Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1369
DünənDünən6203
Bu həftəBu həftə20068
Bu ayBu ay25856
Bu günə qədərBu günə qədər8387487

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Yupp Haynkes dünyanın ən yaxşı futbol məşqçisi seçildi

alt2013-ci ilin ən yaxşı baş məşqçisinin adına aydınlıq gətirilib.

 İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə almaniyalı mütəxəssis Yupp Haynkes birinci olub.

Qeyd edək ki, o, ötən mövsüm Almaniyanın “Bavariya” klubuna ölkə çempionluğu, kuboku və Çempionlar Liqasını qazandırıb.

Xatırladaq ki, namizədlər arasında Haynkeslə yanaşı, Yurgen Klopp ("Borussiya" Dortmund) və "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Fergüsson da yer alırdı.

Kriştianu Ronaldo “Qızıl top”-un sahibi oldu

alt

Bu gün FİFA 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə dünyanın "ən güclüsü" bəlli olub.


Bu ada Portuqaliya millisinin və “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo layiq görülüb.

Qeyd edək ki, 2013-cü ilin ən yaxşı futbolçusu adına fransalı Frank Riberi, portuqaliyalı Kriştianu Ronaldu və argentinalı Lionel Messi namizəd idi.

FIFA iki nəfərə "Qızıl top" verəcək

alt

Braziliya keçmiş futbolçusu Pele bu gün İsveçrənin Sürix şəhərindəki ənənəvi mərasimdə "Qızıl top"a layiq görüləcək.
Futbolçu bunları dilə gətirib: "Mən 3 dəfə dünya çempionu olmuşam. Ancaq o vaxt fərdi mükafatlar yox idi. Buna görə də FIFA qərar verdi ki, məni də bir dəfə mükafatlandırsın".
"Biz Pelenin böyük əməyini qiymətləndirmək istədik" - FIFA-nın İcraiyyə komitəsinin üzvü Bekkenbauer qərarı belə izah edib.

Prezident Vüqar Həşimovun ailəsinə başsağlığı verib

Prezident İlhamƏliyev tanınmış şahmatçı Vüqar Həşimovun ailəsinə başsağlığı verib.

Dövlət başçısı şahmatçının atasına ünvanladığı məktubda V.Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndiyini bildirib:

“Hörmətli Qasım Həşimov,

Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndim.

Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr verib, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb.

 Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.

Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

"Beşiktaş"ın növbəti hədəfi

alt
Ronaldinho 
transferinin uğursuzluqla nəticələnməsindən sonra Beşiktaşın yeni hədəfinin Robinho olduğu iddia olunur.

  Aksam.com.tr-yə yaydığı xəbərə görə, İtaliya mətbuatında çıxan xəbərlərdən sonra braziliyalı futbolçunun meneceri Marisa Ramo nə "Beşiktaş", nə də başqa bir komandayla danışıq aparmadığını deyib: "Klublar birbaşa Milan ilə təmasa keçibsə bilmirəm. Robinhonun Milanda xoşbəxt olduğunu və bu komandada qalmaq istədiyini sizə söyləyə bilərəm" 

Soçi Qış Olimpiadası: Azərbaycanın medala "ümidi yoxdur"

alt

Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarına Azərbaycan beş legionerlə qatılır.

 Dalğatv BBC Azərbaycancaya istinadən xəbər verir ki , iki idman növü üzrə yarışa qatılacaq ölkəni idmançılar-xizəkçilər Patrick Brahner (Avstriya), Cedric Notz (İsveçrə) və Gaia Bassani Antivari (İtaliya) və fiqurlu konkisürmə cütlüyü Alexei Sitnikov və Yuliya Zlobina (Rusiya) təmsil edəcək.

  Azərbaycanın “idman ölkəsi” olduğunu dəfələrlə təkrar edən rəsmilərin açıqlamaları bu Olimpiada ərəfəsində o qədər də nikbin səslənmir.

“İdmançılar o qədər güclü idmançılar deyil ki, medala iddialı olaq, amma əlbəttə ki, müqayisəli götürəndə nisbətən yaxşı nəticələr gözləyirik, böyük iddiamız yoxdur”, Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva  deyir.

Azərbaycanın “sadəcə iştirak üçün” oyunlara qatıldığını deyən Milli Olimpiya Komitəsi (MOK) bu yarışmada ölkənin adının çəkilməsinin önəminidiqqətə çatdırır. Hətta müqavilə bağlanan idmançıların dünya professionalları arasında olduğu bildirilsə də, Azərbaycan ümidli görünmür.

"Neftçi"nin baş məşqçisi bəlli oldu

alt

Böyükağa Hacıyev yenidən klubda baş məşqçi vəzifəsinə gətirilib

Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş klubdaxili toplantıda son müzakirələrdən sonra məşqçilər korpusunun aşağıdakı tərkibdə formalaşdırılması qərara alınıb:

Dalğanın "Neftçi"-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böyükağa Hacıyev yenidən klubda baş məşqçi vəzifəsinə gətirilib.

