib

Gürcüstanda Azərbaycan səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrin 25 illiyinə həsr olunan tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Azərbaycan səfiri Dursun Həsənov, İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin 1+4 dövlət proqramının rəhbəri Kaxa Qabunia çıxış edərək Azərbaycan və Gürcüstan arasındakı diplomatik münasibətlərin inkişafından, ölkələrimizin dövlətçilik tarixindən, Azərbaycan və Gürcüstan iqtisadiyyatından, bu günkü siyasətdən, Gürcüstanla dostluq və əməkdaşlıq mühitindən, xarici siyasət istiqamətində hər iki ölkənin rolundan və bu siyasətin artıq yüksək səviyyədə formalaşdığından söhbət açıblar.

Tədbirdə çıxış edən Azərbaycanın XİN  mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu il Azərbaycan və Gürcüstanda ölkələrimizin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan silsilə tədbirlərin, elmi konfransların keçiriləcəyini bildirib.

O, çıxışında SSRİ dağıldıqdan sonra Azərbaycan və Gürcüstanın müstəqillik əldə etdiyini bildirib: “Azərbaycan müstəqillik əldə etdikdən sonra diplomatik münasibətlərin əsası qoyulub və bu istiqamətdə Heydər Əliyevin rolu böyük olub. Bu gün müstəqillik əldə etmək çətindirsə, onu qoruyub saxlamaq o qədər də çətindir”. 

Azərbaycan siyasətindən danışan H. Hacıyev Ermənistanın öz çirkin niyyətlərinə nail ola bilmədiyini Azərbaycanın xarici siyasətinin müsbət nəticəsi olduğunu deyib: “Ermənistan siyasəti artıq iflasa uğramaqdadır. Azərbaycan dövlətini isə 155 dünya ölkəsi dəstəkləyir. Xalqımız öz ədaləti ilə tanınır, amma təəssüf ki, bu gün beynəlxalq münasibətlərdə ədalət yoxdur”.

Azərbaycan XİN sözçüsü Azərbaycan və Gürcüstan arasında tarixi dostluğun olduğunu qeyd edib: “Bu dostluq tarixin ən çətin dövrlərində özünü doğruldub. Azərbaycan Gürcüstanın ən yaxın strateji tərəfdaşıdır. Bu gün regionda birgə həyata keçirdiyimiz Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz, Bakı-Tiflis-Qars dəmir yolu, Böyük İpək yolu layihələri müstəqilliyimiz və təhlükəsizliyimiz üçün böyük əhəmiyyət kəsb edir.  Bu il Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin istismara buraxılması Gürcüstan və Azərbaycanın inkişafına təkan verəcək və hər iki ölkənin iqtisadi yüksəlişinə xidmət edəcək”.

H. Hacıyev Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri sülh olduğunu diqqətə çatdırıb. O, Azərbaycan dövlətinin illərlə davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istədiyini bildirib: “Bizim siyasətimiz müasir, müstəqil Azərbaycan dövlətinin əməkdaşlıq, sülh və bərabərlik siyasətinin prinsiplərinə söykənib. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunan Azərbaycan torpaqlarını güc yolu ilə həll edə bilər, lakin biz sülh yolunu tutmuşuq”, - deyə mətbuat xidmətinin rəhbəri  bildirib.

O, bu beynəlxalq layihələrin həyata keçirilməsində Ermənistan rəhbərliyinin qeyri konstruktiv mövqeyi səbəbindən bütün layihələrdən kənarda qaldığını da xüsusi vurğulayıb.

Sonra H.Hacıyev Azərbaycanda beynəlxalq əməkdaşlıq, multikultural dəyərlərin, tolerantlığın inkişaf etdirilməsi barədə azərbaycanlı tələbələrə ətraflı məlumat verib. O, region üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri haqqında da danışıb.

Səfir D. Həsənov görüşdəki çıxışında Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin 1+4 dövlət proqramı çərçivəsində beynəlxalq dilləri mükəmməl öyrənməklə Gürcüstan cəmiyyətinə olan inteqrasiya proseslərini sürətləndirə biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanda təhsilin inkişafına və azərbaycanlıların müxtəlif universitetlərə qəbulu üçün istənilən şərait və geniş imkanlar yaradılıb. Səfir azərbaycanlı gənclərə bu imkandan səmərəli istifadə etməyi tövsiyə edib.

Sonra H. Hacıyev və səfir D. Həsənov azərbaycanlı tələbələrin suallarını cavablandırıblar.

