Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1413
DünənDünən6203
Bu həftəBu həftə20112
Bu ayBu ay25900
Bu günə qədərBu günə qədər8387531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

XXII Qış Olimpiya Oyunlarının rəsmi açılışı keçirilir

Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.

alt

APA-nın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Qeyd edək ki, budəfəki Qış Olimpiadası Azərbaycan yığması üçün sayca beşincidir. Soçidə ölkəmizi 4 idmançı təmsil edir. Onlar idmanın iki növü üzrə yarışacaqlar.

Kişilər arasında dağ-xizək idmanı yarışlarında Azərbaycanı Patrik Brahner və Sedrik Nots təmsil edəcəklər. Bundan əlavə, Yuliya Zlobina və Aleksey Sitnikov fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda Azərbaycanın bayrağı altında çıxış edəcəklər.

Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq.  Yarışlar 11 idman obyektində keçiriləcək. İlk medal dəsti uğrunda yarışlar fevralın 8-də keçiriləcək. Olimpiya Oyunlarının bağlanma mərasimi fevralın 23-də baş tutacaq.

"Atletiko" "Real"la matça itki ilə çıxa bilər

alt"Atletiko" İspaniya kubokunun 1/2 finalında "Real"la matça ciddi itki ilə çıxa bilər.

Dalgatv-nin Qol.Az-a istinadən verdiyi xəbərə görə, klubun rəsmi tvitter səhifəsindən verilən açıqlamada David Vilyanın sol ayağından zədələndiyi qeyd olunub. Bu səbəbdən hücumçunun təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, D.Vilyanın fevralın 5-i "Real"la baş tutacaq qarşılaşmada iştirak etməyəcəyi ehtimal olunur.

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başlayıb

alt

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, iki mərhələdən ibarət olan çempionatın I mərhələsi (təsnifat-seçim yarışları) 1-2 fevral, II mərhələsi (yarımfinal və final) 8-9 fevralda baş tutacaq.

Çempionatda FAİREX-in nəzdində fəaliyyət göstərən, müxtəlif bölgələrdən olan klubların (Bakıdan “Climb-club”, “Rock stone”, “EXTRALİFE”, “Qərb Universiteti idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “İqtisad Universiteti idman klubu”, Milli Aviasiya akademiyasi, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, Qaxdan “Extremal” və s.) idmançıları iştirak edirlər.

"Barcelona"dan Messiyə yeni müqavilə təklifi

alt“Barselona” rəhbərliyi futbolçu Lionel Messi ilə yeni müqavilə şərtləriylə bağlı danışıqları davam etdirir.
Dalgatv-nin Dailysport-a istinadən verdiyi xəbərə görə, Kataloniya təmsilçisi argentinalı forvarda ildə 20 milyon avrodan çox pul ödəyəcək.
Məlumatda bildirilir ki, "Barsa"nın yeni prezidenti Xosep Mariya Bartomeu yaxın günlərdə Messinin atası Xorxe Messi ilə görüşəcək.
Tərəflər arasında maddi məsələlərlə bağlı danışıqların Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə keçiriləcək matça qədər tam həll olunacağı gözlənilir.

"Real" və Casillasdan yeni rekord

altİspaniya kubokunda "Espanyol"la cavab qarşılaşması həm "Real", həm də Casillas üçün əlamətdar olub.

Dalgatv-nin  Qol.Az-a istinadən verdiyi məlumata görə, bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Madrid klubu ard-arda 9 matçı qol buraxmadan tamamlayıb. Bununla da Karlo Ançelottinin komandası klubun 1994/1995 mövsümündəki 7 matçlıq rekordunu qırıb.

Casillas isə "Espanyol"la görüşdə qapısını toxunulmaz saxlayaraq ard-arda 682 dəqiqə qol buraxmayıb. Bu nəticə ilə o, klub tarixinin ən uzun müddət qapsında qol görməyən qolkiperi olub.

"Avro-2016"nın püşkatma səbətləri məlum olub

alt2016-cı ildə keçiriləcək Avropa çempionatının püşkatma səbətlərinin tərkibi açıqlanıb.

 Avro-2016-nın püşkatma mərasimi fevralın 23-də təşkil olunacaq.

1-ci səbət
İspaniya, Almaniya, Niderland, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina

2-ci səbət
Xorvatiya, Ukrayna, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya

3-cü səbət
Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa

4-cü səbət
Monteneqro, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus

5-ci səbət
İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr

6-cı səbət
Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq, Fransa

“Qırmızı şeytanlar“ “üçlüy“ə düşə bilmədilər

alt

İngiltərənin "Mançester Yunayted" futbol klubu 2012/13-cü il mövsümündə ilk dəfə dünyanın dörd ən iri auditor şirkətindən olan "Deloyt" versiyası üzrə ən gəlirli futbol klubları reytinqində "üçlüy"ə daxil olmayıb. Bu, reytinqin mövcud olduğu 17 il ərzində ilk dəfədir ki, baş verir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi Britaniya KİV-nə istinadən xəbər verir.

