Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3408
DünənDünən5773
Bu həftəBu həftə40124
Bu ayBu ay45912
Bu günə qədərBu günə qədər8407543

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ağdaban soyqırımından 25 il ötür

Bu gün Ağdaban soyqırımının ildönümüdür.

"Dalga"nin "Report"a istinadən xəbərinə görə, soyqırımın baş verməsindən 25 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Finlandiya prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Finlandiya prezidenti Sauli Niinistö Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Cənab Prezident, Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin. İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırıb. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq. Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin”.

Milli Şura Bakıda mitinq keçirib

Bu gün Demokratik Qüvvələrin Milli Şurası "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. 

APA-nın xəbərinə görə, mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri İlham Hüseyn, AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın sədri Cəmin Həsənli çıxış ediblər. 
 

Sonda mitinqin qətnaməsi oxunub. 


Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500-dək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 

İsrail baş naziri: “Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir”

İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidentiİlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, gələn ay İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub.

Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olub.

Ötən ilin dekabr ayında Bakıda mənə, həyat yoldaşıma və bütün nümayəndə heyətinə göstərdiyiniz möhtəşəm mehribanlığınızı və lütfkar qonaqpərvərliyinizi heç zaman unutmayacağam. İnanıram ki, bu səfər müxtəlif sahələrdə ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcək. İmzaladığımız dörd iqtisadi saziş daha güclü əməkdaşlıq məqsədlərimizə çatmağa kömək edəcək. Sizinlə gələcək illərdə də daha yaxından işləməyə və tezliklə Sizi İsraildə qarşılamağa ümid edirik”.

Prezident İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb

Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.

APA-nın məlumatına görə, Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edib ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlət  başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Vladimir Solovyov ətraflı və dolğun informasiyaya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmağın onun üçün böyük maraq doğurduğunu qeyd edib.

Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan görüşləri Bakıda keçiriləcək"

“Azərbaycan və Türkiyənin - iki qardaş ölkənin xarici siyasət sahəsində əlaqələri ən yüksək səviyyədədir”.

  

Bunu APA-ya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında münasibətlər iki qardaş arasında necə ola bilərsə, o cürdür.

“İki ölkənin xarici işlər nazirləri arasında da münasibətlər yüksək səviyyədədir. Azərbaycana xidmət etməkdən hər zaman böyük məmnunluq duyuruq. Mütəmadi təmaslarımız, əlaqələrimiz var, görüşlər keçiririk. Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan üçtərəfli toplantılar keçiriləcək. Bakı bu görüşlərə ev sahibliyi edəcək”, - deyə nazir əlavə edib.

Merkel: Almaniya Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək

 

Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. 

 Dalga tv  Oxu.Az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Əziz cənab Əliyev.

Ölkələrimiz arasında 25 il bundan əvvəl diplomatik əlaqələr qurulmuşdur. İkitərəfli əlaqələrimiz qədim tarixə malikdir. İki yüz il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşmışlar. Münasibətlərimizin canlı və hərtərəfli olduğunu 2016-cı ilin iyun ayında Almaniyaya etdiyiniz səfərinizlə birmənalı olaraq təsdiq etdiniz.

Almaniya Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaqdır.

Mən əminəm ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcəkdir. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcəkdir.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə mən Azərbaycana sülh, rifah, ölkələrimizə isə etibarlı əməkdaşlığın uğurlu davam etdirilməsini və genişləndirilməsini arzu edirəm”.

Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin vaxtı açıqlanıb

Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq.

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.

Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır. 

Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.

Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

Rusiya XİN-i Qarabağ münaqişəsindən danışdı

“Ötən ilin aprel hadisələri 1994-cü ildən bəri atəşkəs rejiminin ən ciddi pozulduğu an olub”.

Dalga tv  Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində irimiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvada razılıq əldə olunmasından bir il ötür. Bu, 1994-cü ildə atəşkəs imzalanmasından sonra ən ciddi pozuntu halı oldu”, - M.Zaxarova bildirib.

O, ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatların münaqişə zonasında vəziyyətin sabitləşdirmək və sülh prosesinin təşviqinə şərait yaratmaq məqsədilə, xüsusilə, Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən sammitlər çərçivəsində fəal səylər göstərdiyini xatırladıb.

“Bu istiqamətdə işlər bütün səviyyələrdə davam etdirilir. Tərəflərin dayanıqlı və uzunmüddətli həllə nail olmağa istiqamətlənmiş danışıqlar masasına qayıdacağına ümidvarıq”, - deyə XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Fransa aprel döyüşlərinin dayandırılmasının ildönümü ilə bağlı bəyanat verib

Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırki status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur.

Dalga tv-nin APA-ya istinadan verdiyi məlumatına görə, bu barədə Fransanın ATƏT yanındakı daimi nümayəndəliyinin ötən il aprelin 2-dən 5-nə kimi münaqişə zonasında baş verən hərbi əməliyyatların dayandırılmasının 1 illiyi ilə bağlı bəyanatında deyilir.

Bəyantada bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa digər həmsədr ölkələr olan Rusiya və ABŞ-la birlikdə atəşkəsin yenidən bərpası və Azərbaycanla Ermənistan arasında danışıqların bərpası üçün çalışıb: “Fransa tərəfləri ötən il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda yüksək səviyyədə götürülmüş öhdəlikləri, xüsusilə atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin gücləndirilməsi və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırır. Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə Parisdə keçirdiyi son görüşlərində də dediyi kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə davamlı həllinə sadiqdir”. 

Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi qlobal qarşıdurma yaratmağa səy göstərir”

“Biz bütün sahələrdə müştərək maraqlara xidmət edən təkliflər  irəli sürürük, iri  transmilli layihələr həyata keçiririk. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz Cənub Qaz dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə artıq yekunlaşmaq üzrədir. Son illər ərzində ölkəmizdə bir sıra mötəbər mədəniyyət və idman tədbirləri keçirmişik. Hesab edirik ki, bu il ev sahibliyi edəcəyimiz növbəti mədəniyyətlərarası dialoq forumu və İslam Həmrəyliyi Oyunları da dünyada və regionumuzda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvə toplantısının iştirakçılarına ünvanladığı məktubda deyilir.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub: “Həll olunmamış münaqişələr dünyada sülh və əmin-amanlığı təhdid edən əsas problemdir. Ötən əsrin sonlarında meydana çıxmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə və soyqırımı törədib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, təcavüzkar dövlət zəbt etdiyi torpaqlardan çıxmaq istəmir, hər vəchlə “status-kvo”nu uzatmağa çalışır. Ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiası səbəbindən başlamış bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək, qlobal qarşıdurma yaratmağa səy göstərir”.

Prezident İ. Əliyev Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının, iş adamlarının gündəlikdə duran və hamını düşündürən məsələlər ətrafında səmərəli müzakirələr aparacaqlarına inandığını bildirib. 

Məktubda zirvə toplantılarının Avrasiya məkanında qarşılıqlı əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi, bu toplantıların səmərəli əməkdaşlıq platformasına çevrildiyini vurğulanıb. Qeyd olunub ki, toplantılarda qlobal xarakterli problemlər, bəşəriyyəti narahat edən məsələlər hərtərəfli müzakirə edilir. 

İlham Əliyevdən ipoteka ilə bağlı – MÜHÜM FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dalga tv-nin APA-ya istinadən məlumatın görə, qüvvədə olan qaydaya əsasən güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla). 

Dəyişikliyə görə, bundan sonra güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Qaydaya əsasən indiyə qədər ipoteka krediti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Dəyişikliyə görə, bundan sonra üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına veriləcək. 

Buna qədər kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilib.

Dəyişikliyə əsasən, bundan sonra kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına verilməlidir.

Saytda Axtarış

Son xəbərlər