Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4352
DünənDünən6004
Bu həftəBu həftə35295
Bu ayBu ay41083
Bu günə qədərBu günə qədər8402714

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri həyata keçirilib

Gürcüstan hökumətində geniş struktur və kadr dəyişiklikləri həyata keçirilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə bir neçə nazirliyin ləğv olunaraq səlahiyyətlərinin digər nazirliklərə verildiyini deyib. O bildirib ki, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya daxili işlər naziri, maliyyə naziri Dmitri Kumsişvili iqtisadiyyat və davamlı inkişaf naziri, "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze maliyyə naziri, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeli təhsil və elm naziri təyin olunub. 

Gürcüstan hökumətinin qərarı ilə 3 nazirlik və 1 dövlət idarəsi ləğv olunub. Ləğv olunmuş Energetika Nazirliyi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə, Ətraf Mühitin və Təbii Ehtiyatların Mühafizəsi Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinə, İdman və Gənclərin işləri üzrə Nazirlik Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə, Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət idarəsi isə Xarici İşlər Nazirliyinə birləşdirilib.
 

Daxili işlər naziri Giorgi Mqebrişvili Fövqəladə Halların İdarə olunması Mərkəzinə başçılıq edəcək.

Baş nazir G. Kvirikaşvilinin sözlərinə görə, həyata keçirilmiş islahatlar Gürcüstanın inkişafına müsbət təsir edəcək. Dəyişikliklər təsdiqlənmək üçün parlamentə təqdim olunacaq.

CƏBHƏDƏN XƏBƏR VAR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.

Dalga tv  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Prezident: “Gələn ildən Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu genişləndirəcəyik”

“Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevGəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

“İstəyirəm gəncəlilər onu da bilsinlər ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün mənim tərəfimdən göstəriş verilib. Bilirsiniz ki, indi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik”, - deyə o vurğulayıb.

Türkiyə xanım diplomatı Gürcüstana səfir təyin edib

Türkiyə Fatma Ceren Yazqanı Gürcüstana yeni səfir təyin edib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, F. C. Yazgan Türkiyə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və kəşfiyyat departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.
 

Xanım səfir cari ilin sonunda səlahiyyətlərinin icrasına başlayacaq.
 

Qeyd edək ki, 2014-cü ildən Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü olub. O, Brüsseldə fəaliyyətini davam etdirəcək. 

Cəbhədə – SON VƏZİYYƏT

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycanda Dövlət Bayrağı günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.

APA-nın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Dövlət Bayrağı günü ölkədə qeyri-iş günüdür.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib. Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir. 

Azərbaycan prezidenti: “Xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür”

“Azərbaycanın timsalında göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdır? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə prezident İlham Əliyev deyib.  Dövlət başçısı əlavə edib ki, Azərbaycan tərəfdaşları ilə, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurub. Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir: “Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır.

Mən bu gün BP şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusilə qeyd etmək istərdim. İyirmi üç ildir ki, BP bizim tərəfdaşımızdır və aparıcı layihələrimizdə bizimlə bərabər çox fəal rol oynayır. Demək istəyirəm ki, bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, onun 460 milyon tonu isə konsorsium tərəfindən hasil edilib. Ona görə, qoy, bizim ictimaiyyət bir daha bilsin ki, xarici tərəfdaşlar, xüsusilə BP şirkəti Azərbaycanın inkişafında, Azərbaycanın iqtisadi potensialının güclənməsində nə qədər böyük rol oynamışdır. Bir daha demək istəyirəm ki, bunun da təməlində dövlətlə xarici tərəfdaşlar arasındakı əməkdaşlıq dayanır”.

Prezident İlham Əliyev deyib ki, BP-SOCAR əməkdaşlığı bu gün bir çox ölkə üçün nümunədir. “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib: “Bir neçə il əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulub ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisə SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcək. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək.

Beləliklə, Heydər Əliyev neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilib. Bu strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir. Hazırda biz yeni layihələr üzərində işləyirik. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilib. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla icra edirik, əminəm ki, tam icra edəcəyik”.

Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə növbəti təlimlər keçirir

Erməni silahlı bölmələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti təlimlər keçirir.

Dalga tv APA-ya istinadən xəbər verir ki, təlimlər Uzundərə adlanan ərazidə aparılır.

Təlimdə ağır artilleriya qurğularından və texnikadan istifadə edilir.

Atəş səsləri təmas xəttinə yaxın yaşayış məntəqələrində aydın eşidilir.

Gürcüstanda hərbçilərin ingilis dili bilikləri Azərbaycanın hazırladığı testlərlə qiymətləndiriləcək

Gürcüstanda hərbçilərin ingilis dili üzrə bilikləri Azərbaycan tərəfinin hazırladığı pilot testlərlə qiymətləndiriləcək.
 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları, mayor Hidayət Xəlilov və Gülnur Almadova ilə keçirilən görüşdə bildirilib.


İlk mərhələdə Gürcüstan Silahlı Qüvvələrinin 30 hərbçisi Vaziani hərbi bazasında pilot testdən keçiriləcək.
 

Görüşün keçirilməsində məqsəd tərəfdaş ölkələr arasında NATO standartlarına uyğun olan STANAG 6001 ingilis dili testlərinin tətbiqində təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə nail olmaqdır. 

Cəbhədə gərgin anlar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 62 dəfə pozub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstanın baş naziri: “BTQ Çin və Avropa arasında dəhlizdir”

“Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat xəritəsində Çin və Avropa İttifaqı arasında orta dəhlizdir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən Gürcüstan-Estoniya biznes forumunda deyib.

“Gürcüstan Avropa və Asiyanı birləşdirən strateji nəqliyyat dəhlizlərini inkişaf etdirir. Tarixi “İpək yolu”nun bərpası çərçivəsində iki gün əvvəl Türkiyə və Azərbaycan prezidentləri, Qazaxıstan və Özbəkistan baş nazirləri ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik”, - deyə baş nazir qeyd edib.

Gürcüstanın XİN rəhbəri: “BTQ Avropa və Asiyanı birləşdirən yeni körpüdür”

Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiyanı birləşdirən yeni körpüdür”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan xarici işlər naziri Mixail Canelidze deyib. 

Sözügedən dəmir yolu xəttini böyük uğur adlandıran nazirin sözlərinə görə, layihə iqtisadi inkişaf, yeni imkanlar, sülh və sabitliyə yönəlib.  

Bakı-Tbilisi-Qars dəmir yolu bizim ölkələr, region və Mərkəzi Asiya üçün böyük əhəmiyyətə malikdir”, - deyə M.Canelidze qeyd edib.

Saytda Axtarış

Son xəbərlər