Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4446
DünənDünən6004
Bu həftəBu həftə35389
Bu ayBu ay41177
Bu günə qədərBu günə qədər8402808

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan baş naziri Azərbaycana səfərə gəlib

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Azərbaycana səfərə gəlib.

APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Türkiyənin baş naziri Azərbaycan prezidentinə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dəstəyinə görə təşəkkür edib

Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.

Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.

Qeyd edək ki, sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə  Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.

Azərbaycan hərbçiləri Gürcüstanda NATO kursunu başa vurub

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO-nun loqistika üzrə kursu başa çatıb.
 

APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, kursda Azərbaycan hərbçiləri ilə yanaşı, Gürcüstan və Moldova hərbçiləri də iştirak edib.


Kursu başa vurmuş hərbçilərə sertifikat və diplomlar təqdim olunub.


Norveç və Finlyandiyadan olan təlimçilərin keçdiyi kursda iştirakçılar NATO-nun loqistika konsepsiyası və funksiyaları, əməliyyatlara loqistik dəstək, çoxmilli loqistika üzrə əməliyyatlar və onların koordinasiyası barədə nəzəri və praktiki biliklər əldə ediblər.


NATO-nun loqsitika üzrə kursu Gürcüstanda ikinci dəfədir keçirilir.

Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğu və strateji tərəfdaşlığı dünyaya fayda gətirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı dostluq, strateji tərəfdaşlıq indi elə yüksək səviyyəyə çatıb ki, bu, həm bizə, həm də bütün dünyaya fayda gətirəcək.

Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü jurnalistlərə müsahibəsində söyləyib.

Regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətini xüsusi qeyd edən səfir deyib: “Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edən irimiqyaslı iqtisadi layihələrin başa çatması baxımından 2017-2018-ci illər tarixə böyük hərflərlə yazılacaq və yaddaşlarda əbədi qalacaq”.

O bildirib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı olacaq. Amma yük və sərnişin qatarlarının intensiv hərəkəti 2018-ci ildən başlayacaq. Bununla yanaşı, gələn ilin birinci yarısında Türkiyə yeni saziş əsasında Gürcüstandan keçməklə Azərbaycandan təbii qaz almağa başlayacaq. Birinci mərhələdə 6 milyard kubmetr qaz ala biləcəyik. Amma nəzərdə tutulmuş digər kəmərlərin inşası başa çatdıqdan sonra alacağımız təbii qazın həcmi 16 milyard kubmetrə çatacaq.

“İllər keçəcək tarixçilər bu iqtisadi layihələrin əhəmiyyətindən danışacaq və 2017-2018-ci illəri yada salacaqlar”, – deyə səfir vurğulayıb.

Diplomat daha sonra deyib: “Hələ 90-cı illərdə neft və qaz kəmərləri layihələri barədə söhbət gedəndə çoxları buna inanmırdı. Hətta bu ideyaya istehza ilə yanaşanlar da var idi. Amma biz Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini çəkdik və xəyallar gerçək oldu”.

Ermənistanın blokadasına Gürcüstan da qoşulur

İşğalçı ölkənin daha bir qorxulu “röyası” çin olur; gürcü politoloq: “Ermənistan dünya iqtisadiyyatına qovuşmaq istəyirsə...”

Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin altını, belə görünür ki, hələ çox çəkəcək. Gerçək belədir ki, Dağlıq Qarabağ məsələsində tutduğu haqsız və əsassız mövqeyi üzündən getdikcə daha ağır izolyasiyaya tuş gələn, bir-birinin ardınca regional iqtisadi, energetik layihələrdən (Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, tikilməkdə olan Cənub Qaz Dəhlizi) aralı salınan işğalçı ölkə paralel surətdə Rusiyadan daha güclü asılılığa düşməkdə, sürətlə boşalmaqda, olan-qalan suverenliyini də itirməkdədir. İqtisadi göstəricilərin ilbəil pisləşməsi də öz yerində.

Ən böyük problem isə, erməni iqtisadçıların da etiraf elədikləri kimi, blokada rejimidir. Aydındır ki, öz qonşuları ilə normal münasibət saxlamaq istəməyən, hər hansı sanballı yeraltı sərvətdən məhrum və müharibə şəraitində olan heç bir ölkə inkişaf edə və dünya iqtisadiyyatına inteqrasiya oluna bilməz. Ermənistanın isə üstəlik, dünya okeanına çıxışı yoxdur.

