Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1410
DünənDünən6203
Bu həftəBu həftə20109
Bu ayBu ay25897
Bu günə qədərBu günə qədər8387528

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Nazir Georgi Kvirikaşvili: «Bakı-Tiflis-Qars layihəsi vaxtında istismara veriləcək»

altBakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısı layihəsinin icrasında marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı problem artıq çoxdan həll olunub və bu layihə üçün bu cür maneələr yoxdur.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Gürcüstanın iqtisadi və dayanaqlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib: «Layihə vaxtında istismara veriləcək. Test qatarı 2014-cü ilin sonunda dəmir yoluna buraxılacaq və 2015-ci ildə layihə təhvil veriləcək».

Nazirin sözlərinə görə, bu gün Bakıda keçirilən ikitərəfli Əlaqələndirmə Şurasının iclasında görülən işlər müzakirə olunub və mövcud problemlər həll olunub: «Bu layihə Gürcüstan, Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Düşünürəm ki, layihə əlavə yükdaşımaları cəlb edəcək və ölkələrimiz arasında qonşuluq, dostluq və kommersiya əlaqələrini gücləndirəcək».

G.Kvirikaşvili əlavə edib ki, artıq bu gün Mərkəzi Asiya ölkələri və Çin bu layihəyə böyük maraq göstərir: «Tam əminəm ki, BTQ layihəsi perspektivli olacaq. Bu dəmir yolunun tikintisi ilə bağlı verilən qərar müdrik idi və Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq əlaqələrini yeni səviyyəyə qaldıracaq. Gürcüstan hər şey edəcək ki, işlərini vaxtında başa çatdırsın».

Azərbaycan güləşçiləri İstanbulda keçirilən beynəlxalq turnirin ilk günü 3 medal qazanmışlar

altİstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri davam edir.
AzərTAc xəbər verir ki, 42-ci dəfə keçirilən turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandası da iştirak edir.
Turnirin ilk günündə yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olmuşlar.
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97 kq) turnirin qalibi olmuşdur. O, ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırmışdır. Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Roman Bəkirov isə bürünc medal qazanmışdır.
Məhəmməd Müslümov (65 kq) da rəqiblərindən üstün olmuş və finala yüksəlmişdir. Ancaq həlledici görüşdə İtaliya güləşçisinə uduzan təmsilçimiz gümüş medalla kifayətlənmişdir. Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev ardıcıl iki türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzmuşdur. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran güləşçimiz turniri beşinci sırada tamamlamışdır.
Turnirə fevralın 16-da yekun vurulacaqdır.

"Barselona" finalda "Real"a rəqib olub

altİspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Dalgatv-nin Qol.Az-a istinadən verdiyi xəbərə görə, son oyun günündə "Real Sosyedad" və "Barselona" komandaları üz-üzə gəlib.

İlk görüşdə səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real Sosyedad" klubu doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxa bilməyib. Bu oyunda rəqibi ilə 1:1 bərabərə qalan "Barselona" finala yüksəlib.

Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcək.

FİFA yeni reytinq cədvəlini açıqladı

altFİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Dalgatv-nin Qol.Az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan millisinin mövqeyində yenə də dəyişiklik baş verməyib.

Fevral ayında heç bir matç oynamayan Berti Foqtsun komandası 363 xala 94-cü pillədə qərarlaşıb. Türkiyə yığması isə ötən ayla müqayisədə iki pillə geriləyərək 45-ci pilləyə düşüb.

Qeyd edək ki, siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya yığması mövqeyini qoruyaraq ikinci, Argentina isə üçüncüdür.

 

alt

alt

Soçi Olimpiadiyası tarixə düşdü

altRusiyada keçirilən Olimpiadada bir ilk qeydə alınıb.

Dalgatv-nin Anspress-ə  istinadən verdiyi xəbərə  görə, qadınlar arasında dağ xizəyi üzrə yarış Olimpiada tarixinə keçib. Belə ki, ilk dəfə olaraq yarışın qızıl medalına eyni anda iki idmançı sahib çıxıb. Dominik Gisin və Tina Maze oyunu eyni nəticə ilə tamamlayıblar. Onlar 2,7 km-lik yarışı bir dəqiqə 41.57 saniyə ilə bitiriblər.

Soçi Olimpiyadasında iştirak edən Gisin İsveçrə, Maze isə Sloveniya təmsilçisi olub. İkinci pillənin sahibi olmayan yarışda bürünc medalın sahibi Lara Gut olub.

Sloven atlet bir qızıl medala iki idmançının qazanmasında pis bir şey olmadığını deyib. “Tam əksinə. Bu hal mənim xoşuma gəldi. Çünki Dominique ilə yaxın dostuq".

 

Norveç millisi Soçi Qış Olimpiya Oyunlarında qazanılan medalların sayına görə yenidən birinci pilləyə yüksəlmişdir

alt

Norveç millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında yenidən birinci pilləyə yüksəlmişdir.
AzərTAc xəbər verir ki, 88 ölkədən 2800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Norveç millisinin hesabında bu günədək 4 qızıl, 3 gümüş və 4 bürünc medal vardır.
Kanada yığması 9 medalla (4-3-2) ikinci, Almaniya millisi isə 5 medalla (4-1-0) üçüncü pillədə qərarlaşmışlar.
Artıq XXII Qış Olimpiya Oyunlarında 22 ölkədən idmançılar medal qazanmışlar.
Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaqdır.

