Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1419
DünənDünən6203
Bu həftəBu həftə20118
Bu ayBu ay25906
Bu günə qədərBu günə qədər8387537

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Nazirlik futbol azarkeşlərinə müraciət etdi

alt

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının Rusiya yığması ilə keçiriləcək oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib ki, DİN bu gün Azərbaycan-Rusiya qarşılaşmasında azərbaycanlı futbol azarkeşlərini təmkinli olmağa, qayda-qanunlara hörmətlə yanaşmağa çağırır, kənardan təxribat xarakterli çağırışlara uymamağı tövsiyə edir.

E.Zahidov əmin edir ki, oyunda Azərbaycan və Rusiya komandalarının azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq və baş verə biləcək təxribatın qarşısı qətiyyətlə alınacaq.

Azərbaycan – Rusiya oyunu “Bayıl Arena”da keçiriləcək

alt

Azərbaycan və Rusiya milli komandalarının azarkeşləri arasında yoldaşlıq oyunu keçiriləcək. 

Fanatların matçı bu gün baş tutacaq.

Oyun “Bayıl Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Türkiyə Futbol Federasiyasına hücum olub

alt

Türkiyə Futbol Federasiyasının (TFF) binası hücuma məruz qalıb. Yerli mətbuatın xəbərinə görə, təxminən 5 min nəfərlik “Trabzonspor” azarkeşi TFF-nin qarşısında toplaşıblar. Məlumata görə 2010 – 2011-ci ilin çempionluq kubokunu tələb edən azarkeşlər binanı daşa basıblar. Bu vaxt TFF təhlükəsizlik xidmətinin rəis müavini də daş zərbələrindən nəsibini alıb. 

Qeyd edək ki, azarkeşlər TFF-nin bayrağını aşağıya endirərək yerindən “Trabzonspor” bayrağı asıblar.

Rövnəq Abdullayev futbolçuları təbrik etdi

alt

AFFA prezidenti Rövnəq Abdullayev "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gələn millimizin futbolçularını təbrik edib. Bu barədə AFFA-dan məlumat verilib.


Belə ki, oyundan sonra AFFA prezidenti millimizin üzvləri ilə görüşüb, qələbə münasibətilə onları təbrik edib. R. Abdullayev komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıb.

Azərbaycanda yeni turnirə start verildi - Foto

alt

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə 12 oktyabr 2013-cü il tarixində saat 10-00-da “Climbaku” İdman Dırmanması Mərkəzində Azərbaycanın mərhum dağçısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnirə start verilib.

Yarışın başlanmasını elan edən FAİREX-in baş hakimi, federasiyanın vitse-prezidenti Valeri Bağırov hakimləri və idmançıları salamlayaraq, turnir iştirakçılarını yarışın qaydaları və şərtləri ilə tanış edərək onlara uğurlar arzulayıb. 
Mərhum Azərbaycan dağçısı A.Rüstəmovun xatirəsi təşkilat komitəsi, hakimlər və idmançılar tərəfindən 1 dəqiqəlik sükutla yad edildikdən sonra turnirə start verilib. 

Qeyd edək ki, bu turnir uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişən tanınmış dağ idmançısı Akif Rüstəmovun xatirəsinə həsr olunur və artıq belə yarışların keçirilməsi FAİREX tərəfindən ənənəvi hal alıb.

Xatırladaq ki, A.Rüstəmovun unudulmaz xatirəsinə həsr olunmuş turnir ilk dəfə məhz FAİREX tərəfindən təşkil edilmişdir. Belə ki, ilk yarış 17 may 2010-cu il tarixində Nardaran qayalıqlarında keçirilmiş və Akif Rüstəmovun unudulmaz xatirəsinə həsr edilən "Ümid" qayaydırmanma turnirində yeniyetmələr və gənc idmançılar iştirak etmişlər. Bu gün də FAİREX tərəfindən bu ənənə davam etdirilir.
Qeyd edək ki, turnir 2 gün davam edəcək.

altaltalt

Dünya Çempionatı-2014: Türkiyə səfərdə qələbə qazandı - Bütün HESABLAR

Ispaniya v? Turkiy? q?l?b? qazand?
Ötən axşam 2014-cü ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Avropanın yaşı meydanlarında 23 qarşılaşma keçirlib.
Qardaş Türkiyə milli komandası səfərdə Estoniyanı 2:0 hesabı ilə qalib gəlməklə pley-off-a çıxmaq şansını qoruyub. Fatih Terimin komandası son turda evdə Hollandiyaya qalib gələrsə, pley-off oyunu ilə dünya çempionatına qatılmaq şansı qazanacaq. 