***

Təcavüzkar üçün daha bir pis xəbər odur ki, Ermənistana qarşı izolyasiya siyasətinə getdikcə qonşu Gürcüstan da qoşulmaqdadır. Yaxud qoşulmaq zorundadır - təbii ki, Türkiyə və Azərbaycanla genişlənən əməkdaşlığın məntiqi diktəsi olaraq. Artıq başa çatan Bakı-Tiflis-Qars dəmir yolu layihəsi bu qəbildəndir. Beləcə, Gürcüstanın da faktiki şəkildə işğalçıya qarşı izolyasiyaya cəlb edilməsi rəsmi İrəvana öz qonşuları ilə nə qədər gec deyil, dil tapmalı olması haqda növbəti bir siqnaldır.

Əfsus ki, Ermənistan rəhbərliyi ilk növbədə bu barədə düşünmək əvəzinə, illərdir Azərbaycana, Türkiyəyə, hətta Gürcüstana qarşı torpaq iddialarından əl çəkmir. 10 il öncə (2007) BTQ layihəsi işə düşəndə isə Ermənistan, erməni lobbisi, xüsusən də ABŞ-dakı erməni diasporu əlindən gələni elədi, ABŞ Konqresini belə işə qoşdu ki, layihə əngəllənsin.

Lakin nə qədər salışsalar da, bədxahlar, məkrli dairələr öz istəklərinə nail ola bilmədilər. Azərbaycanın əsas maliyyə sponsorluğu elədiyi bu strateji əhəmiyyətli dəmiryolu artıq hazırdır və dünən BTQ dəmir yolundan keçəcək ilk yük həmin yolla göndərilib. Belə ki, Qazaxıstanın Kustanay stansiyasından 82 konteynerlik yük qatarı Türkiyənin Mersin stansiyasına yola salınıb. Bu barədə “AzrRusTrans” məlumat yayıb. Oktyabrın 30-da isə Bakıda yeni dəmir yolunun təntənəli açılış mərasimi olacaq.

***

Erməni qaynaqlarının yazdıqlarından qənaət hasil olur ki, bu xəbər gözlənildiyi kimi, düşmən ölkəni xoflandırıb. Məsələn, musavat.com-un məlumatına görə, lragir.am saytının əməkdaşının BTQ dəmir yolunun işə salınmasının əhəmiyyəti barədə gürcü politoloq, Tiflisdəki Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Kaxa Qoqolaşviliyə ünvanladığı suallardan bu təlaşlı ovqatı qabarıq görmək olar.

Yeni dəmir yolunun əhəmiyyəti ilə bağlı erməni müxbirin sualına gürcü ekspertin cavabı yəqin ki, erməni tərəfini daha pəjmürdə edəcək: “Fikrimcə, Gürcüstan üçün Avropa ilə dəmir yolu əlaqəsi olduqca vacibdir. Bakı-Tiflis-Qars dəmir yolunun işı salınması ölkəmizə Avropa istiqamətində effektli yükdaşıma və öz ticarətini inkişaf etdirmək imkanı yaradacaq. Asiya ilə Avropa arasında körpünün işə salınması Gürcüstan üçün olduqca vacibdir. Bu, - geosiyasi bir funksiyadır”. 

Daha sonra erməni jurnalist “BTQ Ermənistanın izolyasiyasını daha da pisləşdirə bilərmi” sualını verib. Politoloqun cavabı isə müəyyən mənada diplomatik olub: “Biz ona çalışmalıyıq ki, bu yolla Avropaya erməni malları da yola salınsın. Başa düşürük ki, Türkiyə ilə Ermənistanın münasibətləri yaxşı deyil və yəqin ki, Türkiyə tərəfi erməni yüklərinin daşınmasına qarşı olacaq. Ancaq fikrimcə, gələcəkdə Ermənistan bu yoldan istifadə edə biləcək - necə ki, indi öz yüklərini Avropaya göndərmək üçün gürcü limanlarından istifadə edə bilir. Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistan üçün həm də dünya iqtisadiyyatına qovuşmaq üçün əsl sıçrayış olardı. Gələcəkdə yəqin ki, belə də olacaq. Bundan ötrü siyasi ziddiyyətlərin aradan qaldırılması üçün hər şeyi eləmək lazımdır”.

***

Ancaq aydındır ki, Türkiyə qeyd-şərtsiz, Azərbaycanın maraqlarını, Dağlıq Qarabağ məsələsini ciddiyə almadan Ermənistanla əlaqələri bərpa eləməyəcək. Bundan ötrü əsas şərtlər bəllidir: saxta soyqırım iddialarından imtina və ölkəmizin ərazi bütövlüyünün tanınması - yəni işğalçı qüvvələrin qeyd-şərtsiz Dağlıq Qarabağ və ətraf yeddi rayondan çıxarılması.

