Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2365
DünənDünən6204
Bu həftəBu həftə8569
Bu ayBu ay14357
Bu günə qədərBu günə qədər8375988

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

“Baku Open-2013” Beynəlxalq şahmat festivalı başa çatmışdır

Bakıda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Baku Open-2013” Beynəlxalq şahmat festivalı keçirilmişdir.
Azərbaycan Şahmat Federasiyasından AzərTAc-a bildirmişlər ki, festivalın “A” və “B” qruplarında ölkəmizlə yanaşı, 18 ölkədən 224 şahmatçı qələbə uğrunda mübarizə aparmışdır. Onlardan 33-cü beynəlxalq qrossmeyster, 28-i beynəlxalq usta və 9-u FİDE ustasıdır.
Çempionatın “A” (güclülər) turnirində qalib adını hesabına yeddi xal yazan Rusiya şahmatçısı Pavel Smirnov qazanmışdır. Belaruslu Sergey Zhiqalko və Rusiya şahmatçısı Aleksey Dreev 6,5 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşdürmüşlər. Qadınlar arasında isə ən yaxşı nəticəni həmyerlimiz Nərmin Kazımova və İran şahmatçısı Atousa Pourkaşiyan (4,5 xal) göstərmişlər.
Yarışın “B” qrupunda isə Fariz Əhmədov və Elxan Bayramov səkkiz xal toplayaraq birinci-ikinci yerləri bölüşdürmüşlər. Əlavə göstəricilərə görə Fariz Əhmədov birinci yerin sahibi olmuşdur.
İsveçrə sistemi üzrə keçirilmiş turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil etmişdir.

Lionel Messi İspaniya vergi məmurlarına cərimə ödəməklə canını qurtara bilməmişdir

26 yaşlı argentinalı futbolçu Lionel Messi və onun atası İspaniya xəzinəsinə təxminən 4 milyon avro məbləğində vergi ödəməməkdə təqsirləndirilir.
Prokurorluğun məlumatına görə onlar 2007-2009-cu illərdə Messinin fotoşəkillərindən istifadə etmək hüququnu satmaq üçün xaricdəki şirkətlərdən istifadə etmişlər.
Vergi ödəməkdən yayınmaqda təqsirləndirilən “Barselona” komandasının hücumçusu Lionel Messi və atası Xorxe İspaniyada məhkəmə qarşısında cavab verməli olacaqlar.
Ata və oğul Messilər yerli vergi müfəttişliyinə sanballı məbləğdə cərimə ödəmələrinə baxmayaraq, məhkəmədən yaxa qurtara bilməmişlər.
Onlar hər ikisi bu ittihamları inkar edir. İndi onları Barselona məhkəməsində istintaq gözləyir.
Messilər ailəsi avqust ayında vergi müfəttişliyinə 5 milyon avro (ödəmədikləri verginin müvafiq faizlərlə birlikdə məbləğini) ödəmişdir. Başqa məlumatlara görə, cərimənin ümumi məbləği 25 milyon avroya bərabər olmuşdur. Lakin prokurorluq işə xitam vermək istəmir, çünki iqtisadi böhran başlayandan vaxtdan İspaniya vergi müfəttişliyi vergiləri ödəməkdən yayınanlar barəsində çox sərt siyasət yeridir.
Bu ittihamlar başqa futbol ulduzlarının çoxundan fərqli olaraq indiyə qədər sadə insan hesab edilən Lionelin nüfuzuna xələl gətirə bilər.

Ronaldodan xeyirxahlıq - Video

alt

Ronaldo daha bir xeyirxah əmələ imza atıb. 
Bu il Amerikanın Mayami şəhərində “Real”Madridlə “Çelsi” arasında keçirilən yoldaşlıq oyununda bir azarkeş meydançaya girib və Ronaldonu qucaqlayıb. Mayami polisi həmin gənc azarkeş Roland Qorkeni həbs edib . Mayami prokurorluğu da bu hərəkətinə görə 20 yaşlı tələbə Qorkenin təhsilini dayandırıb onu ölkədən deportasiya etmək barədə qərar çıxarıb. Lakin bunu bilən Ronaldo prokurorluğa məktub ünvanlayıb və Qorkenin əfv olunmasını xahiş edib.

Yay Olimpiya Oyunları-2020 Tokioda keçiriləcək

alt

2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Tokio seçilib.

Müvafiq qərar Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri arasında keçirilən səsvermə zamanı qəbul edilib.

“Bütün müraciətlər yüksək səviyyədə idi. Lakin qalib bir olmalıdır. BOK bəyan edir ki, Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio olacaq”, - deyə səsvermənin nəticələrini elan edən BOK prezidenti Jak Roqqe bildirib.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının paytaxtı olmaq uğrunda Tokio, İstanbul və Madrid mübarizə aparıb.

Türkiyə 5:0 hesablı qələbə qazandı

alt

"Dünya Çempionatı-2014"ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. D qrupunda Türkiyə millisi yeni baş məşqçisi Fatih Terimlə seçmə mərhələdə Andorra ilə qarşılaşıb.

