Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1257
DünənDünən5773
Bu həftəBu həftə37973
Bu ayBu ay43761
Bu günə qədərBu günə qədər8405392

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Millət vəkili düşmənlə üz-üzə

Millət vəkili Qənirə Paşayeva Tovuzun düşmənlə sərhəd kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, sakinlərin ən çox müraciəti övladlarına iş tapmaq, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.

Q.Paşayeva problemlərin həlli üçün Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. qurumlarla əlaqə saxlayıb, xəstələrin müalicə üçün xəstəxanalara yerləşdirilməsinə dəstək göstərib.

Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində müvafiq qurumlarla müzakirələr aparıb.

Millət vəkili eyni zamanda rayonun digər kəndlərini də ziyarət edib, bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Təcili! 8 min döyüşçü Qarabağa gətirildi - Ermənistanın MÜHARİBƏ HAZIRLIĞI

"Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirib".
Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib: "Ötən ilin "aprel müharibəsi"ndə məğlub olan Ermənistanda valideynlər övladlarını Qarabağda əsgərliyə göndərməmək qərarına gəldilər. Ermənistan rəhbərliyi bu problemi həll etmək üçün pul qarşılığında 8 min əfqan muzdlu döyüşçüsünü ölkəyə gətirərək, təlim keçdi. Muzdlu əsgərlərə 5 il ərzində 3 min dollar maaş veriləcək. Sonda Ermənistan vətəndaşlığı və Avropaya viza sözü verilib".

G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib.

"8 min əfqanın Ermənistana gətirildiyini İran vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlardan öyrəndik", - deyə o bildirib.

ASİMDER rəhbəri əlavə edib ki, Ermənistan əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edə bilər.

Mənbə:publika.az

Azərbaycan-Gürcüstan münasibətlərində gərginlik yarana bilərmi?- RƏY

Əfqan Muxtarlının saxlanılmasından sonra Gürcüstan hakimiyyətinin ünvanına tənqidlər səsləndirildi. Gürcüstan hakim dairələri bəzi hallarda birbaşa ittiham hədəfinə çevrildi. Ancaq sonra Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun mətbuat xidmətləri Əfqan Muxtarlının həbsi ilə bağlı məlumat yaydı və prosesin necə baş verdiyi açıqlandı.

Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb. Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlıya şübhəli şəxs qismində tutulub. 31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bəs bu baş verənlər Azərbaycan-Gürcüstan münasibətlərinə təsir edə bilərmi?

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlamasında bu məsələnin münasibətlərə təsir edəcəyini düşünmədiyini deyib:

“Gürcüstan və Azərbaycan tərəflərinin rəsmi məlumatına görə, bu proses “yaşıl zona”da baş verib. Ona görə də bu məsələdə Gürcüstan tərəfi heç bir məsuliyyət daşımır. Eyni zamanda Azərbaycan tərəfinin də tam hüququdur ki, ərazisinə daxil olan şəxslərin sənədləri ilə tam şəkildə tanış olsun. Rəsmi orqanların açıqlamalarına nəzər salsaq, iki ölkənin münasibətlərinə xələl gətirəcək heç bir hadisə baş verməyib.

Digər tərəfdən Azərbaycan Gürcüstanla rəsmi tərəfdaşlıq edir. İki ölkə siyasi, iqtisadi, mədəni əlaqələr baxımından sıx tərəfdaşdırlar. Azərbaycan və Gürcüstan demək olar ki, bir-biri üçün sanki oksigendirlər. Bu baxımdan düşünmürəm ki, bu hadisə münasibətlərə hər-hansı bir xələl gətirəcək. Hər iki tərəfin rəsmi açıqlamalarına görə isə bu hadisə heç bir ölkənin qanunlarını pozmadan baş verib. Rəsmi açıqlamaların mahiyyətində duran məsələ də məhz budur. Bu məsələni kim necə şərh edirsə, onların şəxsi fikirləridir. Bu şəxslərin fikirləri ilə də iki ölkənin münasibətlərinə xələl gələcəyi nəticəsinə gəlmək doğru deyil”.

