Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3314
DünənDünən5773
Bu həftəBu həftə40030
Bu ayBu ay45818
Bu günə qədərBu günə qədər8407449

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Dalga tv-nin Oxu.Az-a istinadən  xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin aprelin 30-da yaydığı məlumatda bildirilir.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Şuraabad, Şirvanlı, Baş Qərvənd, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 59-cu yeri tutub.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və İtaliya.

Son yerlərdə Namibiya, Somali və Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələri qərarlaşıb.

Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.  

Gürcüstanda Silahlı Qüvvələr Günü qeyd edilir

Bu gün Gürcüstan Silahlı Qüvvələrinin yaradılmasının 26-cı ildönümü qeyd edilir.

APA-nın  “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Silahlı Qüvvələri Ali Sovetin qərarı ilə 1990-cı ildə Gürcüstan Daxili İşlər Nazirliyinin tərkibindən Daxili Qoşunların çıxarılması və Milli Qvardiyanın formalaşdırılması ilə yaradılıb.

Artıq 1991-ci il aprelin 24-də isə Nazirlər Kabineti Gürcüstan ordusuna ilk çağırış barədə qərar verib və çağırış prosesi həmin il aprelin 30-da başlayıb. Məhz bu tarix Gürcüstan ordusunun əsasının qoyulduğu gün kimi qeyd olunur.

Hazırda Gürcüstan ordusunun şəxsi heyəti 37 min nəfərdir. 

Polkovnik Sarkisyanın müharibə bəyanatına cavab verdi

Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı təzadlı gedişlər edir. İşğalçı dövlət bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərmək üçün Moskvada keçirilən xarici işlər nazirlərinin toplantısına qatılır, bir tərəfdən cəbhədə vəziyyəti gərginləşdirir, Azərbaycan tərəfinə raket atır. Digər yandan isə prezident Serj Sarkisyan müharibənin hər an başlaya biləcəyinə dair bəyanat verir. Təbii ki, bu təzadlı gedişlər bir sıra suallar yaradır.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, Azərbaycanın ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov AzVision.az-a bildirib ki, Sarkisyanın müharibə bəyanatları daxili auditoriyaya hesablanıb: 

“Seçkidən öncə bu tip bəyanatlar daha çox idi. Səbəb Qarabağ müharibəsi dalğası ilə iqtidara gələn Sarkisyan və ətrafının hakimiyyətinin ömrünü uzatmağa hesablanmışdı. İndi seçki qurtarsa da, Sarkisyan hələ də özünü rahat hiss etmir. Ona görə də Ermənistan ictimai rəyini sakitləşdirmək üçün bu kartdan istifadə edir. 

O ki, qaldı müharibə məsələsinə, Azərbaycan hər an müharibəyə hazırdır. Azərbaycan tərəfi hər zaman erməni təxribatını gözləyir və düşmənə adekvat cavab verir və bundan sonra da belə olacaq. Bununla bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz sözünü deyib. Bildirib ki, işğal olunmuş torpaqları qısa zamanda azad edəcəyik. Çünki, danışıqlar artıq nəticə vermir”. 

Ş.Ramaldanov vurğulayıb ki, Sarkisyan müharibə bəyanatları verməsinə baxmayaraq, qoşunların təmas xəttinə göndərməyə əsgər tapmır: 

“Bu gün Ermənistanda vəziyyət o həddə çatıb ki, təmas xəttinə əsgər göndərə bilmirlər. Hətta, bunun üçün hər əsgərə 10 min dollar veriləcəyi vəd edilir. Buna baxmayaraq, heç bir erməni gənci Qarabağda xidmət etmək istəmir. Çünki, ölmək istəmirlər. Eyni zamanda əsgər itkisi cəbhə bölgəsində narazılığa səbəb olur”. 

Ermənistan tərəfindən ərazilərimizə raket atılmasına münasibət bildirən polkovnik bildirib ki, belə bir raketin atılması düşmən ölkənin ordusunun necə bərbad səviyyədə silahlandığını göstərir: 

“Raket hava hücumundan müdafiə sisteminə aiddir. Bu da ancaq, havada uçan hədəfə yönələ bilər, piyada və ya hansısa tikintiyə yönələ bilməz. “OSA” zenit raket kompleksi ötən əsrin 60-70-ci illərində buraxılıb. Raketin Azərbaycan ərazisinə düşməsinə gəlincə, hesab edirəm ki, bu, erməni mütəxəssislərin səriştəsizliyinin nəticəsidir. O qədər səriştəsizdirlər ki, raketi hədəfə yönəldə bilməyiblər. Nəticədə raket Azərbaycan ərazisinə düşüb. Bu bir daha göstərir ki, Ermənistan Silahlı Qüvvələrində olan hava hücumundan müdafiə sistemləri hansı vəziyyətdədir. Çünki, onlar Rusiyanın köhnəlmiş silah-sursatını götürürlər. Azərbaycan ordusu ən müasir hava hücumundan müdafiə sistemləri ilə təmin olunub”.

