Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1408
DünənDünən6203
Bu həftəBu həftə20107
Bu ayBu ay25895
Bu günə qədərBu günə qədər8387526

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Daha bir məşhur idmançı rinqdə öldü - FOTO

alt

Xarici mətbuata istinadən xəbər verir ki, Yapon boksçusu Tessin Okada 6 yanvarda 17 gün əvvəl Tokioda peşəkar rinqdə debüt döyüşü zamanı aldığı travmadan vəfat edib.

İkinci yüngül çəkidə(52,1 kq - a qədər) çıxış edən yaponiyalı peşəkar rinqdə debütünün dördüncü, axırıncı raundunda nokauta düşüb. 21 yaşlı idmançı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb və orada onun kəllə qutusunda trepanasiya(sümüklərin deşilmə əməliyyatı) əməliyyatı aparılıb.
Okada 1952 - ci ildən bəri Yaponiyada aldıqları travmadan rinqdə həyatını itirən 38 - ci boksçudur.

Riberi "ən yaxşı futbolçu" seçilib

alt

"Bayern Münich" klubunun yarımmüdafiəçisi Frank Riberi "Kiker" jurnalının sorğusuna əsasən Almaniya çempionatını birinci dövrəsinin ən yaxşı futbolçusu seçilib.

İkinci yerdə Arien Roben, üçüncü yerdə isə Marko Roys qərarlaşıb. Ən yaxşı məşqçi isə Lusien Favr seçilib.

Əfsanəvi futbolçu öldü.

alt
Əfsanəvi futbolçu Eysebio yanvarın 5-nə keçən gecə 72 yaşında dünyasını dəyişib.

Bu barədə Eysebionun bir vaxtlar şərəfini qoruduğu Portuqaliyanın “Benfika” klubundan açıqlama verilib.

Futbolçunun ölümünə ürək dayanmasının səbəb olduğu bildirilir. Digər təfərrüatlar barədə hələlik bilgi verilmir.

"Bayer" Ardaya təklif göndərdi

alt

Almaniyanın "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"sunun futbolçusu Arda Turanı transfer etmək istəyir.

 

Hazırda Bundesliqada ikinci pillədə olan Leverkuzen təmsilçisi yarımmüdafiəyə yeni futbolçu gətirərək heyətini gücləndirmək niyyətindədir. Bu futbolçu isə Madrid klubunun türk oyunçusu Arda Turandır. 

"Bayer" klubunun təcrübəli futbolçu ilə tezliklə danışıqlara başlayacağı gözlənilir.

“Ginnesin Rekordlar Kitabı”na düşən azərbaycanlılar - SİYAHI

alt

Bu kitabı bütün dünyada tanıyırlar – “Ginnesin Rekordlar Kitabı”nı. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunan rekordlar kitabı, hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Bu kitab insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir.

”Ginnesin Rekordlar Kitabı”nı Azərbaycanın gündəminə bu yaxınlarda Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbi ilə tanınan Etibar Elçiyev gətirdi. Öz bədəni ilə dəmir əşyaları saxlamağı bacaran E. Elçiyev bir dünya rekorduna imza ataraq, “Ginnesin rekordlar kitabı”nın 2014-cü il üçün hazırlanmış versiyasına düşməyi bacarıb.
 

E. Elçiyev bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. «Maqnit adam» bədənində eyni vaxtda 50 qaşıq saxlayıb. 

E. Elçiyev “Ginnesin rekordlar kitabı”na düşən ilk azərbaycanlı deyil. Ondan əvvəl daha 5 azərbaycanlı və ya Azərbaycan vətəndaşı bu kitaba düşməyi bacarıb. 

 

Fəxrəddin Vəliyev: Cəbrayıl rayonunda anadan olub, hazırda Belçikada yaşayan F. Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu nailiyyətə çatıb. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib.
Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib.
2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib.


Vətənimizin Belçikada tanınması sahəsində yorulmadan təbliğat aparan F. Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.

Ələsgər Həsənzadə: Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.

Stanislav Şpanin. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, dünyanın ilk gənc professional rəssamı kimi rekordlar kitabına adını yazdırıb. Stanislav Şpanin gənc rəssam olaraq bir çox beynəlxalq mükafatların sahibdir. O, 2005-ci ildən ABŞ-da yaşayır.

Qədir Hüseynov: Azərbaycanlı şahmar qrossmeysteri. 1986-cı ildə anadan olmuş Q. Hüseynov 1994-cü ildə Rumıniyada keçirilən Avropa çempionatında 1-ci yeri tutaraq 8 yaşında qazandığı bu nailiyyətə görə "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, Müstəqil Azərbaycan Respublikasına qızıl medal qazandıran ilk şahmatçı kimi də tarixə düşüb. 

