Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4469
DünənDünən6004
Bu həftəBu həftə35412
Bu ayBu ay41200
Bu günə qədərBu günə qədər8402831

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan Avropa İttifaqı ilə təhlükəsizlik üzrə strateji dialoqa başlayır

“Gürcüstan Avropa təhlükəsizlik sisteminin ən vacib komponentlərindən biridir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. 
 

“Gürcüstan və Avropa İttifaqı arasında təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli strateji dialoqun başlaması çox vacib nailiyyətdir. Əlbəttə bu, böyük şərəf və eyni zamanda məsuliyyətdir. Aİ ilə dialoq regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsində Gürcüstanın rolunu sübut edir”, - deyə hökumət başçısı söyləyib. 
 

G. Kvirikaşvilinin sözlərinə görə, dialoqun ən vacib hissəsi Rusiya-Gürcüstan münaqişəsi və onun sülh yolu ilə həlli məsələsi olacaq: “Həmçinin terrorizm, radikalizm, ekstremizm, mütəşəkkil cinayətkarlığa qarşı koordinasiya edilmiş mübarizə əhəmiyyətli məsələlərdəndir. Strateji dialoq formatı Aİ-nin təhlükəsizlik və müdafiə sistemi və strukturları ilə maksimum uyğunluğa nail olmağa kömək edəcək”.  
 

Qeyd edək ki, Gürcüstanla Aİ arasında təhlükəsizlik məsələlərinə dair strateji dialoqla bağlı ilk görüş bu gün Tbilisidə keçiriləcək. 

 

Cəbhədə təxribat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Gürcüstan prezidenti Konstitusiya düzəlişlərinə veto qoyub

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Konstitusiyaya düzəlişlər barədə qanuna veto qoyub.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə prezident keçirdiyi xüsusi brifinqdə bildirib. O, Konstitusiyaya düzəlişlər barədə qanun layihəsini qeydlərlə parlamentə göndərib. 
 

Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 26-da 117 səslə ölkə Konstitusiyasına düzəlişləri qəbul edib. Əsas düzəlişlər parlament seçkiləri və prezidentin seçilməsi proseduru ilə bağlıdır. Dəyişikliklərə əsasən deputatların proporsional seçki sistemi ilə, prezidentin isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulur.  
 

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan və Gürcüstan arasında  ikitərəfli və GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

GUAM xarici işlər nazirləri Tbilisi Bəyannaməsini imzalayıblar

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşün yekununda birgə Bəyannamə imzalayıblar.

APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, bəyannamədə GUAM təşkilatının gələcək inkişaf perspektivləri öz əksini tapıb.

GUAM xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlanıb

GUAM-ın yaradılmasının 20 illiyi ilə əlaqədar təşkilatın xarici işlər nazirlərinin oktyabrın 8-də Tbilisidə keçiriləcək görüşünün gündəliyi açıqlanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri ilə yanaşı təşkilatın baş katibi Altay Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti də Tbilisiyə səfər edəcək. Nümayəndə heyəti Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşəcək.

GUAM-ın xarici işlər nazirləri görüşün sonunda birgə bəyannamə imzalayacaq və mətbuat konfransı keçirəcəklər. Nazirlər həmçinin Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcəklər.

Daha sonra nazirlərin “Tbilisoba” bayramı çərçivəsində keçirilən tədbirlərdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildə GUAM-a Gürcüstan sədrlik edir. Gürcüstanın sədrliyinin əsas prioriteti təşkilata üzv ölkələr arasında dinamik və məhsuldar əməkdaşlığı təmin etməkdir

Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək Böyüt

Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Gürcüstana işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Cəbhədən isti xəbər gəldi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Prezident: “Azərbaycan “Cənub Qaz Dəhlizi”nin işlənilməsində aparıcı qüvvə olub”

"Bizim iqtisadi göstəricilərimiz Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə  əks olunub. Onların bizim islahatlarla bağlı qiymətləndirmələri çox müsbətdir. Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir".

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, ölkədə qeyri-enerji sektoruna böyük diqqət yetirilir: “Bu il ixracatın artımı 20-30 faiz təşkil edir, kənd təsərrüfatı sahəsində ixrac artımı isə 50 faizdən çoxdur. Beləliklə, iqtisadiyyatın şaxələnməsi artıq bir reallıqdır. Buna görə də neftin qiymətinin çevik düşməsinin bizə müəyyən problemlər yaratmasına baxmayaraq, çox qısa müddətdə biz bu problemlərin öhdəsindən gələ bildik. Əlbəttə ki, Azərbaycan böyük enerji ehtiyatları olan ölkə kimi tanınır və bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında bizim neftimiz təqribən 25-30 faiz təşkil edir. Beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında biz öz rolumuzu oynayırıq. Bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsi imzalanıb. Bu müqavilə bizə nəhəng neft yataqlarımızın 2050-ci ilə qədər işlənməsinə imkan verəcək. Sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiyalar yatırılacaq”.

