Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1408
DünənDünən6203
Bu həftəBu həftə20107
Bu ayBu ay25895
Bu günə qədərBu günə qədər8387526

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Azərbaycanda idman sahəsində ilin ən yaxşıları seçilib - SİYAHI

Bu gün Gənclər və İdman Nazirliyi 2013-cü ilə yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, “Buta Palace”da təşkil edilən mərasimdə ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.


İlin ən yaxşı məşqçiləri:

Ağanağı Səfərov (cüdo)

Yadigar Məmmədov (boks)

İsmail Çöpçüyev (Yunan-Roma güləşi)

İlin ən yaxşı yarış təşkilatçısı: Güləş Federasiyası

İlin ən yaxşı komandası: şahmat üzrə Azərbaycan yığması (Avropa çempionu)

İlin ən yaxşı olimpiya kompleksi: Qəbələ Olimpiya Kompleksi

İlin ən yaxşı federasiyası: Boks Federasiyası

İlin idman cəmiyyəti: “Neftçi” İdman-Sağlamlıq Mərkəzi

İlin idman klubu: “Ümid” İdman Klubu

İlin olimpiya idman kompleksi: Kürdəmir Olimpiya İdman Kompleksi

Qızıl “10”luq:

Məhəmmədrəsul Məcidov (boks üzrə dünya və Avropa çempionu),

Elxan Məmmədov (cüdo üzrə dünya çempionu),

Cavid Çələbiyev (boks üzrə dünya çempionu),

Orxan Səfərov (cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı),

Xetaq Qazyumov (sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı),

Teymur Məmmədov (dünya çempionatının bürünc mükafatçısı),

Firudin Quliyev (ağırlıq qaldırma üzrə universiadanın qalibi, dünya çempionatının üçüncüsü),

Rabik İsayev (taekvando üzrə dünya çempionatının üçüncüsü),

Rafael Ağayev (Avropa çempionatının və İslam Həmrəylik Oyunlarının qalibi)

İlham Zəkiyev (paralimpiyaçı, Avropa çempionu).

Devid Kemeron da Soçiyə getməyəcək

alt

Böyük Britaniyanın baş naziri Devid Kemeron da Soçidə keçiriləcək qış oyunlarına getməyən qərb liderlərinin cərgəsinə qoşulub. 
"İndependent" qəzeti xəbər yayıb ki, Kemeronun qərarı heç də Soçi - 2014 oyunlarını baykot etməyə hesablanmayıb və Rusiyanın gey - təbliğat qadağası ilə əlaqəsi yoxdur.
Qəzetin xəbərinə görə Soçiyə gedəcək nümayəndə heyətinin tərkibi hələ ki, dəqiqləşməyib, amma o dəqiqdir ki, bu tərkibdə ölkənin mədəniyyət naziri olacaq.
Xatırladaq ki, Soçi oyunlarına getməkdən ilk əvvəl Almaniya, Fransa və ABŞ prezidentləri imtina ediblər.Buna baxmayaraq homoseksual olduğunu gizlətməyən tennis çempionu Billi Cin Kinq Amerika nümayəndə heyətinin tərkibinə qatılıb.

AFFA iki futbol klubunu cərimələdi

alt

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

iclasda Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilmiş oyunlarla bağlı bir sıra qərarlar qəbul edilib.

Premyer Liqasının XVII turunun "Simurq" - AZAL matçının 79-cu dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

"Bakı" - "Qarabağ" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

"Neftçi" - "Qəbələ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib. 

Oyunun 3-cü dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün kluba 1000 manat cəza tətbiq edilib.

Matçın 84-cü dəqiqəsində "Qəbələ" klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində "Qəbələ" klubunun məşqçisi Dmitri Kramarenko texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.

Millimiz Avropa çempionu olub

alt

Budapeşt şəhərində keçirilən сüdo üzrə Avropa Çempionatının finalında paralimpiya yığmamız Ukrayna komandasına qalib gəlib. Azərbaycan Milli Paralimpiya Komitəsindən APA-ya verilən məlumata görə, idmançılarımız həlledici görüşdə rəqib komandanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, final yolunda millimiz Rusiya və Türkiyə kollektivlərinə qalib gəlib.

“Xəzər Lənkəran“ın baş məşqçisi məlum oldu

alt

"Xəzər Lənkəran" futbol klubunun boş qalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib.

"Xəzər Lənkəran" klubu Türkiyə futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə 1 il yarım müddətinə müqaviləyə imza atıb.

Dünən Lənkəranda "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovla görüşərək bir sıra detalları müzakirə edən M.Dənizli bu gün atdığı imza ilə klubun rəsmən yeni baş məşqçisi olub.

Azərbaycanlılar ermənilərlə sülh bağladılar

alt

Şahmat yığmamız Dünya çempionatında Levon Aronyanın lideri olduğu Ermənistan kollektivi ilə üz-üzə gəlib

Türkiyənin Antalya şəhərində keçirilən komandalar arasında dünya çempionatında növbəti turun oyunları keçirilib. Dünya birinciliyində mübarizə aparan yığmamız prinsipial rəqib - Ermənistan kollektivi ilə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib. 

