Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4446
DünənDünən6004
Bu həftəBu həftə35389
Bu ayBu ay41177
Bu günə qədərBu günə qədər8402808

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Kaxa Kaladze Tbilisinin meri seçilib

Gürcüstan futbol yığmasının sabiq kapitanı Kaxa KaladzeTbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.

APA-nın məlumatına görə, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən məlumatda əksini tapıb.

Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K. Kaladze 51,06 faiz səs toplayıb. Hakim “Gürcü Arzusu” Partiyasının namizədinə 203 mindən çox Tbilisi sakini səs verib. İkinci yerdə 17,46 faizlə müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerdə 16,53 faiz səslə Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili qərarlaşıb.

Gürcüstanda şəhər merləri və bələdiyyələrdə seçkilərdə qələbə üçün namizədlərə 50 faizdən çox səs yığmaq tələb olunur.

Qeyd edək ki, K. Kaladze keçmiş futbolçudur, Tbilisi və Kiyevin “Dinamo”, İtaliyanın Milan və Cenoa  komandalarında müdafiəçi mövqeyində oynayıb. K. Kaladze ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.

Marneulidə “Gürcü Arzusu”nun namizədinin qələbəsi qeyd olunur

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının tərəfdarları Marneulidə icra başçısı vəzifəsinə namizəd Temur Abazovun qələbəsini qeyd edirlər. 

APA-nın yerli bürosunun məlumatına əsasən, rəsmi nəticələrin elan olunmasa da, rayonun mərkəzi küçələrində “Gürcü Arzusu”nun bayraqları olduğu maşın karvanları siqnal verərək partiyanın yerli qərargahı istiqamətində hərəkət edir. 

Marneuli rayonunda yerləşən bəzi seçki məntəqələri qarşısında gərginlik yaşanıb. Müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları bəzi seçki məntəqələri qarşısında aksiya keçiriblər. Onlar Marenulidə seçkilərdə Ə.İmamquliyevin qələbə qazandığını iddia edirlər. 

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələri barədə rəsmi məlumatı bu gecə saat 02:00-da açıqlayacağı gözlənilir. 

Marneuli rayon seçki komissiyasına 17 şikayət daxil olub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneulidə seçki prosesi ilə bağlı rayon seçki komissiyasına 17 şikayət daxil olub.

APA-nın yerli bürosunun məlumatına əsasən, komissiyanın sədri Koba Asanidze həmin şikayətlərə sabah baxılacağını deyib.

Onun sözlərinə görə, Marneulinin bütün seçki məntəqələrində səsvermə prosesi sakit keçir və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.

Marneulidə 89 seçki məntəqəsi var. Seçicilərin sayı isə 98 300 nəfər təşkil edir. Saat 17:00-dək rayonda seçici fəallığı 30,8 faiz təşkil edib.

Ölkə üzrə isə seçici fəallığı 36,71 faizdir.

Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan David Bakradze azərbaycanlıların sıx yaşadığı Marneuliyə xüsusi təyinatlı polis dəstəsinin yerləşdirilməsini şərh edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, siyasətçi keçirdiyi brifinqdə deyib ki, hakimiyyət Marneulidə gərginlik yaratmaq və xalqın seçimini əlindən almaq istəyir: “İlkin nəticələrə görə, bizim Marneuli icra başçısına namizədimiz Əhməd İmamquliyev qələbə qazanır. Marneulidə yerli əhalinin dəstəklədiyi namizəd qalib gəlməlidir”.

“Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə opponentlərini süni şəkildə gərginlik yaratmaqda ittiham edib. Onun sözlərinə görə, rayonda seçki prosesi ciddi qanun pozuntusu olmadan, sakit şəraitdə keçir.

Gürcüstan parlamentinin komitə sədri: "Marneulidə vəziyyət süni şəkildə gərginləşdirilir"

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda səsvermə prosesi zamanı gərginlik yaşanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun 58 saylı seçki məntəqəsində müxalif “Avropalı Gürcüstan” partiyası fəalının hakim “Gürcü Arzusu” Partiyasının nümayəndələri tərəfindən fiziki təzyiqə məruz qaldığı bildirilir.

Hadisə ilə bağlı “Avropalı Gürcüstan” partiyasının liderlərindən olan Giqa Bokeriya Marneuliyə səfər edib. O, faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacağını bildirib.

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitə sədri Eka Beseliya da Marneulidədir. Onun sözlərinə görə, rayonda vəziyyət süni olaraq gərginləşdirilir. 

E.Beseliya müxalifəti seçicilərin səsvermə prosesində sakit mühitdə iştirak etməsinə şərait yaratmağa çağırıb.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bələdiyyə seçkiləri vaxtında başlayıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bələdiyyə seçkiləri vaxtında başlayıb və sakit keçir.

Dalga tv Reporta istinadən xəbər verir ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndindəki N.Nərimanov adına ictimai məktəbdəki 48 saylı seçki məntəqədə səsvermə seçici fəallığı ilə başlayıb.

Qeyd edək ki, oktyabrın 19-da axşam saatlarında naməlum şəxslər Qızılhacılı kəndindəki seçki qərargahının önündə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar qaydada namizədliyi irəli sürülən Ceyhun Çoydarova odlu silahdan atəş açaraq onu ağır yaralamışdılar. Onun dostları Anar Məmişov, Vüqar Bayramov, Elmar Hüseynov və C.Çoydarovun qaynatası Azad Çoydarov da güllə yarası almışdılar.