Ə.Nuriyev hesab edir ki, bəzi dairələr bu məsələdə Gürcüstanın üzərinə bilərəkdən gedirlər:

“Bu məsələdə strateji düşünmək lazımdır. Çünki Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmaşı hər iki ölkənin birbaşa ziyanınadır. Bu iki ölkə arasında illərdir formalaşan dəyərlərin tamamilə məhvinə səbəb ola bilər. Çünki Azərbaycan və Gürcüstan arasında münasibətlər ən yüksək səviyyədə qurulub. Ən yüksək əməkdaşlıq, hətta tərəfdaşlıq səviyyəsindədir. Əslində Cənubi Qafqazın sabitliyinin pozulması kimlərin maraqlarına uyğun olduğu məlumdur.

Azərbaycan-Gürcüstan münasibətlərinin pozulması da məhz Ermənistanın və bir sıra digər dövlətlərin maraqlarına xidmət edən amildir. Bu, Qərbin, Azərbaycanın və ya Gürcüstanın maraqlarına uyğun deyil. Münasibətlərin pozulması Ermənistanın və bir sıra dövlətlərinin xüsusi xidmət orqanlarının maraqlarına cavab verir. Bu məsələ məhz bu istiqamətdə dəyərləndirilməlidir. Çünki Azərbaycan və Gürcüstanın münasibətlərinin korlanması, hər iki dövlətin müstəqilliyinə, insan hüquqlarının azadlığına, demokratik və iqtisadi inkişafına qarşı yönələn addımdır. Digər tərəfdən yaxın günlərdə Gürcüstan ərazisindən keçən və Azərbaycanı Avropa ilə birləşdirən dəmir yolunun açılışı gözlənilir. Bir müddət Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin möhtəşəm görüşü baş tutdu.

Münasibətlər inkişaf etdikcə, kimlərsə buna qarşı çıxmağa çalışır. Cənub Qaz Dəhlizi, TANAP xətlərinin artıq tikintisi başa çatmaq üzrədir. Azərbaycan prezidenti də son çıxışında bildirdi ki, artıq tikinti işlərinin 90 faizi başa çatıb. Bütün bu işlər başa çatmaq ərəfəsində olduğu bir vaxtda münasibətlərə kölgə salmaq istəyirlər. Aparılan qaralama kampaniyası isə bütövlükdə Azərbaycana və Gürcüstana qarşıdır. Bəs kimlərdir münasibətləri gərginləşdirməyə çalışan? Təbii ki, Ermənistan və bir sıra digər dövlətlər. Belə olan halda münasibətlərin pisləşməsi yönündə açıqlama verən şəxslər kimin dəyirmanına su tökür? Təbii ki, Ermənistanın. Amma bir daha deyirəm ki, bu cür açıqlamalar Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə sala bilməz”. 

“Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı, jurnalist Azər Həsrət də bu prosesin Azərbaycan-Gürcüstan münasibətlərinə təsir etməyəcəyini deyib. Azər Həsrət Əfqan Muxtarılının həbsi ilə bağlı tələsik açıqlama verən təşkilatları qınadığını da sözlərinə əlavə etdi:

“Çünki rəsmi açıqlamaları gözləmək, ondan sonra reaksiya vermək lazım idi. Amma təəssüflər olsun ki, bəzi təşkilatlar heç bir rəsmi reaksiya gözləmədən özlərinin uydurduğu şəkildə açıqlamalar yaydılar və Azərbaycan dövlətini ittiham etdilər. Bununla bərabər Gürcüstan dövlətini də ittiham etdilər ki, güya iki dövlət əlbir olub bir nəfəri oğurlayıb. Təbii ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir, dinc yaşamağı seçmiş qonşu dövlətlərdir. Bu dövlətlərin bir çox məsələlərdə maraqları üst-üstə düşür. Hər hansı bir şəxs və ya şəxslər haqqında qəbul olunan qərar iki dövlətin münasibətinə təsir etməməlidir, etməyəcək də. 

Sadəcə olaraq Azərbaycan dövlətinə basqıların nəticə vermədiyini görən, Azərbaycanın sabitliyini pozmağa cəhd edən Qərb dairələri düşünürlər ki, Gürcüstanın üzərinə getməklə öz istəklərinə nail ola biləcəklər. Amma ortada fakt var, hər şey göz qabağındadır. Təbii ki, bəlli bir istintaq dönəmi var və istintaq bütün məsələlərə tamamilə aydınlıq gətirəcək. Ona görə də Gürcüstanın üzərinə getməklə məcbur etməyə çalışırlar ki, sərt qərarlar versin  və ya Azərbaycanla bağlı müəyyən gedişlər etsin.

