Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1381
DünənDünən6203
Bu həftəBu həftə20080
Bu ayBu ay25868
Bu günə qədərBu günə qədər8387499

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

“Azərbaycan Avropa Olimpiya Oyunları ilə bağlı öhdəlikləri yerinə yetirir”

altBöyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin APA TV-yə müsahibəsində qeyd edib:


- 2015-ci ildə Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda hazırlıq işləri barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycanın Avropa Olimpiya Oyunlarını uğurlu şəkildə təşkilini təmin etməsinin səbəblərindən biri mövcud olan və tikintisi planlaşdırılan infrastrukturun buna imkan verməsidir. Ötən gün mən hava limanından gələrkən yolda iyunda baş tutan səfərimdən sonra stadionun inşasının kifayət qədər irəlilədiyini gördüm. Mən burada idmançıların qalması üçün böyük tikililərin olduğunu müşahidə etdim. Bütün bunlar insanları bir daha əmin edir ki, Azərbaycan böyük tikinti layihələrini tez bir zamanda həyata keçirə bilər. Mən bilirəm ki, burada həyata keçirilən işlər Olimpiya Komitəsi tərəfindən də yüksək dəyərləndirilib. Məni heyrətləndirən məsələlərdən biri də burada xaricilərin işləməsidir. Mən London Olimpiya oyunlarının keçirilməsində rolu olan bir neçə insanların burada da işlədiyini bilirəm. Bu onu göstərir ki, sizin hökumət London və digər ölkələrdə keçirilmiş böyük tədbirləri təşkil edən insanların təcrübələrindən istifadə edir. Oyunlara 18 aya yaxın bir müddət qalmış oyunlara kimi tələb olunan əksər işlərin artıq görüldüyünü hesab edirəm. Hər kəs oyunların başlayacağı tarixi bilir və hər kəs ona kimi nə etməli olduğunu da bilir. Sizin ölkəniz öhdəliklərini kifayət qədər yerinə yetirir. Heç kəs oyunların baş tutmayacağı ilə bağlı şübhəsinin olduğunu ifadə etməyib.

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak istefa verdi

alt

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak istefa verib.

“Topaz” Premyer Liqası çərçivəsində keçirilən XIV turda komandası “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Məlumata görə, son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.

Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran” oyunçularını 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə imza atıb. Onun yetirmələri 24 qol vurub, qapılarından isə 42 top buraxıblar.

Şahmat üzrə 16-cı dünya çempionu məlum oldu

alt

Norveçli Maqnus Karlsen şahmat üzrə 16-cı dünya çempionu olub. O, hindistanlı Vişvanatan Anandla şahmat tacı uğrunda 10-cu görüşdə qələbə qazanıb.

Az öncə oynanılan partiya 65-ci gedişdə heç-heçə ilə başa çatıb. Bundan sonra Karlsen ümumi hesabda 6,5:3,5 hesabı ilə rəqibindən üstün olub.

Qeyd edək ki, Anand 2007-ci ildə dünya çempionluğunu rusiyalı Vladimir Kramnik üzərindəki qələbə ilə qazanmışdı. Hindistanlı şahmat tacını 2010-cu ildə bolqarıstanlı Veselin Topalov və 2012-ci ildə Boris Gelfandla görüşlərdə qoruya bilmişdi.

Zidan həbs olundu

alt

“Borussiya” Dortmundun sabiq forvardı və Misir yığmasının üzvü Məhəmməd Zidan saxtakarlığa görə 6 il həbs olunub. 

şəhərin tikinti işləri ilə məşğul olan ərəb şirkəti futbolçuya qarşı iddia qaldırıb. Futbolçunun özü isə bu zaman xaricdə olub. 

31 yaşlı misirli saxta qəbz hazırladığına görə ittiham olunur. Bu ilin yanvar ayında o, “Bani Yas” klubunu tərk edib. Bu vaxta kimi azad agent kimi qalıb. 

Hazırda “Al-Jazeera Sports” kanalında ekspert işləyir, lakin karyerasına rəsmən son qoyduğunu bildirib. 

Azərbaycan şahmatçıları Avropa cempionu oldu

Polşanın paytaxtı Varşavada şahmat üzrə komandalar arası Avropa çempionatı başa çatıb. Qitənin 38 komandasının mübarizə apardığı yarışda Azərbaycan şahmatçıları uğurla çıxış ediblər.

Heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynovun mübarizə apardığı millimiz axırıncı turda Ermənistan yığmasıyla qarşılaşıb. Gərgin görüş 2-2 hesabıyla başa çatıb. Fransa millsinin Rusiyaya uduzması isə komandamızın işinə yarayıb. Beləliklə 14 xal toplayan Azərbaycan milli komandası İsveçrə sistemi üzrə keçirilən Avropa çempionatında qızıl medallara sahib olub. Fransa,Rusiya və Ermənistan 13 xalla 2, 3 və 4-cü yerləri bölüşüblər. İndi komandamızı noyabrın 27-də Türkiyənin Antalya şəhərində start götürəcək dünya çempionatı gözləyir. Mütəxəssislər dünya birinciliyində də Azərbaycan komandasının imkanlarını yüksək qiymətlədirir.

Boksçularımız finala çıxıb

alt

Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində 3 boksçumuz finala vəsiqə qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Gürcüstan nümayəndəsi Giorgia Çarqazia üzərində qələbə qazanıb. Millimizin üzvü finalda Rusiya boksçusu Maqomed Maqomedbekovla qarşılaşacaq. 

Tayfur Əliyev də (52 kq) adını finalçılar sırasına yazdırıb. Boksçumuz İtaliya təmsilçisi Marko Amorozonu yarımfinalda məğlub edib. Əliyev qızıl medal uğrunda döyüşdə rusiyalı Tamerlan Xangişiyevlə üz-üzə gələcək. 

Hüseyn Tarverdilinin (70 kq) yarımfinaldakı qələbəsi ilə daha əlamətdar olub. Həmyerlimiz Ermənistan idmançısı Vardan Kosyanı məğlub edərək, finala yüksəlib. 

AFFA üç futbol klubunu cəzalandırdı

alt

 

AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

AZAL - "Qarabağ" matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Bakı" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub, oyununun 27-ci dəqiqəsində "Neftçi" klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Görüşün 1-ci və 31-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri, 16-cı və 59-cu dəqiqələrdə isə "Bakı" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.

Derbinin qalibi “Fənərbaxça” oldu - VİDEO

alt

Futbol üzrə Türkiyə Superliqasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə üç görüş baş tutub.

Bu həftə futbolsevərlər möhtəşəm derbinin şahidi olub. “Fənərbaxça” doğma arenada “Qalatasaray”ı qəbul edib. “Bülbüllər” əzəli rəqiblərini 2 qolla məğlub edərək zirvədəki yerini möhkəmləndirib.

Avropa Liqasında uğurlu çıxışı ilə fərqlənən “Trabzonspor” isə daxili çempionatda məyus olub. Qara dəniz klubu səfərdə “Gənclərbirliyi”nə 3:2 hesabı ilə məğlub olub.


Türkiyə Superliqası
XI tur

8 noyabr

“Elazığspor” – “Ərciyəsspor” - 0:1
Vleminks, 60
Qırmızı vərəqə: İbrahim Kaş, 86 (“Elazığspor”)
“Əskişəhərspor” – “Akhisar BS” - 2:0
Hürriyəy Gücər, 55, Necati Ateş, 64

9 noyabr

“Kasımpaşa” – “Qaziantepspor” - 3:0
Skarione, 13, Kastro, 16, Eker, 22
“Kayserispor” – “Beşiktaş” - 0:3
Şahan, 21, Motta, 82, Eneramo, 90
“Sivasspor” – “Bursaspor” - 2:1
Eser, 59, Aatıf, 81 - Tayvo, 78 
“Karabükspor” – “Rizespor” - 2:1
Parlak, 40, Mabiala, 64 - Köse, 68 

10 noyabr

“Konyaspor” – “Antalyaspor” - 2:0
Hasan Kabze, 19, Calma, 46
Qırmızı vərəqə: Milan Baroş (“Antalyaspor”)
“Gənclərbirliyi” – “Trabzonspor” - 3:2
Stanku, 45, Çalık, 67, Durmaz, 80 - Enrike, 1, Kolman, 34 (34)
“Fənərbaxça” – “Qalatasaray” - 2:0
Əmrə Belözoğlu, 23, (pen.), Baroni, 66


1 Fənərbaxça 11 9 1 1 26 - 11 28
2 Kasımpaşa 11 8 0 3 25 - 13 24
3 Sivasspor 11 7 1 3 22 - 13 22
4 Beşiktaş 11 6 3 2 18 - 10 21
5 Əskişəhirspor 11 6 1 4 16 - 9 19
6 Qalatasaray 11 5 4 2 17 - 12 19
7 Trabzonspor 11 5 2 4 14 - 12 17
8 Akhisar BS 11 4 3 4 13 - 12 15
9 Rizespor 11 4 3 4 15 - 15 15
10 Antalyaspor 11 3 5 3 11 - 11 14
11 Bursaspor 11 4 2 5 11 - 14 14
12 Gənçlərbirliği 11 4 1 6 12 - 13 13
13 Karabükspor 11 3 4 4 9 - 11 13
14 Konyaspor 11 4 1 6 12 - 16 13
15 Ərciyəsspor 11 2 3 6 7 - 15 9
16 Qaziantepspor 11 2 2 7 11 - 24 8
17 Elazığspor 11 2 1 8 11 - 27 7
18 Kayserispor 11 1 3 7 9 - 21 6 

