Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4431
DünənDünən6004
Bu həftəBu həftə35374
Bu ayBu ay41162
Bu günə qədərBu günə qədər8402793

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanda müxalif partiyanın azərbaycanlı namizədi döyülüb

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası Marneuli rayonu üzrə majoritar namizədi Əli Məmmədovun fiziki hücuma məruz qalması barədə məlumat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Marneuli rayonunun Sadaxlı kəndində hakim “Gürcü Arzusu” Partiyasının majoritar namizədi Rövşən İsgəndərov və rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Alibediyev Ə. Məmmədova  fiziki təsir göstəriblər. Ə. Məmmədovun xəstəxanaya yerləşdirildiyi bildirilir.

“Avropalı Gürcüstanı” Partiyası günahkarların mümkün qədər tez müəyyən olunub cəzalandırılmasını tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilər Ağdamın işğal altında olan Güllücə kəndinin ərazilərinə od vurub. Eyni vaxtda rayonun dağ massivində və Novruzlu kəndinin ərazisində də yanğın müşahidə olunub.

Ordumuzdan müharibə siqnalı: hədəflər darmadağın edildi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. 

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

 

“Azərbaycan və Türkiyə qartalları” birgə səmada

“TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir

 

“Gürcü Arzusu” Marneuli ilə bağlı qərarını dəyişməyəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi ilə bağlı qərarı dəyişməz olaraq qalacaq.


APA-nın yerli bürosunun məlumatına əsasən, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib. “Partiyanın Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Teymuraz Abasov olacaq. Onun qalib gələcəyi təqdirdə, keçmiş namizəd Amiran Giorqadze Marneuli sakrebulosuna başçılıq edəcək”, - deyə o, söyləyib.


Partiyanın qərarını şərh edən A. Giorqadze isə qarşıdan gələn seçkilərdə “Gürcü Arzusu”nun qələbəsi uğrunda mübarizə aparacağını bildirib.
 

Qeyd edək ki, dünən axşam A. Giorqadzenin Marneulidən olan bir qrup tərəfdarı “Gürcü Arzusu”nun Tbilisidəki baş ofisinin qarşısında aksiya keçiriblər. Onlar A. Giorqadzenin Marneuli rayon icra başçısı vəzifəsinə namizədliyinin ləğv olunmasına etiraz bildiriblər.
 

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

Gürcüstanın hakim partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədini dəyişib

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədini dəyişib.

APA-nın yerli bürosunun məlumatına əsasən, öncə irəli sürülmüş namizəd Amiran Giorqadze Teymuraz Abasovla əvəzlənib. 

Hakim partiya gözlənilməz qərarın səbəbini açıqlamayıb. 
 

“Gürcü arzusu” partiyası Amiran Giorqadzenin Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədliyinin rəsmən bu ayın sonunda  təqdim etməli idi. 

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayır

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.

APA-nın Müdafiə Nazirliyin saytına istinadən verdiyi məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.


Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.
 

Təlimlərin müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də istifadəsilə döyüş atışlarının keçirilməsi nəzərdə tutulur.
 

Təlimlər sentyabrın 22-dək davam edəcək.

https://youtu.be/1LC5HoGCNog

Gürcüstanın müxalifət partiyası etiraz aksiyası keçirib

Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyası Tbilisidə “Qızılgül inqilabı” meydanında kütləvi etiraz aksiyası keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları konstitusiya islahatlarının həyata keçirilməsi, Rusiya ilə dialoqun başlanması və sosial problemlərin həll olunmasını tələb ediblər.

Bəzi etirazçılar aclıq aksiyasına başlayıb. Partiyanın liderlərindən biri, parlamentin vitse-spikeri və Tbilisi meri vəzifəsinə namizəd İrma İnaşvili analoji etiraz aksiyalarının davamlı olacağını bildirib. İ.İnaşvili partiyanın Gürcüstanın Rusiya ilə yeni münasibətlərə başlamasının da tərəfdarı olduğunu deyib: “Bunun üçün Rusiya ilə dialoq lazımdır. Dialoqa alternativ yoxdur”.

Aksiya Azadlıq meydanına qədər “Yaşasın Gürcüstan” şüarı ilə yürüşlə davam etdirilib. Partiya Tbilisi ilə yanaşı etiraz aksiyalarını Batumidə də keçirəcək.

Tbilisi meri vəzifəsinə namizədlərin sayı 9-a çatıb

Gürcüstanın “Leyboristlər partiyası” Tbilisi meri vəzifəsinə namizədini irəli sürüb.

APA-nın yerli bürosunun məlumatına əsasən, gürcü leyboristlərinin namizədi partiyanın siyasi katibi Giorgi Quqavadır.  
 

Bununla da Tbilisi meri vəzifəsinə namizədlərin sayı doqquza çatıb.
 

Qeyd edək ki, Tbilisi meri postuna hakim Gürcü Arzusu Partiyası keçmiş energetika naziri Kaxa Kaladzenin, müxalif Vahid Milli Hərəkat Partiyası jurnalist Zaal Udumaşvilinin, müxalif Avropalı Gürcüstan Partiyası Elene Xoştariyanın, Quruculuq Hərəkatı Partiyası Tengiz Şerqelaşvilinin, Vətənpərvərlər Alyansı Partiyası parlamentin vitse-spikeri İrma İnaşvilinin, Demokratik Hərəkat və Azad Gürcüstan partiyaları Kaxa Kukavanın, müxalif “Yeni Gürcüstan” partiyası isə Giorgi Vaşadzenin namizədliyini irəli sürüb.
 

Oktyabrın 21-də keçiriləcək yerli idarəetmə seçkilərində müstəqil namizəd Aleko Elisaşvili də mübarizə aparacaq.

Gürcüstanda daha bir azərbaycanlının icra başçısı vəzifəsinə namizədliyi irəli sürülüb

Müxalif “Avropa Gürcüstanı” partiyası azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda icra başçısı vəzifəsinə namizədini təqdim edib. 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu vəzifəyə Telman Həsənovun namizədliyi irəli sürülüb.

T. Həsənovu seçicilərə partiyanın lideri David Bakradze təqdim edib. Təqdimat mərasimində Qardabani rayonunda mövcud sosial və infrastruktur problemlərə toxunulub. 
 

Qeyd edək ki, müxalif “Avropa Gürcüstanı” partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə Əhməd İmanquliyevin namizədliyini irəli sürüb.

Gürcüstanda yerli idarəetmə seçkiləri oktyabrın 21-də keçiriləcək.

Giorgi Kvirikaşvili: “Yeni saziş ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcək”

Bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin təbriki oxunub.

 
APA-nın məlumatına görə, Gürcüstanın baş naziri G. Kvirikaşvili sazişin imzalanmasının tarixi hadisə olduğunu vurğulayıb. Baş nazir "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasının ölkələr arasında əməkdaşlığın inkişafına, rifaha xidmət edəcəyini bildirib.

Gürcüstan azərbaycanlıları Myanmar hadisələri ilə bağlı etiraz aksiyası keçirib

Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmarda müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmarda müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

Aksiyaya Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarından da vətəndaşlar və din xadimləri qatılıb. Aksiya iştirakçıları "Myanmarda müsəlmanların soyqırımına yox" şüarı səsləndiriblər. 

Aksiyaya Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili də qatılıb. O, Myanmardakı hadisələri kəskin pisləyib.

Aksiyanın sonunda qətnamə qəbul olunub.

Sənəd  BMT-nin Gürcüstandakı nümayəndəliyinə təqdim ediləcək.

Saytda Axtarış

Son xəbərlər