Amma bir məsələni unudurlar ki, Gürcüstan Azərbaycanla strateji tərəfdaşdır, münasibətlərinə sadiqdir və hər hansı bir fərdə görə Azərbaycanla bağlı sərt addım atmaq haqqında düşünməyəcək belə. Həm də elə bir fərdə görə ki, o, faktiki olaraq Gürcüstanın ərazisindən istifadə etməklə Azərbaycanda sabitliyi pozmağa cəhd göstərib. Sadəcə olaraq ortalığı qarşıdırıb, manipulyasiya etmək, özlərini qurban kimi göstərmək istəyirlər. Amma biz də çalışacağıq ki, proses bütövlükdə şəffaf şəkildə keçsin və istintaq nəyin nə olduğunu ortalığa qoysun. Gürcüstanla Azərbaycanın münasibətlərinə heç nə təsir göstərə bilməz”.

Gürcüstan parlamentinin deputatı: Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq

Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq.

Bu barədə Trend-ə açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

Millət vəkili bildirib ki, bu cür qara qüvvələr dəfələrlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addımlar atsalar da, onların bu cəhdləri iflasa uğrayıb:

"Birincisi, Əfqan Muxtarlının Gürcüstanda saxlanılması barədə məlumatlar təsdiqlənməyib. Azərbaycan Respublikası Baş Prokrurluğu tərəfindən verilən açıqlamada göstərilir ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhəddini qeyri-qanuni keçdiyi üçün saxlanılıb. Əfqan Muxtarlının Gürcüstan tərəfinin saxlayıb təhvil verməsi ilə bağlı hec bir sübut yoxdur. Bu hadisənin iki ölkə arasında münasibətləri korlamasına gəlincə isə bu, mümkün deyil. Gürcüstan-Azərbaycan münasibətlərini bir neçə dəfə korlamaq cəhdləri olub. Ancaq bu cəhdlər baş tutmayıb. Çünki Gürcüstan-Azərbaycan dostluğu böyük tarixi keçmişə dayanır. İki dost, qardaş dövlət arasında olan münasibəti heç bir qara qüvvə korlaya bilməz".

Cəbhədə vəziyyət gərginləşib ! Ermənilər bu rayonlarımızı atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (5 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.

Dalga tv-nin Sonxeber.az saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm və Cəfərli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Trampdan Qarabağ təklifi

ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaz problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə elə bir marağı yoxdur.

Dalga tv-nin İstipress-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi Metyu Brayza Rusiyanın ″Vestnik Kavkaza″ portalına müsahibəsi zaman bildirib.

Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronski tərəfindən hazırlanmış “ABŞ-ın Cənubi Qafqazda siyasəti” barədə məruzəni və Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsini şərh edən Metyu Brayza deyib:

“Hər bir Amerika prezidenti anlayıb ki, biz öz müttəfiqlərimizi müdafiə etməli və gücləndirməliyik. Həm Respublikaçıların, həm də Demokratların adminsğtrasiyalarında belə olub. Söhbət həm enerci sahəsində əməkdaşlıqdan, həm boru kəmərlərindən, həm də Dağlıq Qarabağdan gedir. Mən prezident Tramp tərəfindən Cənubi Qafqaza hansısa marağını hələ ki, görmürəm. Bu məsələlərlə məşğul olacaq əməkdaşlar hələ ki, yoxdur. Mən narahatam ki, bu sahə lazımi diqqəti qazanmır. Ümid edirəm ki, Tramp Rusiya ilə əməkdaşlıq üçün problem axtaran zaman Qarabağı seçəcək”,- deyə Metyu Brayza vurğulayıb.

Həm Karneqi Fondunun, həm də Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsində bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir və bu müharibəyə hər iki ölkənin strateci tərəfdaşları olan Türkiyə və Rusiya da qarışa bilər. Yəni hər iki analitik qrup region üçün böyük müharibə anonsu verib.

Metyu Brayza bildirib ki, yaranmış təhlükəli vəziyyətdən çıxış üçün nizamlama prosesində Rusiya və Amerika prezidentləri iştirak etməlidirlər. O, müsbət nümunə kimi 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya prezidenti Vladimir Putinin oynadığı roldan danışıb:

“Prezident Putin onda çox konsturktiv rol oynadı. O, vəziyyətdən çıxış üçün təkliflər verdi. Aprel hadisələrindən sonra o, Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Mən belə başa düşdüm ki, Azərbaycan tərəfi bu təşəbbüsü alqışladı, erməni tərəfi isə yox”.