"Qırmızı şeytanlar" gəlirlərinin 395,9 milyon avrodan 423,8 milyona qədər artmasına baxmayaraq dördüncü yerə düşüb.

"Top-10" belədir:

1. "Real" (İspaniya) - 518,9 milyon avro;
2. "Barselona" (İspaniya) - 482,6;
3. "Bavariya" (Almaniya) - 431,2;
4. " Mançester Yunayted " (İngiltərə) - 423,8;
5. "Pari Sen-Jermen" (Fransa) - 398,8;
6. "Mançester Siti" (İngiltərə) - 316,2;
7. "Çelsi" (İngiltərə) - 303,4;
8. "Arsenal" (İngiltərə) - 284,3;
9. "Yuventus" (İtaliya) - 272,4;
10. "Milan" (İtaliya) - 263,5 milyon avro.

Ötən mövsümdə reytinqin ilk iyirmi klubunun gəliri cəmi səkkiz faiz artaraq 5,4 milyard avro təşkil edib.

Dünyanın ən yaxşı yığma məşqçisi seçilib

altDünyanın ən yaxşı yığma məşqçilərinin reytinq siyahısı müəyyənləşib.
Dalgatv-nin Dailysport-a istinadən verdiyi xəbərə görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğunun nəticələrinə əsasən, İspaniya millisinin baş məşqçisi Visente del Boske planetin ən yaxşısı olub.
Ardıcıl ikinci, ümumilikdə dördüncü dəfə bu ada layiq görülən mütəxəssis 161 xal toplayıb.
Almaniyalı Yoahim Löv 101, braziliyalı Luis Felipe Skolari isə 74 xal toplayıb. Ümumilikdə isə siyahıda dünyanın 9 çalışdırıcısı yer alıb.alt

Casillasdan yeni rekord

alt

"Real"ın qapıçısı İker Casillas özünə aid olan rekordu yeniləyib.

Dalgatv-nin Qol.Az-a istinadən verdiyi məlumata görə, Casillas qapısını 592 dəqiqədir toxunulmaz saxlayır.

Madrid klubu ilə Çempionlar Liqasında və Kral kuboku matçlarında oynayan qapıçı son olaraq ötən ilin noyabrın 27-də ÇL-də "Galatasaray"la matçda qapısında qol görüb.

Qeyd edək ki, ispan qapıçının bundan əvvəlki rekordu 518 dəqiqə idi.

"Mançester Siti" 38 il sonra finalda

altİngiltərənin "Mançester Siti" klubu 38 ildən sonra bir ilkə imza atıb.

Klub İngiltərə liqa kubokunda "Vest Hem"lə cavab qarşılamasında qalib gələrək iki oyunun nəticəsinə (6:0, 3:0) əsasən finala adını yazdırıb. Bununla da "Mançester Siti" 1976-ci ildən sonra yenidən finala çıxıb. Manuel Pelleqrinin komandasının rəqibi "Sanderlend" - "Mançester Yunayted" matçının qalibi olacaq.

Qeyd edək ki, "Mançester Siti" bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 18-ə yüksəldib.

"Neftçi" "Fenerbahçe"yə qarşı

altTürkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama matçına çıxacaq.
 Böyükağa Hacıyevin komandası Türkiyə Superliqasının hazırkı lideri "Fenerbahçe" ilə qarşılaşacaq.
Antalyada "Mardan" stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
"Neftçi" Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub etmişdi.

Bakıda Avropa Oyunları Parkı tikiləcək

alt

Bakının Səbail rayonunda Avropa Oyunları Parkı tikiləcək.

Bu “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və 3x3 Basketbol meydançalarından ibarət olacaqdır.

Bundan başqa rayon ərazisində BMX (Bicycle Moto Xtreme)-velosipedi yarışları üçün veloparkın tikintisi nəzərdə tutulub.

Tədbirlər planın Səbail rayonu üzrə görüləcək işlər üzrə Bakı şəhərində Su İdmanı Sarayının tikintisinin davam etdirilməsi, Bakı İdman Sarayının (Əl Oyunları Sarayının) əsaslı təmiri, rayon ərazisində idman meydançalarının yaradılması planlaşdırılır.

Bakının Binəqədi rayonunda isə Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün veloparkın tikintisi nəzərdə tutulub.

Tədbirlər Planında Nəsimi rayonunda Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri, Nizami rayonunda Gimnastika Kompleksinin tikintisinin davam etdirilməsi, Gimnastika Kompleksinin yanında məşq zalının vəköməkçi qurğularının tikintisi, 8-ci km ərazisində yerləşən Tibbi Bədən Tərbiyəsi Dispanserinin əsaslı təmiri, avadanlıqlarla təchiz olunması, Sabunçu rayonunda Bakı şəhərində 65000 tamaşaçı tutumu olan futbol stadionunun tikintisinin davam etdirilməsi nəzərdə tutulub.

Saytda Axtarış

Son xəbərlər