Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3287
DünənDünən5773
Bu həftəBu həftə40003
Bu ayBu ay45791
Bu günə qədərBu günə qədər8407422

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan avtomobil yolunun ətrafında salınmasına başlanılan yaşıllıq massivində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib.

Dalga tv Oxu.Az-a istinadən xəbərinə görə, aksiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

b.

Ziyarət mərasimində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Maqvala Berianidze: “Heydər Əliyev Gürcüstanın inkişafı üçün çox böyük işlər görüb”

“Heydər Əliyev Gürcüstanın inkişafı üçün çox böyük işlər görüb. Məhz onun uzaqgörən siyasəti nəticəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycan ilə yanaşı, Gürcüstanın və bütöv bir regionun inkişafının əsasını qoyub”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində mühacirətdə olan Abxaziya Muxtar Respublikası Hökuməti başçısının müşaviri xanım Maqvala Berianidze söyləyib.

Ümummilli lider Heydər Əliyevlə ilk tanışlığının 1980-ci illərə, Bakı Ali Partiya Məktəbində oxuduğu dövrə təsadüf etdiyini vurğulayan siyasətçi deyib: “Sonralar Heydər Əliyevlə bir neçə dəfə görüşdük. Heydər Əliyev çox güclü yaddaşa malik dahi şəxsiyyət idi. Onun zəngin dövlətçilik təcrübəsi, gələcəyə nikbin baxışları, qüdrəti və parlaq zəkası nəticəsində Azərbaycan və Gürcüstan dünyada öz layiqli yerlərini tutdular. Gürcü xalqı Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq və onun adı daim qəlblərdə yaşayacaq”.

Maqvala Berianidze vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan daim regionda sülhün, tərəqqinin və inkişafın tərəfdarları olublar. Bu gün Azərbaycan-Gürcüstan dostluğu təkcə Cənubi Qafqazda deyil, bütün dünyada nümunədir.

 

Nazir: Gürcüstan faşizm üzərində qələbəyə xüsusi töhfə verib

Gürcüstan faşizm üzərində qələbəyə xüsusi töhfə verib.

Dalga tv Xeber.ge-ə istinadla xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.

Bu gün nazir Tbilisidə Vake parkda Naməlum əsgər abidəsinə əklil qoyub.

“Gürcüstanın müharibə veteranlarını faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik edirəm. Gürcüstan bu qələbəyə xüsusi töhfə verib. Yüz minlərlə gürcü bu müharibədə həlak olub. Biz onların adları qarşısında baş əyirik, onlarla fəxr edirik və gələcək nəsillər də bu qəhrəmanlarla fəxr edəcək”, - İzoriya deyib.

Nazir veteranlara cansağlığı, uzun ömür və birləşmiş Gürcüstanda həyat arzu edib.

İkinci Dünya Müharibəsində təxminən 60 milyon insan həlak olub. Gürcüstanın 200 min vətəndaşı həlak olub və ya itkin düşüb.

Moskvada ermənilərlə azərbaycanlılar arasında dava düşüb

Moskvada “Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.

Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Azərbaycanlılar tərəfdən xəsarət alanların olduğu bildirilir. Həmyerlilərimizdən birinin xəsarətləri ağır olduğundan yaxınlıqdakı təcili tibbi yardım xidmətinə müraciət olunub.

Marqvelaşvili: "Yeni Konstitusiya layihəsinə əsasən seçki sistemi ədalətsiz, prezidenti isə oyuncaq olacaq"

Yeni Konstitusiya layihəsinə əsasən ölkənin seçki sistemi ədalətsiz, prezidenti isə oyuncaq olacaq, - Marqvelaşvili belə hesab edir.

Georgi Marqvelaşvili hesab edir ki, yeni konstitusiyada ərazi quruluşu məsələsinə mütləq muxtar törəmələrin səlahiyyətlərinin artırılması yönündə yenidən baxılmalıdır. Prezident hesab edir ki, bu, abxazlara və osetinlərə yaxşı mesaj ola bilər: “Biz muxtariyyətləri necə gücləndirə bildiyimizi, elə həm də Acariyanın misalında, abxazlara və osetinlərə göstərməliyik”.

Amma hakim partiya prezidentin nöqteyi-nəzərini bölüşmür və əsas qanun layihəsinə ərazi məsələsi ilə bağlı dəyişikliklər etmək niyyətində deyil. “Abxaziya və Sxinval regionlarının əhalisi ilə konsultasiyalar mümkün olmayana qədər ərazi quruluşu məsələsinə toxunmayacağıq”, – Parlamentin sədri İrakli Kobaxidze bildirib.

Ərazi quruluşu məsələsindən başqa prezident Marqvelaşvili bu gün Konstitusiya layihəsinin digər müddəalarını da tənqid edib. Onun sözlərinə görə, əgər bu dəyişikliklər qüvvəyə minərsə, Gürcüstanda ədalətsiz seçki sistemi mövcud olacaq. Marqvelaşvilinin fikrincə, müxalif partiyalar üçün parlamentə keçmək çətin olacaq, çünki layihəyə əsasən seçki bloklarının yaradılması qadağan olunur, halbuki, keçid baryeri əvvəlki kimi yüksək qalır – 5 faiz.

