Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1364
DünənDünən6203
Bu həftəBu həftə20063
Bu ayBu ay25851
Bu günə qədərBu günə qədər8387482

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Ən güclü baş məşqçi namizədlərin adları açıqlandı

alt

FİFA bu gün 2013-ci il üçün dünyanın ən yaxşı məşqçisi adına namizəd olan mütəxəssislərin adını açıqlayıb.

Ali qurumun saytında bildirilir ki, siyahıda on baş məşqçi yer alıb. Dünyanın ən yaxşı məşqçisi adına namizədlər bunlardır:

1).Karlo Ançelotti (Madrid "Real"ı)
2).Rafael Benitez ("Napoli)
3).Antonio Konte ("Yuventus")
4).Visente del Boske ("İspaniya millisi)
5).Aleks Fergüsson ("Mançester Yunayted"in sabiq baş maşqçisi)
6).Yupp Haynkes ("Bavariya"nın keçmiş baş məşqçisi)
7).Yürgen Klopp (Dortmund "Borussiya"sı)
8).Joze Mourinyo ("Çelsi")
9).Luiz Felipe Skolari (Braziliya millisi)
10).Arsen Venger ("Arsenal)

Qalibin adı yanvarın 13-ü bəlli olacaq.

Qeyd edək ki, ötən il bu mükafata İspaniya millisinin baş məşqçisi Visente Del Boske layiq görülüb.

Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı media nümayəndələri üçün tur təşkil edilmişdir

altBakıda keçiriləcək Avropa Oyunları ilə bağlı media nümayəndələri üçün oktyabrın 27-də ilkin təqdimat keçirilmişdir.
AzərTAc xəbər verir ki, təşkilatçılar 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi üçün istifadə olunacaq məkan və yerlərin bəzilərini ilk dəfə olaraq ictimayyətə açıqlamışlar.
Bu məqsədlə Bakıda idman tədbirlərinin keçiriləcəyi bir sıra yerlərə yerli və xarici jurnalistlərin turu təşkil edilmişdir.
Tədbirə rəhbərlik edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirmişdir: “Olimpiya kəndində lazımi qaydada qurulmuş otaqlar və yaşayış sahələri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək atletlər üçün mümkün qədər ən gözəl şəraitlərin təmin edilməsinə yönəlmiş düşüncənin sübutudur".
Media turu Bakıda planlaşdırılan unikal oyunlar təcrübəsinə nəzər salmaq imkanı yaratmışdır. Eyni zamanda, turda Bakı İdman Zalı, Azadlıq meydanı, Gimnastika arenası və Olimpiya stadionunun görüntüləri təqdim olunmuşdur. Bu isə Avropa Oyunlaır üçün məkanların hazırlanması və tikintisi işində böyük irəliləyiş olduğunu göstərir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, atletlərin yüksək keyfiyyətli məkanlarla təmin edilməsi üçün gələn aylar ərzində stadionların və idman mərkəzlərinin yoxlanılmasına və mükəmməl şəkildə uyğunlaşdırılmasına diqqət yetiriləcəkdir. Azərbaycan hökuməti Avropa Oyunların beynəlxalq idman təqvimində mühüm tədbir kimi göstərmək, eləcə də yeni hava limanı terminalını, 13 nəqliyyat layihəsini, o cümlədən bir çox digər infrastruktur və şəhərin abadlaşdırılması layihələrini nümayiş etdirmək üçün Bakının hər yerində genişmiqyaslı hazırlıq işlərinə sərmayə qoyur.

Məşhur futbolçu qəzaya düşdü

alt

Məşhur futbolçu, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem ABŞ-ın Kaliforniya ştatında yol qəzasına düşüb.

Hadisə nəticəsində zərərçəkən olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəza D. Bekhemin Los-Ancelesin qərbindəki Beverli-Hillzdə yerləşən malikanəsi qarşısında qeydə alınıb.

Məlumata görə, qəza futbolçunun günahı ucbatından baş verib. D. Behkemin hərəkət zamanı qarşı yola çıxdığı bildirilir.

Nəticədə D. Bekhemin idarə etdiyi “Land Rover” qarşı yolla hərəkət edən, qadın sürücünün idarə etdiyi “Acura” maşını ilə toqquşub. Qəza zamanı futbolçunun 14 yaşlı oğlu Bruklin də avtomobildə olub.

Azərbaycan boks üzrə dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub

Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına bu gün yekun vurulub.


Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan komandasının heyətində Cavid Çələbiyevin (56 kq) ardınca Məmmmədrəsul Məcidov da birinci olub.

+91 kq çəki dərəcəsində yarışan boksçumuz yerli İvan Dıçko ilə döyüşdən sonra kolleksiyasına dünya çempionatının daha bir qızıl medalını əlavə edib. O, həlledici görüşünü nokautla başa vuraraq titulunu qoruyub. M. Məcidov ilk 2 raundda 27:30 hesabı ilə uduzub. Sonuncu hissədə isə idmançımız hücum taktikasını seçərək yenidən dünyanın ən güclüsü olduğunu sübut edib. Öncə Dıçkonu nokdauna salan Olimpiya mükafatçımız ardınca daha tutarlı zərbə ilə qazaxıstanlı idmançıya doğma azarkeşləri qarşısında nokautla qalib gəlib.

Beləliklə, Azərbaycan milli komandası 12 gün davam edən dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.

Qeyd edək ki, daha öncə Teymur Məmmədov (91 kq) bürünc medala sahib olmuşdu.