Prezident deyib ki, Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir: “Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq şəraitində bu məsələ üzərində çalışırıq. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olub. Bu gün bu layihəyə 7 ölkə qoşulub. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Bir neçə Balkan ölkəsi də artıq bu layihəyə qoşulmaq niyyətindədir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu, böyük rəqəmdir və bu rəqəm artacaq. Çünki biz hazırda yeni nəhəng qaz yataqlarının kəşfiyyat işlərini aparırıq. Ona görə, bu, böyük bir ehtiyatdır. Biz Azərbaycanı qeyd etdiyim ölkələr vasitəsilə Avropa, İtaliya ilə birləşdirən boru xəttinin inşasını aparırıq. Boru xəttinin uzunluğu 3500 kilometrdir və bu xəttin inşaat işləri də uğurla gedir. Ümid edirik ki, gələn il birinci faza olacaq və 2020-ci ildə layihə tamamlanacaq. Bu layihənin dəyəri ən azından 40 milyard ABŞ dolları təşkil edir və Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsində fəal investor qismində çıxış edir və öz töhfəsini verir. Bizim toplanılmış maliyyə ehtiyatlarımız istənilən layihəni həyata keçirmək üçün kifayət edir, hazırda 40 milyard dollardan da artıqdır. Bizim çox kiçik xarici borcumuz var və bu, ümumi daxili məhsulun 20 faizindən daha da azdır. Buna görə də biz beynəlxalq maliyyələşməni cəlb etməkdə heç bir problem yaşamırıq. Bizim etdiklərimiz isə əsasən “Cənub Qaz Dəhlizi” layihəsi ilə əlaqəli məqsədlər üçündür. Digər infrastruktur layihələri və yerli səviyyədə həyata keçirdiyimiz layihələr üçün biz dövlət büdcəsinin vəsaitlərindən istifadə edirik. Buna görə də iqtisadiyyat və enerji təhlükəsizliyi nöqteyi-nəzərindən, əlbəttə ki, Azərbaycanın gələcəyi daha da yaxşı olacaq. Bununla bağlı mənim heç bir şübhəm yoxdur”.

Ölkə başçısı vurğulayıb ki, Avropada təbii qaza tələbat artacaq: "Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Avropanı hazırda qazla təmin edən bütün digər mənbələr istifadə olunmaqdadır. Azərbaycan yeni mənbədir, yaxında yerləşir, ehtiyatlar böyükdür və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir. Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Artıq üçüncü dəfədir ilin əvvəlində biz Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısını keçiririk ki, həmin iclaslarda Avropa Komissiyasının vitse-prezidentləri iştirak edirlər".

Kaxa Kaladze: "Tbilisi tolerant şəhər olmaqda davam edəcək"

“Tbilisi müxtəlif dinlərə məxsus olan insanların yaşadığı şəhər olub və bu, gələcəkdə də belə davam edəcək”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Tblilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze dini təşkilatların nümayəndələri ilə görüşdə deyib: “Biz tolerant millətik. Tbilisini müxtəlif millətlərin nümayəndələri qurub və onlar hər zaman birgə yaşayıblar”.

Görüşdə dini azadlıq, dini və mədəni abidələrin mühafizəsi, dini təşkilatların maliyyələşdirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

K. Kaladze görüş iştirakçılarını Tbilisinin müxtəlif istiqamətlər üzrə inkişafı proqramı ilə tanış edib.

Görüşdə Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinin müavini Hacı Eyvaz Mərdanov da iştirak edib.

 

Cəbhədən xəbəriniz olsun ! Ermənilər fəallaşdı və əsgərlərimiz...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstan XİN Ermənistan səfirinin təyinatı ilə bağı yayılmış xəbərlərə münasibət bildirib

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Sergey Minasyanın Ermənistanın səfiri təyin olunmasına aqreman verməməsi ilə bağlı yayılmış xəbərə münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına görə, XİN-dən bildirilib ki, səfirlərlə bağlı qəbul olunan qərarlar ictimaiyyətə açıq olur: “Səfirlərlə bağlı qərar veriləndə, bu, həmişə ictimaiyyətə açıq olur və məsələ ilə bağlı hər hansı bir spekulyasiya yersizdir”.  

Qeyd edək ki, Ermənistanın “Jamanak” qəzetinin məlumatına görə, Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır. Qəzetin yazdığına görə, Gürcüstan tərəfində ciddi şübhə var ki,  S. Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək.

Saytda Axtarış

Son xəbərlər