FİFA “Neftçi” klubunu cərimələyib

alt“Neftçi” klubu fiziki-hazırlıq üzrə sabiq məşqçisi Mehmet Aka təzminat ödəyəcək.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, 2011-ci ildə Böyükağa Hacıyevin “Neftçi”nin baş məşqçisi təyin edilməsindən sonra komandadan göndərilən Ak təzminat üçün FİFA-ya şikayət edib. Ali futbol qurumu isə türkiyəli mütəxəssisin lehinə qərar qəbul edib. “Neftçi”nin Aka ödəyəcəyi təzminatın məbləği 42 min avrodur.

Qeyd edək ki, Mehmet Ak Azərbaycanda “Neftçi” ilə yanaşı, “Qarabağ”da da çalışıb.

Arda "Atletiko"nun ən yaxşı futbolçusu seçildi

alt"Atletiko" (Madrid) klubunda yanvar ayının ən yaxşı futbolçusunun adı məlum olub.

Dalgatv-nin Qol.Az-a istinadən verdiyi məlumata görə, türk yarımmüdafiəçi Arda Turan klub azarkeşləri tərəfindən ötən ayın ən yaxşısı seçilib.

A.Turan onu bu mükafata layiq görən hər kəsə təşəkkürünü bildirib:

"Hədəflərimizi gerçəkləşdirmək üçün ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Hazırda istədiyimiz formadayıq. Amma önəmli olan mövsümü yüksək pillədə başa vurmaqdır. "Real"la oyunda məğlubiyyətə layiq deyildik. Amma biz "Atletiko"yuq, heç vaxt hədəflərimizdən imtina etməyəcəyik".

“Baku Fires” 1/4 finala yüksəlib

altAzərbaycanın “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında vaxtından əvvəl “pley-off” mərhələsinə vəsiqə qazanıb.

Dalgatv-nin  Apasport-a istinadn verdiyi xəbərə görə, komanda bu uğura Quba Olimpiya Kompleksində keçirilmiş VIII turun qarşılaşmasında Polşa “Hussars Poland”ı 5:0 hesabı ilə məğlub edərək nail olub.

“Baku Fires”in heyətində Murat Rabadanov (52 kq) Marius Koçu, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polskini, Kamil Əhmədov (69 kq) İreneuş Zakrjevskini, Teymur Məmmədov (81 kq) Pyotr Podluçkini xal hesabı ilə yenib. Arslanbek Mahmudov (+91 kq) isə 2-ci raundda nokauta salıb. Bununla da komanda xallarını 14-ə çatdıraraq, B qrupunda 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, qaydalara əsasən, qrupda ilk 4 yerin sahibi ¼ finala vəsiqə qazanır. “Baku Fires” isə sona 2 tur qalmış ən azı 4-cü yeri təmin edib.

Soçidə “Azərbaycan günü” keçirilib

altFevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Soçi Olimpiadasında iştirakçı ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov tədbiri açaraq Azərbaycanda idmanın və Olimpiya hərəkatının geniş vüsət aldığını, ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Nazir birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işlərindən danışıb, “Bakı-2015”in yüksək səviyyədə keçiriləcəyini bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, bu sahədə yaxşı təcrübə qazandığını, Olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləyib. T.Bax Azərbaycanın tarixə birinci Avropa Oyunlarını keçirən ilk ölkə kimi daxil olacağını qeyd edib.

2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Bu sözləri “Azərbaycan günü”ndə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O, ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda idmana göstərilən diqqət və qayğı bizi çox sevindirir. İnanırıq ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə nümunə göstərəcək.

Soçi olimpiadasının ilk qızıl medalı qazanıldı

alt

Soçidə ilk medal dəsti qazanılıb. Bu ilki Olimpiadanın ilk qızıl medalını snoubordçu Seyc Konsenburq qazanıb. 

Kişilərin snoubord yarışında gümüş medalı Staale Sandbex, bürünc mükafatı isə kanadalı Mark Markmorris əldə edib.

Dünyanın ən çox qazanan futbolçuları açıqlanıb

alt"World Soccer" jurnalı dünyanın ən çox qazanan futbolçularının adlarını açıqalyıb.

 
Dalgatv-nin  Qol.Az-a istinadən verdiyi xəbərə görə, PSJ-nin hücumçusu Zlatan İbrahimoviç bütün rəqiblərini qabaqlayıb. Onun illik qazancı 14,67 milyon avrodur.
 "Real"ın portuqaliyalı üzvü Cristiano Ronaldo ikinci və "Monako" klubunun kolumbiyalı futbolçusu Radamel Falkao isə üçüncü olub.
 Dünyanın ən çox gəlir əldə edən futbolçuları bunlardır:
 1. Zlatan İbrahimoviç (PSJ) - 14,67 milyon avro
2. Cristiano Ronaldo ("Real") - 14,40
3. Radamel Falkao ("Manako") 14,15
4. Tiaqo Silva (PSJ) - 12,15
5. Lionel Messi ("Barselona") - 10,7
6. Qaret Beyl ("Real") - 9,46
7-8. Xavi Hernandes("Barselona") 8,07,
7-8. Andres İnyesta ("Barselona"), 8,07
13. Neymar - 7,06

 

Saytda Axtarış

Son xəbərlər