Droqba “Qalatasaray”da qalacaq

alt“Qalatasaray” futbol komandasının ulduz futbolçusu Didye Droqba növbəti mövsüm də böyük ehtimalla bu komandanın uğurları üçün çalışacaq. APA-nın xəbərinə görə, “Qalatasaray” prezidenti Ünal Aysal klubun telekanalına müsahibəsində Fil Dişi Sahilindən olan futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşdıqlarını söyləyib. O bildirib ki, 36 yaşlı ulduz karyerasına davam etmək istəyir.

Didye Droqbanın da cavabı gecikməyib. O qeyd edib ki, Ünal Aysalın açıqlamasını sevinclə qarşılayıb və rəhbərliyin təklifini qəbul etməyə hazırdır.

Qeyd edək ki, bu ilin yanvar ayında “Qalatasaray”a transfer olan D. Droqbanın müqaviləsi 1,5 illik idi və bu mövsümün sonunda bitəcək.

“Neftçi”də istefalar rəsmiləşdi

alt

“Neftçi”nin məşqçilər korpusu-Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər.

Klub rəhbərliyi tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib. “Neftçi” klubu istefa verən məşqçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Çempionlar Liqası - “Qalatasaray” qalib gəldi - NƏTİCƏLƏR

altÖtən gecə Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulub. 8 qarşılaşmadan biri İstanbulda baş tutub. Azərbaycanlı futbolsevərlərin azarkeşlik etdiyi Türkiyənin "Qalatasaray" klubu İstanbulda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Digər oyunlar aşağıdakı kimi nəticələnib:

A qrupu

"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 1:0
"Bayer" (Leverkuzen, Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 4:0 

Çempionlar liqasında növbəti oyunlar keçirildi- Nəticələr

alt

Çempionlar Liqasında 3 həftəlik fasiləyə yekun vurulub. Qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürüb.

Turun ilk gününün ən maraq doğuran qarşılaşması Milanda baş tutub. İlk 2 turda məğlub olmayan 2 komandanın dueli həm də liderlərin matçı idi. Avropa nəhəngləri “Milan” və “Barselona”nın qarşı-qarşıya gəldiyi bu matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir qolla meydanı tərk edib.

Digər maraqlı görüş də Londonda baş tutub. Səfərdə “Arsenal”ın qonağı olan son ÇL finalçısı “Borussiya” qələbə sevinci yaşayıb. Dortmundlular rəqibi 2:1 hesabı ilə məğlb edərək qrup liderliyinə yüksəlib.

Almaniyada “Şalke”nin qonağı olan “Çelsi” də 3 xal qazanıb. Joze Mourinyonun yetirmələri 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Çempionlar Liqasında III tura bu gün A, B, C və D qruplarında keçiriləcək oyunlarla yekun vurulacaq.

Azərbaycanın Müstəqilliyi Gününə həsr olunmuş şahmat üzrə açıq reytinq turniri başa çatmışdır

Respublika Şahmat Mərkəzində Azərbaycanın Müstəqilliyi Gününə həsr olunmuş şahmat üzrə açıq reytinq turniri başa çatmışdır.
AzərTAc xəbər verir ki, İsveçrə sistemi üzrə 7 turda keçirilmiş turnirdə 23 şahmatçı iştirak etmişdir.
6,5 xal nəticə ilə turnirin qalibi Ülvi Bacarani olmuşdur. O, Fariz Əhmədov, Vəli Zeynalzadə və Rüstəm Bünyadovu 1,5 xal geridə qoymuşdur.

Həftənin ən gözəl qolları - VİDEO

alt

Məşhur "Top of the Week” portalı həftənin ən gözəl qollarını təqdim edir. Saytda dünyanın müxtəlif meydanlarında vurulmuş qollar səsvermə ilə müəyyənləşəcək. 

Hazırda İsveç millisinin futbolçusu Tobias Haysenin vurduğu qol ilk pillədə qərarlaşıb.

16 yaşlı qız Azərbaycan çempionu oldu

alt

Bakı Tennis Akademiyasında tennis üzrə Azərbaycan çempionatı başa çatıb. Qadınlar arasında keçirilən final oyunlarında 16 yaşlı Nəzrin Cəfərova şəxsi oyunda iki setdə ardıcıl olaraq 7:5, cüt oyunda isə iki setdə 6:1 və 7:6 hesabı ilə qələbə çalaraq Azərbaycan çempionu adını qazanıb. 

N.Cəfərova ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin üzvü, idman ustasıdır. 

O, indiyədək tennis üzrə keçirilən respublika səviyyəli yarışlarda müxtəlif nailiyyətlər əldə etməyə müvəffəq olub.

Futbol üzrə Azərbaycan və Rusiya milli komandaları arasında oyun heç-heçə başa çatmışdır

alt2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də futbol üzrə Azərbaycan və Rusiya milli komandaları arasında oyun keçirilmişdir.
AzərTAc xəbər verir ki, “Bakcell Arena”da keçirilmiş oyunu serbiyalı baş hakim Milorad Maziç idarə etmişdir.
Oyunun birinci hissəsinin 16-cı dəqiqəsində Rusiya yığmasının futbolçusu Roman Şirokov hesabı açmışdır. Millimizin oyuna ikinci hissədən qatılmış üzvü Vaqif Cavadov matçın 90-cı dəqiqəsində hesabı bərabərləşdirmişdir.
Əlavə təyin edilmiş vaxtda hesab dəyişməmişdir.
Beləliklə, Azərbaycan-Rusiya matçı 1:1 hesabı ilə başa çatmışdır.

Saytda Axtarış

Son xəbərlər