Modern.az xəbər verir ki, qardaş ölkə komandası Andoranı 5:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Türkiyənin xalı 10-a yüksəlib. İndi Türkiyə sentyabrın 10-da Rumıniyada bu ölkə yığması ilə qarşılaşmda mütləq qələbə qazanmalıdır ki, Dünya Çempionatına gedən yolu açılsın. Rumıniyanın hazırda 13 xalı var.

Əks halda Türkiyə millisi "Dünya Çempionatı-2014"ə çıxa bilmək imkanlarından məhrum olacaq.

Məşhur idmançı hamını təəccübləndirdi

altAmerika Açıq Tennis turnirinin 11-ci yarış günündə sürpriz yaşanıb.

Son çempion Endi Marrey dünya tennis reytinqində 9-cu sırada gedən Stansilav Vavrinkaya məğlub olaraq yarım finala adlamaq şansını qaçırıb. Hər 3 setdə də rəqibinə uduzan Marrey titulunu da qorumaya bilməyib.

2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaqdır

Sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası öz işinə başlayacaqdır.
AzərTAc xəbər verir ki, sessiyada 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaqdır. 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhəri təyin etmək üçün keçiriləcək səsvermədə İstanbul, Tokio və Madrid şəhərlərindən biri seçiləcəkdir.
Bakının da 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürülmüşdü. Lakin genişmiqyaslı idman yarışlarının keçirilməsi təcrübəsinin olmaması ilə bağlı paytaxtımız iddiaçı şəhərlərin şort-listinə düşə bilməmişdi.

Azərbaycanda yeni idman federasiyası yaradılıb

altAzərbaycanda yeni idman federasiyası yaradılıb. Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.


O bildirib ki, artıq Azərbaycan Triatlon Federasiyası artıq fəaliyyətə başlayıb və beynəlxalq federasiyalarda da qeydiyyatdan keçib.

Rəqibinin ayağını dişlədi - VİDEO

alt

Braziliyanın Rio de Janeyro şəhərində təşkil edilən Cüdo üzrə Dünya Çempionatında təkbətək döyüş zamanı gürcü idmançısı Varlam Liparteliani qeyri-adi üsula əl atıb. 

Gərgin keçən mübarizədən sonra komanda yarışının finalında 90 kq çəkidə mübarizə aparan Liparteliani Rusiya idmançısı Kirill Denisovu ayağından dişləyib. Həmin epizod isə video-çarxda görüşün 4-cü dəqiqəsindı (3:41) baş verib. Rəqibinin bu cür taktikası Denisovu pərt etməsilə bərabər onun dueli uduzmasına da təsirsiz ötüşməyib. 

Beynəlxalq qaydalara əsasən bu cür hal qayda pozuntusudur və hakimlər bunu nəzərə almalı idilər. Lakin bu görüşdən sonra komanda hesabının nəticəsinə görə, gürcülər dünya çempionluğunu fəth ediblər. Rusiya yığması isə 2-ci yerlə kifayətlənməli olub. Yarışdan sonra Denisov açıqlamasında bu cür hərəkətə görə, oyunçunun dərhal diskalfikasiya olunmasının lazım olduğunu dilə gətirib. “Hakimlərin qəbul etdiyi qərarın izah etmək mümkün deyil”.

Buna baxmayaraq Liparteliani qarşılaşmadan sonra etdiyi hərəkət üçün rəqibindən üzr istəyib.

Kaka “Real-Madrid“dən ayrıldı

alt

İspaniyanın “Real Madrid” komandasından ayrılan futbolçu Kaka İtaliya “Milan”ına qayıdıb. Braziliyalı hücumçu ilə 2 illik müqavilə bağlanılıb.

Anlaşma şərtlərini “Milan”ın vitse-prezidenti Adriano Qalliani şəxsən razılaşdırıb. Kakanın azad agent kimi keçdiyi və ildə 5 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Kaka 2003 – 2009-cu illərdə də “Milan”ın şərəfini qoruyub. O, 4 il öncə “Real Madrid”ə 65 milyon avroya keçib.

Milli komandamızın futbolçusu Almaniya çempionatında ilk qolunu vurub

Yığmamızın futbolçusu Rüfət Dadaşov cari mövsüm klubunda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, o, “Kayzerslautern”in U-23 komandasının Regionalliqada “Pfullendorf”a qarşı keçirdiyi oyunda fərqlənib.


Belə ki, “Kayzerslauter”nin II komandası qonaqları 7:0 hesabı ilə darmadağın edib. Rüfət meydana 51-ci dəqiqədə daxil olub və het-trikə imza atmış Yan-Lukas Dorovu əvəzləyib. Dadaşov 64-cü dəqiqədə özü də fərqlənib və komandasının 5-ci qolunu vurub.

Qeyd edək ki, Rüfət Dadaşov millimizin Malta ilə son yoldaşlıq oyununda da dubl etməyi bacarmışdı.

Bakının “İnter” klubunun futbolçusu Gürcüstan millisinə dəvət almışdır

Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Finlandiya komandalarına qarşı keçiriləcək oyunlarda meydana çıxacaq futbolçuların siyahısını açıqlamışdır.
AzərTAc xəbər verir ki, siyahıda Bakının “İnter” klubunun futbolçusu Baçana Tsxadadzenin də adı vardır. Qeyd edək ki, B.Tsxadadze ilk dəfədir milliyə dəvət alır.

Saytda Axtarış

Son xəbərlər