Prezident bu gün ilk dəfədir ki, Konstitusiyanın ümumxalq müzakirəsində iştirak edib. Batumidə çıxış edərkən o, prezident səlahiyyətlərinin azaldılmasına diqqət çəkib. Onun sözlərinə görə, dövlət başçısı yalnız formal olaraq baş komandan qalacaq, amma real qərarlar qəbul edə bilməyəcək.

“Gürcüstan tarixi ədalətsizlik (qismən) nəticəsində çox qüdrətli qonşuları tərəfindən işğal olunub. Dövlətçiliyimizi çox mürəkkəb vəziyyət və şərtlər altında gücləndirməyə çalışırıq. Bu durumda konstitusiya layihəsində real olaraq nəzərdə tutulduğu kimi ordu baş komandanı postunu ləğv etmək, hesab edirəm ki, prinsipial problemdir. Prezidentin hətta müharibə elan etmək və ya etməmək qərarını vermək səlahiyyəti də olmayacaq”, – prezident bildirib.

Konstitusiya dəyişiklikləri hakim “Gürcü arzusu” partiyasının təşəbbüsüdür. Ehtimal olunur ki, parlamentin yaz sessiyasının sonuna qədər yeni konstitusiya qəbul ediləcək.

Gürcüstanın hazırda qüvvədə olan Konstitusiyası 1995-ci il avqustun 24-də qəbul edilib. O zamandan bəri 109 maddədən ibarət olan Ali Qanuna 33 dəfə dəyişiklik edilib.

Gürcüstanın baş naziri Tramp və Pens ilə görüşüb

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.

«Mayk Pens ilə görüşdə strateji əməkdaşlığın əsas məsələləri və münasibətlərin gələcək perspektivləri nəzərdən keçirilib”, məlumatda deyilir.

Donald Trampla görüşündən sonra Georgi Kvirikaşvili bildirib ki, rəsmi Vaşinqton strateji tərəfdaş qismində Gürcüstanı dəstəkləməkdə davam edəcək və iki ölkə arasında münasibətlər daha da dərinləşəcək.

Qeyd edək ki, G.Kvirikaşvili ABŞ vitse-prezidentinin dəvəti ilə Vaşinqtonda səfərdədir. Gürcüstan nümayəndə heyətinə həmçinin xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin müşaviri Tedo Caparidze daxildir. 

Tiflisdə Şuşanın işğal günü ilə bağlı tədbir keçirilib

Tiflisdə Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva açıb.

Tədbirdə Şuşanın işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə Şuşa şəhərinin işğal tarixi, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə Şuşada tarixi abidələrin məhv edilməsi haqqında məlumat veriblər.
Tədbirdə  professor, tarix elmləri doktoru Vaja Şubitidze Şuşanın Azərbaycanın tarixi şəhəri olduğunu bildirib: “Bizim də Şuşa, Dağlıq Qarabağ kimi Abxaziya və Osetiya dərdimiz var. Bizim də 20 faiz torpağımız işğal olunub. Vaxt olacaq ki, Azərbaycan və gürcü xalqları öz ərazilərini işğaldan azad edəcək. Biz bir olmasaq, qələbə qazana bilmərik.  Şuşa Azərbaycanın ayrılmaz hissəsidir. Mən tarixçi kimi Şuşanın tarixini yaxşı bilirəm. Çox təəssüf edirəm ki, Azərbaycanın konservatoriyası sayılan Şuşada tarixi, mədəni və dini abidələr məhv edilib. Belə bir vəziyyət ermənilər tərəfindən Abxaziya və Osetiyada da təkrar edilib”.
Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov Şuşa, Abxaziya və Osetiya qurbanlarını anıb, hər iki xalqın eyni dərdi daşıdığını deyib.
 
Qeyd edilib ki, Azərbaycanda hələ də 30 min erməni yaşayır, Ermənistanda isə bir azərbaycanlı yoxdur.
Tədbir iştirakçılarına Azərbaycan Ombudsmanın Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanatı da təqdim edilib.
 
Sonda Şuşanın keçmişi və müasir vəziyyəti barədə film nümayiş etdirilib. 

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Şuşanın işğal ildönümü ilə bağlı bəyanat yayıb

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

İctimai Birlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, son iki yüz ildə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyatı olmayan LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb. Eyni zamanda, bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən, ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər dinc insan həlak olub və 1705 nəfər yaralanıb. Bu cinayətlərin içərisində 25 il bundan əvvəl - 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkəmizin mədəni irsinə vurulan ağır zərbədir. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali öz doğma torpağından didərgin salınıb. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb. Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid erməni hərbi birləşmələri tərəfindən tamamilə yerlə-yeksan olunub. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Şuşa şəhərinin sayı 33 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır: “Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də mədəniyyət mərkəzi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin yüzilliklər boyu yaşadığı Şuşa şəhərində Azərbaycanın tarixi, memarlıq və dini abidələrin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluğunun başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə təcavüzə məruz qalaraq oradan qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

Düşmən atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (17 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Bu barədə Dalga tv Oxu.Az-a  istinadən xəbər verir. 