Yalnız bundan sonra Ermənistana Avropaya əlverişli nəqliyyat çıxışı üçün, regional meqa-layihələrə qoşulmaq üçün “yaşıl işıq” yandırıla bilər. Əks halda, Ermənistan Rusiyanın vassalı qalmaqda davam edəcək və sovetdən qalma iqtisadiyyatı heç vaxt “rüşeym” halından çıxmayacaq. Paralel surətdə onun tranzit ərazi kimi olan-qalan önəmi də sıfırlanacaq.

Qısası, həmişəki kimi, seçim yenə Ermənistanın, daha dəqiqi, erməni xalqınındır. Bir rus məsəlində deyildiyi kimi, “Suda batanın problemi öncə suda batanın problemidir”. Yəni ən əvvəl o, özü-özünə kömək etməyə cəhd göstərməlidir, nəinki başqasından imdad diləməlidir. 

Cəbhədə atışma

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Səfir: 2017-2018-ci illər Gürcüstan, Türkiyə və Azərbaycan üçün tarixi illərdir

2017-2018-ci illər regionda əhəmiyyətli iqtisadi layihələrin həyata keçməsi ilə tarixə düşür.

Dalga tv-nin Trend.az-a istinadla  məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü deyib.

Səfir bunu deyərkən Bakı-Tbilis-Qars dəmiryolu və Cənubi Qafqaz boru kəməri layihəsinin genişlənməsini nəzərdə tutub.

Səfir deyib: "Oktyabın 30-da Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk qatar hərəkət edəcək, mütəmadi yük və sərnişin əlaqəsi isə 2018-ci ildə başlayacaq. Bundan başqa gələn ilin 1-ci yarısında, mart və ya arpeldə Türkiyə yeni layihə çərçivəsində Gürcüstan vasitəsi ilə Azərbaycan qazı alacaq. İlk mərhələdə ildə 6 milyard kubmetr təbii qaz alınması mümkün olacaq. Transanadolu və Transadriatik boru kəmərlərinin tikintisi başa çatdıqdan sonra isə bu həcm 16 milyard kubmetrə çatacaq".

Səfirin sözlərinə görə, illər sonra tarixçilər bu iqtisadi layihənin əhəmiyyətindən danışacaq və 2017-2018-ci illəri tarixi illər kimi xatırlayacaq.

Daha sonra səfir əlavə edib: "90-cı illərdə bu layihələr başlayarkən çoxları buna inanmırdı, lakin biz Bakı-Tbilis-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərini tikdik. İndi bizim dostluğumuz və strateji tərəfdaşlığımız elə bir səviyyəyə qalxır ki, yalnız bizə deyil, bütün dünyaya xeyir gətirəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Cəbhədə şiddətli atışma oldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, G. Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Bakıda keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gələcək.

Gürcüstanda silahlı insident zamanı yaralanmış azərbaycanlı namizəd seçkilərdə qalib gəlib

Gürcüstanda silahlı insident zamanı yaralanmış “Gürcü Arzusu” partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov yerli seçkilərdə qalib gəlib.

APA-nın yerli bürosunun məlumatına əsasən, C. Çovdarov 80,89 faiz səs çoxluğu ilə Marneuli bələdiyyəsinə üzv seçilib.  

C. Çovdarovun sağlamlıq vəziyyətinə gəlincə, o, hazırda Marneuli xəstəxanasında müalicəsini davam etdirir. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir. 

Xatırladaq ki,  oktyabrın 19-da gecə saatlarında Qızılhacılı kəndində baş vermiş silahlı insident zamanı C. Çovdarovla yanaşı onu müşayiət edən 4 nəfər yaralanıb. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.

Gürcüstanda silahlı insident zamanı yaralanmış azərbaycanlı namizəd səs çoxluğu qazanıb

Oktyabrın 19-da Marneulidə baş vermiş silahlı insident zamanı yaralanmış hakim “Gürcü Arzusu” Partiyasının Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov seçkilərdə səs çoxluğu əldə edib.

APA-nın yerli bürosu Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, Qızılhacılı kəndinin  89 saylı seçki məntəqəsi üzrə səsvermə protokolunda C.Çovdarovun 240 səs əldə edərək birinci yer tutduğu qeyd olunub.

Xatırladaq ki, silahlı insident zamanı C.Çovdarovla yanaşı onu müşayiət edən 4 nəfər də yaralanıb. Xəstəxanada olan C.Çovdarovun vəziyyəti stabildir. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir. 

Saytda Axtarış

Son xəbərlər