Metyu Brayzanın fikrincə, Rusiya onda yaxşı təklif irəli sürmüşdü: “Tərəflərdən biri razılaşmadı və buna görə hər şey dayandı. İndi hər şey dalana dirənib. Bilmirəm, hadisələr necə inkişaf edəcək. Ümid edirəm ki, Amerika prezidenti nəsə təklif edəcək”.

Metyu Brayzı Amerikada Qarabağ problemini ən yaxşı bilən siyasətçilərdəndir. O, 2005-ci ildən münaqişənin həllində yaxından iştirak edir. Metyu Brayza Dağlıq Qarabağın yerli erməni silahlıları tərəfindən deyil, Ermənistan ordusu tərəfindən işğal edildiyini vurğulayan ilk qərb siyasətçilərindəndir. O, bu barədə fikirlərini ilk dəfə 2005-ci ildə ANS Şirkətlər Qrupunun nəşr etdiyi “Hesabat” jurnalına müsahibəsində demişdi.

Buna qədər ermənilər Dağlıq Qarabağ münaqişəsini beynəlxalq diplomatik müstəvidə milli-azadlıq hərəkatı kimi təqdim edirdilər. 1992-ci ildə Azərbaycana qarşı ABŞ Senatında qəbul edilmiş 907-ci düzəliş də bu qeyri-obyektiv yanaşmanın məhsulu idi. Metyu Brayzanın münaqişəyə obyektiv yanaşması Amerikadakı erməni lobbisini həmişə narahat edib. 2011-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza diplomatik fəaliyyətini erməni lobbisinin təzyiqi altında dayandırmalı oldu. Senat onu bu vəzifəyə təsdiq etmədi.

Azərbaycan, Gürcüstan və Türkiyə birgə hərbi təlimə başlayır

Bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər başlayır.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, hərbi təlimlər iyunun 14-dək davam edəcək.

Gürcüstanda keçirilən “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.

Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.

Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

Politoloq: "Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi iflasa uğradı"

“Bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərir”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib.

E. Nəsirov bildirib ki, son günlər yenidən bir sıra beynəlxalq QHT-nin dilindən bir nəfərin adı düşmür: “Bu, özünü jurnalist kimi təqdim edən Əfqan Muxtarlıdır. Əslində nəyin baş verdiyi Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Həmin müəyyən anti-Azərbaycan mövqeli, anti-Azərbaycan yolu seçmiş beynəlxalq QHT-lər indi onlarla əməkdaşlıq edən, anti-Azərbaycan planlarının həyata keçirilməsində bir alət kimi çıxış edən Əfqan Muxtarlıdan istifadə etməyə başlayıblar. Əfqan Muxtarlı heç jurnalist kimi də Azərbaycan cəmiyyətində tanınmayıb, daha çox Xədicə İsmayılovanın şəxsi mühafizəçisi kimi təqdim olunub. Həmin qüvvələr bu gün mühafizəçi-jurnalisti qəhrəman etmək istəyirlər”.

 

Jurnalist-mühafizəsi Əfqan Muxtarlının saxlanılmasından sonra ermənipərəst qüvvələr, Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV və təşkilatlar Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar

 

Millət vəkilinin sözlərinə görə, Əfqan Muxtarlı və onun kimilər Gürcüstanda müxtəlif yollarla sığınacaq tapıb, bu ölkədə Azərbaycan əleyhinə şəbəkə formalaşdırılıb: “Həmin şəbəkəyə də Əfqan Muxtarlı kimi antimilli ünsürlər cəlb edilib və Azərbaycana qarşı Gürcüstandan təzyiq göstərməyə çalışırlar. Məqsəd odur ki, ilk növbədə Azərbaycanın beynəlxalq imicinə zərbə vurulsun, nüfuzu ləkələnsin. İkincisi, bunu Gürcüstandan həyata keçirməklə Azərbaycanın strateji tərəfdaşı olan bu ölkə ilə münasibətlərimizə xələl gətirmək, korlamaq istəyirlər. Bu baxımdan Gürcüstanın seçilməsi təsadüfi deyil. Halbuki Azərbaycanla Gürcüstan bir çox fundamental məsələdə ortaq mövqeyə malikdir, strateji tərəfdaşlığa malik dövlətlərdir. Xüsusən enerji, nəqliyyat və digər sferalarda iki ölkənin çox sıx münasibətləri var. Xalqlarımız və dövlətlərimiz dostdur, bizi ümumi tarix birləşdirir. Həm xaricdə olan anti-Azərbaycan qüvvələr, həm Ermənistan və dünyadakı və Gürcüstandakı erməni lobbisi ciddi-cəhdlə çalışırlar ki, hər oyundan çıxsınlar, Gürcüstanla Azərbaycan münasibətlərinə ziyan vursunlar, bu münasibətlərə kölgə salsınlar. Bu niyyətlərini də jurnalist-mühafizəçi Əfqan Muxtarlı kimi antimilli ünsürlərdən istifadə etməklə reallaşdırmaq istəyirlər. Təbii ki, onların qeyri-qanuni və Azərbaycan əleyhinə fəaliyyəti Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq mühafizə orqanlarının diqqətindən yayına bilməzdi. Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin anti-Azərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilib, bu təxribatçı fəaliyyətin  qarşısının alınması üçün konkret tədbirlər həyata keçirilir. Əfqan Muxtarlı və onunla birgə fəaliyyət göstərən şəxslərin çox geniş bir şəbəkəsinin olduğu üzə çıxıb”.