1. Baş məşqçi - Böyükağa Hacıyev
2. Baş məqşçinin köməkçisi, fiziki hazırlıq üzrə məşqçi - Ruben Selyes Salvador (İspaniya)
3. Baş məşqçinin köməkçisi – Samir Əliyev
4. Qapıçılar üzrə məşqçi – Neboyşa Manoyloviç (Serbiya)
5. Seleksiyaçı məşqçi – Bəxtiyar Musayev
6. Əvəzedici komandanın baş məşqçisinin köməkçisi – Kamal Quliyev

Tanınmış azərbaycanlı şahmatçı dünyasını dəyişdi (FOTO)

Vüqar Həşimov ağır xəstəlikdən bu gün keçinib.

alt

Bu gün gecə saatlarında Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. O uzun müddət beyin xərçəngindən müalicə alırdı. Onun müalicəsi Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilirdi.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. 

Allah rəhmət eləsin!

alt

alt

ŞOK! Mançini istefa verir

alt

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Roberto Mançini ilə bağlı ilginc iddia irəli sürülüb. 49 yaşlı mütəxəssis yanvarın sonunda istefa verəcək.

Mançini “sarı-qırmızılar”ın sükanı arxasına sentyabrın 30-da keçib. Həmin vaxt klub rəhbərliyi ona komandanın qışda gücləndiriləcəyinə dair vədlər verilib. Amma rəhbərlik baş məşqçinin istədiyi futbolçuları almaqda çətinliklə üzləşib. Xüsusən, Braziliya “Qremio”sundan Aleks Tellesin keçidinin baş tutmaması təcrübəli mütəxəssisi əsəbiləşdirib. Mançinini narahat edən daha bir məsələ isə onun istədiyi oyunçularla danışıqların aparılmamasıdır. Amma baş məşqçi türkiyəli jurnalistlərə açıqlamasında “Bu ölkə gözəldir, burada olmaqdan xoşbəxtəm” deyib.

Qeyd edək ki, Roberto Mançini daha öncə İtaliyanın “Latsio” və “İnter”, eləcə də İngiltərənin “Mançester Siti” klublarında baş məşqçi olub. O, “Qalatasaray”la 2016-cı ilədək müqavilə bağlayıb. Mançini ilə İngiltərə “Tottenhem”inin maraqlandığı bildirilir.

FİFA-dan Messi və Ronaldo açıqlaması

alt

“Barselona”nın hücumçusu Lionel Messi və “Real”lı futbolçu Cristiano Ronaldo “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edəcək.

Bu haqda FİFA-nın saytı məlumat yayıb.

Mükafata digər namizəd, “Bavariya”lı FrankRiberi də mərasimdə iştirak edəcək.

Məlumatda deyilir ki, tədbirin fəxri qonaqları arasınsa Pele, Frans Bekkenbauer, Zinəddin Zidan, Neymar və digər ünlü futbol adamları olacaq.

Xatırladaq ki, “Qızıl top” mükafatı yanvarın 13-də Sürixdə təqdim olunacaq.

“Qalatasaray”ın yeni transferi gəldi

alt

Türkiyənin “Qalatasaray” futbolkomandasının yeni transferi İzet Hayroviç İstanbula gəlib. İsveçrənin “Qrasshoppers” klubundan alınan 22 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə 5 illik müqavilə bağlanılacaq.

Onun klubuna 3,5 milyon avro, özünə isə 1,1 milyon avro ödəniləcək. Amma “sarı-qırmızılar”ın Hayroviçi türk futbolçu statusu ilə oynatmaq istəyi baş tutmayacaq. Yeni transferə hətta Türkiyə vətəndaşlığı verilsə belə, Türkiyə Futbol Federasiyasının təlimatlarında yalnız 5 ildən sonra bunun mümkünlüyü barədə bənd yer alıb.

Qeyd edək ki, İzet Hayroviç “Qalatasaray”a baş məşqçi Roberto Mançininin istəyi ilə alınıb. Hayroviç 4 avqust 1991-cildə İsveçrənin Bruqq şəhərində doğulsa da, milliyyətcə bosniyalıdır. O, əvvəllər İsveçrənin 21 yaşadək yığmasında çıxış etməsinə baxmayaraq, ötən ildən Bosniya və Herseqovinanın əsas millisinə dəvət almağa başlayıb. “Qalatasaray”ın yeni transferi 2009-cu ildən çıxış etdiyi “Qrasshoppers”in heyətində 91 oyuna 20 qol vurub.

Ronaldo qərarını açıqlayıb

alt 

"Real"ın futbolçusu Cristiano Ronaldo "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılıb-qatılmayacağı barədə son qərarını verib.

 

Portuqaliyalı hücumçu La Liqanınson turunda "Selta Viqo" ilə matçdan sonra açıqlamasında yanvarın 13-ü Surixdə keçiriləcək mərasimdə iştirak edəcəyini bildirib.

 

FIFA prezidenti Yozef Blatterin onun haqda dediyi fikirləri bəyənmədiyi üçün Ronaldonun mükafatlandırma mərasiminə qatılmayacağı iddia edilirdi.

 

Kriştiano "Qızıl top" uğrunda Lionel Messi və Frank Riberi ilə mübarizə aparır.

 

Saytda Axtarış

Son xəbərlər