Prezident İlham Əliyev Qətərin sabiq baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.

APA-nın xəbərinə görə, Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkəmizdə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu deyib və Bakıda aparılan abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirib. Həməd bin Casim bin Cabir Al Tani Qətərdən və ölkəsinin yerləşdiyi regiondan Azərbaycana artıq çoxsaylı turistlərin gəlməsini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev son illər Azərbaycanda gedən inkişaf-quruculuq işlərinə toxunub, insanların rahat yaşayışı üçün böyük həcmdə investisiyanın yatırıldığını deyib. Dövlət başçısı Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı işlərdən danışıb.

Görüşdə iki ölkə arasında hava nəqliyyatı, turizm, kənd təsərrüfatı, enerji, neft-kimya, birgə sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Qətər ikitərəfli əlaqələrinin genişləndirilməsinin önəmi qeyd olunub.

Gürcüstana qarşı erməni təxribatı

Aprelin 24-də Yunanıstanın paytaxtı Afina şəhərində erməni gənclər qondarma “soyqırım”a həsr olunmuş aksiya keçiriblər.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, tədbirdə ermənilərin nümayiş etdirdiyi xəritədə Gürcüstanın böyük hissəsi və paytaxt Tbilisi Ermənistanın tərkibində göstərilib.

Xəritənin yığışdırılması ilə bağlı tələblərə ermənilər aqressiv cavab veriblər. Məsələyə Gürcüstanın Yunanıstandakı səfirliyi də müdaxilə edib. Bu barədə “Milli güc” (Erovnuli dzala)təşkilatı özünün Facebook səhifəsində məlumat yayıb

.

Gürcü istifadəçilər məlumatla bağlı statusu fəal olaraq şərh etməyə başlayıblar. Onlar ermənilərə öz narazılıqlarını ifadə ediblər. Əksər istifadəçilər hətta təhqirə də yol veriblər. Gürcü istifadəçilərin bəzi şərhləri:

“Arzulamaq ziyan deyil. Hələ ötən əsrin 80-ci illərində Tbilisidə əhalinin 80%-i erməni olub. Ola bilsin ki, onlar Tbilisini özlərinki kimi qəbul ediblər. Onların fantaziyalarına beş, tarix biliklərinə isə sıfır düşür”.

“Heç bir soyqırım olmayıb. Satqınlıq etdilər və cavabını da aldılar.... Bir çox türk ailələrini məhv ediblər və sonra layiq olduqlarını alıblar!”.

“Onlar deməyiblər ki, Tbilisi və Gürcüstanın digər bölgələrinə necə gəlib çıxıblar? Gürcülər onları səssiz gətirirdilər bura və biz də onları qaçqın kimi qəbul etmişdik. Bu faktları da deyin!”.

Əksər istifadəçilər Gürcüstanın Yunanıstandakı səfirliyinin ermənilərin bu təxribatı ilə bağlı fəaliyyətindən narazı qalıb. Bu məsələ Gürcüstan ictimaiyyətində geniş rezonansa səbəb olmayıb.

 

Marqvelaşvili: Heç vaxt Konstitusiya ilə alver etməyəcəyəm

Gürcüstan prezidenti ölkə Konstitusiyası ilə alver etmək niyyətində deyil. Georgi Marqvelaşvili bu barədə Axaltsixedə tələbələrlə görüşdə bəyan edib.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, dövlət başçısı qeyd edib ki, seçicinin arxasında iş görmək onun maraqları daxilində deyil. Prezidentin sözlərinə görə, hakim partiyanın hansı kompromisdən danışması ona aydın deyil.

“Prezidentin 2023-cü ildən deyil, 2018-ci ildən birbaşa seçki yolu ilə seçilməyəcəyi barədə müəyyən notalar səslənib.  Hansısa siyasi kompromislərdən danışırlar, guya kimsə Konstitusiya komissiyası və onun rəhbərləri ilə hər hansı bir dialoq aparır. Şəxsən mən heç vaxt sözləşməyə razılaşmaram və heç vaxt Konstitusiya ilə alver etməyəcəyəm. Əsas sənədlə alver etməyəcəyəm. Bu sənəd, fikrimcə, ayrı-ayrı siyasətçilərin ambisiyalarını toplamamalı, əksinə hamını birləşdirməlidir”, -  Georgi Marqvelaşvili deyib.

"Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq" - Elmar Məmmədyarov

"Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Moskvada görüş təşkil edilməsi təşəbbüsü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış edən Rusiyaya məxsusdur.
"Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq. Təbii ki, xarici işlər naziri yox, onun təmsil etdiyi ölkənin ali baş komandanını nəzərdə tuturam. Söhbət Qarabağ ətrafındakı işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına hazırlıqdan gedir", - deyə Azərbaycan XİN başçısı bildirib.