E. Nəsirov qeyd edib ki, jurnalist-mühafizəsi Ə. Muxtarlının saxlanılmasından sonra ermənipərəst qüvvələr, Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV və təşkilatlar Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar: “Bu, bizi təəccübləndirmir. Çünki Əfqan Muxtarlı və digərləri həmin qüvvələr üçün heç bir dəyərə malik deyillər. Anti-Azərbaycan qüvvələr üçün Əfqan Muxtarlı kimilərin o zaman dəyəri olur ki, onlar öz millətinə, dövlətinə qarşı xəyanət yolu seçsinlər, təxribatla məşğul olsunlar, xalqına qarşı düşmən kimi çıxış etsinlər. Belə olan halda Əfqan Muxtarlı anti-Azərbaycan qüvvələr üçün mahiyyət kəsb edir. Anti-Azərbaycan qüvvələr bu insanlardan bir əlcək kimi istifadə edir, məqsədlərinə çatandan sonra isə kənara atırlar. Bu cəhdlərin heç bir mənası yoxdur. Əfqan Muxtarlının Azərbaycana qarşı hər zaman düşmən mövqedən çıxış edən “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlara əməkdaşlıq etməsi bizə bəllidir. Onlar hər zaman beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğul olublar. Bütün bunları həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti bilir. Lakin bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Fərqindədirlər ki, bu insanlar satılmış, mənəviyyatlarını itirmiş insanlardır, əqidələri yoxdur, pul üçün satqınlığa, hər şeyə hazırdırlar. Ona görə bu insanların cəmiyyətdən təcrid olunması, hüquq müstəvisində cəzalandırılması həm Azərbaycan, həm də Gürcüstan xalqının istəyidir. Nə qədər ki, belə insanlar anti-Azərbaycan və anti-Cürcüstan qüvvələrin əlində alət olacaqlar, onları yalnız belə aqibət gözləyəcək. Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğrayıb”.

Millət vəkili, professor Musa Qasımlı APA-ya açıqlamasında deyib ki, son hadisələrlə bağlı olaraq Gürcüstanda bəzi qruplar tərəfindən Azərbaycan əleyhinə aparılan kampaniyanın, gürcü hakimiyyətinə edilən təzyiqlərin səbəbləri aydındır: “Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan dövlət orqanları tərəfindən Azərbaycan əleyhinə olan şəbəkənin ifşa olunması onlara vurulan ağır zərbə oldu. Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq münasibətləri regionda gərginliyin olmasında maraqlı görünən bəzi xarici ölkələr, xüsusən Ermənistan tərəfindən hiddətlə qarşılanır və iki ölkə arasında qarşılıqlı münasibətləri pozmaq üçün müxtəlif yollara, böhtanlara baş vururlar, vəsaitlər xərcləyirlər. Hesab edirəm ki, indiyədək olduğu kimi, bu dəfə də belə cəhdlər uğursuz olacaq”.

Gürcüstandan yola düşən ilk konteyner qatarı Azərbaycana çatıb

Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prosesi davam edir.

"APA-Economics" xəbər verir ki, Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə dəmir yolu stansiyasına çatıb. Qatar 26 konteynerdən ibarətdir.