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan və Gürcüstan sərhəd pozuculuğuna qarşı birləşir

Azərbaycan və Gürcüstan sərhəd qurumlarının nümayəndələri sərhəd pozuculuğu ilə mübarizədə kommunikasiya vasitələrindən istifadəyə dair qabaqcıl təcrübənin öyrənilməsi üçün bir araya gəliblər. Bununla bağlı “Sərhəd cinayətləri ilə mübarizədə müasir rabitə vasitələrindən istifadə” adlı təlim öz işinə başlayıb.

Təlim Dövlət Sərhəd Xidmətinin BMT-nin İnkişaf Proqramının və Avropa İttifaqının birgə həyata keçirdiyi layihə çərçivəsində təşkil edilib. Tədbiri giriş nitqi ilə açan BMT-nin strateji əməkdaşlıq üzrə müşaviri, layihənin rəhbəri Məzahir Əfəndiyev bildirib ki, əsas məqsəd nəticə etibarilə regionda və bütöv Avropanın qonşuluğunda ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə, iki ölkə arasında yaşıl sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün Azərbaycanda və Gürcüstanda sərhəd orqanlarının fəaliyyət potensialını inkişaf etdirməkdən ibarətdir. Layihə çərçivəsində bir neçə istiqamətdə ardıcıl fəaliyyət aparılmış, layihənin əhatə etdiyi sərhəd zolağında mövcud fiziki infrastrukturun təkmilləşdirilməsi istiqamətində işlər görülmüş, müvafiq sərhəd bölmələrinin texniki təchizatı yaxşılaşdırılıb.

M. Əfəndiyev bildirib ki, layihənin əsas məqsədlərindən biri də benefisiar ölkələrin müvafiq qurumlarının daxilində təlimçi potensiallarının yaradılması ilə müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsidir.

Daha sonra tədbirdə çıxış edən Miqrasiya Siyasətinin İnkişaflı üzrə Beynəlxalq Mərkəzin ekspertləri Zdravko Slaveş, Robert Mohorik, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məsul əməkdaşları – polkovnik-leytenant Mərdan Mərdanov, Əli Əliyev, İlkin Xudiyev və digərləri layihənin Cənubi Qafqaz üçün əhəmiyyəti və regional təhlükəsizliyin təmin olunmasında rolu barədə fikirlər bildiriblər.

Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, layihənin idarəetmə şöbəsinin müdir müavini Tamar Salukvadze, Gürcüstan Sərhəd Polisinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Sofiko Beridze və digər gürcü partnyorlar da layihənin hər iki ölkənin əməkdaşlığının daha təhlükəsiz müstəvidə davam etdirilməsi və bu işin uğurla başa çatdırılması üçün zəruri tələblər barədə çıxış ediblər.

Təlim mayın 5-dək davam edəcək və iştirakçılar təşkilatçı qurumların birgə sertifikatı ilə təltif olunacaq.

Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə döyüş atışlı taktiki təlimlər başa çatıb.
 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.

Tiflisdə “Şuşasız 25 il: Azərbaycan və Gürcüstanın işğal olunmuş əraziləri” mövzusunda tədbir keçirilib

Tiflisdə “Şuşasız 25 il: Azərbaycan və Gürcüstanın işğal olunmuş əraziləri” mövzusunda tədbir keçirilib.  

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə bildirilib ki, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kv.km ərazisi işğal olunub. 
 

Tədbirə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, İ. Cavaxişvili adına Tiflis Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanın Dostları Klubu”nun və “Borçalı” Gənclər Təşkilatının üzvləri, Tiflisdə fəaliyyət göstərən 64 nömrəli məktəbin azərbaycanlı və gürcü şagirdləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılıb.
 

M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə Şuşa şəhərinin işğalı zamanı və aprel döyüşlərində həlak olan şəhidlərin, həmçinin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda həlak olan və yaddaşlardan silinməyən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə çıxış edən gənclər Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən, Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaşın qətlə yetirilməsindən, 600 azərbaycanlının yaralanmasından və 22 min nəfərin öz doğma yurd-yuvalarından didərgin düşməsindən danışıblar. Gənclər qeyd ediblər ki, Şuşanın işğalından 25 il keçsə də, əsir götürülmüş 68 nəfərin taleyi haqqında xəbər yoxdur və dünya ictimaiyyəti bu işğala biganə yanaşır.
 

Tədbirdə həmçinin Dağlıq Qarabağda azərbaycanlılara məxsus tarixi, dini və mədəni abidələrin, məscidlərin söküldüyü və dağıdıldığı bildirilib. 

Saytda Axtarış

Son xəbərlər