Hüseyn Rzazadə. Güney azərbaycanlıdır. 1978-ci ildə Ərdəbildə anadan olub. Ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionudur. Soydaşımız "Ginnesin Rekordlar Kitabı"na planetimizin an güclü pəhləvanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran Hüseyn 2004-cü ildə 263.5 kq. ağırlığı qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.

Muxtar Səfərov. Hazırda bütün dünyada model, stiptizçi aktyor olaraq tanınan M. Səfərov dünyanın ən böyük cinsi organına sahib kişisi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.


Bakıda doğulub böyüyən M. Səfərov əvvəllər kikboksinq, bodobildinqlə məşğul olub. M. Səfərov bodibildinq yarışlarında tanınandan sonra Moskvaya model agentliyinə dəvət alıb və dünyada məşhurlaşması bundan sonra başlayıb. O, Bakıdan Moskvaya köçüb, daha sonra ABŞ və Braziliyiada yaşayıb. Hazırda isə İngiltərə paytaxtı Londonda yaşayır. Özünün dediyinə görə, rus, ingilis və portuqal dilində mükəmməl danışır. Eyni zamanda ispanca da bilir. O hazırda dünyanın məşhur model agentlikləri və ünlü modellərlə birgə çalışır.

Mixael Şumaxer 45 yaşını komada qeyd edir

Formula-1 pilotunun pərəstişkarları qırmızı geyinərək xəstəxananın önünə toplaşıblar

alt

Formula-1 üzrə 7-qat dünya çempionu Mixael Şumaxer bu gün 45 yaşını qeyd edir. 

Məşhur pilot yeni ili komada qarşıladığı kimi, doğum gününü də xəstəxanada koma vəziyyətində qeyd edir. Fransada Alp dağlarında xizək sürərkən başından xəsarət alan Şumaxerin olduğu xəstəxananın önünə onun Fransa və İtaliyadan olan pərəstişkarları toplaşıblar. Pərəstişkarlar Mixael Şumaxerin tərkibində çıxış etdiyi Ferrari komandasına uyğun olaraq qırmızı rəngli geyim geyiniblər və pilota hörmət və onunla həmrəylik əlaməti olaraq, klubun bayrağını qaldırıblar. 

Şumaxerin ailəsi də dəstəyə görə pərəstişkarlara minnətdarlığını bildirib. «Biz hamımız bilirik ki, o, bir döyüşçüdür və heç vaxt təslim olmayacaq» - ailəsinin Şumaxerin rəsmi internet səhifəsində yerləşdirdiyi ismarıcda belə deyilir. 

Mixael Şumaxerin vəziyyətinə gəldikdə isə, həkimlər zərbə nəticəsində beyinə qan sızmasının baş verdiyini bildirirlər. Süni koma vəziyyətində olan pilot artıq 2 dəfə əməliyyat edilib və onun vəziyyəti nisbətən stabilləşib.

 

Hakan Şükürü işdən çıxardılar

alt
Bir neçə gün əvvəl AKP-dən istefa verən və Liq TV-nin Marafon proqramında futbol şərhçisi işləyən millət vəkili Hakan Şükür bu telekanaldan kənarlaşdırılıb. Liq TV rəhbərliyinin bu qərarına münasubət bildirən Hakan Şükür “Bu addımın atılacağına şübhə etmirdim və gözləyirdim” deyib.
 
 Hakan Şükür bütün həyatıboyu əngəllərlə üzləşməsindən şikayətlıənib: " Mənim qismətim də belədir, demək ki.. Futbolçuykən də, şərhçiykən də mənim özümü müvəffəqiyyətli hiss etməmə icazə vermirlər".
 
Türkiyə şərhçiləri H.Şükürün hakimiyyətdə olan AKP-nin qeyri-rəsmi təlimatıyla işdən çıxarıldığını iddia edirlər.

Messi əmək haqqını Ronaldu ilə eyniləşdirdi

alt

İspaniyanın “Barselona” klubu futbolçusu Lionel Messi ilə yeni müqaviləyə dair razılığa gəlib. İndi argentinalı hücumçu ildə 21 milyon avro qazanacaq.

Bununla da Messinin “Real Madrid”in hücumçusu Kriştianu Ronaldu ilə eyni məbləğdə əmək haqqı alacağı dəqiqləşib.