 A qrupu

  1. - Belçika - 1:2
    Uels - Makedoniya - 1:0

S

Komandalar

O

Q

H

M

Xal

1.

 Belçika

9

8

1

0

25

2.

 Xorvatiya

9

5

2

2

17

3.

 Serbiya

9

3

2

4

11

4.

 Uels

9

3

0

6

9

5.

 Şotlandiya

9

2

2

5

8

6.

 Makedoniya

9

2

1

6

7

B qrupu

Ermənistan  - Bolqarıstan - 2:1 
Malta - Çexiya - 1:4
Danimarka - İtaliya - 2:2

S

Komandalar

O

Q

H

M

Xal

1.

 İtaliya

9

6

3

0

21

2.

 Bolqarıstan

9

3

4

2

13

3.

 Danimarka

9

3

4

2

13

4.

 Çexiya

9

3

3

3

12

5.

 Ermənistan

9

4

0

5

12

6.

 Malta

9

1

0

8

3

C qrupu

Farer adaları - Qazaxıstan - 1:1
Almaniya  - İrlandiya - 3:0 
İsveç - Avstriya - 2:1

S

Komandalar

O

Q

H

M

Xal

1.

 Almaniya

9

8

1

0

25

2.

 İsveç

9

6

2

1

20

3.

 Avstriya

9

4

2

3

14

4.

 İrlandiya

9

3

2

4

11

5.

 Qazaxıstan

9

1

2

6

5

6.

 Farer adaları

9

0

1

8

1

D qrupu

Andorra - Rumıniya - 0:4
Estoniya - Türkiyə - 0:2 
Hollandiya - Macarıstan - 8:1

S

Komandalar

O

Q

H

M

Xal

1.

 Hollandiya

9

8

1

0

25

2.

 Türkiyə

9

5

1

3

16

3.

 Rumıniya

9

5

1

3

16

4.

 Macarıstan

9

4

2

3

14

5.

 Estoniya

9

2

1

6

7

6.

 Andorra

9

0

0

9

0

E qrupu

Albaniya - İsveçrə - 1:2 
İslandiya - Kipr - 2:0 
Sloveniya - Norveç - 3:0

S

Komandalar

O

Q

H

M

Xal

1.

 İsveçrə

9

6

3

0

21

2.

 İslandiya

9

5

1

3

16

3.

 Sloveniya

9

5

0

4

15

4.

 Norveç

9

3

2

4

11

5.

 Albaniya

9

3

1

5

10

6.

 Kipr

9

1

1

7

4

G qrupu

Litva - Latviya - 2:0
Bosniya və Hersoqovina - 4:1
Yunanıstan - Slovakiya - 1:0 

S

Komandalar

O

Q

H

M

Xal

1.

Bosniya-Herseqovina

9

7

1

1

22

2.

Yunanıstan

9

7

1

1

22

3.

Slovakiya

9

3

3

3

12

4.

Litva

9

3

2

4

11

5.

Latviya

9

2

1

6

7

6.

Lixtenşteyn

9

0

2

7

2

H qrupu 

Moldova - San Marino - 3:0
Ukrayna - Polşa - 1:0 
İngiltərə - Monteneqro - 3:1

S

Komandalar

O

Q

H

M

Xal

1.

İngiltərə

9

5

4

0

19

2.

Ukrayna

9

5

3

1

18

3.

Monteneqro

9

4

3

2

15

4.

Polşa

9

3

4

2

13

5.

Moldova

9

2

2

5

8

6.

San Marino

9

0

0

9

0

İ qrupu 

İspaniya - Belarus - 2:1

S

Komandalar

O

Q

H

M

Xal

1.

İspaniya

7

5

2

0

17

2.

Fransa

7

4

2

1

14

3.

Finlandiya

7

2

3

2

9

4.

Gürcüstan

7

1

2

4

5

5.