 

Moskvada Heydər Əliyevin 94 illiyi münasibətilə rəsmi tədbir keçirilib

Rusiya paytaxtında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin Qonaq Evində keçirilən tədbirdə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov və digər rusiyalı rəsmilər və deputatlar, Rusiyadakı Azərbaycan diasporunun üzvləri və tanınmış simaları iştirak ediblər.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev APA-ya açıqlamasında Heydər Əliyevlə dəfələrlə görüşdüyünü söyləyib: "Heydər Əliyev beynəlmiləlçi bir insan idi. O, Sovet İttifaqının tərkibinə daxil olan xalqların dostluğunu və əməkdaşlığını yüksək qiymətləndirirdi. Əliyev öz fəaliyyətində MDB ölkələri xalqlarının dostluğunun qorunub saxlanılmasının və möhkəmləndirilməsinin tərəfdarı idi. Bu gün Heydər Əliyevin işlərini onun oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyev davam etdirir. Mənə çox xoşdur ki, Azərbaycan MDB çərçivəsində iqtisadi və humanitar əməkdaşlığın fəal iştirakçısıdır. Azərbaycan torpağında təhsil və gənclər siyasətinin qorunub saxlanılmasına istiqamətlənən bir çox humanitar tədbirlər keçirilir. Bu il Azərbaycanın Gəncə şəhəri MDB-nin mədəniyyət paytaxtıdır. Əminəm ki, Heydər Əliyevin postsovet ölkələri arasında dostluq və əməkdaşlığın qorunub saxlanılması ilə bağlı gördüyü işlər bundan sonra da davam etdiriləcək”.

S. Lebedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub. O, MDB ölkələri liderlərinin bu münaqişənin tezliklə hər iki xalqın maraqları nəzərə alınmaqla həllində maraqlı olduğunu söyləyib: "Əminəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına cavab verər. Bizim ölkələrin liderləri bu məsələnin həllinə yardımçı olmaq üçün bütün lazımi səyləri göstərirlər. Bunu bir müddət əvvəl Moskvada keçirilən Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü də göstərir. Münaqişənin tezliklə sülh yolu ilə nizamlanmasına istiqamətlənən digər addımlar da atılır. Ümid edirəm ki, bütün bu ümumi səylər arzuolunan nəticələrə gətirib çıxaracaq".

SSRİ-nin xalq artisti olmuş İosif Kobzon isə bildirib ki, Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin qurulmasında bünövrə rolunu oynayıb: "O, mənim konsertlərimə gəlirdi. Düzünü deyim ki, mən həmkarlarım Müslüm Maqomayevə və digərlərinə həsəd aparırdım ki, onların incəsənəti və mədəniyyəti anlayan belə müdrik rəhbəri var. Heydər Əliyev bütün bu dəyərləri oğlu İlham Əliyevə də ötürüb″.

Müasir Azərbaycan haqqında danışan İ. Kobzon ölkədə görülən işlərə heyran qaldığını vurğulayıb: “Azərbaycanlıların gözəl keyfiyyətləri var. Onlar oğurlamağı öyrənməyiblər, hər şeyi özləri yaradırlar. Hər dəfə Azərbaycana gələndə ölkənizin necə inkişaf etdiyini, böyüdüyünü görürəm. Neft pulları xalqın və ölkənin mənafeyinə xərclənir. Azərbaycanın belə sürətlə inkişafından qürur duyuram”.

Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov Heydər Əliyev şəxsiyyətinin miqyasının çox böyük olduğunu söyləyib: "Onun həyata keçirdiyi işlərin miqyası o qədər böyükdür ki, günlərlə danışmaq olar. Bu gün onun işlərini prezident İlham Əliyev davam etdirir. Azərbaycan uğurla inkişaf edir. Bugünkü mürəkkəb geosiyasi vəziyyətdə bu, heç də asan deyil. Azərbaycanı da, Rusiya kimi, istəməyənlər çoxdur. Lakin müasir Azərbaycan öz ləyaqətini qoruyur, suverenliyinə toxunmağa icazə vermir. Belə desək, Heydər Əliyev tərəfindən özülü qoyulan siyasi xətt davam etdirilir. Bu gün ölkə rəhbərliyinin apardığı siyasət öz adekvatlığını və milli maraqlara cavab verdiyi sübut edir”.

Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin Moskvada çalışdığı dövrdə Rusiya regionları və keçmiş Sovetlər İttifaqı ölkələri üçün çox şey etdiyini deyib: "Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olub. Onun Sovet İttifaqı üçün xidmətləri unudulmazdır. Bu gün burada Heydər Əliyevi yaxından tanıyan və onunla çiyin-çiyinə çalışmış insanlar oturub. Bizim tədbirimizi dünyanın bir sıra ölkələrində keçirilən tədbirlərdən fərqləndirən də məhz budur".

Tədbirdə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya prezidentinin nümayəndəsi Mixail Şvıdkoy, SSRİ Nazirlər Sovetində çalışmış Vladimir Uxov və digərləri Heydər Əliyevlə bağlı xatirələrini danışıblar. 

Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.-VİDEO


alt

                                        

Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli liderHeydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə Azərbaycan Televiziya və Radio verlişləri QSC-nin Gürcüstan təmsilçisi, Azərbaycan və Gürcüstan jurnalistlər birliyinin üzvü, Gürcüstanın əməkdar jurnalisti, Gürcüstanın “Şərəf” və “Şöhrət” ordenli jurnalisti Şahismayıl Şəmmədoğlunun II nəşr Azərbaycan və gürcü dilində işıq üzü görən “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub. Bu barədə daha ətraflı Gürcüstan təmsilçimiz Şahismayıl Şəmmədoğlunun videomaterialında

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü bağlıGürcüstanın paytaxtı Tbilisi şəhərində tədbir keçirilib. Tədbirdə Azərbaycan Televiziya və Radio verlişləri QSC-nin Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun II nəşr Azərbaycan və gürcü dilində işıq üzü görən “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı iş adamları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri ümummilli liderin paytaxt Tbilisi şəhərində və Rustavi şəhərində yerləşən abidəsi önünə əklillər düzüblər.

Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə  və kitablara baxıblar.

Tədbiri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov açaraq, ulu öndər Heydər Əliyevin ad gününün həmişə olduğu kimi bu il də Gürcüstanda böyük ehtiramla qeyd olunduğunu bildirib.O, ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, müasir Azərbaycan dövlətinin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır: "İstər sovetlər dövründə, istərsə də SSRİ-nin süqutundan sonra ulu öndərimiz Azərbaycanın inkişafı, beynəlxalq əlaqələrinin möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması istiqamətində mühüm işlər görüb. Bu gün regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzrum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu layihələrinin də müəllifi Heydər Əliyevdir".

Səfir bu günlərdə işıq üzü görmüş Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

         Sonra tədbirdə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri, deputat Ruslan Hacıyev, Kvemo-Kartli bölgəsinin qubernatorunun birinci müavini Kaxaber Quqebaşvili, Gürcüstan-Qafqaz Strateji Tədqiqatlar İnstitutunun prorektoru Simon Kopadze, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev və başqaları çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun necə müdrik siyasi və dövlət xadimi olduğunu qeyd edib, Gürcüstan ilə bağlı həyata keçirdiyi tədbirlərdən və bu ölkədən keçən beynəlxalq layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ulu öndərin müəllifi olduğu layihələr gələcək nəsilin daha sağlam, qayğı və problemsiz, sülh şəraitində yaşamaları üçün möhkəm zəmin yaradıb.

 Çıxış edənlər “Heydər Əliyev və Gürcüstan” kitabının vaxtında yazıldığını və ulu öndər Heydər Əliyev üçün hələ belə  kitabların Gürcüstanda gürcü dilində çox yazılacağını vurğulayıblar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ümummilli liderin Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin formalaşmasındakı və inkişafındakı xidmətlərini qeyd edib.  O, bu kitabın işıq üzü görməsinə  görə müəllif Şahismayıl Şəmmədoğluya təşəkkür edib və kitabın həm Azərbaycan həm gürcü ictimaiyyəti tərəfindən sevilərək oxunacağını vurğulayıb. Çıxışlarda, həmçinin, Prezidentİlham Əliyevin ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirdiyi xüsusi qeyd olunub və bunun nəticəsində Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü də iştirak edib.

Tədbirin sonunda kitabın müəllifi əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu çıxış edərək, vurğulayıb ki, Azərbaycan Respublikasının xarici siyasətinin tərkib hissəsi kimi, onun  qonşularla, həmin sırada Gürcüstanla münasibətləri diqqəti xüsusi cəlb edir. Ümummilli liderimizin məqsədyönlü xarici siyasətin sayəsində Azərbaycan – Gürcüstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. O, bu xoş sözlərə görə çıxış edənlərə və tədbir iştirakçılarına  təşəkkür edib.

Tədbirin sonunda Azərbaycan televiziyasının Ümummilli liderimizə həsr olunmuş filmi nümayiş olunub.

VİDEO BURADA

                                       

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 94 yaşı qeyd olunur. Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində tədbirlər keçirilir.

Dalga tv xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 

O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb.

1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. 

O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub.

O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib.

H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.

Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 

1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.

Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H.Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 

1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı

“Eurovision 2017” mahnı müsabiqəsində növbəti erməni təxribatı baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, “Eurovision 2017” mahnı müsabiqəsində  Azərbaycanın nümayəndəsi Dihajın profaylının nümayişi zamanı Ermənistanın Birinci kanalının diktoru çıxış edən haqqında bir kəlmə də deməyib. O, efirdə “Bu gün Ermənistanda üç bayram - “Qələbə günü”, “Qarabağ ordusunun günü”, “Şuşanın azad olunması günü” qeyd edilir” bəyan edib. 

Bundan sonra Azərbaycanın adını çəkmədən erməni diktoru “İndi isə növbəti ölkənin nümayəndəsi “Skeletlər” mahnısı ilə çıxış edir”.  

Qeyd edək ki, Dihaj “Skeletons” mahnısı ilə “Eurovision 2017” müsabiqəsinin finalına vəsiqə qazanıb, Azərbaycandan başqa finala Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika da vəsiqə qazanıb. 

Saytda Axtarış

Son xəbərlər