Birinci lövhədə Ermənistan yığmasının lideri Levon Aronyanla qarşılaşan Rauf Məmmədov rəqibinin oyunun gedişində əldə etdiyi üstünlüyünü heçə endirərək 127-ci geişdə heç-heçəyə razılaşıb. 

Sergey Movsisyan Eltac Səfərli ilə heç-heçə oynayıb. 

Vladimir Akopyanın 39-cu gedişdə Nicat Məmmədovu mat etməsindən sonra Vasif Durarbəyli Qabriel Sarkisyana qalib gələrək hesabı bərabərləşdirib. 

Komandamız bu heç-heçədən sonra 5 xalla 6-cı yerdədir. Ukrayna 10 xalla Dünya çempionatına liderlik edir. Rusiya 7 xalla ikincidir. 6-cı turda yığma komandamız ABŞ kollektivini sınağa çəkəcək.

Premyer Liqanın XV turunun hakimləri bəlli oldu

alt

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək oyunların başlanma vaxtı, yeri və təyinatları açıqlanıb. 

 

29 noyabr (cümə)
"Rəvan" - "Qəbələ"
Bayıl stadionu. Saat 19:00

Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Kərim Ağayev

30 noyabr (şənbə)
"Xəzər Lənkəran" - AZAL
Lənkəran şəhər Mərkəzi stadionu. Saat 17:00
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov

AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
"Simurq" - "Qarabağ"

Zaqatala şəhər stadionu. Saat 17:00
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

"Sumqayıt" - "Neftçi"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 17:00
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Rövşən Əhmədov

"Bakı" - "İnter"

"Bakı" FK-nın təlim-məşq bazası. Saat 14:00
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov

Cüdoçularımız Dünya çempionatında 3 medal qazandılar

alt

Cüdo üzrə Azərbaycan yığması Abu-Dabidə veteranlar arasında keçirilən Dünya çempionatında üç medal qazanıblar.
Qızıl medalları Rəsul Səlimov (90 kiloqram) və Elxan Rəcəbli (81 kiloqram) qazanıb. Finalda fransız Muriel Sigeynə uduzan Zülfiyə Hüseynova gümüş medalla kifayətlənib.

UEFA Kuboku ilə bağlı Bakının namizədliyi irəli sürüldü

alt

Futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün AFFA tərəfindən Bakının namizədliyi irəli sürülüb.

Artıq bununla bağlı UEFA-ya müraciət edilib.

Qeyd edək ki, futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuş Azərbaycan çempionu "Araz" qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.

"Barselona" (İspaniya), "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan) və "Araz"ın mübarizə aparacağı "Dördlər finalı" 2014-cü ilin aprel ayında keçiriləcək.

Baku World Challenge FIA GT

alt

Bakıda “Baku World Challenge FIA GT” beynəlxalq avtomobil yarışlarının final yürüşünün birinci mərhələsi keçirilib.

Bayıl ərazisində keçirilən yarışla əlaqədar Azneft meydanından Bayıl qəsəbəsinə hərəkət məhdudlaşdırılıb.

Yarış yerinə tamaşaçıları Azneft meydanından xüsusi avtobuslar aparıb.

Qeyd edək ki, yarışda “GT3”-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin Tarixi “Formula 1” yarışının 15 avtomobili ilə təşkil olunub.

Yarışın mükafat fondu 175 min avro təşkil edir. Sabah sözügedən yarışın əsas final mərhələsi keçiriləcək.

Tanınmış rus boksçu öldürüldü - VİDEO

alt

Rusiya federasiyasının boks üzrə yığma komandasının məşhur boksçusu İvan Klimov öldürülüb. Klimov Omskda evinin qarşısında bıçaqlanıb. 
Polisin məlumatına görə, 25 yaşlı idmançının cəsədi bu gün günorta saatlarında tapılıb. Tədqiqatçıların sözlərinə görə, boksçunu naməlum gənc oğlan qətlə yetirib. O, əvvəlcə İvanın maşınının təkərini deşib, Klimov baş verən hadisə ilə bağlı həyətə düşdükdə isə ona bıçaqla ürək və boğaz nayihəsindən zərbə yetirib. Qətl hadisəsi ilə bağlı artıq cinayət işi açılıb. 

Bu il mart ayının 2-dən 3-nə keçən gecə rusiyalı boksçuya “Anqar” klubunda hücum etmişdilər. Hadisə qaraçı dəstəsi və İvanın dostları arasında baş verən anlaşılmamazlıqdan sonra olub. 10 nəfərdən ibarət dəstə arasında dava olub.

I Avropa Oyunlarının loqosunun təqdimatı keçirildi

alt

Bu gün Bakı, Roma və Madriddə eyni vaxtda 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib.

Romadan tədbirə videokörpü ilə qatılan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının Bakıda keçirilməsindən qürur hissi keçirir və tədbirin yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək.

Loqonun dizayneri Azərbaycandan olan Adəm Yunisov seçilib. A.Yunisov loqoda Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etdiyini qeyd edib: "Fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim".

Bakıda təşkil olunmuş təqdimetmə mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftihəddinova, Namiq Abdullayev iştirak ediblər. Loqonun təqdimatından öncə ölkəmizin tanıtım videoçarxı nümayiş olunub.

Saytda Axtarış

Son xəbərlər