Nazir qarşıdakı danışıqlardan müsbət irəliləyiş, müəyyən razılaşmaların əldə olunmasını gözlədiyini vurğulayıb.

E.Məmmədyarov, həmçinin görüşün mətbuat üçün qapalı olmasının Rusiya XİN-in protokol xidmətinin tələbi olduğunu qeyd edib: "Görüşün bağlı qapılar arxasında keçirilməsi özü özlüyündə nəsə maraqlı bir şey gözlənildiyindən xəbər verir".

"Danışıqların yekunları barədə rəsmi bəyanatlardan məlumat öyrənəcəksiniz", - E.Məmmədyarov bildirib. 

AŞPA-nın Monitorinq Komitəsinin iclası Tbilisidə keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası 2018-ci ilin yayında Gürcüstanda keçiriləcək. Bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.

Dalga tv-nin Xeber.ge-yə  istinadla xəbər verir ki, müvafiq qərar Komitənin bu gün AŞPA-nın yaz sessiyasının keçirildiyi Strasburqda iclasda qəbul olunub.

Gələn il Monitorinq Komitəsinin üzvləri Gürcüstana səfər edəcək və ölkədəki proseslərlə yerində tanış olacaqlar.

Monitorinq Komitəsinin ənənəvi iclasları Strasburq, yaxud da Parisdə keçirilir. Lakin reqlament deputatlara ildə bir dəfə səyyar iclas keçirməyə imkan verir.

AŞPA monitorinq prosedurunu 1993-cü ildə təsis edib. AŞPA-nın Monitorinq Komitəsi Avropa Şurasının üzv ölkələrinin təşkilat qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi prosesini monitorinq edir.

Serj Sarkisyandan müharibə mesajı: Hazır olun!

“Qarabağda yeni müharibə təhlükəsi mövcuddur. Bu, bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır. Hansı ki, bu, sabah başlaya bilər”. 

Dalga tv-nin Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Frans-press” agentliyinə müsahibəsində deyib.

Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öhdəliklərini yerinə yetirməsi tələbini xatırladaraq, müharibə qorxusunun olduğunu bildirib. Əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.

Serj Sarkisyan həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyadan kömək istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. Həmçinin, Rusiyanın Azərbaycana silah satmasından təəssüfləndiklərini bildirib.

Gürcüstan və Rumıniya regional əməkdaşlığı genişləndirir

Gürcüstan və Rumıniya Qara dənizin tranzit potensialını daha effektiv istifadə etmək üçün regional əməkdaşlığı genişləndirməlidir. Bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Rumıniya prezidenti Klaus Yoxanisin görüşündə bəyan edilib.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, dünən Klaus Yoxanis Gürcüstanın baş nazirini Kotroçeni iqamətgahında qəbul edib.

Gürcüstanın hökumət başçısı və Rumıniya prezidenti Gürcüstanın Aİ və NATO-ya inteqrasiya prosesini müzakirə ediblər və bu yolda əldə olunmuş nailiyyəti qeyd ediblər. Yoxanis Kvirikaşvilini Gürcüstan vətəndaşları üçün Şengen zonası ölkələrinə vizasız gedişin qüvvəyə minməsi ilə əlaqədar təbrik edib.  

Rumıniya prezidenti ümidvar olduğunu bildirib ki, viza liberalizasiyası dövlətlər arasında ticari-iqtisadi və investisiya münasibətlərinin gələcək dərinləşməsinə, həmçinin xalqlar arasında əlaqələrin möhkəmlənməsi və turizmin inkişafına kömək edəcək.

Görüşdə tərəflər həmçinin regional problemlər və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti müzakirə ediblər.

Rumıniya prezidenti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edib. 

“Gürcü arzusu” Konstitusiya düzəlişləri ilə bağlı imza toplamağa başlayır

Hakim “Gürcü arzusu” partiyası Gürcüstan Konstitusiyasına düzəlişlərin edilməsi təşəbbüsü üçün imza toplamağa başlayır.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə parlament çoxluğunun partiyanın mərkəzi ofisindəki görüşündə qərar qəbul olunub.

Düzəlişlərin edilməsi prosedurunun başlanması üçün seçicilərin 200 min imzası tələb olunur.

Bununla əlaqədar parlamentin sədri, Konstitusiya dövlət komissiyasının rəhbəri İrakli Kobaxidze mayın 5-dən 15-nə qədər ölkə vətəndaşlarını planlaşdırılan düzəlişlərlə tanış edəcək.

Düzəlişlər birbaşa prezident seçkilərinin ləğvini nəzərdə tutur. Həmçinin deputatlığa namizədlərin yaş baryerinin 21-dən 25-ə qədər artırılması planlaşdırılır.  

Bundan başqa, düzəlişlərin qəbulundan sonra partiyalar seçkilərdə şanslarını artırmaq üçün seçki blokları yarada bilməyəcəklər.

Saytda Axtarış

Son xəbərlər