Qeyd edək ki, Lionel Messinin 2018-ci ilədək nəzərdə tutulan əvvəlki müqaviləsində əmək haqqı ildə 16 milyon avro göstərilmişdi. 

Mixail Şumaxer hələ də ağır vəziyyətdədir

alt

Yeddi dəfə “Formula-1” yürüşlərinin çempionu olmuş Mixail Şumaxer Fransanın Qrenobl xəstəxanasında əməliyyat olunduqdan sonra vəziyyəti hələ də ağır olaraq qalır.
 Həkimlər komaya düşmüş xəstədə müsbət dinamikanın olmadığını bildirirlər. Onlar sonrakı proqnozları bir neçə saatdan sonra verəcəklər. Şumaxer ciddi kəllə-beyin zədəsi almışdır və hazırda komadadır. Xəstəxanaya daxil olan kimi onun üzərində dərhal neyrocərrahiyyə əməliyyatı aparılmışdır. Xəstə hələ də ağır vəziyyətdədir.
Qeyd edək ki, Mixail Şumaxer Meribeldə dağda xizək sürərkən yıxılmış və onun başı zərblə qayaya dəymişdir. Analizlər göstərmişdir ki, zədə çox ciddidir, onun beyninə qan sızmışdır

Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə veloyürüş keçirilib (FOTO)

alt

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə velosiped həvəskarları üçün yürüş təşkil edib.

Veloyürüşün əsl bayram ab-havasında keçməsi və iştirakçıların rahatlığı üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən lazım olan bütün şərait yaradılıb - velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin edilib, kiçik yaşlı uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara Yeni il hədiyyələri verilib. Xüsusən, Şaxta baba və Qar qızın tədbir iştirakçılarını təbrik etmək üçün şən musiqi sədaları altında ikinəfərlik tandem velosipedlə finiş xəttinə gəlmələri hamı tərəfindən maraqla qarşılanıb.

Veloyürüşdə köynəklərinin üzərində 2015-ci il ilk Avropa Oyunları - "Bakı 2015"-in loqoları əks olunan Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project" komandasının üzvləri də iştirak edib.

Azərbaycan şahmatçısı dünya çempionu olub

7534.jpg

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində yeniyetmə şahmatçılar arasında dünya çempionatına yekun vurulub.Azərbaycan millisi yarışı 1 qızıl və 2 bürünc medalla başa vurub.Belə ki, Nicat Abbasov (U-18, blits) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər medalları isə Səbinə İbrahimova (U-18) və Elşən Süleymanlı (U-8) qazanıb

Bakıda iki idmançı həbs edildi

alt

Daxili İşlər Nazirliyi Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında baş verən insidentə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, həmin hadisə bəzi KİV tərəfindən şişirdilib və mahiyyəti təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib: “Belə ki, dekabrın 23-də “Sərhədçi” İdman Mərkəzində keçirilən çempionatda Azərbaycan vətəndaşı olan iki idmançı güləşərkən aralarında mübahisə yaranıb və onların azarkeşləri olan bir neçə şəxs də bu qısamüddətli mübahisəyə qoşulub. Yarışın təşkilatçılarının vaxtında müdaxiləsi ilə məsələnin böyüməsinin qarşısı alınıb, ara sakitləşib.

Tədbirdən sonra Bakı şəhər sakini, 16 yaşlı Şamil adlı gənc Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda mübahisə zəminində tanımadığı bir şəxsin bıçaqla ona çiyin nahiyəsindən xəsarət yetirdiyini bildirib. Polis əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Bakı şəhər sakini Vüqar Həziyev və Bərdə rayonunda yaşayan İbrahim Muxtarov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin əsl mahiyyəti də bundan ibarətdir".

O. Mansurzadə həmçinin qeyd edib ki, həmin yarışlarda əcnəbi idmançılar iştirak etməyib: “Adından da göründüyü kimi bu, sərbəst və yunan-Roma güləşi üzrə respublika çempionatı olub. Mübahisə də məhz Azərbaycan vətəndaşları olan iki güləşçi arasında düşüb”.

Qeyd edək ki, bu gün bir sıra saytlar Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının bağlanış günündə-dekabrın 23-də azərbaycanlı və dağıstanlı idmançılar arasında kütləvi davanın baş verməsi, bu zaman soyuq silahdan istifadə edilməsi, Dağıstan vətəndaşlarının bıçaqlanması, tərəflər arasında xeyli sayda xəsarət alanlar barədə məlumatlar yayıb. 

Saytda Axtarış

Son xəbərlər