Belarus

8

1

1

6

4

Olimpiya çempionu da İlham Əliyevi dəstəkəyir

alt

Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryov ilk dəfə ölkəmizdə səs verib. Bu barədə 53 yaşlı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, prezident seçkisində öz iradəsini Bakının Nərimanov rayonundakı seçki məntəqələrindən birində ifadə edib. Lakin Ponomaryov hansı saylı dairə və məntəqədə səs verdiyini xatırlaya bilməyib. Olimpiya çempionumuz İlham Əliyevin prezidentliyini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, İqor Ponomaryov 24 fevral 1960-cı ildə Bakıda doğulub. O, “Neftçi” klubunun futbolçusu kimi SSRİ yığmasının tərkibində 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. SSRİ-nin dağıldığı ərəfədə İsveçə yollanan Ponomaryov həmin ölkənin vətəndaşlığını alıb və yerli "Norçepinq" komandasında çıxış edib. Baş məşqçi kimi isə o, Azərbaycan yığması, "Qarabağ" və "Xəzər-Lənkəran", eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib. Ponomaryov bu il Azərbaycan vətəndaşlığı alıb.

Millimizin futbolçuları seçki günü evə buraxılmadı

alt

A+  A-
Futbol üzrə Azərbaycan milli komandasının üzvləri 9 oktyabr prezident seçkisində qeydiyyatda olduqları məntəqələrdə səs verə bilməyəcəklər.

Hazırda Şimali İrlandiya və Rusiya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarına hazırlaşan millimizin üzvləri evlərinə buraxmayıb.

Əvəzində onlar Bakının Xətai rayonundakı 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə birgə səs verəcəklər. Bu məsələ AFFA rəhbərliyinin Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra müsbət həllini tapıb.

Qeyd edək ki, millimiz Şimali İrlandiyanı oktyabrın 11-də, Rusiyanı oktyabrın 15-də sınağa çəkəcək. Hər iki oyunun hazırlıq prosesinə oktyabrın 5-dən təlim-məşq toplantısı ilə start verilib.

Azərbaycan şahmatçısı Avropa çempionatında liderliyi əldə saxlayır

altMonteneqronun Budva şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Turnirin Open-8 ən kiçik yaş qrupunda yeddi turdan sonra Azərbaycan şahmatçısı Aydın Süleymanlı 7 görüşün hamısında qalib gələrək 7 xal ilə turnirin yeganə lideridir. Yarışın başa çatmasına iki tur qalır.

Millimizlə qarşılaşacaq yığmanın heyəti açıqlandı

alt

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb:

Millimizin rəqibi Bakıya aşağıdakı heyətlə gələcək:

Qapıçılar: İqor Akinfeyev (SSKA), Yuri Lodıqin ("Zenit"), Sergey Rıjikov ("Rubin");

Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı - SSKA), Vladimir Qranat, Yuri Jirkov (hər ikisi - "Dinamo" M.), Aleksey Kozlov ("Kuban"), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi - "Spartak" M), İqor Smolnikov ("Zenit");
Yarımmüdafiəçilər: İqor Denisov ("Dinamo" M.), Denis Qluşakov ("Spartak" M.), Pavel Mamayev ("Krasnodar"), Aleksandr Ryazantsev ("Rubin"), Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov (hamısı - "Zenit");
Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi - "Zenit"), Aleksandr Səmədov ("Lokomotiv" M.), Aleksandr Kokorin, Fyodor Smolov (hər ikisi - "Dinamo" M).

Qeyd edək ki, görüş saat 22:00-da, "Bakcell Arena"da keçiriləcək.

Futbol meydançasında faciə- Foto + Video

alt

Qətər super liqasında mübarizə aparan “Muaither” və “Əl Əhli” komandaları arasında keçirilən futbol qarşılaşmasında dəhşətli hadisə baş verib. 

Oyun zamanı “Əl Əhli”nin iranlı oyunçusu Firudin Zəndinin ayağı faciəvi şəkildə sınıb. 

Yerə yıxılan futbolçunun bu vəziyyətini görən komanda yoldaşları göz yaşlarını saxlaya bilməyiblır.

Millimizin rəqibləri bəlli oldu

alt

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən C qrupunda yer alan millimiz İtaliya və Sloveniya yığmaları ilə qarşılaşacaq:

A qrupu: Belçika, Ukrayna, Rumıniya
B qrupu: Rusiya, Portuqaliya, Hollandiya
C qrupu: İtaliya, Azərbaycan, Sloveniya
D qrupu: İspaniya, Çexiya, Xorvatiya

Qrupda ilk iki yeri tutan komandalar AÇ-nin final mərhələsinə vəsiqə qazanacaq.

Avropa çempionatı 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikada təşkil olunacaq.

Saytda Axtarış

Son xəbərlər