Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4422
DünənDünən6004
Bu həftəBu həftə35365
Bu ayBu ay41153
Bu günə qədərBu günə qədər8402784

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatıb

Bu gün Tbilisidə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaya arasında üçtərəfli görüş başa çatıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.

Əliyev və Sarkisyanın təkbətək görüşü keçirildi

Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın təkbətək görüşü keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan özünün “Twitter” səhifəsində yazıb.

Azərbaycan hərbçiləri Gürcüstanda NATO kursunda iştirak edir

Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun loqistika üzrə kursu keçirilir.

APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, nəzəri və praktiki tapşırıqların yerinə yetiriləcəyi kursda Gürcüstan, Azərbaycan və Moldova hərbçiləri iştirak edir.  


Kursu Norveç və Finlyandiyadan olan təlimçilər keçəcək. İki həftə davam edəcək kursda iştirakçılar loqistika üzrə əməliyyatlar, onların koordinasiyası və əməliyyatlara loqistik dəstək barədə biliklər əldə edəcəklər.

NATO-nun loqsitika üzrə kursu Gürcüstanda ikinci dəfədir ki, keçirilir və məqsədi silahlı qüvvələrdə maddi-texniki imkanların NATOstandartlarına uyğunlaşdırılmasıdır.

Tbilisidə sabah Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tbilisi şəhərinə yola düşüb.

MN-dən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin oktyabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etməkdir.

Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib

Gürcüstanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Cəbhədən SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Sonxeber Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gürcüstanda 200-dən çox seçki məntəqəsi Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunacaq

alt

Gürcüstanda oktyabrın 21-də keçiriləcək yerli idarəetmə orqanlarına seçkilər üçün bu gündən seçki bülletenlərinin çapına başlanılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib ki, ümumilikdə 9 546 450 bülleten çap olunacaq: “Bülletenlərin çapı doqquz nəşriyyatda beynəlxalq və yerli müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək. Seçicilərə seçki məntəqələrində partiya və ya seçki blokunun, sakrebulonun majoritar qaydada üzvünün və şəhər meri və rayon icra başçısının seçilməsi üçün üç növ bülleten təqdim olunacaq”.

Onun sözlərinə görə, bülletenlər Azərbaycan və erməni dillərində də çap olunacaq.

“Gürcü-Azərbaycan dilində çap olunacaq bülletenlər 208, gürcü-erməni dilində olanlar isə 133 seçki məntəqəsinə paylanılacaq. Həmçinin dörd seçki məntəqəsi üçün gürcü-Azərbaycan-erməni dilində bülletenlər çap olunacaq”, - deyə A.Mikeladze söyləyib.  

Qeyd edək ki, son seçki siyahısında 3 440 123 nəfər seçici qeydiyyata alınıb.

 

Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edildi

Gürcüstan parlamenti prezident Giorgi Marqvelaşvilinin vetosunu aradan qaldıraraq, Konstitusiyaya düzəlişlər barədə qanunu qəbul edib. 

Dalga tv APA-nın yerli bürosuna istinadən məlumatına görə, qanun layihəsinin lehinə 117, əleyhinə isə 7 deputat səs verib.

Yeni dəyişikliklərə əsasən, Gürcüstanda parlament seçkiləri və prezidentin seçilməsi proseduru dəyişir. Deputatlar proporsional seçki sistemi ilə, prezident isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək.

Yenilənmiş Konstitusiya 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minəcək. Lakin proporsional sistem növbəti seçkilərdə yox, ondan sonrakı seçkilərdə tətbiq ediləcək.

Azərbaycanın tankları və raketləri döyüş vəziyyətinə gətirildi

Silahlı Qüvvələrin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.
Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.
Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.

Appaturay: "NATO Gürcüstanı dəstəkləməkdə davam edəcək"

“Gürcüstanın Müdafiə Nazirliyinin həyata keçirdiyi fundamental islahatlar çox uğurludur”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşdə deyib. O bildirib ki, NATOGürcüstanda islahatlar prosesini dəstəkləmək üçün səylərini əsirgəməyəcək: “NATO və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətləri var. Biz NATO-ya üzv ölkələrin nazirlərinin görüşünü və gələn il NATO sammitini gözləyirik. Bunların hamısı Gürcüstanın NATO-ya inteqrasiyasında irəliləyişə nail olmağa kömək edəcək”.

L. İzoriya öz növbəsində NATO-nun xüsusi nümayəndəsini Gürcüstana avroatlantik inteqrasiya istiqamətində göstərdiyi böyük dəstəyə görə təşəkkür edərək qeyd edib ki, Gürcüstan alyansın strateji tərəfdaşı olaraq təhlükəsizliyin təmin olunması üzrə səyləri davam etdirir. 

Kvirikaşvili: “Regionda sülh və sabitliyin qorunub saxlanması daha çox səylər tələb edir”

"Gürcüstanla yanaşı, region da təhlükəsizlik problemləri ilə üzləşir və təəssüf ki, bu, bütün dünya üçün ümumi olub”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda deyib.


Baş nazir bildirib ki, sülh və sabitliyin qorunub saxlanması daha çox səylər tələb edir: “Bu gün bu problemlərin öhdəsindən gəlmək üçün daha dərin müzakirələrə ehtiyac var. Bizim təhlükəsizlik üzrə konfrans bu cür müzakirələrin keçirilməsi üçün əhəmiyyətli regional formata çevrilib”.

  
G. Kvirikaşvili Gürcüstanın döst ölkə və tərəfdaşlarına dəstəyə görə təşəkkür edərək qeyd edib ki, bu, ölkə üçün çox vacibdir: “Yalnız bu yolla biz təkcə ölkədə deyil, bütün regionda sülh, təhlükəsizlik və davamlı inkişafı təmin edə bilərik”. 

Gürcüstanın ərazilərinin işğalına toxunan baş nazir deyib ki, Rusiyanın ölkəyə qarşı aqressiyası davam etməkdədir: “Rusiyanın aqressiv siyasəti etnik diskriminasiya və təmizləmə kimi proseslərdə özünü göstərir. Təxribatçı addımlara baxmayaraq, Gürcüstan 2008-ci ildə əldə olunmuş atəşkəs rejimi ilə bağlı sazişə sadiqdir və Rusiyanın beynəlxalq norma və prinsiplər əsasında öhdəliklərinin yerinə yetirməsinə nail olmaq üçün diplomatik addımlar atır”.

Gürcüstan prezidenti Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili beynəlxalq tərəfdaşları Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, belə bir bəyanatla dövlət başçısı Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda çıxış edib.

O, beynəlxalq ictimaiyyəti Rusiyanın regionda, o cümlədən Gürcüstanda aqressiv və təxribatçı siyasətinə cavab və reaksiya verəcək ümumi strategiya hazırlamağa çağırıb: “Gəlin, Rusiyanın qonşularına qarşı siyasətinə aydın cavablar verəcək vahid strategiya yaradaq. Dünyanın üstün maraqlar sferalarına bölünməsi yalnız Rusiyanın qonşuları üçün deyil, dünya miqyasında da təhlükə yaradır”. 

G. Marqvelaşvili həmçinin qeyd edib ki, Gürcüstanın Avropa və NATO-ya inteqrasiya prosesi davam edir: “Paralel olaraq biz demokratik prosesləri davam etdiririk. Gürcüstanın üzləşdiyi problemlərə baxmayaraq, ölkəmiz  məsuliyyətli beynəlxalq oyunçu olaraq dünyada sabitlik və təhlükəsizliyi təmin edən beynəlxalq missiyalarda fəal iştirak edir”.

Saytda Axtarış

Son xəbərlər