“Neftçi” klubunun səkkiz futbolçusu Azərbaycan millisinin düşərgəsinə çağırılmışdır

altBakının “Neftçi” klubunun səkkiz futbolçusu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsinə çağırılmışdır.
Klubdan AzərTAc-a bildirmişlər ki, onlardan Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Tərlan Quliyev və Araz Abdullayev hazırda “Neftçi”nin formasını geyinir. Digər futbolçularımız Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev “Sumqayıt”, Emil Balayev isə “Araz Naxçıvan” klublarında icarə əsasında çıxış edirlər.
Qeyd edək ki, U-21 komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Makedoniya millisi ilə qarşılaşacaqdır.

Rusiya boksçusu həmişəlik komada qala bilər

alt

Rusiya boksçusu Maqomed Abdulsalamov kubalı boksçu ilə döyüşdən sonra həmişəlik komada qala bilər.Dünən axşam o, insult keçirib. Hələ ki, həkimlər dəqiq proqnoz verə bilməyib.
Natan Levkoviç, Maqomed Abdulsalamovun promoyteri:"Ola biulər o həmişəlik komada qalsın, amma ola bilər o, bu vəziyyətdə bir neçə həftə qalsın. Heç kim bilmir. Həkimlər vəziyyətə nəzarət edirlər".
Rusiya boksçusu bütün karyerası boyu ilk dəfə uduzub. Kubalı Mayk Peres onu əməlli başlı döyub.
Ölümcül döyüş bazar günü axşam baş tutub. Abdulsalamov rinqdən əli və burnu sınmış vəziyyətdə, dəhşətli baş ağrıları ilə çıxıb. Həkimlər onun beynində kiçik bir qançır müəyyən edərək onu göturublər. Dünən axşam isə idmançı komaya düşüb.

AFFA Azərbaycan millisinə yeni baş məşqçi təyin etdi

alt

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Bu vəzifə portuqaliyalı mütəxəssis Joze Migel Matyuşa həvalə olunub.

O milli komandanı 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlamalıdır.

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Matyuş arasında keçirilən görüşdə Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi də iştirak edib. 

Görüşdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının indiki vəziyyəti, potensialı və qarşıdakı turnirlərə hazırlıq planları müzakirə olunub. Elxan Məmmədov portuqaliyalı mütəxəssisə yeni işində uğurlar arzulayıb.

Qeyd edək ki, Joze Migel Matyuş 9 iyun 1959-cu ildə doğulub. O, qapıçı kimi çıxış etdiyi karyerası ərzində Avropa Liqası, qitə və dünya çempionatlarının qalib və mükafatçısı olub. Matyuş baş məşqçi qismində Portuqaliya millisində 2003 – 2012-ci illərdə çalışıb və bu komandaya Avropa çempionluğu (2003-2004), eləcə də qitə və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazandırıb.

Futbolçunun başını kəsdilər

alt

Braziliyada sabiq futbolçu Juan Rodriqonun başını kəsiblər. Apasport.az saytının məlumatına görə, karyerasını bir müddət əvvəl başa vuran 35 yaşlı cənubi amerikalı dəhşətli şəkildə qətlə yetirilib.

Oktyabrın 28-də öz mağazasından oğurluq avtomobillə qaçırılan Juanın ailəsi ertəsi gün dəhşətli hadisəyə şahid olub. Belə ki, cinayətkarlar sabiq futbolçunun başını kəsərək, ailəsinə göndərib. Rodriqonun həyat yoldaşı evin önündə çantada ərinin başını tapıb.

Juanın həyat yoldaşı üzündən qətlə yetirildiyi ehtimal olunur. Qətlə yetirilənin xanımı polis idarəsində narkotik alveri ilə mübarizə şöbəsində çalışır. Bu cinayəti də məhz narkomafiyanın törətdiyi iddia edilir.

Qeyd edək ki, Rodriqo Braziliyanın bir çox klubları ilə yanaşı, İsveçdə “Ester”, Honduras Da “Olimpiya” klublarında çıxış edib. 

Saytda Axtarış

Son xəbərlər