C.Çoydarovun yaxın dostu Ayaz Məmmədov “Report”a açıqlamasında deyib ki, bələdiyyə üzvülüyünə namizəd C.Çoydarovun vəziyyəti normaldır. Bu gün səhər həkimlər onu müayinə ediblər və vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər: “Həkimlərin bu xəbəri kənd əhalisinin də sevincinə səbəb olub. Seçicilər məntəqəyə gələrək böyük sevinc və fərəhlə öz layiqli namizədlərinə səs verirlər”, - deyə A.Məmmədov vurğulayıb.

 

Gürcüstanda bələdiyyə seçkiləri başlayıb

Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb.

Dalga tv Reporta istinadən xəbər verir ki, səhər saat 8:00-da 3644 seçki məntəqəsinin hamısı vaxtında açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya çıxış edərək bildirib ki, bu gün seçicilər 2058 bələdiyyə üzvünü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər.

Bu gün 369 nəfər namizəd mer vəzifəsi, o cümlədən 13 nəfər paytaxt Tbilisi şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparır.

Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi, həmçinin, 4820 jurnalist izləyəcək.

Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.

Səsvermə saat 20:00-da başa çatacaq.

Sabah Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

"Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki keçiriləcək. Gürcüstan qanunvericiliyinə görə, oktyabrın 21-i ölkədə qeyri-iş günüdür".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.

MSK sədri deyib ki, sabah seçicilər 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərlə əlaqədar 22 siyasi partiya, 5 seçici bloku və təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib.

T.Jvaniyanın sözlərinə görə, seçkilərdə 369 şəxsin mer vəzifəsinə, o cümlədən 13 nəfərin Tbilisi şəhər meri vəzifəsinə namizədliyi irəli sürülüb.

Majoritar namizədlərin sayı 4727, partiya siyahısında namizədlərin sayı 12902 nəfərdir.

Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi səsverməyə tam hazırdır.

Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Onlardan 54389 –u seçici subyektinin, 20641- yerli təşkilatların, 581-i isə beynəlxalq təşkilatların müşahidəçiləridir.

Prosesi həmçinin 4820 jurnalist izləyəcək.

MSK sədrinin sözlərinə görə, seçki məntəqələri bütün lazımi avadanlıqla təmin olunub. Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.

Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər çap olunub. Azərbaycan-gürcü dilində olan bülletenlər 208 seçki məntəqəsinə, gürcü-erməni dilində olan bülletenlər isə 133 məntəqəyə paylanılıb.

Səsvermə oktyabrın 21-də saat 8:00-da başlayacaq, saat 20:00-da başa çatacaq və məntəqələr bağlanacaq.

Gürcüstan prezidenti Konstitusiyaya düzəlişlər barədə qanunu imzalayıb

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Konstitusiyaya düzəlişlər barədə parlamentin qəbul etdiyi qanunu imzalayıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə dövlət başçısı xüsusi brifinqdə deyib. O bildirib ki, ilk günlərdən aydın idi ki, hakim partiya özü təkbaşına Konstitusiya hazırlayır: “Konstitusiyanı imzalamaq çətin oldu, lakin biz destabilizasiyanın qarşısını almaq üçün hər şey etməliyik.”

Qeyd edək ki, Gürcüstan parlamenti oktyabrın 13-də mütləq səs çoxluğu ilə Konstitusiyaya düzəlişlər barədə qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən Gürcüstanda parlament seçkiləri və prezidentin seçilməsi proseduru dəyişir. Deputatlar proporsional seçki sistemi ilə, prezident isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək. Yenilənmiş Konstitusiya 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minəcək. Lakin proporsional sistem növbəti seçkilərdə yox, ondan sonrakı seçkilərdə tətbiq ediləcək.

"Gürcü Arzusu"nun namizədləri arasında Ermənistan vətəndaşlarının olduğu iddia edilir

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakimiyyətdəki “Gürcü Arzusu” Partiyasını seçki haqqında qanunu pozmaqda ittiham edib.

APA-nın yerli bürosunun məlumatına görə, “Avropalı Gürcüstan” Partiyasının ldierlərindən biri Giorgi Kandelaki brifinqdə deyib ki, hakim partiyanın Axalkalaki bələdiyyəsinə majoritar namizədləri arasında Ermənistan vətəndaşları var: ““Gürcü Arzusu”nun Axalkalaki bələdiyyəsi üzrə namizədləri Karapet Paloyan, Eduard Elizyan və Edik Berikyan Ermənistan vətəndaşlarıdır. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşları seçkiyə qatıla bilməz. Hakim partiyadan həmin namizədlərin geri çağırmağı tələb edirik”. 


G. Kandelaki adları qeyd olunan şəxslərin Ermənistan vətəndaşı pasportlarının surətlərini təqdim edib.

“Gürcü Arzusu” məsələyə hələ münasibət bildirməyib.

Gürcüstanda bələdiyyə seçkilərini 600 beynəlxalq müşahidəçi izləyəcək

Gürcüstanda yerli idarəetmə orqanlarına keçiriləcək seçkiləri 20 minə yaxın yerli və 600 beynəlxalq müşahidəçi izləyəcək.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze deyib.

Onun sözlərinə görə, MSK-da seçkilərin müşahidəsi üçün 71 yerli, 30 beynəlxalq və 74 yerli və xarici KİV qeydiyyata alınıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də Gürcüstandakı seçkiləri müşahidə edəcək. Seçkilər oktyabrın 21-də keçiriləcək.

Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərləri birgə sənəd imzalayıblar

alt

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başa çatıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akarın iştirakı ilə keçirilən görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.

Görüşün yekununa dair birgə sənəd imzalanıb.

alt

alt

Saytda Axtarış

Son xəbərlər