Aparılan çevik tarif siyasəti nəticəsində ilkin hesablamalara görə, Azərbaycanla Gürcüstan arasında il ərzində 40 minə yaxın konteynerin daşınması mümkün olacaq. Bu da əlavə 1 mln. ton yükün daşınması deməkdir.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının  daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə  davamlı, eləcə də 50%-ə qədər güzəştli tariflər tətbiq olunub və bu tariflər iyunun 1-dən yük daşımalara tətbiq edilir. Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 km-ə yaxın məsafəni 30 saata qət edirlər.

Konteyner qatarları, tələbata uyğun olaraq, həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcək. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.

Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması ən çoxu 5 sutka ərzində həyata keçiriləcək. 

 

 

Kaxa Kaladze istefa verdi

Kaxa Kaladze vəzifəsindən istefa verib.

Dalga tv Xəbər.ge-yə  istinadən xəbər verir ki,  o, ərizəsini dünən yazıb.

 Qeyd Gürcüstanın Energetika Naziri və Baş nazirin müavini olan Kaxa Kaladzenin istefası səbəbsiz deyil.

Agentlik iddia edir ki, Kaxa Kaladze Tbilisi merliyinə namizəd olacaq.

Qeyd edək ki, Gürcüstanda seçkilər bu ilin oktyabrında keçiriləcək.

Ordumuz düşmənin atəş nöqtəsini məhv edib: Ölənlər var

Cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmən itkilərə məruz qalıb.

Gürcüstan NATO-ya üzv olmağı qəti qərara alıb - Baş nazir

Gürcüstan Şimali Atlantika alyansının üzvü olmaq niyyətində qətiləşib. Bu barədə ölkənin baş naziri Georgi Kvirikaşvili NATO Parlament Assambleyasının sessiyasının plenar iclasında çıxışı zamanı bəyan edib.

O qeyd edib ki, "Gürcüstan və NATO-nun fəal əməkdaşlığı son illərdə ən yüksək səviyyəyə çatıb". "Gürcüstan NATO-ya üzv olmağı qəti qərara alıb, biz alyansa inteqrasiya prosesini fəal şəkildə davam etdirəcəyik, bu istiqamətdə islahatları davam etdirəcəyik", - baş nazir bildirib.
 
NATO Parlament Assambleyası sədri Paolo Alli Gürcüstanın Şimali Atlantika alyansının üzvü olmaq qərarını dəstəklədiyini açıqlayıb:
 
"NATO PA  Gürcüstanın NATO-nun üzvü olmaq seçimini qəti dəstəkləyir, biz alyans Gürcüstanla münasibətləri möhkəmləndirmək və genişləndirmək tövsiyəsi verəcəyik. "Gürcüstan NATO-ya daxil olan dövlətləri birləşdirən, o ümumi dəyərləri bölüşür - bu prinsiplər demokratiya, qanunun aliliyi, iqtisadi artım və əhalinin rifahıdır". "NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində".
 
Gürcüstan və NATO

Gürcüstan Şimali Atlantika alyansı ilə 1990-cı illərin sonlarından onun (NATO-nun) proqramı çərçivəsində əməkdaşlıq edir. 2002-ci ilin noyabrında prezident Eduard Şevardnadze Praqa sammitində Gürcüstanın alyansın üzvü olmaq istədiyini rəsmən bəyan edib. Bu istəyi növbəti prezident Mixail Saakaşvili də təsdiqləyib. 2012-ci ilin oktyabrında "Gürcü arzusu" koalisiyasının qələbəsindən sonra hakimiyyətə gələn yeni hökumət NATO-ya inteqrasiya kursunu davam etdirmiş və eyni zamanda "Gürcüstanın ərazi bütövlüyünün ziyanına olmamaqla Rusiya ilə münasibətlərin normallaşmasını mərhələli şəkildə başlıca vəzifəsi" adlandırıb.

Avqust ayında NATO baş katibi Yens Stoltenberq 2015-cü və 2016-cü ilin sentyabrında Tbilisiyə iki dəfə səfərdə olub. O, 2016-cı ilin sentyabrında son səfəri zamanı o bildirib ki, "Gürcüstan Şimali Atlantika alyansının üzvü olacaq", lakin eyni zamanda qeyd edib ki, bunun abş verəcəyi "dəqiq vaxtı deyə bilməz". Gürcüstan və NATO əməkdaşlığı parlament səviyyəsində fəal inkişaf edir.

Saytda Axtarış

Son xəbərlər